K
KABAB
OBASTAN VİKİ
Kaba dağı insidenti
Kaba dağı insidenti (加波山事件, Kaba-san ciken) – 1884-cü ildə Yaponiyada Liberal partiyanın radikal üzvlərinin Meyci hökuməti üzvlərinə qarşı planlaşdırdıqları sui-qəsd cəhdi. 23 sentyabr 1884-cü ildə 16 üsyançı İbaraki prefekturasının Kaba dağı regionunun sakinləri üçün inqilab manifesti yaymışdırlar. 24 sentyabrda yerli polislər və Tokiodan göndərilmiş qoşunlar üsyançılarla toqquşmuş, nəticədə bir polis və bir üsyançı ölmüşdür. == Arxaplan == Kaba dağı insidenti 1880-ci illərin əvvəllərində Yaponiyada baş verən bir sıra insidentdən biri idi. Bu insidentlərin çoxu Kanto regionunda baş verirdi. Bu insidentlərin iki ümumi xarakteristikası var idi: azadlıq və insan hüquqları hərəkatı ilə əlaqədar olması; Meyci hökumətinin iqtisadi islahatlarının fermerləri yoxsullaşdırmasından sonra iqtisadi tələblər. Kaba dağı insidenti hər iki xarakteristikaya malik olmaqla yanaşı, 1882-ci ildə baş vermiş Fukuşima insidentinə də cavab xüsusiyyəti daşıyırdı. Kaba dağı üsyançılarının bəziləri Fukuşima insidentində iştirak etməklə yanaşı, sui-qəsd hədəflərindən biri Fukuşima insidentinin yatırılmasında rol oynamış, Fukuşima prefekturasının keçmiş meri Mişima Miçitsune idi. Kaba dağı üsyançıları arasında Liberal partiyanın lideri Kono Hiranakanın qohumu Kono Hiromi də var idi. Hər ikisi də Fukuşima insidentinə görə tutulsalar da, Hiromi həbs cəzasından qaça bilmişdi.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kabablar

Kababçı

Kabaddi
Kabaddi — Asiyada qədim və populyar komanda oyunu, özündə güləşlə yanaşı, bənövşə və digər bu kimi uşaq oyunlarının xüsusiyyətlərini cəmləşdirir. Kabaddinin vətəni Hindistan hesab olunur. Beynəlxalq səviyyədə ilk yarışma isə 1985-ci Dəkkədə keçirilmişdir. 1990-cı ildə kabaddi Pekin Asiya Oyunlarının proqramına daxil edildikdən sonra Asiya Oyunlarında əsas idman növlərindən biri olmuşdur. Kabaddi üzrə qadınlar arasında birinci yarış 2010-cu ildə Quançjouda keçirilmişdir. == Oyunun qaydaları == Oyunun qaydalarına görə hər biri 12 oyunçudan ibarət (7 oyunçu meydançada, 5 oyunçu ehtiyatda) olan iki komanda, əvvəl orta xətlə iki hissəyə ayrılmış 12,5 m х 10 m ölçülü meydançanın özlərinə aid yarısında qarşı-qarşıya mövqe tutmalıdırlar. Oyun o zaman başlayır ki, tərəflərdən biri, meydançanın orta xəttini keçərək qarşı tərəfin sahəsinə daxil olur və fasiləsiz olaraq "Kabaddi! Kabaddi!" deyə qışqırır. Onun əsas vəzifəsi — nə qədər ki qışqıra bilir — əli ilə, yaxud ayağı ilə rəqib komandanın bir, yaxud bir neçə oyunçusuna toxunmaq və bundan sonra meydançaının orta xəttini keçərək öz komandasına aid hissəyə qaçmaqdır. Lakin rəqib oyunçuya toxunduqdan sonra, nə qədər ki, meydançanın rəqib komandaya aid hissəsindədir, rəqib komanda oyunçlarının onu saxlamaq hüquqları var.
Kabaddi üzrə Dünya Kuboku 2014
Kabaddi üzrə Dünya Kuboku 2014 (ing. 2014 World Kabaddi Cup) — Hindistanın Pəncab ştatında kabaddi idman növünün dairəvi üslubu üzrə sayca beşinci dəfə keçirilmiş dünya kuboku uğrunda turnir. == İştirakçı ölkələr == Kabaddi üzrə dünya kuboku uğrunda oyunlarda 11 ölkənin kişilərdən ibarət yığma komandası və 8 ölkənin qadınlardan ibarət yığma komandası (cəmi 19 komanda) mübarizə aparmışdır. === Kişilərdən ibarət yığma komandalar === Argentina Avstraliya Kanada Danimarka İngiltərə Hindistan İran Pakistan İspaniya İsveç ABŞ == Oyun meydanları == ing. Government College Stadium, Gurdaspur ing. Multi Purpose Sports Stadium, Dhudike ing. Nehru Stadium, Rupnagar ing. A.S. College Stadium, Khanna, Ludhiana ing. Guru Arjun Dev Sports Stadium, Chohla Sahib, Tarn Taran ing. Guru Nanak Stadium, Sultanpur Lodhi ing.
Kabadüz
Kabadüz (ing. Kabadüz) — Ordu ilinin ilçəsi. Mələt çayının şərqində mövcud şərqi Qara dəniz hissəsində, 2 belde, 12 kənd və 5 məhəlləsi olan ilçədir. İlçənin ərazisi 340 km² əhatə edir. 1870-ci ildə kənd olan Kabadüz 31 dekabr 1987-ci ildə bələdiyyə statusu alaraq bir qəsəbəyə çevrildi. 1990-cı ildə ilçə oldu. Kabadüz Ordunun 21 km cənubunda, 600 m hündürlük bir silsilədə yerləşir. Xalqının əksəriyyətini Xorasan türkmənləri təşkil edir. Mahalın yüksək yaylaları və bu yaylalardakı otlaqlar heyvandarlığın inkişafına kömək edir. Mahalda parnik, ceviz və kivi becərilməsi də inkişaf edir.
Kabaena adası
Kabaena — İndoneriyaya daxil olan ada. Sulavesidən cənub-şərqdə yerləşir. Sahəsi — 873 km². Əhalisi (2010) — 26535 nəfər. Kabaena adası Flores dənizinin şimalında, Sulavesidən 19 km cənub-şərqdə qərarlaşır. Uzunluğu 49 km, maksimal eni 28,3 km-dir. Vulkanik mənşəllidir. Daxili hissəsi kifayət qədər hündürdür. Maksimal hündürlüyü 1800 metrdir (Sabanpapula). Adada çoxlu sayda dərin mağaralar vardır.
Kabal (Mortal Kombat)
Kabal (ing. Kabal) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Haqqında == "Kabal" - "Qara əjdaha" quldur dəstəsində işləyən cinayətkarlardan biridir. Şao Kannın onlara hücumu zamanı dəstənin üzvləri döyüşdə həlak olur. Kabal isə möcüzə nəticəsində sağ qalır. Sağ qaldıqdan sonra Kabal Yeri mühafizə edən adamlara qoşularaq cinayətkarlıq həyatına birdəfəlik olaraq son qoyur. Turnirlərin birində Mavado ilə döyüşdə Kabal məğlub olur. Onu ölümdən Xavik xilas edir. Sonra Kabal "Qara əjdaha" dəstəsini yenidən Xavikin məsləhəti ilə yaradır. Kabal Kano və Carek ilə dostluq edir.
Kabalaka
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır.
Kabale (rayon)
Kabale — Uqandanın Qərb bölgəsində rayon. Mərkəzi Kabale şəhəridir. Yerli dildə "kabale" kiçik bir daş mənasının verdiyi üçün, Kabale bəzən "Kastoun" (ing. Kastone) da adlandırılır. == Yer == Kabale rayonu şimaldan Rukunqiri rayonu, şimal-şərqdən Rukiqa rayonu, şərq və cənubdan Ruanda, qərbdən isə Rubanda və Kanunqu rayonları ilə həmsərhəddir. Kabale, Uqandanın paytaxtı Kampaladan cənub-qərbdə, yol ilə təxminən 420 kilometr (260 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il milli siyahıyaalması nəticəsində rayon əhalisi 417 200 nəfər olaraq qiymətləndirilmişdir. 2012-ci ildə əhalinin sayı 498 300 nəfər olmuşdur.
Kaban gölü
Kaban gölü (tatar. Кабан күле) — Kazan şəhərində göllər sistemi. Bu göllər sistemi 3 hissədən ibarətdir. Yaxın (Aşağı) Kaban (ən şimal), Uzaq (Orta) Kaban, Yuxarı (Boriskovski) Kaban olub Tatarıstanda ən iri göllər sistemi hesab olunur. == Əsas xüsusiyyətləri == Göllər Volqa çayının köhnə əyilmələri sahəsində karst prosesləri nəticəsində yaranmışdır. Göllər Volqanın terrası boyu şimala və cənuba doğru uzanır. Otarı kəndi yaxınlığında kanal bir dam ilə bloklanır, bunun vasitəsilə Kuybişev su anbarından suy nasosla buraya vurulur. Yuxarı Kaban qapalı anbar şəklində olub, digər göllər sistemi ilə əlaqəyə malik deyil. Burada suyun səviyyəsi Yaxın (Aşağı) və Uzaq (Orta) Kaban göllərindən 2 m yüksəkdədir. Göllər sisteminin ümumi sahəsi-186 ha-dır.
Kabanes
Kabanes (fr. Cabanès, oks. Cabanas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12041. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 237 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 123 yaşda olan (15-64 yaş arasında) 90 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə 63.0%) idi.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Kabarda
Kabarda (kab.-çərk. Къэбэрдей) — Şimali Qafqazın mərkəzi hissəsindəki tarixi bölgə. == Lokalizasiyası == Müxtəlif tarixi dövrlərdə "Kabarda" adlanan ərazi həmişə eyni ərazini əhatə edə bilməzdi və tarixi əsərlərin müəllifləri tez-tez Şimali Qafqaz xəritəsindəki yerini öz tərzlərində yazırdılar. Kabarda əhalisi və sərhədləri haqqında bir çox məlumat rus salnamələrində qorunub saxlanılmışdır. Böyük Rəsm Kitabına görə (XVI əsrin sonlarından etibarən Rusiya və qonşu dövlətlərin xəritəsinin təsviri) Kabarda, Terekin sol sahilində Ardan və Qızıl çayları arasında (müasir Ardon) yerləşirdi (müasir Arqudan?). == Tarixi == Tarixi Kabarda ərazisində tapılan ən qədim mədəniyyət abidələri e.ə.IV minillikdə mövcud olan Maykop mədəniyyətinə aiddir. Müasir tədqiqatçılar Adıgey-Abxaz xalqlarının bu mədəniyyətin daşıyıcılarının törəmələri olduğunu təsbit etmişlər. Müvafiq olaraq, bu mədəniyyətin daşıyıcıları Şimali Qafqaz mədəniyyətlərində sonradan yaranmış — Şimali Qafqaz, Kuban və Koban mədəniyyətlərində iz buraxdılar.. I minilliyin ortalarında Çərkəzlərin çoxu Hunlar tərəfindən kənara çəkildi. Qədim rus salnamələrində Kabardiyalılar öncə Kasoqlar, sonra isə Pyatiqorsk Çərkəzləri adlanırdı.
Kabarda-Balkar
Kabarda-Balkar Respublikası (rəsmi), Kabarda-Balkariya (rus. Кабардино-Балкарская Республика, kab.-çərk. Къэбэрдей-Балъкъэр Республикэ, qaraç.-balk. Къабарты-Малкъар Республика) — Rusiya Federasiyası subyektlərindən biri. Şimali Qafqazda, Böyük Qafqaz sıra dağlarının şimal ətəklərində, şimalında Rusiya Federasiyası, şərqində Şimali Osetiya, cənubunda Gürcüstan, qərbində Qaraçay-Çərkəz respublikaları yer almaqdadır. == Coğrafiyası == Respublikanın ərazisi 12.5 min kvadrat kilometrdir . Böyük Qafqaz sıradağlarının ən yüksək təpəsi olan Elbrus dağı Qaraçay-Çərkəz Respublikası ilə hüdud təşkil edir. 5.633 metr yüksəkliyindəki Elbrus dağı ən böyük yüksəklikdir. Bu sıra dağlar 3.000 metrdən sonra buzlarla örtülüdür. Şimala doğru alçalan ərazi orta bölgədə 1000–3000 metr hündürlüyündə yaylalara, daha şimalda Terek çayı və qollarının meydana gətirdiyi geniş düzənliklərə çevrilir.
Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikası
Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikası və ya Kabarda-Balkar MSSR — keçmiş Sovet İttifaqında Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar respublikası idi və əvvəlcə Dağ Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. Bölgə 16 yanvar 1922-ci ildə Dağ MSSR və 1 sentyabr 1921-ci ildə Kabarda-Balkar Muxtar Vilayətindən ayrıldı. 5 dekabr 1936-cı ildə muxtar respublika oldu. 30 yanvar 1991-ci ildə Kabarda-Balkar MSSR dövlət suverenliyini elan etdi. İndi Rusiya Federasiyasının federal subyekti olan Kabarda-Balkariya respublikasıdır. Kabarda-Balkar MSSR Sovet İttifaqının mövcud olduğu dövrdə başqa heç bir suveren dövlətlə həmsərhəd deyildi. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası kimi, Kabarda-Balkar MSSR də iki millət tərəfindən bölüşdürüldü. Hər iki muxtar respublika Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibindədir və ruslar etnik çoxluğu təşkil edir. == Tarix == Rus, Osmanlı və Səfəvi imperiyaları bölgənin Rusiya nəzarətində olduğu 17–19-cu əsrlər arasında bölgə üçün mübarizə aparırdı. Bölgə oktyabr inqilabından sonra, 1921-ci ildə Rusiya Vətəndaş Müharibəsi dövründə Dağ Muxtar Sovet Sosialist Respublikasına qoşuldu.
Kabarda-Balkariya

Kabarda-Balkariya Respublikası

Kabarda-Balkariya bayrağı
Kabarda-Balkariya Respublikasının dövlət bayrağı (kab.-çərk. Къэбэрдей-Балъкъэрым и нып; qaraç.-balk. Къабарты-Малкъар Республиканы байрагъы) — Rusiya Federasiyası Kabarda-Balkariya Respublikasının (Kabardino-Balkariya) rəsmi dövlət simvollarından biridir. == Təsviri == Rusiyanın bir hissəsi olan Kabarda-Balkariya bayrağı üç bərabər üfüqi zolaqdan ibarət paneldir. Üst zolaq mavi, orta zolaq ağ, alt hissəsi isə yaşıl rəngdədir. Ağ zolağın ortasında mavi-göy və yaşıl sahənin kəsdiyi bir dairə var. Mavi sahədə Elbrus dağının ağ rəngli stilizə edilmiş təsviri var. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dir. Bayrağın üzərindəki mavi rəng Kabarda-Balkariya diyarının sonsuz və aydın səmasını, çaylarını və sularını simvollaşdırır. Həmçinin, mavi rəng türk xalqları arasında da hörmətlə qarşılanır və Kabarda-Balkariya Respublikasının iki titullu xalqından biri sayılan Balkarlar türk və türkdilli xalqlardır.
Kabarda-Balkariya əhalisi
Kabardin-Balkariya əhalisi 859 min nəfərdir. Əhalinin orta sıxlığı hər km² 62.9 nəfərdir. Respublika əhalisi ərazi üzrə qeyri-bərabər məskunlaşmışdır. Əhalinin çox hissəsi qədimdən respublikanın düzənlik və dağətəyi hissəsində yerləşib. Buda burada təbii-tarixi mühitin əhalinin təsərrüfat fəaliyyəti üçün əlverişli olması ilə izah olunur. Urban, Bakson, Moysk, Terek və Qroxladnı əhalinin ən çox məskunlaşdığı rayonlardır. Dağ ərazilərində əhali seyrək məskunlaşmışdır. Yaşayış məntəqələri burada çay vadiləri boyunca yerləşmişdir. Yerli əhali əsasən Kabardinlər (48%) və balkarlardan (12%) ibarətdir. Digər xalqlardan ruslar, ukraynalılar, osetinlər, tatarlar, gürcülər və s.
Kabarda-Balkariyanın tarixi
Kabarda-Balkar Respublikası 31 yanvar 1991-ci ildə qurulub. Kabarda-Balkar Respublikası qurulmamışdan əvvəl bura: Kabarda, Balkariya, Pyatiqorsk rayonu, Nalçik rayonu (Tersk bölgəsi), Kabarda muxtar bölgəsi, Balkar milli dairəsi, Kabardino-Balkar Muxtar MSSR-dən ibarət idi. == Xronologiya == XV-XVI əsrlər — gələcək Kabardiyalıların bir hissəsinin əsasını təşkil edən Adıqlar Tamandan və Azov dənizinin sahilindən mərkəzi Ön Qafqazın mərkəzi şərq hissəsinə köç edirlər. 1557 — Kabarda Rusiya ilə ittifaq bağlayır. 1739 — Rusiya və Türkiyə arasındas imzalanmış Belqrad sülh müqaviləsinə görə, "həm Kabardiyalılar, həm də Kabardian xalqı azad olmalı və ya bu və ya digər imperiyanın mülkiyyətində olmamalı, yalnız hər iki imperiya arasındakı daha bariyerli dövlətin arxasında xidmət etməlidirlər"...Eyni zamanda hər iki müqavilə tərəfi təhlükəsizliyini təmin etmək üçün "girov götürdülər" (əmanətlar). Rusiya imperiyasının uzurpator imperatriçası II Yekaterinanın 5 may 1785-ci ildə Saratov və Qafqaz general-qubernatoru general-leytenant Pavel Potyomkinə ünvanladığı yazı ilə Həştərxan vilayəti əvəzinə Qafqaz qubernatorluğu təşkil edildi. Yekaterinoqrad əyalət şəhəri olaraq göstərildi və Qafqaz əyalətinin rayonlarının bölünməsi ilə eyni adlı bölgə təyin edildi. Böyük və Kiçik Kabarda qovşağında uğursuz coğrafi mövqeyə görə şəhər tez-tez Kabardiyalılar tərəfindən mühasirəyə alınaraq şəhəri öz torpaqlarından sökməyi tələb edirdilər. 1790-cı ildə Yekaterinoqradın pis şəraiti səbəbindən qubernatorluğun mərkəzi Həştərxana köçürüldü. 1832-1860 — Malka çayının cənubundakı KBR ərazisi Qafqaz qubernatorluğunun bir hissəsi olaraq Qafqaz kordon xəttinin nəzarəti altındadır.
Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikası
Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikası və ya Kabarda-Balkar MSSR — keçmiş Sovet İttifaqında Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar respublikası idi və əvvəlcə Dağ Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. Bölgə 16 yanvar 1922-ci ildə Dağ MSSR və 1 sentyabr 1921-ci ildə Kabarda-Balkar Muxtar Vilayətindən ayrıldı. 5 dekabr 1936-cı ildə muxtar respublika oldu. 30 yanvar 1991-ci ildə Kabarda-Balkar MSSR dövlət suverenliyini elan etdi. İndi Rusiya Federasiyasının federal subyekti olan Kabarda-Balkariya respublikasıdır. Kabarda-Balkar MSSR Sovet İttifaqının mövcud olduğu dövrdə başqa heç bir suveren dövlətlə həmsərhəd deyildi. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası kimi, Kabarda-Balkar MSSR də iki millət tərəfindən bölüşdürüldü. Hər iki muxtar respublika Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibindədir və ruslar etnik çoxluğu təşkil edir. == Tarix == Rus, Osmanlı və Səfəvi imperiyaları bölgənin Rusiya nəzarətində olduğu 17–19-cu əsrlər arasında bölgə üçün mübarizə aparırdı. Bölgə oktyabr inqilabından sonra, 1921-ci ildə Rusiya Vətəndaş Müharibəsi dövründə Dağ Muxtar Sovet Sosialist Respublikasına qoşuldu.
Kabarda-çərkəz dili
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). == Mənbə == ASE, V cild, Bakı, 1981-ci il, səh.
Kabarda dairəsi
Kabarda mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Mahal tarixi Kabarda vilayətinin bir hissəsini əhatə edirdi. Onun ərazisində mahalının əhalisinin əsas hissəsini düzən ərazilərdə yaşayan kabardalılar və dağətəyi və dağlıq ərazilərdə yaşayan balkarlar təşkil edirdi. Buna baxmayaraq, mahal ərazisində köçürülmə kazak kəndləri də var idi. Mahal 1870-ci ildə ləğv edilərək Georgiyevski rayonuna birləşdirildi. == Coğrafi yerləşməsi == Şimali Qafqazın mərkəzi hissəsində, müasir Kabardiya-Balkar ərazisinin çox hissəsini əhatə edən Terek, Baksan, Çeqem, Çerek, Urux və Malka çaylarının hövzəsində yerləşirdi. Mahala: Böyük Kabarda, Kiçik Kabarda və Balkariya kimi tarixi ərazilər daxil idi. Sərhədləri şimalda Stavropol vilayəti, şərqdə Osetiya mahalı, şimal-şərqdə İnquş mahalı, cənubda Qafqaz silsiləsi boyunca Tiflis quberniyası, qərbdə Kuban bölgəsinə qədər uzanırdı. == Tarixi == 1860-cı ildən Rusiya imperiyası Şimali Qafqazda yeni inzibati ərazi islahatı həyata keçirdi. Nəticədə həmən il imperator II Aleksandrın fərmanı ilə Terek vilayəti yaradıldı.

Digər lüğətlərdə