Pedro Albisu Kampos
Pedro Albisu Kampos (isp. Pedro Albizu Campos; 12 sentyabr 1891 – 21 aprel 1965, San-Xuan) — Puerto-Riko siyasətçisi, milli azadlıq hərəkatı xadimi.
Pedro Albisu Kampos 12 sentyabr 1893-cü ildə Ponse şəhərində anadan olmuşdur. O, 1921-ci ildə Harvard Universitetini bitirmişdir. Puerto-Rikonun azadlığı uğrunda mübarizəni qarşıya məqsəd qoyan, 1922-ci ildə yaradılmış Puerto-Riko Milliyətçi Partiyasının yaradıcılarındandır. 1930-cu ildən partiyanın sədri olmuşdur. ABŞ-nin adadakı hakimiyyət orqanlarına qarşı bir sıra çıxışlar təşkil etmiş, 1936-cı ildə həbs olunmuşdur. 1947-ci ildə həbsdən azad edildikdən sonra yenidən ölkənin istiqlaliyyəti uğrunda fəal mübarizəyə qoşulmuş, 1950-ci ildə ikinci dəfə tutularaq uzunmüddətli həbs cəzasına və katorqaya məhkum olunmuşdur. O, 21 aprel 1965-ci ildə, San-Xuan şəhərində vəfat etmişdir.
Acosta, Ivonne, La Mordaza/Puerto Rico 1948–1957.