Kanada irqası
Kanada irqası (lat. Amelanchier canadensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Şimali Amerikada, Avropada, Asiyada təbii halda bitir.
Hündürlüyü təxminən 6 m, dərin olmayan, ancaq enli kökümsovlu ağac və ya iri, çoxgövdəli koldur. Enli, oval, seyrək çətiri nazik, sallaq budaqlarla formalaşmışdır. Gözəl zoğalarına görə bu kolun qışda çılpaq budaqları göyün fonunda zərif şəkil əmələ gətirir. Kolun cavan budaqları qırmızımtıl rənglidir. Yarpaqları sadə yumurtavari, enli 1–5,5 sm uzunluğunda, 1,8–2,8 sm enində, dairəvi gövdədədn çıxan dişli meyvəsi 8–15 mm uzunluğundadır. Erkən yazda bir az qırmızımtıl, yayda göyümtül, payızda tünd qırmızı, qızılı xallıdır. Çiçəkləri süpürgəçiçəkli olub, 4–10 çiçək bir yerdə toplaşır.