KARBOHİDRAT ÇİRKLƏNMƏSİ

su mühitinin, hidrobiontların kütləvi çürüməsi nəticəsində əmələ gələn məhsullarla (karbohidratlarla) çirklənməsi.
KAPİLLYAR SU
KARBON QAZI
OBASTAN VİKİ
Karbohidrat
Karbohidratlar - tərkibi Cn(H2O)m ümumi formulu ilə ifadə olunan üzvi maddələrdir (əsasən: n=m≥4, lakin n və m bir-birindən fərqlidə ola bilər). Karbohidrat sulu karbon deməkdir. Karbohidrat - qlükoza, nişasta kimi mürəkkəb üzvi birləşmələrin ümumi adıdır. Karbohidratlar sadə və mürəkkəb olmaqla 2 cür olur. Sadə karbohidratlar Monosaxarid, mürəkkəb karbohidratlar isə Polimerlərdir. İki karbohidrat Disaxarid, daha çox karbohidratlar isə Polisaxaridlər adlanır. Monosaxaridlər - hidrolizə uğramayan karbohidratlardır. Monosaxaridlər suda asan həll olur və şirin dada malikdirlər.Təbiətdə ən çox yayılan monosaxaridlər qlükoza ,fruktoza ,qalaktoza, həmçinin nuklein turşuları və ATF-in tərkibinə daxil olan dezoksiriboza və ribozadır. Monosaxaridlərin ikisi birləşdikdə disaxaridlər əmələ gəlir. Disaxaridlər xassələrinə görə monosaxaridlərə oxşar olub suda asan həll olur və şirin dada malikdir.Disaxaridlərə çuğundur və ya qamış şəkəri(saxaroza) və süd şəkəri (laktoza),səməni şəkəri(maltoza),göbələk və yosunların şəkəri(treqaloza) aiddir.
Karbohidrat mübadiləsi
Karbohidrat mübadiləsi — Karbohidrat mübadiləsi canlı orqanizmlərdə karbohidratların metabolik formalaşması, parçalanması və qarşılıqlı çevrilməsindən məsul olan bütün biokimyəvi proseslərdir. Karbohidratlar bir çox əsas metabolik yolların mərkəzidir. Bitkilər fotosintez yolu ilə karbon dioksid və sudan karbohidratlar sintez edərək, günəş işığından udulmuş enerjini daxildə saxlamağa imkan verir. Heyvanlar və göbələklər bitkiləri istehlak etdikdə, enerjini hüceyrələrə çatdırmaq üçün bu yığılmış karbohidratları parçalamaq üçün hüceyrə tənəffüsündən istifadə edirlər. Həm heyvanlar, həm də bitkilər sərbəst buraxılan enerjini müxtəlif hüceyrə proseslərində istifadə etmək üçün müvəqqəti olaraq ATF kimi yüksək enerjili molekullar şəklində saxlayırlar. İnsanlar müxtəlif karbohidratlar istehlak edə bilər, həzm mürəkkəb karbohidratları maddələr mübadiləsi üçün bir neçə sadə monomerə (monosaxaridlərə) parçalayır: qlükoza, fruktoza, mannoz və qalaktoza. Qlükoza toxumalardakı hüceyrələrə paylanır, burada parçalanır və ya qlikogen kimi saxlanılır. Aerob tənəffüsdə qlükoza və oksigen enerjini buraxmaq üçün metabolizə olunur, karbon dioksid və su son məhsuldur. Fruktoza və qalaktozanın çoxu qaraciyərə gedir və burada qlükoza və yağa çevrilə bilər . Bəzi sadə karbohidratlar, daha mürəkkəb karbohidratlardan yalnız bir neçəsi kimi öz fermentativ oksidləşmə yollarına malikdir.
Atmosferin çirklənməsi
Yer atmosferinin kirlənməsi — təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatılması, ya da onun təbii durumunun dəyişilməsi. İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur. Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır. 2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir. Orada keçmişdəki və bugünkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir. Çap olunmuş materiallara görə, 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq.
Mühitin çirklənməsi
Mühitin çirklənməsi – mümkün normadan yuxarı dərəcədə istehsalın əlavə məhsulları ilə xarici mühitin dəyişməsi. Çirkləndirici elementlərə bərk, maye və qazşəkilli maddələr, zərərli radiasiya və səs-küy daxildir. Ağır metallarla (civə, qurğuşun, kadmium), fosfatlar, nitratlar, kükürd-oksidi, kənd təsərrüfatı ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan, zəhərli kimyəvi maddələr (DDT, aidrin və s.), ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyatın səs-küyü daha ziyanlı sayılır. Yuxarıda göstərilən maddələrin bəziləri mutagen təsir göstərərək xənçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Hazırda çirklənməyə ciddi nəzarət olunmasının bəşəriyyət qarşısında vacibliyi meydana çıxmışdır. Respublikamızda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. Həyat mühitinin çirklənməsi ilə bağlı xalq təsərrüfatına vurulan ziyan (bilavasitə və vasitəli təsir, həmçinin çirklənmənin mənfi nəticələrini ləğv etmək üçün çəkilən əlavə xərc nəzərə alınmaqla). Həmçinin əhalinin sağlamlığının pisləşməsilə bağlı itkilər, insanların əmək fəaliyyəti dövrünün və həyatının qısalması nəzərə alınır. İnsan və digər orqanizmlərin həyatı üçün mühitin yararlığını qiymətləndirən miqdar göstəricisi. Mühitin keyfiyyət indeksi canlı orqanizmlərin vəziyyətinə görə (məs.
Radiasiya çirklənməsi
Atmosfer çirklənməsi
Yer atmosferinin kirlənməsi — təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatılması, ya da onun təbii durumunun dəyişilməsi. İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur. Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır. 2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir. Orada keçmişdəki və bugünkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir. Çap olunmuş materiallara görə, 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq.
Akustik-səs çirklənməsi
AKUSTİK (SƏS) ÇİRKLƏNMƏSİ - müasir ında ekologiyanın qlobal problemləri (istilik - pamik adər effekti, ozon qatının dağılması, suyun və at- ı öz mosferin çirklənməsi, radioaktiv tullantılar və s.) a və arasında akustik (səs) çirklənməsi ən həyəcanlı problemlərdən sayılır, çünki insanlara digər ə) - faktordan, məsələn, ozon qatının dağılması, turşulu fadə yağışlardan az təsir göstərmir. Əlverişsiz akustik təsiri planetimizdə bu və ya digər dərəcədə hər ihitin iki adamdan biri hiss edir. Sənayeyə yeni intensiv texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su nəqliyyatından və geniş istifadə olunması, müxtəlif elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə, istirahət yerlərində, hərəkət hitin etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz qalır. Yeniyetmələr üçün pleyerlər və diskotekalar xüsusilə təhlükə yaradır. Skandinaviya alimləri belə nəticəyə gəlmişlər ki, hər beşinci yeniyetmə ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi isə pleyerlərdən sui- istifadə və diskotekalardakı səs-küydür. Diskotekalarda səsin adi səviyyəsi 80-100 dBA arasında tərəddüd edir, pleyerin səsinin gücü 100-114 dBA-ya çatır. Səs ürək-damar sistemi stressinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həm də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxma­sına, ürək döyüntüsünün qısalmasına, qan da­marlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur.
Azərbaycanda atmosferin çirklənməsi
Azərbaycan Respublikasında SSRİ-nin dağılması nəticəsində ətraf mühiti kirləndirən sənaye müəssisələrinin əksəriyyəti dayandıqdan sonra atmosferə atılan zəhərli maddələrin miqdarı kəskin azaldı. 1987-ci ildə respublikanın hava hövzəsinə 2,05 mln.t zərərli tullantılar atılmışdır. Bunun 0,25 mln. tonu bərk maddələr (toz), 0,15 mln. tonu kükürd qazı, 0,99 mln. tonu isə karbohidrogenli birləşmələr olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən SSRİ-nin dağıldığı 1991-ci ildə atmosfer havasına atılan zərərli tullantıların ümumi miqdarı artaraq 2,6 mln. tona çatmışdır. Bunların 0,11 mln. tonu bərk toz hissəciklər, 0,09 mln.
Su ehtiyatlarının çirklənməsi
Azərbaycanın səth sularının əsasını çay suları təşkil edir. Bunun 65%-i qonşu ərazilərdən axıb gələn tranzit çayların və yalnız 35 %-i yerli çayların hesabınadır. Respublikamızın əsas su arteriyası olan Kür çayı və onun əsas qolu Araz hələ Azərbaycan ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır. Bunlarla yanaşı, Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür, Araz çayları və onların qollarının suyunun kimyəvi tərkibində böyük dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/l olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır. Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı-natriumludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür – Araz ovalığında suvarılan sahələrdən qayıdan suların və kollektor – drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır.
Yer atmosferinin çirklənməsi
Yer atmosferinin kirlənməsi — təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatılması, ya da onun təbii durumunun dəyişilməsi. İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur. Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır. 2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir. Orada keçmişdəki və bugünkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir. Çap olunmuş materiallara görə, 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq.
Ətraf mühitin çirklənməsi
Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər.
Aşio mis mədəni çirklənməsi
Aşio mis mədəni çirklənməsi (足尾鉱毒事件, Aşio kodoku ciken) – Yaponiya tarixində baş vermiş ilk ekoloji fəlakət. XIX əsrin ikinci yarısında Toçiqi prefekturasında yerləşən Aşio mis mədənində aparılan intensiv işlər ətraf mühitə və yerli sakinlərin sağlamlığına böyük ziyan vurmuşdur. == Tarixi == 1877-ci ildə Aşio mis mədəninin yeni sahibi Furukava İçibey yeni mis damarları kəşf etmiş və yeni texnologiyalardan istifadə edərək mədəndə intensiv mis hasilatına start vermişdir. Mədəndə aparılan intensiv əməliyyatlar nəticəsində zəhərli tullantılar yaxınlıqda axan Vatarase və Tone çaylarına atılmağa başlamışdır. Mədənə aid olan tüstü bacalarından ayrılan toksinlər ağacların ölməsinə səbəb olmuş və meşələrin məhvinə səbəb olmuşdur. Mədən odun ehtiyacını qarşılamaq üçün özü də ağacları qırmağa başlamış, meşələrin məhv olması nəticəsində daşqınlar başlamışdır. 1890-cı ildən etibarən daşqınlar Kanto düzənliyinin şimalında yerləşən 50.000 akr ərazini çirkləndirmiş və 500 mindən çox insanın həyatını təhlükə altına salmışdır. Mədənin səbəb olduğu tullantılar çayların balıqçılıq sənayesinə də ziyan vurmuşdur. Çaylarda yaşayan balıqlar ölməyə, balıqları yeyən şəxslər isə xəstələnməyə başlamışdır. Tezliklə bu çaylarda tutulan balıqların satılmasına qadağa qoyulmuşdur.
Okean və dənizlərin çirklənməsi
Okean və dənizlərin- çirklənməsində karbohidrogenlər, xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələrdir. Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sisteminin balansını təmin edir. Dünya okeanını kirləndirən mənbələr üç qrupa ayrılır : Dəniz – hərbi gəmilər, hərbi təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması. Yerüstü– çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olması. Atmosfer — zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlərdir. Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Kirlənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar. 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusklarla qidalanmışlar.