KARST ÇAYI

öz başlanğıcını karstdakı sulardan (bulaqlardan) götürən, yaxud karst rayonunda axan, çay. карстовая река karst river
KARST BOŞLUĞU
KARST ÇÖKƏKLİYİ
OBASTAN VİKİ
Karst
Karst (alm. Karst‎, Yuqoslaviyanın şimal-qərbində yerləşən platonun adından) – suyun süxurları əritməsi, onlarda boşluqların və bunlarla əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef formalarının əmələ gəlməsi hadisəsi. Karst suda asanlıqla əriyən süxur (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlarında geniş inkişaf edir. K. yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ gətirir. Karst nəticəsində yer səthi altında xeyli dərinlikdə boşluq yaranır ki, buna mağara deyilir. Dünyada ən böyük karst mağarası ABŞ-də Kamberlend platosunda yerləşən Mamont mağarasıdır. Bu mağaranın bütün şaxə və qollarının uzunluğu 225 km-dir. Burada 200-dən çox keçid, 47 qübbə, 23 dərin xəndək vardır. Böyük bir zalın uzunluğu 5 km, eni 90 m, tavanının hündürlüyü isə 40 m-dir. Mağarada yeraltı sulardan üç göl əmələ gəlmiş və üç çay axır ki, bunlarda kor balıqlar və xərçənglər yaşayır.
H.Karst.
Hermann Karsten (ing. Gustav Karl Wilhelm Hermann Karsten (6 noyabr 1817, Stralsund – 10 iyul 1908, Zoppot) — Almaniya botaniki.
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape) — karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Karst quyusu
Karst quyusu (rus. карстовый колодец , ing. karst pit) — karst vilayətlərində qapalı çökək-liklərin bir tipi. Adətən dairəvi, düzgün olmayan silindr, yaxud çat formasında olur (dərinliyi 20–60 m, eni 5–10 m). Yeraltı suların həlletmə fəaliyyəti nəticəsində yeraltı karst boşluğunun tağının uçması sayəsində əmələ gəlir, yaxud hazırda inkişafda olmayan boşluq formasında olur.
Karst relyefi
Karst relyefi (rus. карстовый рельеф, ing. karst relief) — əhəngdaşı, dolomit, gips və digər həll olan süxurlarda suyun həll etməsi sayəsində əmələ gələn relyef tipi. Yerüstü və yeraltı qapalı mənfi relyef formaları (yerüstü-qıf, çökəklik, polye, ponor və yeraltı quyu, mağara) üstünlük təşkil edir. Tropik ərazilərdə müsbət relyef formalarına tez-tez təsadüf edilir. Ti-pik K. r. Yuqoslaviyada karst platosunda təsadüf edilir.
Karst yaylası
Karst yaylası (rus. карстoвое плато, ing. -karst plateau) — zəif dislokasiyaya uğramış, yaxud üfqi yatan qalın karstlaşan süxurlardan təşkil olunmuş plato tipi. K.y. səth sularının zəif axması ilə əlaqədar qrunt sularının güclü şaquli hərəkət etdiyi zonalarda bol karst formalarının olması ilə səciyyələnir (mis: Yuqoslaviyanın şimal-qərbində Karst yaylası).
Zirehlənmiş karst
Zirehlənmiş karst (rus. бронированный карст, ing. armoured karst ) — qaya süxurlar altında inkişaf etmiş karst /bazalt, andezit, qumdaşı, əhəngdaşı və s. Zirehlənmiş karst üçün səthdə batıq relyef formaları /qıf, çökəklik/, bəzən də dolanbac mağara yolları səciyyəvidir.
Örtülü karst
Örtülü karst (rus. покрытый карст, ing. covered karst, mantled karst) — karst tipi, karstlaşan süxurların müxtəlif mənşəli kövrək çöküntülərlə örtüldüyü vilayətlərdə inkişaf edir. Elüvi və torpaqla örtülən karstları bəzən Orta Avropa tipli karst adı altında ayırırlar.
Cəhri çayı
Cəhriçay — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində çay. Naxçıvançayın sağ qolu. Uzunluğu 45 km. Hövzəsinin sahəsi 442 km2 Dərələyəz silsiləsindən 2320 m hündürlükdən başlayır. Qar, yağış və yeraltı sularla qidalanır. Suvarmada istifadə olunur. Cəhriçay hövzəsində, Cəhri qəsəbəsinin cənub qərb və qərb hissələrindədir. Geoloji quruluşunda müasir dövrün allüvial-delüvial çöküntüləri — çaqıl, çınqıl və qum qarışığı iştirak edir. Sahəsi 2,18 km2, faydalı qatın qalınlığı 4,84 m=ə qədərdir. Çınqıl-qum qarışığı hidotexniki tikinti işləti üçün öyrənilmişdir.
Cəlaloğlu çayı
Cəlaloğlu çayı (erm. Ձորագետ գետի (Dzoraqet qeti)) — Ermənistanda, hazırkı Loru vilayətində (erm. Լոռու մարզ (Lorru marz)) çay, Tona çayının (erm. Դեբեդ գետի (Debed qeti), (gürc. დებედა (Debeda)) sol qolu.
Demini çayı
Demini çayı — Braziliyanın Amazonas ştatının Amazon cəngəlliklərindən axan çaydır. Çay Rio Neqro çayının qolunu əmələ gətirir. Demini çayı həmçinin Serra de Araka Dövlət Parkının ərazisindən axır. 1990-cı ildə Demini çayının mühafizəsi ilə bağlı olaraq 1,818,700 hektarlıq (4,494,000 akrlıq) ərazi salınmışdır. Çay parkın cənub-qərb axınları vasitəsilə Cənubi Rio Neqro çayının axınlarına qoşulur. Toototobi çayının sərhədi yaxınlığında, Venesuelanın Orinoko çayının yuxarılarına yaxın Demini-nin səviyyəsi artır. Yanomani indios bu ərazilərin yerli sakinləridir.
Demyanka çayı
Demyanka — Qərbi Sibir ərazisindən axan və İrtışın sağ qolunu təşkil edən çay. Çay başlanğıcını Vasyuqan bataqlığıdan Omsk vilayətinin şimal-şərqindən götürür. Sonra Tümen vilayətinin Uvatski rayonu ərazisinə keçir. Ən iri qolları: Keum, Tyamka (sağ), Tequs, Urna, İmqıt, Böyük Kunyak (sol). Çayın uzunluğu 1159 km təşkil edir. Su hövzəsinin sahəsi 34800 km², düşməsi 90 metrdir. 50 qolun uzunluğu 10 km çoxdur. Hövzəsinə 1689 su axarı tökülür. Qollarının birlikdə uzunluğu 10 913 km təşkil edir. Çay kənarlarında qarışıq meşələr yayılmışdır.
Desna çayı
Desna çayı (ukr. Десна) — Şərqi Avropada çay. Rusiya və Ukrayna ərazilərindən keçir. Dnepr çayının sol qolunu təşkil etməklə yanaşı həmdə onun ən böyük qoludur. Çayın uzunluğu 1130 km təşkil edir. Novqorod-Sevenski şəhərinə qədər 535 km məsafədə naviqasiya üçün yararlıdır. Daimi naviqasiya isə Jukovka şəhərinə qədərdir. Hövzəsinin sahəsi 88, 9 km²-dir. Adının mənası q.slav. дєснъ — "sağ" deməkdir.
Deyran çayı
Deyrançay — Şamaxı rayonu ərazisində çay. Çay başlandığı yerin adı ilə adlandırılmışdır. Deyri-muğan (zərdüştilərin və atəşpərəstlərin ibadət yeri) sözünün qısaldılmış forması olduğunu ehtimal etmək olar. Ərəb sözü olan deyr "monastır, kilsə", məcazi mənada "şərab satılan yer" mənalarında da işlənir.Tədqiqatçılar hidronimi "məbəd yeri" kimi izah edirlər.
Dibni Çayı
Dibni çayı — Türkiyədə bir çay. Dəclə çayının mənbələrindən biridir. Köhnə adları: Subnat, Səbbənə-Su, Zəbənnə-su Diyarbakır vilayətinin Lice rayonunda məşhur Dəclə Tunelini (Bırkleyn Mağaralarını) yaradır. Bu çayın adı Assuriya kitabələrində Subnat olaraq çəkilir.
Don çayı
Don çayı — uzunluğu 1870 km-dir, Şərqi Avropada yerləşir. Azov dənizinə tökülür, mənbəyini İvan gölündən alır. Çayın adı iskit (yəni qədim iran dillərindən) "su", "çay" deməkdir və qədim hindi dil ilə "damca" bağlıdır. [1] Uzunluğu 1870 km olan don çayı Orta Rusiya yüksəkliyinin 180 metr hündürlüyündən başlayaraq Azov dənizinə tökülür. Çaya bu adı XVII əsrdə Don kazakları vermişdilər. Don düzənlik çayıdır. Orta meyilliyi 0,1%o-ə bərabərdir, enli dərə əmələ gətirir. Dərənin eni aşağı axarında 12–15 km-a çata bilir. Çayın mənsəbi Azov dənizində olan Taqanroq körfəzidir. Mənsəbdə delta əmələ gətirir.
Drava çayı
Drava çayı— Mərkəzi Avropada Dunay çayının qoludur. Çayın uzunluğu 710 km, mənbəyini İtaliya sərhədlərində olan dağlardan götürür və ardıcıl olaraq Avstriya, şimali Sloveniya və Xorvatiya ərazilərindən axır. Uzunluğuna görə Tisza, Sava, Prut, Mureş və ola bilər ki, Siret çaylarından sonra Dunay çayının beşinci və ya altıncı çayıdır. Çayın mənbəyi İtaliyada Cənubi Tyrol əyalətinin Puster vadisində bazar şəhəri olan İnniçen (San Kandido) şəhərinin yaxınlığında yerləşir. Drava çayı şərqə Avstriyada Şərqi Tirol və Karintiadan Sloveniyanın Stryria regionuna doğru axır. Daha sonra cənub-şərqə doğru dönərək Xorvatiyaya keçir və əsas qolu olan Mur çayı ilə birləşdikdən sonra Dunay çayına qovuşmadan Osijek yaxınlığında Xorvatiya və Macarıstan sərhədinin böyük hissəsini yaradır (95 km).
Dunay çayı
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Dyoma çayı
Dyoma (başq. Dim dinlə; həmcinin başq. Күгиҙел) —Başqırdıstan və Orenburq vilayəti ilə axaraq Ağidel çayına tökülən çay. А. А. Kamalovun fərziyyəsinə görə Dyoma sözü başqısdcada Dim sözündən götürülmüş, «çayın dərin yeri» mənasını verir. Çayın digər adı Kuk-idel (başq. Күгиҙел) olaraq adı çəkilir. Mənası «göy çay» mənasını verir. Bu isə «rəng + çay» sistemi üzrə müşahidə edilən digər adlardan fərqlənir. Belə ki, Başqısdıstan ərazisində Ağ çay və Qara çay çay adı ilə çaylar olsa da, səma rənginə uyğun digərinə rast gəlinmir. Bununla belə digər türk ölkələrinin ərazisində o cümlədən vətənimizdə bu adlı çay vardır Çay başlanğıcını Obşiy Sırt yüksəkliyindən, Başqırdstanın Fyodorov rayonu Alyomşkin kəndinin 2 km şimal-şərqindən başlayır.
Dzirula çayı
Dzirula çayı (gürc. ძირულა) - Qərbi Gürcüstanda çay. Sacxer, Xaraqaulsk və Senak bələdiyyələrinin ərazisindən axır. Kvirila çayının sol qoludur. Uzunluğu-83 km olub, hövzəsinin sahəsi isə 1270 кm²-dir. Qərbi Lix dağlarından 1252 m dəniz səviyyəsindən başlanğıcını götürür. İllik su sərfi Çeva kəndi yaxınlığında -26,6 m³/s-dir. Qidalanmasında qar, yağış və yeraltı sular əsas rol oynayırlar. Suyun səviyyəsi qış aylarında yüksək, yay aylarında aşağı olur. Suvarmada istifadə olunur.
Dərk çayı
Dərk- Quba rayonu ərazisində çay. Dərk kəndinin şimalı ilə axaraq Babaçaya tökülülür. Onun sol qolunu təşkil edir. Dərk Vəlvələ çayının sol qoludur.1. Quba r-nunda çay. Azərbaycan dilinin dialektlərində dər "dar keçid", dərgə "çay üzərində ağacdan düzəldilmiş keçid, körpü", İran dillərində dərğ "bənd, barı" mənalarında işlənir. Hidronim "bənd, körpü" mənasındadır; 2. Quba r-nunun Dərk kəndinin c.-q. hissəsində min. bulaq.
Emajogi çayı
Emajogi (est. Emajõgi, alm. Embach‎, rus. Омо́вжа; latış. Mētra‎) — Estoniyada çay. Narva çay hövzəsinə daxildir. Eston dilində Emojogi sözü Ana-çay mənasını verir. Çayın aşağı axaraları gəmiçilik üçün yararlıdır. Çayın sahilində Tartu şəhəri yerləşir. Çayın uzunluğu — 99,3 km, hövzəsinin sahəsi— 9628,1 km²-dir.
Emba çayı
Emba çayı (qaz. Жем, Ембі) — Qazaxıstanın Aktobe və Atyrau vilayətlərindən axır. çay həmdə iki qitə, Avropa və Asiya arasında sərhəd rolunu oynayır. Uzunluğu 712 km (seldə), hövzəsinin sahəsi 40.400 km²-dir. Başlanğıcını Muqojar dağının qərb yamaclarından götürür. Podural yaylası və Xəzər ovalığı boyunca axır. Duzlu sahil bataqlıqları arasında itir, tam axan illərdə Xəzər dənizinə çatır. Qidalanmasının əsasını qar suları təşkil edir. Əsas axını aprel-may aylarında baş verir. İlin qalan ərzində tez-tez quruyur.
Essekibo çayı
Essekibo (ing. Essequibo) — Qayana ərazisindən axan çay. Uzunluğu 1000 km təkil edir. Sipu və Çokidor çaylarının birləşməsindən əmələ gəlir. Mənbə ölkənin cənubunda Akaray silsiləsində yerləşir. Şimala doğru rütubətli meşə və savannadan axır. Axarı boyunca orta və aşağı hissələrdə adalar əmələ gətirir. Corctaundan 21 km şimalda Atlantik okeana tökülür. mənsəbində eni 20 km olan estuari əmələ gətirir (Xoq, Lequan). Estuariyə Kyuni və Mazarubi çayları tökülür.
Fars çayı
Fars (adıq Фарз) — Adıge Respublikasında və Krasnodar diyarında çay. Fars Laba çayının sol qolu olub Kuban hövzəsinə aiddir. Fars çayı öz başlanğıcını Qayalı silsiləsinin şimal yamacında yerləşən mağaradan çıxan bulaqdan götürür. Yaxınlıqda Ekvesopko dağı yerləşir. Mənbədən 4,3 km cənub-şərqdə Pobeda qəsəbəsi yerləşir. Mənsəbinin hündürlüyü dəniz səviyyəsindən 70 metr yüksəklikdədir. Mənbənin hündürlüyü — dəniz səviyyəsindən 1010 metrdir. Yuxarı axınlarda çay əhəng daşılı süxurlardan keçir və dərədən çıxdıqdan çay kənarında olan ilk yaşayış məntəqəsi olan Novosvobodnaya kəndindən keçir. Maxoşevskaya kəndi yaxınlığında dağ-meşə zonasından çıxır. Yaroslavskaya kəndində sağ qolu olan — Psefir çayı ilə birləşir.