1. İdarənin, müəssisənin, təşkilatın və ya bir şəxsin yazı-pozu işlərini aparan adam. Dəftərxana katibi. Məhkəmə katibi. İdarə katibi. Yerli komitə katibi.
2. İclasın, yığıncağın və s.-nin protokolunu yazan şəxs. İclasın katibi.
3. Hər hansı bir təşkilatın seçilmiş rəhbəri.
4. Hər hansı bir idarənin təşkilat və icra şöbəsinin başında duran şəxs. Qəzet redaksiyası katibi. Jurnalın katibi.
5. köhn. Yazan, yaxşı qələmi olan.
◊ Dövlət katibi – ABŞ-da xarici işlər nazirinin adı.
Elmi katib – elmi idarənin cari işlərinin təşkilinə cavabdeh olan şəxs. İnstitutun elmi katibi.