Dialektlərdə “söndürmək” mənasında keçirmək sözü işlənir. Mənbələrdə öç feili var və rus dilinə “гаснуть” kimi tərcümə olunub. Deməli, keçir sözü öçür şəklində olub və dəyişərək keçir formasını kəsb edir. Ehtimal ki, öç sözü üfür ilə kökdaş olub, “külək” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)