kimyaçı-əyarvuran 2021

kimyaçı-əyarvuran
kimyaçı
kimyaçı-texnoloq
OBASTAN VİKİ
Kimyaçı
Kimyaçı — kimya elminin yaradıcıları, kimya elmi ilə məşğul olan insanlar. == Kimya == Kimya- zəngin eksperimental materiallar və tutarlı nəzəriyyələrə əsaslanan fundamental elmlər sistemidir və fantastik yaradıcılıq gücünə malikdir. Kimyaçılar təkcə təbii maddələrin xassələrini dəyişmir, həm də əvvəlcədən verilmiş xassəli yeni maddələr sintez edirlər. Bəşəriyyətin min illər boyu mövcudluğunu kimyasız və kimyəvi texnologiyaların köməyi ilə hazırlanmış geniş spektrli məhsullarsız təsəvvür etmək mümkün deyil. Kimyaçılar və kimyaçıların həyatından maraqlı faktlar Kimyaçı və bəstəkar Aleksandr Borodin çox dağınıq fikirli adam imiş. Bir gün o dostlarını evinə qonaq çağırır. Məclisin ən qızğın vaxtında birdən Borodin ayağa qalxır, gedib paltosunu geyir və sağollaşıb getmək istəyir ki, qonaqlar soruşurlar: Hara belə, Aleksandr Porfiyeviç? — Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam. Səhər mühazirəm var. Yalnız dostlarının şaqqanaqla güldüyünü gördükdə Borodin başa düşür ki, o öz evindədi.
Eldar Zeynalov (kimyaçı)
Zeynalov Eldar Bahadır oğlu (8 oktyabr 1948, Bakı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Azərbaycan kimyaçısı, Azərbaycanda və bir sıra xarici ölkələrdə kimyəvi kinetika və kataliz, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində mütəxəssis və ekspert, tanınmış kimyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor, AMEA-nın akademik M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə" laboratoriyasının müdiri, eyni zamanda, "Neft mənşəli kaustobiolitlərdən nanokarbon materialları əsasında katalizatorların sintezi və tətbiqi üzrə fundamental tədqiqatlar (İNTERLABCAT)" beynəlxalq laboratoriyasının rəhbəri. 2009-cu ildən Amerika Kimya Cəmiyyətinin üzvüdür. == Həyatı == Eldar Zeynalov 8 oktyabr 1948-ci ildə Bakı şəhərində ziyalı və alim, neft kimya sahəsində Azərbaycanın görkəmli alimlərindən biri, Azərbaycanın əməkdar elm xadimi, akademik Bahadır Zeynalovun ailəsində anadan olmuşdur. Həyat yoldaşı Zeynalova Səadət Məmməd qızı – təvəllüdü 1954, dil nəzəriyyəsi və german dilləri üzrə mütəxəssis, professor, filologiya elmləri doktoru, AFR-in Aleksandr-fon-Humboldt Fondunun laureatı, Ümumdünya Germanistlər Birliyinin üzvüdür. == Fəaliyyəti == 1971-ci ildə E. B. Zeynalov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Eldar Zeynalovun elmi fəaliyyəti 1971-ci ildə başlanmış. O, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olub və sonra SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunun aspiranturasına göndərildi. 1976-cı ildə Moskva vilayəti, Çernoqolovka şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutun Bölməsində "Poliorqanosiloksanların oksidləşdirici destruksiyası və stabilləşməsi sahəsində tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və SSRİ Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarı ilə "Fiziki kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görulmüşdür.
Eldar Əhmədov (kimyaçı)
== Həyatı == Əhmədov Eldar İsa oğlu 1951-ci ildə anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərindəki 99 №-li məktəbi bitirib, indiki Bakı Dövlət Universitetinə qəbul olunmşdur. 1973-cü ildə Universitet bitirərək M.V.Lomonosov adına MDU-nun kimya fakültəsində məqsədli aspiranturaya qəbul olunmuşdur. 1977-ci ildən BDU-nun kimya fakültəsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, assistent, dosent vəzifələrində işləmişdir. 2005-ci ildən “Fiziki və kolloid kimya” kafedrasının professoru və kafedra müdiridir. == Təhsili, elmi dərəcə və elmi adları == 1973, Bakı Dövlət Universiteti. 1977,k.e.n., “Flüorlu alüminium oksid iştirakında parafin karbohidrogenlərinin çevrilməsi” . 2004,k.e.d, “Metalseolit katalizatorlarının alınması və onların doymuş karbohidrogenlərin aşağı temperaturlu çevrilmələrində katalitik təsirinin qanunauyğunluqları”. == Tədqiqat sahəsi == Heterogen kataliz. Seolitlər iştirakında kataliz.
Elman Məmmədov (kimyaçı)
Məmmədov Elman İdris oğlu (1948, Zarağan, Qutqaşen rayonu) — kimya elmləri doktoru (1992), professor (1994), Gəncə Dövlət Universitetinin rektoru (2006). == Həyatı == Elman Məmmədov 1948-ci ildə Azərbaycanın Qəbələ rayonunun Zarağan kəndində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Çarxana kənd ibtidai məktəbinə daxil olmuş, 1965-ci ildə Zarağan kənd orta məktəbini Qızıl medalla bitirərək, S. M. Kirov adına ADU-nun (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olunmuşdur. 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və 1971-ci ildə Ç. İldırım adına AzPİ-nin (indiki Azərbaycan Texniki Universiteti) "Analitik kimya və kimya texnologiyası" kafedrasında aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə həmin kafedrada baş laborant vəzifəsinə götürülmüş, 1975-ci ilin yanvar ayından kimya elmləri namizədidir, həmin ilin mart ayından assistent vəzifəsinə təyin olunmuşdur. 1977-ci ildə Ç. İldırım adına AzPİ-nin Kirovabad filialına (indiki Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhəri) keçirilmişdir. 1984-cü ildə "Kimya" kafedrasında dosent vəzifəsini tutmuş, 1991/97-ci illərdə həmin kafedranın müdiri işləyib. 1997-ci ilin sentyabr ayından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baş mütəxəssis vəzifəsinə təyin olunmuş və həmin ilin noyabr ayından TQDK nəzdində olan "Abituriyent" hazırlıq kursunun rəhbəri vəzifəsinə keçirilmişdir. 2001/2006-cı illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru işləmişdir. 25 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru təyin olunmuşdur.
Etibar İsmayılov (kimyaçı)
Etibar Hümmət oğlu İsmayılov — Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Fiziki, fiziki-kimyəvi tədqiqatlar" şöbəsinin və "Kataliz problemlərinin spektroskopik metodlar ilə tədqiqi" laboratoriyasının müdiridir, kimya elmləri doktoru, professor == Həyatı == Etibar İsmayılov 4 may 1951-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə Bakıda 176 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin kimya fakültəsini və M. F. Axundov adına Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik (1970–72) kursu fərqlənmə diplomları ilə bitirmişdir. 1972–75-ci illər ərzində SSRİ Elmlər Akademiyasının Sibir bölməısinin Kataliz İnstitutunun aspirantı olmuş və 1976-cı ildə orada 02.00.04-fiziki kimya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981–82-ci illərdə SSRİ EA Sibir bölməsinin Kataliz (Novosibirsk), 1983–84-cü illərdə SSRİ EA Üzvi kimya (Moskva) İnstitututlarının doktorantı olmuşdur. 1988-ci ildə 02.00.15-kimyəvi kinetika və kataliz ixtisası üzrə "Katalitik sistemlərdə paramaqnit mərkəzlər və onların iştirakı ilə gedən reaksiyalar. Kiçik kütləli olefinləri dimerləşdirən oksid və metalkompleks katalizatorların dizaynı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fiziki kimya ixtisası üzrə 1985-ci ildə baş elmi işçi və 1997-ci ildə professor elmi adlarını almışdır. Spektral tədqiqat metodlarının kimyanın müxtəlif, əsasən də səth kimyası və kataliz sahələrinə tətbiqi, kimyəvi reaksiyaların qeyri-stabil, aralıq birləşmələrinin quruluşunun, reaksiyayagirmə qabiliyyətinin, kinetika və termodinamikasının, ümümiyyətlə, kimyəvi reaksiyaların mexanizminin tədqiqi sahələri üzrə tanınmış ixtisasçıdır, keçmiş SSRİ-nin, MDB və digər xarici ölkələrin, Azərbaycanın elmi nəşrlərində dərc edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 6 ixtiranın müəllifidir, bu sahələrdə keçirilmiş beynəlxalq, respublika səviyyəli simpozium, konfrans və qurultayların iştirakçısı, müfəffəqiyyətlə müdafiə edilmiş 10 namizədlik dissertasiyasının rəhbəri olmuşdur. 1978–1990-cı və 1998–2000-ci illər ərzində Bakı Dövlət Universitetinin kimya (1978–90) və fizika (1998–2000) fakültələrində baş müəllim və professor kimi fəaliyyət göstərmiş, fiziki tədqiqat metodlarının kimyaya tətbiqi, analitik kimya, radikal kimyası, neft fizikası, yüksək molekullu birləşmələr fizikası və elmi tədqiqatın əsasları kursları üzrə mühazirələr oxumuş, diplom işlərinə rəhbərlik etmişdir.
Faiq Həsənov (kimyaçı)
Faiq Paşa oğlu Həsənov (15 dekabr 1939, Salah, İcevan rayonu – 11 mart 2022) — Kimya elmləri namizədi (1981). == Həyatı == Həsənov Faiq 1939-cu il dekabrın 15-də Salah kəndində (Qaraqoyunlu) anadan olub. Elmi dərəcəsi Kimya elmləri namizədidir. Vəzifəsi isə Dosentdir. 1963-cü ildə ADU-nun Kimya fakültəsini bitirib. == Elmi fəaliyyəti == 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-cü ilin avqust ayından 1964-cü ilin fevral ayına qədər Gəncə alüminium zavodunda işləmiş, 1965-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1965-ci ilin sentyabrında ATU-nun üzvi kimya kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1973-cü ildən baş müəllim, 1980-cı ildən isə dosent vəzifəsində çalışır. 1979-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Fikrət Babayev (kimyaçı)
Fikrət Rzaqulu oğlu Babayev (1943, Bakı) — Azərbaycanın kimyaçı alimi, professor, Amerika Neftçi-geoloqlar Assosiasiyasının üzvü (1994), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı. Əməkdar ali məktəb işçisi. == Həyatı == 1943-cü ildə anadan olmuşdur. 1950-1960-cı illərdə orta təhsil almışdır. 1966-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini "Lenin" təqaüdü ilə bitirərək "Qeyri-üzvi kimya" ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra Qeyri-üzvi kimya kafedrasında 1978-ci ilə qədər assistent, dosent, 1978-1993-cü illərdə Neft kimyası və kimya texnologiyası kafedrasında dosent və professor vəzifələrində işləmişdir. 1974-1977-ci illərdə BDU-da Kimya fakültəsinin, 1987-1990-cı illərdə isə BDU hazırlıq şöbəsinin dekanı vəzifələrində çalışmışdır. 1990-1991-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin birinci müavini, 1991-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin Beynəlxalq və İqtisadi Əlaqələr üzrə prorektoru, 1992-2003-cü illərdə Kimya kafedrasının müdiri, 2003-cü ildən həmin kafedrada professor vəzifəsində işləyir. 1970-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1988-ci ildə "Neft kimyası" ixtisası üzrə professor adına layiq görülmüşdür.
Fikrət Məmmədov (kimyaçı)
Fikrət Ələsgər oğlu Məmmədov (9 avqust 1938, Kirovabad) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, neft-kimya ixtisası üzrə elmlər doktoru. == Həyatı == Fikrət Ələsgər oğlu Məmmədov 1938-ci il avqustun 9-da Gəncə şəhərində tanınmış pedaqoq alim Məmmədov Ələsgər Səməd oğlunun ailəsində doğulmuşdur. 1955-ci ildə Gəncə şəhər 6 saylı orta məktəbi bitirdikdən sonra, həmin ildə Gəncə Pedaqoji İnstitutunun kimya fakultəsinə daxil olmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1962-ci ildə Az.EA Y.H. Məmmədəliyev adına Neft-Kimya Prossesləri İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1964-cü ildə Az.EA NKPİ-da kiçik elmi işçi vəzifəsində işləmişdir. 1965-ci ildə yeni yaradılmış Az.EA Aşqarlar Kimyası İnstitutuna keçərək orada kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildən indiyədək "Metalların korroziyaya qarşı davamlılığını artıran inhibitorların sintezi və tədqiqi" laboratoriyasına rəhbərlik edir. 1966-cı ildə kimya elmləri namizədi dərəcəsini almaq üçün "Alkilfenolların fosforlu törəmələrinin sintezi və sürtkü yağlarına əlavə kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyasını, 1991-ci ildə isə "Fenol və merkaptofenolların törəmələrinin alınması, sürtkü yağlarına aşqar və korroziya inhibitorlarının yaradılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildə "Neft-kimya" ixtisası üzrə professor adına layiq görülmüşdü.
Fikrət Sadıqov (kimyaçı)
Fikrət Məmməd oğlu Sadıqov (28 aprel 1940, Ordubad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür. == Elmi fəaliyyəti == Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir. Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır. Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur.
Fuad Əliyev (kimyaçı)
Əliyev Fuad Yusif oğlu — kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (akademik) (2014). == Həyatı == Fuad Yusif oğlu Əliyev 1 fevral 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra zabit rütbəsində ordu sıralarında xidmət etmiş, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmış, 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. F.Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda və tərkibində olan funksional qrupların, hetroatomların yeni alınmış maddələrin xassələrinə təsirinin, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir. Sintez olunmuş birləşmələr əsasında hazırlanmış sürtkü kompozisiyaları korroziyaya, siyrilməyə və yeyilməyə qarşı yüksək davamlılığa malikdirlər. Sintez edilmiş birləşmələrin tərkibində müxtəlif funksional qruplarla, hetroatomlarla yanaşı, kükürd atomunun da iştirak etməsi bu birləşmələrin bir çox dərman preparatlarının tərkibinə daxil olmasına səbəb olmuşdur. Bununla da sintez edilmiş maddələrin bir çoxunun antimikrob xassəyə malik olması müəyyən edilmişdir. 1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir.
Fəxrəddin Məmmədov (kimyaçı)
Fəxrəddin Nəsib oğlu Məmmədov (1928-1992) - kimyaçı alim, "Neft-kimyası" və "Neft-kimya sintezi" ixtisası üzrə kimya elmləri doktoru, AMEA Aşqarlar Kimyası İnstitutunda sabiq laboratoriya müdiri. == Həyatı == Fəxrəddin Nəsib oğlu Məmmədov 1928-ci ildə Kirovobad (indiki Gəncə) şəhərində kəndli ailəsində anadan olmuşdur. 1944-cü ildə M.Ə. Gəncə şəhərində orta təhsilini başa vurduqdan sonra 1945-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş, 1950-ci ildə həmin Universiteti bitirmişdir. Fəxrəddin Məmmədov 1949-cu ildə V.V. Kuybışev adına Azərbaycan Elmi Tədqiqat Neft emalı institutunda texnik-laborant vəzifəsində əmək fəaliyyəyinə başlamış, 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Sonra həmin institutun aspiranturasına qəbul olmuş və 1951-ci ili martında SSRİ Elmlər Akademiyasının Neft İnstitutuna ezam olunmuş, 1954-cü ildə həmin institutda namizədlik dissertasiyası müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Fəxrəddin Məmmədov 1955-1958-ci illərdə AEA-nın Kimya İnstitutunda böyük elmi işçi əvəzi vəzifəsində çalışmış, 1959-cu ildə müsabiqə yolu ilə EA Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilmiş və 1965-ci ildən ömrünün sonuna kimi yeni yaradılmış Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1954-cü ildə SSRİ EA Nİ-in Elmi Şurasında "Beşüzvlü heterotsiklik birləşmələrin quruluşu ilə onların reaksiyagirmə qabiliyyəti arasında əlaqə" mövzusunda namizədlik dissertasiyasını, 1980-ci ildə "Fenol, nbjatyjk və aromatik karbohidrogenlərinin sintezi üsullarının işlənib hazırlanması və onların müxtəlif materiallara əlavə kimi tədqiqi" mövzusunda "Neft-kimya" və "Neft-kimya sintezi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. F.Məmmədov 1992-ci il noyabr ayının 29-da vəfat etmişdir. == Elmi istiqaməti == Fəxrəddin Məmmədovun elmi-tədqiqat işlərinin əsas istiqamətini sürtkü yağlarına müxtəlif çeşidli aşqarların, yüksək təsir effektinə malik korroziya inhibitorlarının polimer materiallarına stabilizatorların və bioloji fəal maddələrin sintezi, eləcə də onların quruluşu ilə təsir effektivliyi arasında asılılığın öyrənilməsi təşkil edir. Fəxrəddin Məmmədov korroziya inhibitorları və səthi aktiv maddələrin, yağlara aşqarların sintezi və kimyası sahəsində aparıcı alimlərdən biri olmuşdur.
Mahəddin Abbasov (kimyaçı)
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Musa Bayramov (kimyaçı)
Bayramov Musa Rza oğlu (4 mart 1938, Gədəbəy rayonu) — kimya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin «Neft kimya» kafedrasının müdiri. Musa Bayramov 1938-ci il mart ayının 4-də Gədəbəy rayonun Söyüdlü kəndində anadan olmuşdur. 1955-ci ildə Gədəbəy rayonunun Söyüdlü kənd orta məktəbini bitirmişdir. Bir il işlədikdən sonra Bakı Kənd Təsərrüfatı texnikumuna daxil olmuşdur və 1959-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişlir. 1959-cu ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1965-ci ildə təhsilini başa vurduqdan sonra təyinatla akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna göndərilmiş, orada aspiranturaya daxil olmuş və 1968-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir. Orada kiçik elmi işçi və baş mühəndis vəzifəsində işləmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Universiteti «Neft kimyası və kimya texnologiyası» kafedrasına dosent vəzifəsinə seçilmiş, 1979-cu ildən bu günə qədər həmin kafedranın müdiri vəzifəsində çalışır. O, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə onun təşəbbüsü ilə kafedranın nəzdində “Alkenilfenollar və karbonilli birləşmələrin kimyası“ ETL-i yaradılmışdır. Onun əsas elmi yaradıcılığı polifunksional monomerlər olan alkenilfenolların sintezi və onlar əsasında alınan oliqomer və polimerlərin, kompozisiya materiallarının alınması ilə bağlıdır.
Mustafa Hüseynov (kimyaçı)
Mustafa Hüseynov (22 mart 1928, Muğancıq Mehrab, Naxçıvan MSSR – 3 fevral 1991, Bakı) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1963). Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980). Mustafa Hüseynov 22 mart 1928-ci ildə Şərur rayonunun Mehrab kəndində anadan olub. İbtidai təhsilini Qarxun kəndində, orta təhsilini isə Yenigcə kəndində alıb. 1948-1952-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində ali təhsilini başa vurduqdan sonra Azərbaycan Elmlər Akademiyasının (EA) Kimya İnstitutunun aspiranturasına daxil olub. Mustafa Hüseynov aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan EA-nın Neft İnstitutunda böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1959-1968-ci illərdə Azərbaycan EA Y.Məmmədəliyev adına Neft-Kimya Priosesləri İnstitutunda, (NKPİ) 1968-1973-cü illərdə həmin institutun Sumqayıt filialında Xlorüzvi birləşmələrin sintezi laboratoriyasına rəhbərlik edib. 1973-1978-ci illər Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Sumqayıt filialının və 1978-1986-cı illərdə həmin filial əsasında yaranmış Azərbaycan EA-nın Xlor Üzvi Sintez İnstitutunun direktoru olub. Mustafa Hüseynov 1986-cı ildən ömrünün sonuna qədər Azərbaycan EA-nın Y.Məmmədəliyev adına NKPİ-də Zərif üzvi sintez laboratoriyasına rəhbərlik edib. Mustafa Hüseynov 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru, 1963-cü ildə "Xlorkarbohidrogenlərinin sintezi və çevrilmələri sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya elmlər doktoru elmi dərəcəsini alıb.
Mübariz Əhmədov (kimyaçı)
Mübariz Əhmədov (alim) (4 noyabr 1945, Qazax) — Azərbaycanın alimi, texniki elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1996-2002), AMEA Kimya Problemləri İnstitutunun direktor müavini (2002-2014), "Şöhrət" ordenli. Alim tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlardan metan və onun konversiya məhsulları ilə reduksiya etməklə qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanıb və SSRİ Dövlət Elm və Texnika Komitəsinin qərarı ilə Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə “Böyük Vətən Müharibəsi qələbəsinin 20 illik” Yubiley medalı və “Əmək veteranı” medalı ilə təltif olunub. Onlar tərəfindən təklif olunmuş texnoloji sxem bəzi makrokomponentlərlə yanaşı (Fe, S, Cu, Zn, Pb) həmdə qiymətli mikrokomponentlərin (Ga, In, Ar, Ag, Cd) ayrılmasını təmin edir. Alunit filizin təkmilləşdirmə emalı əsasında, qiymətli produktların (Al 2O3 Al2(SO4)3, H2SO4, V, Ga və s.) alınmasının texnoloji prosesi alınıb və sınaqdan keçirilib. Elementar kükürdün metanın və onun konversia produktları ilə (СO+H2). katalitik və termiki bərpasının nəzəri və praktiki aspektləri hazırlanılıb. Alınmış nəticələr Norilsk (mis) zavodunun dağ-metallurg kombinatında tətbiq olunub(Rusiya Federasiyası). Bakı və Şirvan istillik elektrostansiyasında mazutun yanma nəticəsində alınmış kül qalıqlarından vanadiyin ayrılması prosesini tərtib edib. Yüksək effektli metalseolit katalizator su buxarlı karbonturşulu metanın sintez qaza çevrilməsi tərtib olunmuşdur.
Məhəddin Abbasov (kimyaçı)
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Məmməd Cəfərov (kimyaçı)
Məmməd Cəfərov (Cəfərov Məmməd Xanhüseyn oğlu; d. 1957. Qaçaqkənd, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ) — Rusiya alimi; K.İ.Skryabin adına Moskva Dövlət Veterinar Təbabət və Biotexnologiya Akademiyasının parazitologiya və heyvanların invazion xəstəlikləri kafedrasının professoru. Cəfərov Məmməd Xanhüseyn oğlu 1957-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini “kimya” ixtisası üzrə əla qiymətlərlə bitirib. Elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fiziki Kimya və Kataliz İnstitutunun məqsədli aspiranturasına qəbul olunub və aspirantura təhsilinin bütün dövrü üçün SSRİ Elmlər Akademiyasının Fizioloji Aktiv Maddələr İnstitutunun təbii maddələrin tədqiqinin struktur və nəzəri yolları laboratoriyasına göndərilib. M.Cəfərov 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyası M.M.Şemyakin adına Bioüzvi Kimya İnstitutunun steroidlər kimyası laboratoriyasında təcrübə keçib. 1988-ci ildə kimya elmləri namizədi elmi dərəcəsini almaq üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində “C/D bağlanmasının “ikimərkəzli dövretmə” vasitəsilə steroidlərin izomerləşməsinin rentgenostruktur tədqiqi” mövzusunda dissertasiya müdafiə edib. 1986-1991-ci illərdə elmi işçi vəzifəsində çalışıb. 1990-cı illərdə müxtəlif təşkilatlarda konsultant, kommersiya bölməsinin rəhbəri işləyib, LBO monokristallarının istehsalı və kardiotonik steroidlərin tam sintezi üzrə laboratoriya yaradıb.
Nazim Hüseynov (kimyaçı)
Nazim Müseyib oğlu Hüseynov — Azərbaycan alimi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor, AFFA-nın sabiq vitse-prezidenti. Nazim Müseyib oğlu Hüseynov 1929-cu il noyabrın 16‐da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu neft və qazın texnologiyası ixtisası üzrə bitirmişdir (1953) və təyinatla AMEA NKPİ-yə göndərilmişdir. 1958–1962-ci illərdə NKPİ-nin aspirantı olmuş, 1967–1982-ci illərdə "Karbohidrogenlərin qaz fazasında oksidləşməsinin texnologiyası" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1962‐ci ildə texnika üzrə fəlsəfə doktoru, 1975‐ci ildə texnika üzrə elmlər doktoru, 1985‐ci ildə professor elmi adını almışdır. Azərbaycan SSR EA‐nın müxbir üzvü seçilmişdir (1980). N. Hüseynov Azərbaycan EA Neft‐Kimya Prosesləri İnstitutunda baş mühəndis (1964‐1967), direktor müavini (1967‐1982) Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik‐katibinin müavini (1980‐1982), Təbii Qazın İşlənməsi və Nəqliyyata Hazırlanması üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru (1982‐1988), həmin institutun Təbii qaz komponentlərinin kimyəvi işlənməsi laboratoriyasının rəhbəri vəzifələrində çalışmışdır (1982‐1998). 1972-ci ildən BMT-nin neft-kimya üzrə eksperti olan alimin rəhbərliyi altında BMT-nin tapşırığına əsasən neft-kimya sənayesinin vacib elmi-texniki məsələləri Yuqoslaviya (Sloveniya), Kuba, KXDR, Türkiyə, Yunanıstan və s. ölkələrdə müvəffəqiyyətlə həll edilmişdir. 1976–1978-ci illərdə Novi-Sad (Sloveniya) şəhərində universitetin professoru olmuşdur.
Nazim Mustafayev (kimyaçı)
Nazim Mustafayev (tam adı: Nazim Pirməmməd oğlu Mustafayev; 9 aprel 1941, Nuxa)— kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, kimya üzrə elmlər doktoru. Nazim Mustafayev 1941-ci il aprelin 9-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) kimya fakültəsinə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada təhsilini davam etdirmək üçün saxlanılmış, lakin elmi-tədqiqat işini Universitetin ezam olunmuş aspirantı kimi akademik Ə. M. Quliyevin rəhbərliyi ilə əvvəl Neft-Kimya Prosessləri, sonra isə Aşqarlar Kimyası İnstitutunda yerinə yetirmişdir. 1968-ci ildə "Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd- və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusu üzrə kimya üzrə fəlsəfə doktoru, 1991-ci ildə isə "Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyrilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları" mövzusunda kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1992-ci ildə professor elmi adını almışdır. 1966-cı ildə Aşqarlar Kimyası İnstitutunun "Transmissiya yağları üçün aşqarlar" laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul edilən N. Mustafayev ardıcıl olaraq böyük mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildən bu günə qədər laboratoriya müdiri kimi elmi fəaliyyətini davam etdirir. O, eyni zamanda 1988–1998-ci illərdə İnstitutun struktur bölməsi olan "Aşqar kompozisiyaları" şöbəsinə ictimai əsaslarla rəhbərlik etmişdir. Professor Nazim Mustafayevin ellmi fəaliyyətinin əsas istiqaməti element-üzvi birləşmələrin, xüsusən kükürdlü, fosforlu və xlorlu üzvi maddələrin sintezi, sürtkü yağlarına aşqar kimi tədqiqi və müasir texnikanın tələblərini ödəyən sürtkü kompozisiyalarının yaradılmasıdır.
Nurəddin Babayev (kimyaçı)
Nurəddin Babayev (1935, Ağqula, Marneuli rayonu – 5 dekabr 2004, Sumqayıt) — Azərbaycan Milli Məclisinin deputatı (1990–1995), "Azərkimya" Dövlət şirkətitinin vitse-prezidenti (1995–1998). Nurəddin Bərgah oğlu Babayev 1935-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) rayonunun Ağqula kəndində anadan olmuşdur. 1942-ci ildə Ağqula kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, təhsilini Sadaxlı kənd orta məktəbində bitirmişdir. 1954–1957-ci illərdə keçmiş SSRİ ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1958-ci ildən 1975-ci ilə kimi Sumqayıt Kimya zavodunda maşinist, növbə rəisi, texnoloq, sex rəisi, baş mühəndis və zavod direktoru vəzifələrində çalışmışdır. Nurəddin Babayev 1975-ci ildə Sumqayıt Üzvi Sintez Zavoduna direktor təyin olunmuş və 1987-ci ilə kimi bu vəzifədə işləmişdir. 1987-ci ildən Birliyin baş direktoru təyin edilmişdir. 1966-cı ildə Nurəddin Babayev "SSRİ-nin Kimya əlaçısı", 1985-ci ildə isə "Fəxri Kimyaçısı" adına layiq görülmüşdür. 1990–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Nüsrət Əliyev (kimyaçı)
Nüsrət Əliyev (tam adı: Nüsrət Abbas oğlu Əliyev; 28 iyun 1938, Noraşen rayonu) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutu aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. Əliyev Nüsrət Abbas oğlu 1938-ci ilin iyun ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1956-cı ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1961-ci ildə Universiteti bitirmiş və Xalq Təsərrüfat Şurasınının göndərişi ilə H. Z. Tağıyev adına toxuculuq kombinatına işə yönləndirilmişdir. Əvvəlcə boyaq-bəzək fabrikində usta, 1962-ci ildən 1966-cı ilə qədər sex rəisi vəzifəsində işləmişdir. 1966-cı ilin oktyabr ayından AMEA Aşqarlar Kimyası İnstitutunun "Yanacaqlara aşqarlar""" laboratoriyasında əvvəlcə mühəndis, daha sonra böyük mühəndis, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. Əliyev N. A. 1978-ci ildə "Kəhraba turşusunun azot və kükürdlü törəmələrinin sintezi və onların yanacaqlara aşqarlar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və "Neft kimyası" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixdən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və bu gün də həmin vəzifədə çalışır. Əliyev N. A. kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra da elmi fəaliyyətini davam etdirmiş, yanacaqların istismar xassələrinin yaxşılaşdıran və ətraf mühiti zərərli qazlardan qorumaq üçün bir sıra yüksək effektli aşqarlar sintez etmişdir.
Qasım Hüseynov (kimyaçı)
Qasım Hüseynov ( tam adı:Hüseynov Qasım Zülfəli oğlu) — Kimya elmləri doktoru, professor 1940-cı il 25 mayda Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olmuşdur. 1958-ci ildə Kükü kənd orta məktəbini bitirib. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini (indiki BDU) fərqlənmə diplomu ilə bitirmişdir. 1963–1969-cu illərdə — AMEA Neft Kimya Prosesləri İnstitutunun aspiranturasında oxumuşdur. 1966–1977-ci illərdə — AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, baş mühəndis, laboratoriya müdirinin müavini və baş elmi işçi vəzifələrində çalışmışdır. 1977 — baş müəllim, dosent, Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki NDU) 1984 — kimya kafedrasının müdiri, 1989–96-cı illərdə Naxçıvan Dövlət Univeristetinin rektor olmuşdur., 1996-cı ildən Bakı Dövlət Univeristetinin "Neftkimyası və kimya texnologiyası" kafedrasının professorudur. 2007-dən BDU-nun nəzdində fəaliyyət göstərən "Gənc Istedadlar" Liseyinin direktorudur. Elmi-tədqiqat işləri sürtkü yağlarının,Yanacaqların keyfiyyətini yaxşılaşdıran aşqarların, Metalları korroziyadan qoruyan inhibitorların Analitik reagentlərin sintezinə "Kobaltın fotometrik üsulla təyini" barədəki ixtirası 1986-cı ildən Xarkov şəhərindəki zavod¬da tətbiq olunur. Dizel mühərriklərinin işlənmiş qazlarının tüstülüyünü azaldan və sürtkü yağlarının korroziyaya qarşı davalılığını xeyli artıran səmərəli aşqarların sintezi üçün elmi prinsiplər müəyyənləşdirilmiş, yeni perspektiv istiqamət göstərilmişdir. Aşqarların quruluşu ilə onların effektivliyi arasındakı asılılığı göstərən ümumi qanunauyğunluqlar müəyyənləşdirilməsi.
Rəsul Quliyev (kimyaçı)
Rəsul Şirin oğlu Quliyev (1915, Zəhmətabad, Lənkəran qəzası – 17 mart 2007, Bakı) — Azərbaycan alimi, professor. Rəsul Şirin oğlu Quliyev 1915-ci il yanvarın 19-da Cəlilabad rayonunun Zəhmədabad kəndində kəndli ailəsində anadan olmuşdur. 1924-cü ildə Bakı şəhəri N. Nərimanov 15 saylı məktəbdə yeddiillik təhsil aldıqdan sonra, 1930–1934-cü illərdə Neft Texnikumunda oxumuşdur. 1934–1937-ci illərdə keçmiş Ə. Qarayev adına Neftayırma zavodunda operator vəzifəsində çalışmışdır. 1937-ci ildə qabaqcıl neftçi kimi Bakıdakı Ümumittifaq Neft Akademiyasına oxumaq üçün göndərilmiş və orada 1940-cı ilə qədər təhsil almışdır. Akademiya ləğv ediləndən sonra Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə keçmişdir və 1941-ci ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra, yenidən Ə. Qarayev adına Neftayırna zavoduna qayıtmış və orada 1941–1951-ci illərdə qurğu və sex rəisi vəzifəsində işləmişdir. O, 1951-ci ildən elmi-tədqiqat işinə keçərək, 1951–1959-cu illərdə Azərbaycan Elmi-tədqiqat Neft Emalı İnstitutunda, 1959–1985-ci illərdə isə Azərbaycan Elmlər Akademiyası (EA) Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) "Yağların kimyası və texnologiyası" laboratoriyasına 44 il fasiləsiz olaraq rəhbərlik etmişdir. 1985-ci ildən həmin laboratoriyanın aparıcı elmi işçi idi. R. Ş. Quliyev 17 mart 2007-ci ildə vəfat edib.
Sabir Məmmədov (kimyaçı)
[mənbə göstərin] Sabir Əhməd oğlu Məmmədov (10 iyun 1937, Kirovabad) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, kimya üzrə elmlər doktoru. Məmmədov Sabir Əhməd oğlu 10 iyun 1937-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur (əslən Qazax rayonundandır). 1956-cı ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin birinci kursuna kimya fakultəsinə daxil olmuşdur. Hələ institutun dördüncü kursunda akademik V.F.Neqreevin dəvəti ilə AEA-nın Qeyri-üzvi kimya institutunun korroziya laboratoriyasına laborant vəzifəsinə işə götürülmüşdür. 1961-ci ildə ADU-nin beşinci kursunu bitirdikdən sonra korroziya laboratoriyasında mühəndis vəzifəsinə keçirilmişdir.1964-cü ildə ADU-nin üzvi-kimya kafedrasına aspiranturaya daxil olmuş və 1967-ci ildə bitirmişdir.1967-ci ildən AMEA-nın Aşqarlar kimyası institutunda işləmişdir. 1975-ci ildə namizədlik dissertasiyası müdafiəsindən sonra bu institututda baş elmi işçi və sonra analitik kimya laboratoriyasına rəhbərlik etmişdir. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və 1993-cü ildə təyinatla Ali Dənizçilik məktəbində professor vəzifəsində, 1994-cü ildə isə Azərbaycan-Almaniya birgə müəssisəsində direktor vəzifəsində işləmişdir. 2003-cü ildən bu günə qədər laboratoriya müdiri kimi AMEA-nın Aşqarlar kimyası institutunda fəaliyyətini davam etdirir. Professor Sabir Məmmədovun elmi fəaliyyətinin əsas istiqaməti funksional əvəzolunmuş alkil-aril sulfamidlərin müxtəlif üsullarla sintezi və onların yağlara aşqar kimi öyrənilməsinə aiddir.
Sadıq Hüseynov (kimyaçı)
Hüseynov Sadıq Cavad oğlu - görkəmli kimyaçı alim, əməkdar elm xadimi, professor 1 may 1883-cü ildə anadan olmuşdur. 1904-cü ildə orta təhsilini Bakı Realnı Məktəbində aldıqdan sonra, Almaniyanın Darmştad Kimya Texnologiya İnstitutuna qəbul olmuş və oranı 1910-cu ildə bitirərək kimyaçı-mühəndis ixtisasına yiyələnmişdir. 1913-cü ildə Kiyev Tibb İnstitutuna daxil olmuşdur. 1917-ci ildə Bakıya qayıtmış, 1920-ci ildə açılan birillik müəllimlik kurslarının təşkilatçılarından biri olmuş və sonra onun əsasında yaranan Azərbaycan Pedaqoji İnstitutunda 1927-ci ilədək Kimya kafedrasının müdiri işləmişdir. Eyni zamanda, Azərbaycan Tibb İnstitutu (ATİ) və Azərbaycan Sənaye İnstitutunda kimyadan mühazirələr oxumuşdur. 1927-ci ildən BDU-da işləmişdir. 1936-cı ildə BDU-da, bir az sonra ATİ-də Qeyri-üzvi kimya kafedrasının müdiri təyin edilmişdir. 1921-ci ildən başlayaraq 1952-ci ilə qədər həmin tədris ocaqlarında kimyadan dərs demiş, Qeyri-üzvi kimya kafedrasına rəhbərlik etmişdir. 1939-cu ildə professor, 1943-cü ildə isə Azərbaycanın əməkdar elm xadimi fəxri adı almışdır.