Eldar Quliyev (kinorejissor)
Eldar Tofiq oğlu Quliyev (18 yanvar 1941, Bakı – 16 aprel 2021, Bakı) — Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), "Debüt" studiyasının bədii rəhbəri (1987-ci ildən), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru.
== Həyatı ==
Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. "Biri vardı, biri yoxdu…" adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s.