kiplik
kiprlilər
OBASTAN VİKİ
Kiprli Anna
Kiprli Anna (yun. Άννα της Κύπρου; it. Anna di Cipro) (24 sentyabr 1418, Nikosiya, Nikosiya rayonu[d] – 11 noyabr 1462, Cenevrə, Cenevrə kantonu[d]) — Savoyya hersoqu Lüdovikin xanımı, Savoyya hersoqinası. Atası Kipr kralı Yanoş, anası isə onun ikinci xanımı Burbonlu Şarlottadır. 9 avqust 1431-ci ildə bağlanan sazişlə Savoyya hersoqluğunun varisi Şahzadə Amadeusla nişanlansa da, cəmi 20 gün sonra vəliəhd anidən vəfat etdi. Ancaq tərəflər arasında əlaqələri qırmamaq üçün Anna 1 yanvar 1432-ci ildə bağlanan yeni sazişlə hersoqun ikinci oğlu və yeni varisi Lüdoviklə nişanlandı. Cütlüyün toy mərasimi 12 fevral 1434-cü ildə Şamberidə keçirildi və bir neçə ay sonra - 7 noyabrda hersoq oğlunu naib təyin edərək dövlət işlərindən uzaqlaşdığını elan etdi. Buna baxmayaraq V Feliks adını alıb antipapa seçildiyi tarixədək (1440) hersoqluğun idarəsindən rəsmi şəkildə əl çəkmədi. Əri Savoyyalı Lüdovik isə ədəbiyyatla məşğul olur, hersoqluğun idarəsini xanımına həvalə etmişdi. Tez-tez əyləncələr tərtibləyən Annanın dəbdəbəli həyatı bir çox kəndlinin və əsilzadənin etirazına səbəb olmuşdu.
Kiprli İzabella
İzabella de Luzinyan (fr. Isabelle de Lusignan) və ya Kiprli İzabella (təq. 1216, Kipr, Akrotiri və Dekeliya – 1264) — Antioxiya şahzadəsi, Yerusəlim krallığının regenti. == Ailəsi == İzabella Kipr kralı I Hüqo və Şampanlı Alisanın qızı idi. O, 1223-cü ildə Antioxiya şahzadəsi və Tripoli qrafı Henri de Puatye ilə evlənmişdir. Onların Hüqo adlı oğlu və Marqarita adlı qızı olmuşdur. == Regensiya == İzabella 1263-cü ildə Yerusəlim krallığının regenti olmuşdur. Öz növbəsində, Əkka şəhərində öz əri Henrini bayli təyin etmişdir. O, 1264-cü ildə oğlu Hüqo Yerusəlim krallığının baylisi olduqdan sonra Kiprə qayıtmış və orada vəfat etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Edbury, Peter W. The Kingdom of Cyprus and the Crusades.
Kiprli Sibilla
Sibilla de Luzinyan (fr. Sibylle de Lusignan; oktyabr 1198 və ya noyabr 1198 – 1230 və ya 1252) — Ermənistan Kraliçası. O, Kipr Kralı Amorinin və Yerusəlim Kraliçası I İzabellanın qızı idi. Luzinyan ailəsinin üzvü olub. O, Ermənistan Kralı I Levonun ikinci arvadı idi, 1210-cu ildə evləndi və ondan bir qızı Zabel dünyaya gəldi.
İsaak Komnin (Kiprli)
İsaak Komnin (yun. Ἰσαάκιος Κομνηνός) - Kipr hökmdarı (1184-1191). 1191-ci ildə üçüncü səlib yürüşü zamanı İngiltərə kralı Şirürəkli I Riçard tərəfindən taxtdan endirilmişdir. == Soy-kökü == İsaak Komninin hansı nəsildən olduğu haqqında məlumatlar çox azdır və hələ də mübahisə mövzusudur. Bizans tarixçisi Nikitas Xoniata görə İsaak imperator I Manuilin qardaşı İsaak Komninin və Feodora Kamterin oğlu idi. Bu yazılanlardan belə çıxır ki, İsaak adlı-sanlı bir ailənin övladı olub. Başqa bir mənbədə isə anasının adı İrene kimi qeyd olunur. Aleksandr Sturdza onun atasının I Andronikin zamanında edam edilən Andronik Duka Kamteros ola biləcəyini yazır. == Həyatı == 1174 və ya 1175-ci ildə imperator I Manuil İsaakı Tarsusa hakim təyin edir. İsaak hakim olduğu dövrdə Klikiya knyazı III Rubenə qarşı müharibə aparırdı.