komprador 2021
kompresləmə
OBASTAN VİKİ
Kompression-distraksion üsulu
Kompression-distraksion üsulu — Sümüklərin sınığı qədim zamanlardan çox zəhmət tələb edən, çox vaxt müvəffəqiyyətsizliklə nəticələnən xəsarətlərdən sayılır. Keçmiş zamanlarda sınıqları müalicə etmək üçün yumurta, saqqız sarğılarından, adi taxta parçalarından, palma yarpağından istifadə edilmişdir. Bu əməliyyatı sadə sınıqçılar və yaxud xalq həkimləri yerinə yetirirdilər. Naşı adamların müalicə etdiyi xəstələrin çoxu ya axsayır, ya da onlarda başqa fəsadlar baş verirdi. Açıq sınıqların müalicəsi daha çətin olurdu. Çox hallarda yaralar irinləyir, irin sümüyə keçir və tibbi dilində desək, “osteomielit” xəstəliyi əmələ gəlir. İlk dəfə məşhur rus cərrahı, müasir cərrahiyyənin atası Nikolay Piroqov sümük sınıqlarında gips sarğılarından istifadə etmişdi. Bu üsul cərrahiyyədə bir inqilab olub, hələ indi də istifadə edilir. Sonra fransız alimləri daimi dartma üsulunu tətbiq etməyə başladılar ki, bu, bir çox üstün cəhətlərə malikdir. Xəstə bir qədər hərəkətli olur və bir çox fəsadların qarşısı alınır.
Kompressor
Kompressor — patik maşın olub qazların sıxılması üçün tətbiq edilir. Sıxma zamanı başlanğıc təzyiqə p1 və həcmə V1 malik qaz kiçilərək v2 həcmini alır. Bu zaman qazın təzyiqi (p2) artır və qaz qızır. Əsasən iki forması vardır. Porşenli kompressor Porşenli kompressorda verilən həcmdə qaz tutularaq sıxılır və sonra xaric edilir. Bunlar siklik işləyirlər və öz kiçik həcm tutumu və yüksək təzyiq fərqi ilə fərqlənirtlər. Vintli kompressor Vintli kompressorlar iki vallı olub daxili sıxışdırma ilə işləyirlər. Kiçik ölçüsü, çəkisi, stabil və sakit axma qabiliyyəti onun üstün cəhətlərindəndir. Bu kompressorlarda 30 bar-a qədər təzyiq yaranır. === Kompressorun növləri və texniki xüsusiyyətləri === İstifadə olunacaq üsula görə kompressor növləri iki yerə bölünür: Müsbət yerdəyişmə kompressorları və turbo kompressorlar.
Vena kava kompression sindrom
Vena kava kompression sindrom və ya Hamiləlikdə hipotoniya sindromu hamiləlik zamanı dölün eyni zamanda uşaqlığın böyüyərək aşağı boş venanı sıxaraq, qanın ürəyə axınına maneə törətməsindən meydana çıxan hamiləlik fəsadı olan şok vəziyyəti. Bu halı qarın boşluğunda sürətlə inkişaf edən irihəcmli şiş toxuması da yarada bilər. Bu hal əsasən hamiləliyin sonuna yaxın özünü büruzə verir. Bu zaman hamilə qadınlar arxası ustə uzana bilmirlər. Ürəkdöyünmə, tənginəfəslik, ürəkbulanma, qan təzyiqinin kəskin düşməsi, dəri və selikli qişaların avazıması və göyərməsi, soyuq tərbasma, huşun qaralması bu sindromun əsas simptomları sayılır. Sol yanıustə çevrildikdə və bir qədər şok vəziyyəti aldıqda (baş aşağı ayaqlar yuxarı) bu simptomlar tezliklə aradan qalxmış olur. Stauber, Weyerstahl (Hrsg.): Gynäkologie und Geburtshilfe. Thieme, Stuttgart; 2. Auflage 2005. ISBN 978–3131253422 Peter Sefrin, Rainer Schua Hexal Notfall Manual, 5., aktualisierte u.

Digər lüğətlərdə