konstant

adj. 1. (Preise usw.) sabit, dəyişməz; 2. (ständig) daimi, mütəmadi; 3. (beharrlich) inadcıl
konspirieren
Konstante
OBASTAN VİKİ
II Konstant
II Konstant (yun. Κώνστας Β'), (*7 noyabr 630 – †15 sentyabr 668) — 641-668 ci illərdə İraklilər sülaləsinə aid Bizans imperatoru. Ögeyanası Martina və əmisi İraklonu devirərək hakimiyyətə gəlmişdir. Çevik lakin müvəffəqiyyətsiz xarici siyasət yürütmüşdür. 654 cü ildə Konstantın donanması ərəblər tərəfindən darma-dağın edilir. 63-cü ildə İtaliyanı fəth etmək istəsə də məğlub olaraq 20 000 itki ilə geri şəkilməyə məcbur, amma Siciliyanı əlində saxlamağa müvəffəq olur. Ərəblər 642 – 645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Cavanşir Bizans imperatoru II Konstanta (641-668) göndərdiyi məktubunda yazırdı: "Qüdrətli cənab əzəmətli və mərhəmətli yunan hökmdarı Konstant...
Dmitri Konstantinoviç Muruzi
Dmitri Konstantinoviç Muruzi (rum. Dumitru C. Moruzi; 1 iyul 1850, Yassı – 9 oktyabr 1914, Yassı) — Rusiya, Moldaviya və Rumıniya yazıçısı, bəstəkar, dövlət işçisi. Dmitri Konstantinoviç Muruzi, iyunun 1 və ya 2-də, 1850-ci ildə, Moldoviya padşahlığının paytaxtı Yaş şəhərində anadan olmuşdur. Fənərli olub tanınmış Muruzi nəslindəndir. 1863–1869-cu illərdə Fransada təhsil almaq üçün yola düşdü. Soroka rayonunda 1873-cü ildən dövlət qulluğunda çalışmışdır. 1877-ci ildə Rus İmperiyasının diplomatik xidmətinin tərcüməçisi olmuşdur. Daha sonra Rumıniyanın paytaxtı Buxarestə diplomatik işə göndərildi. Rumıniya millətçilik təsiri altında, o, diplomatik karyerasına son qoydu və 1882-ci və ya 1883-cü ildə Rumıniya vətəndaşlığını qəbul. 1887-ci ildə Dunay Deltasında Sülin Limanında idarəçi və müavinin köməkçisi seçilib, anti-daşqın tədbirləri alaraq Avstriya modelində könüllü bir xilasetmə briqadası təşkil etdi.
Georgi Konstantinoviç Jukov
Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr (1 dekabr) 1896[…] – 18 iyun 1974[…], Moskva) — hərbçi, Sovet İttifaqı Marşalı, SSRİ-nin müdafiə naziri (1955–1957), O, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956), iki dəfə "Qələbə" ordeni (1944, 1945) laureatı olmuşdur. Georgi Jukovun məzarı Qırmızı meydanda Kreml divarı nekropolunda yerləşir. Leonid Brejnevlə yanaşı dördqat Sovet İttifaqı Qəhrəmanı olan 2 şəxsdən biridir. Ümumilikdə 14 orden, 16 medala layiq görülmüşdür.
Georgi Konstantinoviç Totibadze
Georgi Konstantinoviç Totibadze (gürc. გოგი კონსტანტინეს ძე თოთიბაძე; 29 oktyabr 1928, Tiflis, Gürcüstan SSR, SSRİ – 8 aprel 2010, Tbilisi) — gürcü rəssamı. 1975–2010-cu illərdə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub. Georgi Totibadze 29 oktyabr 1928-ci ildə Tbilisidə anadan olub. O, valideynləri və bacısı Nanə ilə birlikdə Tbilisinin Zanduleki küçəsi 11 ünvanında yaşayırdı. Atası Konstantin Antonoviç Totibadze fizika müəllimi, anası Yelena Xundadze isə orta məktəbdə gürcü dili müəllimi idi. 1947-ci ildə Georgi Totibadze incəsənət və rəssamlıq üzrə Uça Caparidzenin müəllimi olduğu İncəsənət Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsilə başlayıır. 1959-cu ildə professor elmi adını aldı və öz rəssamlıq emalatxanasını yaratdı. O, 1972-ci ildən 1982-ci ilə qədər Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru vəzifəsində çalışıb, burada incəsənət və rəssamlıq üzrə dərs deyib. Onun tələbələri arasında Gia Buqadze də var idi.
III Konstantin
III Konstantin, Flavi İrakli Konstantin,III Konstantin İrakli (3 may 612 – 24 may 641) 11 fevral 641 – 24 fevral 641 illərdə Bizans imperatoru, imperator I İraklinin birinci nigahdan olan oğlu və xələfi. III Konstantin dünyaya gəldikdən dərhal sonra anası Yevdokianı itirmiş olur. Atası I İrakli bundan sonra kilsə və dövlətin qan qanqohumluğu nigahına qoymuş olduğu qadağaya xəyanət edərək öz bacısı qızı Martinaya evlənir. Xalq Martina və oğlu İrakliyə qarşı narazılığı armaqda idi. Lakin atasının təkidi ilə III Konstantin hakimiyyəti 638 ildə atadan bir olan qardaşı II İrakli ilə bölüşməyə məcbur olur. 11 fevral 641 ildə I İrakli vəfat etdikdən sonra dul qalmış arvadı Martina ölkədən qaçır və Konstantin təkbaşına hıkmdar olur. Lakin ağır xəstəliyinin kəskinləşməsindən 15 may 641 ildə vəfat edir. Onun ılümündə Martinanın əli olduğu da güman edilir. Nəticədə hakimiyyət onun yeniyetmə oğlu II Konstanta keçmiş olur.
II Konstantin
II Konstantin, Flavi Klavdi Konstantin (fevral 316, Arl – aprel 340) — Roma imperatoru, Böyük Konstantin, Flavi Valeri Avrelinin oğlu. Roma imperatoru idi. Arlesdə Böyük Konstantin və Faustanın böyük oğlu olaraq anadan olub və xristian olaraq böyüyüb. 317-ci il martın 1-də Konstantin Sezar edildi və 323 yaşında atasının Sarmatiyaya qarşı yürüşündə iştirak etdi. Ögey qardaşı Crispus'un ölümündən sonra, Stepson 10 yaşında Galinin komandiri oldu. Alamnnicus ünvanına 330 - cu ilə aid bir kitabədə rast gəlinir. Buna görədə genaralların Almanlar qarşı bir zəfər qazanmaları normal idi. Atası Konstantin 332-ci ildə Qotlara qarşı çıxanda özünü səhra komandiri seçdi. 337-ci ildə atasının ölümündən sonra II. Konstantinaşları qardII. Constantius və Constans ilə imperator oldu. Həmin ilin sentyabr ayında üç qardaş bölgüsündən sonra Galiya, İngiltərə və İspaniyanın hakimi oldu.
II Konstantin (İmereti çarı)
II Konstantin (gürc. კონსტანტინე II; XIV əsr – 1401) — İmereti kralı. I Baqratın ən kiçik oğlu idi. Qardaşının ölümündən sonra hakimiyyətə gəlmiş və 19 il hakimiyyətdən sonra Çalağan döyüşündə Minqreliya eristavı II Mamia Dadianiyə məğlub olmuşdu. Qardaşı oğlu I Demetre onu yerinə keçmişdi.
II Konstantin Baqrationi
II Konstantin və ya Mahmudqulu xan — Kaxeti çarı (ö. 28.12.1732). II Konstantin İslamı qəbul etmişdi. Məhəmmədqulu (Mahmudqulu) xan kimi tanınırdı. I İrakli Baqrationinin oğlu idi, İranda müsəlman olaraq böyüdülmüşdü. 1703-cü ildə İsfahan şəhərinin darğası olmuşdu. 1722-ci ildə Kaxeti çarı kimi hakimiyyətə başlamışdı. 4 may, 1723-cü ildə şahın əmri ilə VI Vaxtanqa hücum etmiş və Kartlini qısa müddətliyinə də olsa ələ keçirmişdi. Həmin vaxt Osmanlı ordusunun gözlənilməz hücumuna məruz qalan çar Gəncə-Qarabağ bəylərbəyi İbrahim paşa tərəfindən həbs olunmuşdu. 1725-ci ildə yenidən çarlığa qayıdan Konstantin Osmanlı ilə sülh bağladı.
IX Konstantin Monomax
IX Konstantin Monomax (yun. Κωνσταντίνος Θ΄ Μονομάχος; 1000, Konstantinopol – 11 yanvar 1055, Konstantinopol) — Makedonlar sülaləsindən olan Bizans imperatoru (11 iyun 1042–11 yanvar 1055). O, imperator taxt-tacını VIII Konstantinin qızı Zoya Porfirogenet ilə evlənərək əldə etmişdir. Bizans imperiyası IX Konstantinin hakimiyyəti dövründə Kiyev rusları və Səlcuq türkləri ilə müharibə aparmışdır. Onun ölümündən bir il əvvəl Avropadakı xristianlıq Şərqi pravoslav kilsəsi və Roma-Katolik kilsəsinin yaranması ilə iki yerə bölünmüşdür. Monomaxlar sülaləsinin mənşəyi naməlumdur. Sülalənin adı yunan dilindən tərcümədə «tək güləşçi» deməkdir. Sülalənin adı X əsrin axırlarından bəri qeyd olunur. Sülalənin müxtəlif sərkərdə üzvləri olmuşdur. Bir mənbəyə görə, Monomaxlar Konstantinopol şəhərinə yerləşmiş erməni aristokratiyasından gəlirlər.
I Konstantin
I Konstantin (Böyük Konstantin, Flavi Valeri Avreli; 27 fevral 272, Niş[d], Roma imperiyası – 22 may 337, Nikomediya, Roma imperiyası) — Roma imperatoru (306–337). 325 ildən təkbaşına hökmdarlıq etmişdi. Dövlət aparatını mərkəzləşdirmək siyasəti yeridir, vaxtı keçmiş quldarlıq münasibətlərini və xristian kilsəsini müdafiə edirdi. Konstantinin dövründə paytaxt Romadan Konstantinopola köçürülmüşdü (330 il). Böyük Konstantin Roma imperiyasında ilk xristian imperator olmuşdur. Onun sayəsində xristianlıq leqallaşaraq təqiblərdən azad olunaraq, geniş yayılmağa başlamış və Avropada nüfuzlu hakim dinə çevrilmişdir. Konstantin 280-ci ildə keçmiş Yuqaslaviya ərazisində, Naissus (indiki Niş) şəhərində anadan olmuşdur. Onun atası Roma sərkərdələrindən biri olmuşdur. Konstantinin gəncliyi Nikomedidə imperator Diokletianın sarayında keçmişdir. 305 ci ildə Diokletian imperatorluqdan kənarlaşdırıldıqdan sonra Konstantinin atası I Konstansi Qərbi Roma imperatoru olur.
I Konstantin (İmereti çarı)
I Konstantin — atasının ölümündən sonra 1293-cü ildə İmereti çarı elan edilmişdir. Monqol hücumlarından uzaq qalsa da, qardaşı I Mixailin ona qarşı üsyanından uzaq qala bilmədi və 1327-ci ildə öldü. Övladı yox idi. Yerinə qardaşı I Mixail keçdi.
Konstantin Lordkipanidze
Konstantin Lordkipanidze (gürc. კონსტანტინე ლორთქიფანიძე, rus. Константин Лордкипанидзе; 7 yanvar 1905, Didi Cixaişi[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 30 iyul 1986, Tbilisi) — gürcü tərcüməçisi, yazıçısı və ssenaristi. Konstantin Lordkipanidze 7 yanvar 1905-ci ildə Gürcüstanın Samtredia yaxınlığındakı Didi Cixaişi kəndində anadan olub. O, Kutaisi Humanitar Texnikumunda təhsil alıb və 1924-cü ildə oranı bitirib. Həmin il o, ilk şeirini, 1926-cı ildə isə ilk şeirlər toplusunu nəşr etdirdi. Əvvəlcə gürcü simvolistlərindən güclü təsirləndi, lakin tezliklə onlardan ayrılaraq özünü proletar şair elan etdi. O, inqilabi mübarizə haqqında çoxlu təmtəraqlı şeirlər yazıb. 1930-cu illərin əvvəllərindən yalnız nəsrlə yazmağa başladı. Onun nəsr əsərlərində mövzular köhnə ideyalardan qoparaq yeni ictimai münasibətlər, sovet xalqının qəhrəmanlığı və fəal humanizm idi.
Konstantin Lupulesku
Konstantin Lupulesku (rum. Constantin Lupulescu; doğ. 25 mart 1984, Buftya, Rumıniya) — rumıniyalı şahmatçı, qrosmeyster (2006). Ölkəsinin ən yüksək əmsallı oyunçusudur. Gənclər arasında Avropa çempionatının ikiqat mükafatçısıdır: bürünc (1998, Murekk, 14 yaşadək kateqoriyasında) və gümüş (2000, Halkidiki, 16 yaşadək kateqoriyasında). Yeddi dəfə Rumıniya çempionatında medal qazanıb: beş dəfə qızıl (2007, 2010, 2011, 2013, 2015), iki dəfə bürünc (2008, 2009). Dəfələrlə Rumıniyanı komanda yarışlarında təmsil etmişdir: dörd dəfə şahmat olimpiadalarında (2004, 2008, 2012, 2014) altı dəfə Avropa çempionatlarında (2005, 2007, 2009, 2011, 2013, 2015) 16 yaşadək yeniyetmələr arasında şahmat olimpiadasında (2000) iki dəfə 18 yaşadək yeniyetmələr arasında Avropa çempionatlarında (2001, 2002) O, 2009, 2011, 2013 və 2015-ci il Dünya Kuboklarında iştirak etmiş və ilk raundlarda müvafiq olaraq Liviu-Diter Nisipianu, Rüstəm Qasımcanov, Krişnan Sasikiran və İqor Lısıy tərəfindən məğlub edilmişdir. Lupulesku 2003 və 2006-cı illərdə Buxarest turnirinin qalibi olmuşdur. 2008-ci ildə Timişoara turnirində Vladislav Nevedniçi ilə birinci yeri bölüşdürmüşdür. Eyni ildə Buxarestdə keçirilmiş Viktor Çokıltyanın xatirə turnirində ikinci yeri tutmuş və Open Romgaz turnirində Tamaz Gelaşvili, Anton Filippov, Nicat Məmmədov və Aleksandr Zubarev ilə 4-8-ci yerləri bölüşdürmüşdür.
Konstantin Mesxi
Konstantin (Kote) Semyoniviç Mesxe (gürc. კოტე (იაკობ) სიმონის ძე მესხი;1 (13) may 1857, Kutaisi – 28 may (10 iyun) 1914, Tiflis — gürcü aktyor və rejissoru. Kostantin Mesxi ailənin 8-ci uşağı olaraq dünyaya gəlir. Kutaisi klassik gimnaziyasında təhsil aldıqdan sonra Konstantin böyük qardaşı Sergey ilə Tiflisə köçür. Mesxi, Droeba (Vremya) qəzetinin redaksiyasında çalışanlardan - Gürcüstanın tanınmış yazıçı və ictimai xadimlərindən (İlya Çavçavadze, İvan Maçabeli, Pyotr Umikov, Aleksandr Kazbeqi, Baçan Razikaşvili, Akaki Sereteli) çox təsirlənir. Onun teatra olan sevgisi məhz bu zaman formalaşır. 1874-cü ildən səhnədə həvəskar tamaşalarda çıxış edir. Efrosine Kldiaşvili ilə birlikdə təhsil alır. 1879-cu ildən peşəkar səhnə çıxış etməyə başlayır. Tiflisdəki gürcü teatrının yenidən qurulmasının fəal iştirakçılarından biri olur.
Konstantin Mixaylov
Konstantin Mixaylov Aleksandroviç ― texni­ka elmləri üzrə elmlər doktoru (1944), Azərbaycan SSR Elmlər Akademiya­sı­nın həqiqi üzvü. Konstantin Mixaylov 20 noyabr 1895-ci ildə Skobelev (indiki Fərqanə) şəhərində ziyalı ailəsində anadan olmuşdur. Oğlanlar gimnaziyasını Gümüş medalla bitirdikdən sonra ali təhsilini Orta Asiya Universitetinin Meliorasiya mühəndisliyi fakültəsində almış, 1925-ci ilin yanvar ayında həmin fakültəni bitirmişdir. 20 oktyabr 1935-ci il tarixində SSRİ Ali Attestasiya Komisiyasının qərarı ilə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun Hidravlika kafedrasının professoru təyin olunmuşdur. Konstantin Mixaylov 26 avqust 1944-cü ildə AAK-nın qərarı ilə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri üzrə elmlər doktoru dərəcəsini almışdır. 18 iyun 1949-cu ildə AAK-nın qərarı əsasında Moskva Avtonəqliyyat İnstitutunun Hidravlika kafedrasında professor vəzifəsinə təyin edilmişdir. 1925-1927-ci illərdə Orta Asiya Universitetinin Meliorasiya mühəndisliyi fakültəsində assistent, 1928-1930-cu illərdə Tiflis Politexnik İnstitutunda fakültə rəhbəri və müəllim kimi fəaliyyət göstərmişdir. 1930-1931-ci illərdə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun professoru kimi çalışmış, həmçinin Hidrotexnika sektorunun müdiri olmuşdur. 1929-1934-cü illərdə Zaqafqaziya Elmi Tədqiqat İnstitutunda direktor, daha sonra direktor müavini olmuş, eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsini tutmuş, 1934-1937-ci illərdə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun Elmi Tədqiqat Sektorunun müdiri olmuşdur. Konstantin Mixaylov 20 sentyabr 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və vitse-prezidenti təyin edilmişdir.
Konstantin Mixayloviç
Konstantin Mixayloviç (serb. Константин Михаиловић; XV əsrin ikinci yarısı) — Konstantin Mixayloviç 1435-ci ildə anadan olmuş və Novoe Brdo şəhərinin alınmasında türklərə əsir düşmüşdür. Konstantinin Adjam Orxan tərəfindən idarə olunan yanıçar məktəbində olması haqqında məlumat verilmir. Konstantinin islam dininin qaydalarını mənimsəməsi, ancaq xristian dininin qəti tərəfdarı olması xüsusi qeyd edilir. Konstantin 1460-cı ildə Belqrad şəhərinin mühasirəyə alınmasında və 1461-ci ildə Sinopun Osmanlılar tərəfindən tutulmasında iştirak etdiyini yazmışdır. “Yanıçarın qeydləri” kitabını Konstantin 1497-1501-ci illər arasında yazdığı göstərilir. Həmin dövrdə o birləşmiş Polşa-Litva dövlətinin şərq hissəsində məskunlaşmışdır. Polşa-Litva ərazisində yaşamağının əsas səbəbi isə onun provoslav dininə inandığı göstərilir.
Konstantin Moskoviç
Konstantin Moskoviç (d.
Konstantin Myakişev
Konstantin Mixayloviç Myakişev (rus. Константин Михайлович Мякишев; 29 iyul (11 avqust) 1910, Bakı – 22 fevral 1990, Moskva) — rus əsilli Azərbaycan və Rusiya aktyoru, Azərbaycan SSR xalq artisti (1955). 1910-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1929-cu ildə Bakı Teatr Texnikumunu bitirmiş, 1930-cu illərdən Azərbaycan Rus Dram Teatrında, 1960-cı illərdən isə Moskvada çalışmışdır. Bakı Teatrında rejissor kimi bir neçə tamaşaya quruluş vermişdir. 1960-cı ildən ömrünün sonuna qədər Moskvanın Malıy teatrında çalışmışdır. 22 fevral 1990-cı ildə Moskvada vəfat etmişdir.
Konstantin Nazarov
Konstantin Aleksandroviç Nazarov (17 avqust 1923, Kislovodsk, Terek quberniyası[d] – 8 oktyabr 1996, Moskva) — Sovet İttifaqı Qəhrəmanı. Konstantin Aleksandroviç Nazarov RSFSR-in Stavropol diyarının Kislovodsk şəhərində anadan olub. Uşaqlıq və gənclik illəri Bakı şəhərində keçib. Böyük Vətən müharibəsi başlamasına bir-neçə gün qalmış Tbilisi Dağ-Topçu Məktəbinə daxil olub. Buranə bitirdikdən sonra atıcı diviziyanın bölmə komandiri təyin edilir. Narev çayının alınmasında igidlik göstərmişdir. Müharibədən sonra Dzerjinsk adına Artileriya Akademiyasını bitirmişdir. Müxtəlif hərbi vəzifələrdə çalışmış, General-mayor rütbəsinə qədər yüksəlmişdir. 1985-ci ildə vəfat edib. Narev çayının alınmasında igidlik göstərdiyinə görə Konstantin Aleksandroviç Nazarov 1945-ci il 21 fevral tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Konstantin Pavloviç
Konstantin Pavloviç (rus. Константин Павлович) (8 may 1779, Çarski Selo, Puşkin[d] – 27 iyun 1831, Vitebsk[…]) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın ikinci oğludur.
Konstantin Plisovski
Konstantin Plisovski (8 iyun 1890, Podolsk quberniyası[d] – 1940[…], Xarkov) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı.
Konstantin Pobedonotsev
Konstantin Petroviç Pobedonotsev(rus. Константи́н Петро́вич Победоно́сцев; 21 may (2 iyun) 1827[…] və ya 2 iyun 1827, Moskva – 10 (23) mart 1907 və ya 23 mart 1907, Sankt-Peterburq) — Rusiya hüquqşünası. Konstantin Petroviç Pobedonotsev 21 may 1827-ci ildə Moskva şəhərində anadan olmuşdu. 1841-1846-cı illərdə hüquq təhsili almışdı. II Aleksandrın 1856-cı ildə tacqoyma mərasimində Moskvada kilsələrdən birində kilsə zəngi qırılıb yerə düşmüş iki adamın ölümünə səbəb olmuşdu. Beləcə, 1881-ci ildə II Aleksandr da öz həyatını faciə ilə başa vurur... Bu hadisədən sarsılan, böyük həyəcan keçirən dövlət xadimi, ober-prokuror K.P.Pobedonotsev 1881-ci il martın 6-da qanlı hadisə ilə bağlı yeni imperator III Aleksandra yazır: “...Ya bu gün özünüzü və Rusiyanı qorumalısınız, ya da heç vaxt. Əgər Sizi əvvəlki kimi inandırmağa çalışsalar ki, sakitləşmək lazımdır, liberal istiqaməti davam etmək, necə deyərlər, ictimai fikirlərə güzəştə getmək lazımdır, Ali həzrətləri, Tanrı xatirinə qulaq asmayın... Qraf Loris-Məlikovu saxlamayın. Mən ona inanmıram.
Konstantin Qamsaxurdiya
Konstantin Qamsaxurdiya (gürc.კონსტანტინე გამსახურდია; 3 (15) may 1891 və ya 1891, Abaşa, Kutaisi quberniyası, Rusiya imperiyası – 17 iyul 1975 və ya 1975, Tbilisi) — gürcü yazıçısı, fəlsəfə doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki(1944), Şota Rustaveli Adına Dövlət Mükafatının laureatı(1965). Konstantin Qamsaxurdiya 1893-cü ildə Köhnə Abaşa kəndində Simon Qamsaxurdiya və Elizabet Topuradzenin ailəsində doğuldu.Konstantine Simonun axrıncı, 9-cu oğlu idi. Əlifbanı kəndin klisə məktəbində öyrəndi. Sonra atası oğulları Konstantin və Venonu Senakinin kilisə məktəbinə qoydu. Konstantin 1904-cü ildə məktəbi bitirdi. Bundan sonra atası Konstantineyi qardaşı ilə birlikdə Ktuaisi Zadəgan Gimnazyasına yerləşdirdi, gimnaziyada oxuduğu illərdə o kəndi Abaşişiyə yanlız tətilllərdə gedirdi. Qamsaxurdiyanın Abaşadakı evi Konstantine 1911-ci ildə Ktuaisi Zadəgan gimnaziyasını bitirdi. O Peterburq,Köniqsberq, Leypsiq, Münhen, Berlin universitetlərində təhsil aldı. 1913-cü ilin yazında ölkəsinə müvəqqəti olaraq qayıtdı. Bu dəfə o, Kita Abaşidze tərəfindən qara daş sənayesi təqaüdünə təyin edildi və 1913-cü ilin oktyabrından 1914-cü ilin mart ayına qədər Moskva Universitetinin tarix və filologiya fakültəsində təhsil aldı.
Konstantin Qavriş
Konstantin Viktoroviç Qavriş — inzibatçı, kompüter xidməti üzrə mütəxəssis, "Tərəqqi" medalı laureatı (2016). Konstantin Qavriş 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Cavanşir (film, 2002) Kitabi Dədə Qorqud.
Konstantin Qlinka
Konstantin Dmitriyeviç Qlinka (1867–1927) — rus və sovet torpaqşünası, geoloq, professor və SSRİ EA-nın üzvü. Bu dövrdə torpaqşünaslığın inkişafında K. D. Qlinkanın mühüm rolu (1867–1927) olmuşdur. O, Baş Köçürmə İdarəsinin rəhbəri, Dokuçayev torpaq komitəsinin aparıcı torpaqşünası olmuşdur. Onun tərəfindən dağ süxurlarının aşınması, torpaqların genezisi, coğrafiyası və təsnifatı ilə bağlı bir sıra dəyərli işlər görülmüşdür. K. D. Qlinka torpaqşünaslığa dair 1908-ci ildə nəşrdən çıxmış və altı dəfə təkrar nəşr olunmuş fundamental dərsliyin müəllifi olmuşdur. K. D. Qlinka Novo-Aleksandriyski, Voronej və Leninqrad (indiki Sankt-Peterburq) kənd təsərrüfatı institutlarının torpaqşünaslıq kafedralarının müdiri vəzifəsində çalışmışdır. O, V. V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunun təşkilatçılarından biri olmuşdur. K. D. Qlinka rus və sovet torpaqşünaslıq elminin ideya və metodlarının xarici ölkələrdə populyarlaşdırılmasında görkəmli rol oynamışdır. Глинка Константин Дмитриевич.

Digər lüğətlərdə