KRALİÇA

сущ. королева:
1. титул монархини в некоторых странах
2. носительница этого титула
3. жена короля
KRAL
KRALİÇALIQ
OBASTAN VİKİ
Kraliça
Kral (lat. rex, fr. roi, ing. king, alm. König‎) — monarxın titulu, irsi olaraq verilir, bəzi hallarda seçilir, dövlət başçısı. Kraliça — kralın zövcəsi və ya krallığı idarə edən qadın. Prins — kral ailəsindən olan şəxslərin oğlan övladlarından hər biri, kral oğlu Prinses — kral və kraliçanın qız övladlarından hər biri, kral qızı Avropada 1533-cü ilə qədər kral titulu Roma papası tərəfindən verilirdi. == Müasir dövrdəki kralların siyahısı == Avropa III Çarlz , Böyük Britaniya kralı. X Frederik, Danimarka kralı. XVI Karl Qustav, İsveç kralı.
Kraliça-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Kraliça (film)
Kraliça (ing. The Queen) — kinorejissor Stiven Frirzin 2006-cı ildə çəkdiyi bioqrafik film. Filmdə rol alan aktrisa Helen Mirren "Ən yaxşı qadın rolu" nominasiyası üzrə Oskar mükafatı almışdır. Həmçinin film "Ən yaxşı film" nominasiyası üzrə Oskar mükafatına namizəd olmuşdur. Ümumilikdə film 58 mükafata layiq görülmüşdür. Filmin şüarı — "Xalqın kraliçası, ürəklərin kraliçası". == Məzmun == Film bioqrafik olsa da kraliça II Elizabetin bütün həyat və fəaliyyətini deyil, 1997-ci ili əhatə edir. Şahzadə Diananın Parisdə avtomobil qəzasına uğraması xəbəri bütün dünyanı, eyni zamanda Böyük Britaniyanı lərzəyə gətirir. Belə bir acı məqamda Elizabetin ani və gözlənilməz qərarları filmin əsas süjet xəttini təşkil edir. Yenicə baş nazir seçilmiş Toni Bler isə vəziyyətdən çıxış yolları axtarır.
Kraliça Beatriks
Kraliça Beatriks Vilgelmina Armqard (nid. Beatrix Wilhelmina Armgard, МФА: [ˈbeːjaˌtrɪks]; 31 yanvar 1938-ci il) — Niderland kraliçası (30 aprel 1980 -30 aprel 2013) (ana kraliçanın taxt-tacdan imtinasından sonra), Oran sülaləsindəndir, Kraliça Yuliananın və şahzadı Bernard tsur Lippe-Bisterfeldin qızı.
Kraliça Fabiola
Kraliça Fabiola (isp. Fabiola de Mora y Aragón; 11 iyun 1928[…], Madrid – 5 dekabr 2014[…], Laken[d]) - Belçikanın sabiq Kraliçası.
Kraliça Seondeok
Kraliça Seondeok (606 – 17 fevral 647, Şila krallığı) — Koreya Yarımadasının cənubunda var olmuş,Şila Krallığının (e.ə 57-935) 27-ci hökmdarı və ilk qadın rəhbərdir. E.ə 632-647 illər arasında Şilaya hökmranlıq etmişdir. O, Samguk Saqinin dediyinə görə, Kral Jinpyeong və Kraliça Mayın böyük qızı idi və bu, digər mənbələr tərəfindən mübahisələndirilir. İddialara görə, atası oğullarının olmaması səbəbindən taxtdan ayrılıb. O, həm də bacısının oğlu Kral Muyeolun bibisidir (bəzi mənbələrə görə ən böyüyü). Seondeok Koreya folklorunda məşhur bir şəxsiyyətdir; əfsanələrdə o, yoxsulların qayğısına qalan və Buddizmə himayədarlıq edən mehriban hökmdar kimi təsvir edilir və onun hökmranlığı dövrü firavanlıq dövrü kimi təsvir edilir. 646-cı ildə onun hakimiyyəti dövründə rahib Jajang tərəfindən Tongdosa monastırının əsası qoyuldu. Çin imperatoru Li Şiminlə ittifaqda Goguryeo və Baekje qarşı müharibələr apardı. == Hökmranlığı == Miladdan sonra 634-cü ildə kraliça olmuşdur. Şila krallığı tarixindəki 3 kraliçadan ilkiydi.
Kraliça Viktoriya
Kraliça Viktoriya (24 may 1819[…], Kensinqton, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…] – 22 yanvar 1901[…]) — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı). Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nikahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi.
Kraliça (film, 2006)
Kraliça (ing. The Queen) — kinorejissor Stiven Frirzin 2006-cı ildə çəkdiyi bioqrafik film. Filmdə rol alan aktrisa Helen Mirren "Ən yaxşı qadın rolu" nominasiyası üzrə Oskar mükafatı almışdır. Həmçinin film "Ən yaxşı film" nominasiyası üzrə Oskar mükafatına namizəd olmuşdur. Ümumilikdə film 58 mükafata layiq görülmüşdür. Filmin şüarı — "Xalqın kraliçası, ürəklərin kraliçası". == Məzmun == Film bioqrafik olsa da kraliça II Elizabetin bütün həyat və fəaliyyətini deyil, 1997-ci ili əhatə edir. Şahzadə Diananın Parisdə avtomobil qəzasına uğraması xəbəri bütün dünyanı, eyni zamanda Böyük Britaniyanı lərzəyə gətirir. Belə bir acı məqamda Elizabetin ani və gözlənilməz qərarları filmin əsas süjet xəttini təşkil edir. Yenicə baş nazir seçilmiş Toni Bler isə vəziyyətdən çıxış yolları axtarır.
Kraliça Annanın Əsasnaməsi
Kraliça Annanın Əsasnaməsi — 1709-cu ildə imzalanmış, 10 aprel 1710-cu ildə İngiltərədə elan edilmiş müəlliflik hüququ haqqında ilk qanun. "Kraliça Annanın Əsasnaməsi" (Statute of Anne) adlanan bu qanun dünyada nəşr edilən əsərin qorunmasına şəxsi hüquq verən intellektual mülkiyyət haqqında ilk akt olmuşdur.
Kraliça Elizabet Torpağı
Kraliça Elizabet Torpağı (ing. Queen Elizabeth Land) — Böyük Britaniyanın Antarktika ərazilərinə daxil olan bölgə. Bölgə Ueddell dənizi ilə Cənub qütbü arasında yerləşir. == Tarix == Kraliça Elizabet Torpağı 18 dekabr 2012-ci II Elizabetin taxt-tacda olmasının 60 illiyi münasibətilə adlandırılmışdır == Ətraflı məlumat == Kraliça Elizabet Torpağının ərazisi 437 000 km² təşkil edir. Torpaq üçbucaqlı bir seqment olaraq bir hissəsi cənub qütbünə söykənir. Şimaldan Ronn şelf buzlağı və Filhner şelf buzlağı, şimal-şərqdən Kots Torpağı, şərqdən Kraliça Mod Torpağı ilə sərhədlənir. Kraliça Elizabet Torpağının qərbində Elsuort Torpağı yerləşir. Kraliça Mod Torpağının mərkəzi Pensakol dağlarıdır. Ərazi 1956-cı ili yanvarında aşkarlanmışdır. Torpaq bütün britaniya xəritələrində göstərilir == Argentinanın reaksiyası == Argentina Böyük Britaniyanın bölgəyə olan ərazi iddiasına öz etirazını bildirmişdir.
Kraliça Meri Torpağı
Kraliça Meri Torpağı (ing. Queen Mary Land) — Şərqi Antarktida ərazisində, 92°03' və 100°04' şərq uzunluqları arasında yerləşən bölgə. == Coğrafiya == Qərnəbdən II Vilhelm Torpağı, şərqdən isə Uilks Torpağı ilə əhatələnir. Həqiqət sahilini Deyvis dənizi və Mouson dənizi yuyur. Şərqini Şeklton şelf buzlağı təşkil edir. Bölgənin ərazisi bütünlüklə buzla örtülüdür. Materikin daxilinə doğru buzlağın qalınlığı 2500-3000 metr təşkil edir. Sahil ərazilərində təbii suxurkar üzə çıxır. == Tarixi == Kraliça Meri Torpağı ilk dəfə 1912-ci ildə Avstraliya Sntarktida ekspedisiyasının rəhbəri Duqlas Mouson tərəfindən kəşf edilmiş və V Georqun həyat yoldaşı Mariya Tekskayanın şərəfinə adlandırılmışdır. Kraliça Meri Torpağına rəsmi olaraq Avstraliya iddia edir.
Kraliça Mod Torpağı
Kraliça Mod Torpağı (norv. Dronning Maud Land) — Atlantik okeanın cənubunda, Antarktida sahillərində 20° qərb bə 44°38’ şərq uzunluqları arasında yerləşən ərazi. Bölgəyə Norveç iddia edir. Sahəsi təqribi olaraq 2 500 000 km². Torpaq norveçli Kraliça Modun şərəfinə adlandırılmışdır. Bölgənin böyük bir hissəsinə Üçüncü Reyx iddia etmişdir (1939). Norveç bölgəni 1938-ci ildən öz ərazisi hesab edir. 14 yanvar 1939-cu ildən «Norveç bölgəsi» və ya «Buve bölgəsi» adlandırılır. Bölə 20° q.u və 44°38’ ş.u arasında yerləşir. Bununla vağlı əmrdə deyilirdi: Bu ərazilərin idarəsi Osloda yerləşən Ticarət Nazirliyinə həvalə olunsun 1961-ci ildə imzalanmış Antarktida haqqında konvensiyasına görə bölgəyə olan iddialar dondurulmuşdur.
Kraliça Mod dağları
Kraliça Mod dağları (ing. Queen Maud Mountains, norv. Dronning Mauds Fjell) — Transantarktika dağları sisteminə daxil olan silsilə. Transntarktikanın mərkəzi hissəsində yerləşir. Silsilənin böyük hissəsi 2500—3000 metr hündürlüyə malikdir. Yuxarı hissələrində olan suxurlar paleozoy dövrünə aiddir. Silsilə ilk dəfə 1911-ci ildə Norveç antarktika ekspedisiyasının rəhbəri Raul Amundsen kəşf edilmiş və Norveç kraliçasının şərəfinə adlandırılmışdır.
Kraliça Annanın yay sarayı
Kraliça Annanın Yay sarayı və ya Belveder sarayı (çex. Letohrádek královny Anny, Belvedér) – İntibah dövrünə aid saray; Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşir. Saray 1538—1565-ci illərdə inşa olunmuşdur. == Sarayın xüsusiyyətləri == İntibah üslubundakı Yay sarayı Müqəddəs Roma imperatoru I Ferdinandın əmri ilə 1538-1565-ci illərdə inşa edilmiş və ondan daha öncə yaradılan Kral bağlarının bir hissəsinə çevrilmişdi. Saray onun həyat yoldaşı Anna Yagellonkaya hədiyyə kimi bağışlanmışdır. Lakin sevimli həyat yoldaşı 1547-ci ildə, özünün on beşinci uşağını doğarkən ölmüşdür və bu da Ferdinandın hədsiz qəm-qüssəsinə səbəb olmuşdur. İmperatorun özü isə 1541-ci ildə baş vermiş yanğın səbəbindən, Praqa şəhərini tərk etmək məcburiyyətində qalır və sarayın tamamlanmasını görə bilmir. Həmçinin, son tədqiqat araşdırmaları onun göstərir ki, binanı bəzəyən çoxsaylı relyeflər və onların mifoloji mövzusu o zaman hakim olmuş avtoritar hakimiyyəti, yəni Mərkəzi Avropada uzun illər hökm sürmüş Habsburq sülaləsininin güc və qüvvətini nümayiş etdirirdi. Bununla belə, bu cür mövzunu hökmdarın şəxsi həyat yoldaşı üçün nəzərdə tutulmuş bir tikintidə deyil, daha çox reprezentativ məqsədlərlə istifadə edildiyini təxmin etmək olar. == Tikinti xronologiyası == Sarayın tikintisi 1538-ci ilin aprel ayında, italyan memarı Covanni Spatsio və italyan bənna və heykəltəraşı Paolo della Stellanın iştirakı ilə başlamışdır.
Cənab kraliça
Cənab kraliça (kor. 철인왕후; Cheorinwanghu) — Shin Hye-sun və Kim Jung-hyun rol aldığı Cənubi Koreya serialıdır. 12 dekabr 2020-ci ildən 14 fevral 2021-ci ilə qədər tvN-də yayımlandı. == Süjet == Müasir dövrdə Jang Bong-hwan (Choi Jin-hyuk) Mavi Evdə çalışan bir aşbazdır. Sərbəst bir ruhu var, amma bir gün özünü Joseon dövründə Kraliça Cheorin (Shin Hye-sun) bədənində tapır. Kral Cheoljong (Kim Jung-hyun), hökmranlıq edən kral, mülayim və asan bir insandır. Ancaq o, adı ilə yalnız Kraldır, əsl güc isə Cheoljongu bir fiqurlu şəxsə salan mərhum Kral Sunjonun həyat yoldaşı Kraliça Sunwon (Bae Jong-ok) tərəfindən idarə olunur. Kraliça Cheorin tezliklə Kralın göründüyü kimi olmadığını və onun qaranlıq və şübhəli tərəfinin olduğunu öyrənir.
Ağ kraliça (personaj)
Ağ kraliça - Luis Kerrollun Alisa güzgü arxasında əsərinin baş qəhrəmanlarından biridir.
Kraliça Yelezaveta adaları
Kraliça Yelezaveta adaları (ing. Queen Elizabeth Islands, fr. Îles de la Reine-Élisabeth - əvvələr Perri adalaarı və ya Parri arxiipelaqı) — Kanada Arktik arxipelaqının şimalında yerləşir. Kanadanın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. == Coğrafiyası == Adalar Şimal Buzlu okean akvatoriyasına daxildir. Ərazidən ardıcıllıq təşkil edən boğazlar sistemi keçir. Mak-Klur boğazı, Vaykaunt-Melvill boğazı, Barrou boğazı, Lankaster boğazı (hamısı birlikdə Parri boğazlar sistemini əmələ gətirir). Boğazlar boyunca Elsmir, Melvill, Devon, Kornuollis adaları yerləşir. Arxipelaqın adının Kraliça Yelezaveta adaları olduqdan sonra cənub qərb adaları Şahzadə Ptrik, Melvill, Baterst, Borden, Makkenzi-Kral və Kornuollis Kraliça Yelezaveta adaları, digər adalar Kornuol Amund-Rinqnes, Aksel-Heyberq və Ellef-Rinqnes adaları Sverdrup adaları adlandırılır. Ərazidə yerləşən adalarda hündürlük heçdə yüksək deyil əsasən 300–600 m, devon adasında hündürlüyü 1921 metrə çatan yaylalar vardır.
Mariya Stüart (kraliça)
Mariya Stüart (ing. Mary, Queen of Scots; 8 dekabr 1542 – 8 fevral 1587[…], Northemptonşir qraflığı[d]) — Şotlandiyanın Stüart sülaləsindən olan kraliçası. Şotlandiya kralı V Ceymsin həyatda qalan yeganə övladı Mariya Stüart anadan olandan 6 gün sonra atası anidən vəfat etdi və o, Şotlandiya kraliçası elan edildi. Dövlət taxt naibləri tərəfindən idarə olunmaqda idi. Mariya isə təhsili ilə əlaqədar olaraq uşaqlığının böyük bir qismini Fransada keçirdi. 1558-ci ildə hələ 16 yaşında ikən Fransa taxtının vəliəhdi Fransisklə evləndi. II Fransiskin 1559-cu ildə taxta çıxması ilə gənc Mariya Fransa kraliçası elan olundu və ərinin ölümünə qədər bu ünvanı daşıdı. Bir il sonra ərinin ölümü ilə dul qalan Mariya Stüart 1561-ci ilin avqustunda vətəninə geri döndü. 4 il sonra o, əmisi oğlu Darnley lordu Henri Stüartla evləndi. Ancaq bu evlilik bədbəxt sonluqla bitdi.
Qara Kraliça (personaj)
Qara Kraliça və ya Qırmızı Kraliça - Luis Kerrollun Alisa güzgü arxasında əsərinin qəhrəmanlarından biridir. Əslində, Luis Kerrol Qara fiqurları qırmızı adlandırmışdır.
Qırmızıtoxmaq Kraliça (personaj)
Qırmızıtoxmaq Kraliça – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. "Qırmızıtoxmaq Kraliça" personajı əsərin "Krallıq kroketi" adlanan 8-ci fəslində peyda olur. Əsərdə çox qəddar kraliça kimi tanınır. Əsərin "Krendelləri kim oğurlayıb?" adlı 11-ci fəslində, Ürəklər Valetinin konfetin oğurlanmasında günahlandırılan zaman "Qırmızıtoxmaq Kraliça" daha da qəddarlaşır. Buradan aydın olur ki, əsl günahkarın kim olduğu onu heç də maraqlandırmır. Onun yalnız bir əmri vardır: Başını kəsin! Qrifonun sözlərinə görə, onun qəddar əmri verməsinə baxmayaraq bir dənə də olsun insanın başı kəsilməyibdir.
Kraliça Anna müharibəsi
Kraliça Anna müharibəsi və yaxud Üçüncü Hindu müharibəsi, həmçinin İkinci Beynəlxalq Koloniyalar müharibəsi — İspaniya mirası uğrunda müharibənin bir hissəsi olan 1702–1713-cü illərdə baş vermiş hərbi münaqişə. Döyüşən iki əsas dövlətlə yanaşı, Fransanın tərəfində vuruşan İspaniya imperiyası ilə bərabər, çoxsaylı Şimali Amerikanın hindi tayfaları da hərbi əməliyyatlarda iştirak edirdi. Müharibənin belə adlanması Şimali Amerikadakı ingilis koloniyalarında geniş yayılmışdı. Bu ad 1702-ci ildən İngiltərə və Şotlandiya krallığı kraliçası, 1707-ci ildən isə rəsmi şəkildə birləşmiş Böyük Britaniya krallığının ilk kraliçası Anna Stüartın adından yaranıb. Lakin buna baxmayaraq müharibə Üçüncü Hindu müharibəsi və İkinci Beynəlxalq Koloniyalar müharibəsi də adlandırılırdı. Müharibə üç cəbhədə aparılırdı. Yeni İngiltərə müstəmləkələri, paytaxtı Kvebek şəhəri olan Akadiya və Kanadada yerləşən Fransız və hindu qüvvələri ilə daima vuruşurdular. Kvebek şəhəri dəfələrlə ingilis ekspedisiyalarının əsas hədəfi (lakin heç vaxt müvəffəqiyyətlə fəth edilməyən) olurdu. Nyufaundlend adasına nəzarət uğrunda mübarizə daima Sent Con şəhərində yerləşdirilmiş ingilis müstəmləkə qoşunları və Plezansda qərar tutan fransızlar tərəfindən aparılırdı. İspan Floridası və İngiltərənin Karolina əyaləti də tərəflərin davamlı təkrar hücumlarına məruz qalırdılar.
Kraliça Tamara ordeni
Kraliça Tamara ordeni bu mənaları ifadə edə bilər:
"Kraliça Tamara" ordeni (1918)
Kraliça Tamara ordeni 1918-ci il noyabrın 4-dən sonra Gürcüstanda döyüşmüş Gürcü Legionu və Alman Qafqaz Yürüşünün üzvlərinə verilən gürcü hərbi ordeni idi. 1918-ci il dekabrın 13-də 5352 saylı fərmanla sərəncam təsdiqləndi və 1921-ci ildə Qırmızı Ordunun işğalına qədər bu formada mövcud oldu. == Təsvir == Medal yalnız səkkizguşəli döş ulduzundan ibarətdir. Mavi minalanmış medalyonda müqəddəs Tamaranın zərli portreti bir qədər sağa çevrilmişdir. Üzərində ქართული ლეგიონი 1915 (Georgian Legion 1915) yazılıb. İkinci dərəcəli medalyon qızılla örtülmüş və adsızdı. Üçüncü dərəcəli medalyon isə sadəcə gümüşlə örtülmüşdür. Müvəqqəti və ya sonrakı hökumətin imkanları məhdud olduğundan, orden alanlar yalnız mükafat sertifikatı ala və öz vəsaitləri hesabına dekorasiya edə bilərdilər. Ümumilikdə, mükafat təxminən 2800 dəfə verildi və ən məşhur almanlar arasında feldmarşal Paul fon Hindenburq və general Erich Ludendorff da var idi. == Daşıma üsulu == Mükafat sinənin sol tərəfinə taxılır.
Kraliça Tamara ordeni (1918)
Kraliça Tamara ordeni 1918-ci il noyabrın 4-dən sonra Gürcüstanda döyüşmüş Gürcü Legionu və Alman Qafqaz Yürüşünün üzvlərinə verilən gürcü hərbi ordeni idi. 1918-ci il dekabrın 13-də 5352 saylı fərmanla sərəncam təsdiqləndi və 1921-ci ildə Qırmızı Ordunun işğalına qədər bu formada mövcud oldu. == Təsvir == Medal yalnız səkkizguşəli döş ulduzundan ibarətdir. Mavi minalanmış medalyonda müqəddəs Tamaranın zərli portreti bir qədər sağa çevrilmişdir. Üzərində ქართული ლეგიონი 1915 (Georgian Legion 1915) yazılıb. İkinci dərəcəli medalyon qızılla örtülmüş və adsızdı. Üçüncü dərəcəli medalyon isə sadəcə gümüşlə örtülmüşdür. Müvəqqəti və ya sonrakı hökumətin imkanları məhdud olduğundan, orden alanlar yalnız mükafat sertifikatı ala və öz vəsaitləri hesabına dekorasiya edə bilərdilər. Ümumilikdə, mükafat təxminən 2800 dəfə verildi və ən məşhur almanlar arasında feldmarşal Paul fon Hindenburq və general Erich Ludendorff da var idi. == Daşıma üsulu == Mükafat sinənin sol tərəfinə taxılır.
Kraliça Viktoriya Xatirə Medalı
Avropa Biznes Assembleyası — The Times qəzetinin "saxta mükafatlar" adlandırdığı şöhrətpərəstlik mükafatları satan təşkilat. "Beynəlxalq Sokrat Mükafatı" və "Kraliça Viktoriya Xatirə Medalı"nın da daxil olduğu mükafatlar Oksford Universiteti ilə əlaqəli deyil və ya təsdiqlənmir. "Qalib" 10.000 avronu keçdiyi bildirilən məbləği ödədikdən sonra mükafat Londondakı Oksford Bələdiyyə Binası və Direktorlar İnstitutu kimi yerlərdə keçirilən mərasimdə təqdim olunur. Assambleyanın keçmiş nümayəndəsinin "pulunu ödəmisənsə alırsan" dediyi bildirilir. == Zəmin == Assembleya 2000-ci ildə ukraynalı iş adamı Anton Savvov tərəfindən təsis edilib və şirkətin direktoru olan Oksford Brookes Universitetinin keçmiş tələbəsi oğlu İvan Savvovla birlikdə Oksford və Ukraynadan idarə edir. Assembleya özünü "Oksford institutu" kimi reklam edir, lakin Oksford Universiteti ilə birbaşa və ya dolayı yolla heç bir əlaqəsi yoxdur. == Fəaliyyətlər == Assembleya müxtəlif "mükafatlar", "akademik birlik" və "almanax" təklif edir. Mükafatlar Oksford Town Hall və Londondakı Direktorlar İnstitutu da daxil olmaqla, trubaçılar, çantalar, yürüşlər və dövr geyimləri daxil olmaqla mərasimlə təqdim olunur. Mükafatları tez-tez Oksford Bruks Universitetinin keçmiş müəllimi, vaxtilə İvan Savvova dərs deyən Con Nettinq təqdim edir. Qaliblər mükafatlar və mərasimlərdə iştirak üçün pul ödəyirlər.
I Mariya (Portuqaliya kraliçası)
I Mariya (port. Maria I) və ya Dəli Mariya (port. Maria a Louca; 17 dekabr 1734[…], Lissabon – 20 mart 1816[…], Rio-de-Janeyro) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası. Əmisi III Pyotrla evlənib, onunla birlikdə ölümünədək ortaq monarx kimi, onun vəfatından sonra isə təkbaşına krallığı idarə etdi. Donna Mariya Fransiska Portuqaliya kralı I Jozefin və İspaniya infantası Marianna Viktoriyanın ən böyük qızı idi. Taxtın varisi olaraq Braziliya şahzadəsi və Braqanza hersoqinası elan edildi. 1760-cı ildə əmisi İnfant Pyotrla evləndi və cütlüyün bu nikahdan 6 övladı dünyaya gəldi. Ancaq bunlardan yalnız üçü yetkinlik yaşına çatdı — İnfant Xose, İnfant Con, İnfanta Marianna Viktoriya. Atasının 1777-ci ildə vəfatının ardından 42 yaşlı Mariya taxta çıxdı. Əri İnfant Pyotr da krallığın de-yure kralı elan edildi.
I Mariya (İngiltərə kraliçası)
I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır. Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
Kastiliyalı Beatris (1242-1303) (Portuqaliya kraliçası)
Kastiliyalı Beatris (isp. Beatriz de Castilla) (1242, Saraqosa – 27 oktyabr 1303) — Portuqaliya kralı III Afonsonun ikinci xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Kastiliya kralı X Alfonso, anası isə onun məşuqəsi Mayor de Quzmandır. Alqavra bölgəsi uğrunda Portuqaliya krallığı ilə sülhü təmin etmək üçün atası onu 1253-cü ildə Portuqaliya kralı III Afonsoyla evləndirdi. Sülh şərtlərinə görə, Kastiliya Alqavra bölgəsi üzərindəki bütün haqlarından əl çəkəcək, cütlüyün doğulan ilk oğlan uşağı 7 yaşına gəldikdə bölgənin hakimi elan olunacaqdı. Ancaq bu evlilik Portuqaliya sarayında skandala səbəb oldu. Belə ki, III Afonso hələ də ilk xanımı olan Bulonlu Matilda ilə evli idi. Xanımının 1255-ci ildə onu Roma papası IV Aleksandra şikayət etməsinin ardından, III Afonso 1258-ci ildə ikiarvadlılıqda təqsirli görüldü və onun ikinci evliliyi Roma-katolik kilsəsi tərəfindən tanınmadı. Üstəlik papanın istəyinə görə kral ilk xanımının cehizini geri qaytarmalı idi. Ancaq ertəsi il Bulonlu Matildanın vəfat etməsiylə bu məsələ həll oldu və kralın ikinci evliliyi kilsə tərəfindən tanındı.
Kastiliyalı Beatris (1293-1359) (Portuqaliya kraliçası)
Kastiliyalı Beatris (isp. Beatriz de Castilla) (8 mart 1293 – 25 oktyabr 1359, Lissabon, Portuqaliya krallığı) — Portuqaliya kralı IV Afonsonun xanımı, Portuqaliyanın kraliça-konsortu, Kastiliya infantası. Atası Kastiliya kralı IV Sanço, anası isə onun xanımı Mariya de Molinadır. == Övladları == İnfanta Mariya İnfant Afonso (d. 1315 - ö. 1317) İnfant Denis (d. 12 fevral 1317 - ö. aprel 1317) I Pedro İnfanta İzabella (d. 21 dekabr 1324 - ö. 11 iyul 1326) İnfant Con (d.
Kastiliyalı Elyanora (Navarra kraliçası)
Kastiliyalı Urraka (Portuqaliya kraliçası)
Kastiliyalı Urraka (isp. Urraca de Castilla) (1186, Kastiliya krallığı – 3 noyabr 1220, Koimbra) — Portuqaliya kralı II Afonsonun xanımı, Portuqaliyanın kraliça-konsortu, Kastiliya infantası. Atası Kastiliya kralı VIII Alfonso, anası isə İngiltərə kralı II Henrinin qızı Elyanora Plantagenetdir. İlk başda Fransa kralı VIII Lüdoviklə evləndirilməsi planlaşdırılsa da, anası buna qarşı çıxdı. Onun yerinə kiçik bacısı Blanş Fransa sarayına gəlin olaraq göndərildi. 1206-cı ildə Urraka Portuqaliya kralı I Sançonun oğlu və vəliəhdi İnfant Afonsoyla evləndirildi. Ərinin 1212-ci ildə taxta çıxmasıyla Urraka Portuqaliya kraliçası oldu.Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi. Cütlük bir-birini o qədər çox sevirdi ki, II Afonso 1214-cü ildə hazırlanan vəsiyyətində övladlarını deyil, xanımını taxt varisi elan etdi. Ancaq Urraka kraldan öncə - 1220-ci ildə anidən vəfat etdi. == Övladları == II Sanço III Afonso Portuqaliyalı Eleonora İnfant Fernando (d.
Kastiliyalı Yuanna (Portuqaliya kraliçası)
Kastiliyalı Yuanna (kat. Juana de Castilla) və ya Yuanna la Beltran (28 fevral 1462, Madrid, Madrid vilayəti[d] – 12 aprel 1530, Lissabon) — Portuqaliya kralı V Afonsonun ikinci xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Kastiliya kralı IV Henri, anası isə Portuqaliya kralı I Eduardın qızı Yuannadır. Ancaq atasının kimliyi ilə bağlı bəzi saray şayələri vardı. Şayələrə görə atası kral yox, anasının sevgilisi Alburkerke qrafı Don Beltran idi. == Mənbə == Hunt, Jocelyn. Spain 1474–1598. Routledge, 2013, ISBN 9781136759093 González, Juan B. (2007). España estratégica: Guerra y diplomacia en la historia de España (in Spanish). Madrid: Sílex ediciones.
Kraliça Mariya Antuanetta Erato qiyafəsində
Kraliça Mariya Antuanetta Erato qiyafətində — avstriyalı rəssam Lüdviq Quttenbrunnun Fransa kraliçası Mariya Antuanettanı Erato muzası simasında təsvir edən rəsmi.
Kraliça Mariya Antuanetta Erato qiyafətində
Kraliça Mariya Antuanetta Erato qiyafətində — avstriyalı rəssam Lüdviq Quttenbrunnun Fransa kraliçası Mariya Antuanettanı Erato muzası simasında təsvir edən rəsmi.
Kraliça Marya Antoinett Erato qiyafətində
Kraliça Mariya Antuanetta Erato qiyafətində — avstriyalı rəssam Lüdviq Quttenbrunnun Fransa kraliçası Mariya Antuanettanı Erato muzası simasında təsvir edən rəsmi.
Kraliça Marya Antoinett Erato qiyafətində, Lüdviq Quttenbrunn, 1788
Kraliça Mariya Antuanetta Erato qiyafətində — avstriyalı rəssam Lüdviq Quttenbrunnun Fransa kraliçası Mariya Antuanettanı Erato muzası simasında təsvir edən rəsmi.

Digər lüğətlərdə