Kserofitlər
Kserofitlər — rütubət qıtlığı şəraitində bitən bitkilər. Kserofitlər susuz şəraitə uyğunlaşmağa imkan verən bir sıra xüsusiyyətlərə malikdir. Bunlardan bəziləri (sukkulentlər) ilin əlverişli vaxtlarında rütubət ehtiyatı toplayır, digərlərində (saksaullar) isə uzunluğu 20–25 m-ə çatan və dərin sulu horizontlarından su sormağa imkan verən güclü kök sistemi inkişaf edir. Kserofitlər əksəriyyətində buxarlanmanı yavaşıdan sistem olur: xırda yarpaqlar (bəzən tikan şəkilli, məsələn: kaktuslarda), qalınlaşmış yarpaq kutikulaları, intensiv büzüşmə, mum qaysağı, yarpaqların til tərəfinin günəşə doğru çevrilmə qabiliyyəti, içəri batmış ağızcıq və b.
== İstinadlar ==
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.