Kursk

coğ. Koursk

kursiv
kursor
OBASTAN VİKİ
Kursk
Kursk — Rusiya Federasiyasında yerləşən şəhər Kursk vilayətinə daxildir.
Kursk Döyüşü
Kursk Müharibəsi (Almaniyanın verdiyi kod adı: alm. Unternehmen Zitadelle‎ (Hisar Hərəkatı); rus. Курская битва) — İkinci dünya müharibəsi zamanı Şərq cəbhəsində, Alman qüvvələrinin Kursk çıxıntısına qarşı 1943-cü il iyul və avqust aylarında təşkil etdiyi hücumdur. İkinci dünya müharibəsinin ən böyük tank vuruşmalarından biri və bir gün ərzində ən çox itki verilmiş hava döyüşləri bu döyüşdə reallaşmışdır. Almanların Şərq Cəbhəsində reallaşdırdığı son strateji hücumdur. Döyüş nəticəsində Sovet qələbəsi Şərq Cəbhəsində təşəbbüsü Sovetlərə vermiş və müharibənin sonuna qədər də bu belə qalmışdır. "Kursk Çıxıntısı", Almanların Stalinqraddakı məğlubiyyəti sonrasındakı Sovet hücumu və Alman Üçüncü Xarkov döyüşü əks-hücumu nəticəsində meydana gəlmişdi. Almanlar, çıxıntını şimal və cənub qanadlarından kəsərək cəbhəni qısaltmağı və Qırmızı Ordu birliklərini mühasirəyə alaraq yeni bir böyük zəfər əldə etməyi ümid edirdilər. Ancaq Sovet ordusunun Hitlerin planları haqqında yaxşı bir kəşfiyyat məlumatı vardı. Digər yandan almanlar, başda Tiger I və Panther tankları olmaqla yeni silahların gəlməsini gözləyərək hücumu təxirə salırdılar.
Kursk vilayəti
Kursk vilayəti (rus. Курская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Kurçatov (Kursk)
Kurçatov — Rusiya Federasiyasında yerləşən şəhər. Kursk vilayətinə daxildir.
Kursk əməliyyatı
Kursk Müharibəsi (Almaniyanın verdiyi kod adı: alm. Unternehmen Zitadelle‎ (Hisar Hərəkatı); rus. Курская битва) — İkinci dünya müharibəsi zamanı Şərq cəbhəsində, Alman qüvvələrinin Kursk çıxıntısına qarşı 1943-cü il iyul və avqust aylarında təşkil etdiyi hücumdur. İkinci dünya müharibəsinin ən böyük tank vuruşmalarından biri və bir gün ərzində ən çox itki verilmiş hava döyüşləri bu döyüşdə reallaşmışdır. Almanların Şərq Cəbhəsində reallaşdırdığı son strateji hücumdur. Döyüş nəticəsində Sovet qələbəsi Şərq Cəbhəsində təşəbbüsü Sovetlərə vermiş və müharibənin sonuna qədər də bu belə qalmışdır. "Kursk Çıxıntısı", Almanların Stalinqraddakı məğlubiyyəti sonrasındakı Sovet hücumu və Alman Üçüncü Xarkov döyüşü əks-hücumu nəticəsində meydana gəlmişdi. Almanlar, çıxıntını şimal və cənub qanadlarından kəsərək cəbhəni qısaltmağı və Qırmızı Ordu birliklərini mühasirəyə alaraq yeni bir böyük zəfər əldə etməyi ümid edirdilər. Ancaq Sovet ordusunun Hitlerin planları haqqında yaxşı bir kəşfiyyat məlumatı vardı. Digər yandan almanlar, başda Tiger I və Panther tankları olmaqla yeni silahların gəlməsini gözləyərək hücumu təxirə salırdılar.
Kursk AES
Kursk Atom Elektrik Stansiyası (KuAES) — Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşən atom elektrik stansiyası. O, ümumi gücü 2 QVt olan iki işləyən enerqoblokdan ibarətdir. Kursk AES-in enerji bloklarının resursu tükəndiyi üçün onların gücü Kursk AES-2 aqreqatları ilə əvəz olunacaq. Kursk AES Rosenerqoatom Konserni ASC-nin filialıdır. Stansiyada 5 mindən çox insan çalışır. 2021-ci ildə elektrik enerjisi istehsalı 25,1 milyard kilovat-saat təşkil etmişdir. == Yerləşməsi == Kursk Atom Elektrik Stansiyası Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşir. Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi ərazi 100 ildə 1 dəfə təkrarlanan 5 ballıq seysmik zonaya və hər 10,000 ildə bir dəfə təkrarlanan 6 ballıq seysmik zonaya aiddir. == Mədəniyyətdə == 2019-cu ildə rejissor Danila Kozlovskinin "Çernobıl" bədii filmi Kursk Atom Elektrik Stansiyasının tikintisi başa çatmamış beşinci blokunda çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Газета трудового коллектива Курской АЭС Vikianbarda Kursk AES ilə əlaqəli mediafayllar var.
Avanqard Kursk FK
Avanqard Kursk FK — Rusiya futbol klubu 1946-cı ildə "Spartak" adı altında yaradılan klub 1973-cü ildən "Avanqard" adı ilə çıxış edir. 2007-ci ildə komanda Rusiya çempionatının 1-ci divizionunda çıxış edib. Həmin mövsümü 18-ci pillədə başa vuraraq, yenidən ikinci diviziona yuvarlanıb. 2009-cu ildə ikinci divizionun mərkəz zonasında mübarizə aparan "Avanqard" 2008 mövsümünü ikinci pillədə başa vurub.
Kursk rayonu (Stavropol diyarı)
Kursk rayonu (rus. Курский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kurskaya kəndidir. Əhalisi 54 012 nəfərdir (2020). == Coğrafiyası == Rayon Stavropol diyarının cənub-şərq hissəsində yerləşir. Kabardin-Balkariya, Şimali Osetiya, Çeçenistan Respublikası və Dağıstanla sərhəddir. Çayları: Kür, Terek. Tersko-Kumski kanalı. Rayonun şərqi qumlu Noqay çölündən ibarətdir. == Tarixi == Kursk rayonu 2 yanvar 1935-cui ildə qurulur.
Kursk Atom Elektrik Stansiyası
Kursk Atom Elektrik Stansiyası (KuAES) — Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşən atom elektrik stansiyası. O, ümumi gücü 2 QVt olan iki işləyən enerqoblokdan ibarətdir. Kursk AES-in enerji bloklarının resursu tükəndiyi üçün onların gücü Kursk AES-2 aqreqatları ilə əvəz olunacaq. Kursk AES Rosenerqoatom Konserni ASC-nin filialıdır. Stansiyada 5 mindən çox insan çalışır. 2021-ci ildə elektrik enerjisi istehsalı 25,1 milyard kilovat-saat təşkil etmişdir. == Yerləşməsi == Kursk Atom Elektrik Stansiyası Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşir. Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi ərazi 100 ildə 1 dəfə təkrarlanan 5 ballıq seysmik zonaya və hər 10,000 ildə bir dəfə təkrarlanan 6 ballıq seysmik zonaya aiddir. == Mədəniyyətdə == 2019-cu ildə rejissor Danila Kozlovskinin "Çernobıl" bədii filmi Kursk Atom Elektrik Stansiyasının tikintisi başa çatmamış beşinci blokunda çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Газета трудового коллектива Курской АЭС Vikianbarda Kursk AES ilə əlaqəli mediafayllar var.
Kursk vilayətinə basqın (2024)
Kursk vilayətinə basqın — Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində 2024-cü ilin 6 avqustundan etibarən indiyədək apardığı əməliyyatdır. Hücum Moskva saatı ilə (UTC+3) 08:00-da start götürüb. Döyüşlər nəticəsində Ukrayna Kursk vilayətindəki xeyli sayda yaşayış məntəqəsini, o cümlədən Sudja rayonunda nəzarəti əldə edib. Kursk vilayətində fövqəladə vəziyyət elan edilib. 9 avqustda Belqorod, Kursk və Bryansk vilayətlərində anti-terror rejiminə start verilib. Ukrayna 1250 km²-dan çox Rusiya ərazini ələ keçirdiyi xəbərini yayıb. 15 avqustda isə Ukrayna artıq yeni tutulan ərazilərdə hərbi idarə təsis edib. Bu basqın Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın Rusiya ərazisinə təşkil etdiyi ən güclü və intensiv əməliyyatdır. == Arxa plan == 2022-ci ilin fevralından etibarən Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra arabir Rusiya ərazisində dağıntılar meydana gəlirdi. Bunlar dron hücumları, bombalamalar və digər yollarla baş tuturdu.
"Kursk" atom sualtı qayığı qəzası
“Kursk” atom sualtı qayığı qəzası — 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batmışdır. Hadisədə 118 nəfər heyət üzvü həlak olmuşdur. Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdi gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil. == Dəniz manevri == 2000-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barens dənizində təlimə cəlb edildi. Təlimə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi. Murmanskın çevrəsində okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlandı. ABŞ-a məxsus “Memfis” və “Toledo” sualtı qayıqları müşahidə edirdi. == Partlayışlar == Rəsmi məlumata görə yerli vaxtla saat 11:28-də, torpedo yanacağında istifadə edilən yüksək sıxılmış hydrogen-peroksid torpedo bölməsinə dolub.