KÖKLƏMƏK I f. Musiqi alətlərinin sazlanması. Bir də tələbələrdən birisi tarı köklədi, çəpik qalxdı (Çəmənzəminli).
KÖKLƏMƏK II f. İki üzdən tikiş tikmək. Maşın tumanı yaxşı kökləyir.
KÖKLƏMƏK III f. Dəbərtmək. Kişi say qoyub, ocağı kökləmişdi (Çəmənzəminli).