KƏFGİR I is. [ fars. ] Xörəyin köpüyünü yığmaq, aş çəkmək üçün alət. Anam əlindəki kəfgirlə iri tavada qovurduğu əti qurdalayıb sözünə əlavə etdi (S.Qədirzadə).
KƏFGİR II is. [ fars. ] Saat rəqqası. Adam boyda olan saatın iri kəfgiri ətalətlə sağa-sola hərəkət etdikcə otağa ahəngdar bir çıqqıltı yayılırdı (İ.Şıxlı).