löhrənlik
lökdodaq
OBASTAN VİKİ
Lök-Candar
Lökcandar, Dağ Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Lök dağlarının şimal ətəyində, rayon mərkəzi Başkeçid şəhərindən 32 km cənub-şərqdə yerləşir. Lökcandar kəndi Gürcüstanın Ermənistanla sərhədində yerləşir. Dəniz səviyyəsindən 2000 m hündürlükdə olan Lök dağının ətəyində, Bolnisi rayonunun inzibati sərhədi ilə kəsişmədədir. Cənub-şərq tərəfindən Ermənistanla dövlət sərhədi mövcuddur. Dörd tərəfdən meşə ərazisi ilə əhatə olunmuşdur. Ətrafının meşə və dağlıqla əhatə oluması, müəyyən çətinliklər yaradır ki, bu da yolla bağlıdır. Hər iki tərəfdən çayların axması da qış və yay daşqınları zamanı böyük çətinliklər yaradır. Kəndin qərb istiqamətində Qamışlı kəndi yerləşir və bu kəndlə məsafə 4 km olmasına baxmayaraq avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.Cənub-Qərbdə isə Lök- Candar kəndini ətraf aləmlə birləşdirən, çətin keçilən avtomobil yolu vardır.
Lök dağı
Lök — Ağzıböyük silsiləsində dağ. Coğrafi baxımdan Gürcüstan Respublikasının Bolnisi və Ermənistan Respublikasının Taşır rayonlarının sərhədində yerləşir. Dağın şimal ətəkləri meşələrlə, cənub yamacları subalp, zirvəsi isə alp çəmənlikləri ilə örtülüdür. Şimal ərazisi Borçalının Bolus Kəpənəkçisi kəndinin sakinləri tərəfindən tarixən yay otlaqları kimi istifadə edilmişdir. Zirvəsində tarixi əhəmiyyətli və keçmişi etnik mübahisə obyekti olan məbəd mövcuddur.
Lökbatan
Lökbatan — Azərbaycanın Bakı şəhərinin Qaradağ rayonunda şəhər tipli qəsəbə. Qaradağ rayonun mərkəzidi. == Tarixi == Lökbatan adının yaranma tarixi Xocasən və Səngəçal arasında olan karvan yolunun olması ilə bağlıdır. İndiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvələr tez-tez batağlığa düşdüyünə görə məskənə Lök-batan ("lök" farsca "dəvə" deməkdir) adı yaranıb. Qəsəbənin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub. Həmin dövrdə neftlə əlaqədar indiki Seymur Orucov küçəsində olan qamış evlərdən ibarət yaşayış massivinin əsası qoyulub. Ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib burada məskunlaşmışlar. Lökbatan şəhər tipli qəsəbə olaraq Qaradağ rayonunun mərkəzidir. Qəsəbə ərazisində xeyli palçıq vulkanı vardır. Bilinən tarixdə 28 güclü vulkan püskürməsi olmuşdur.
Lökbatan (film, 1933)
== Məzmun == Kinooçerk Lökbatan neftçilərinin həyatından və onların fədakar əməyindən bəhs edir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Boris Pumpyanski Ssenari müəllifi: Leonid Perelman, Boris Pumpyanski Operator: Muxtar Dadaşov == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 340. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Lökbatan bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lökbatan palçıq vulkanı
Lökbatan palçıq vulkanı — Bakı şəhərindən 12–15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyni adlı neft-mədən sahəsində yerləşən palçıq vulkanı. Püskürmələrin sayına görə "dünya rekordçusu" olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv 5 palçıq vulkanından biridir. Azərbaycanın fəaliyyətdə olan vulkanları içərisində ən fəallarından biri olub, təxminən hər 3-10 ildən bir püskürür. Lökbatan vulkanı Xəzər səviyyəsindən nisbi 130 m, səthdən 100 m hündürlükdə yerləşir. Vulkan oroqrafik cəhətdən zirvəsində iki günbəz şəkilli yüksəklikdən ibarətdir. Bu iki yüksəklik arasında 1887-ci ildə üçüncü dəfə püskürmədən sonra əmələ gəlmiş yüksək krater sahəsi yerləşir. 1829-cu ildən başlayaraq bu vulkan 25 dəfə püskürmüşdür. Vulkan axırıncı dəfə 2017-ci ilin may ayının 2-də püskürmüşdür. Sopka brekçiyasının əsas kütləsi sahənin qərb hissəsinə axır. Burada vulkanın əvvəlki püskürmələri nəticəsində əmələ gəlmiş ayrı-ayrı təpələr vardır.
Lökbatan qəsəbəsi
Lökbatan — Azərbaycanın Bakı şəhərinin Qaradağ rayonunda şəhər tipli qəsəbə. Qaradağ rayonun mərkəzidi. == Tarixi == Lökbatan adının yaranma tarixi Xocasən və Səngəçal arasında olan karvan yolunun olması ilə bağlıdır. İndiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvələr tez-tez batağlığa düşdüyünə görə məskənə Lök-batan ("lök" farsca "dəvə" deməkdir) adı yaranıb. Qəsəbənin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub. Həmin dövrdə neftlə əlaqədar indiki Seymur Orucov küçəsində olan qamış evlərdən ibarət yaşayış massivinin əsası qoyulub. Ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib burada məskunlaşmışlar. Lökbatan şəhər tipli qəsəbə olaraq Qaradağ rayonunun mərkəzidir. Qəsəbə ərazisində xeyli palçıq vulkanı vardır. Bilinən tarixdə 28 güclü vulkan püskürməsi olmuşdur.
Lökcandar
Lökcandar, Dağ Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Lök dağlarının şimal ətəyində, rayon mərkəzi Başkeçid şəhərindən 32 km cənub-şərqdə yerləşir. Lökcandar kəndi Gürcüstanın Ermənistanla sərhədində yerləşir. Dəniz səviyyəsindən 2000 m hündürlükdə olan Lök dağının ətəyində, Bolnisi rayonunun inzibati sərhədi ilə kəsişmədədir. Cənub-şərq tərəfindən Ermənistanla dövlət sərhədi mövcuddur. Dörd tərəfdən meşə ərazisi ilə əhatə olunmuşdur. Ətrafının meşə və dağlıqla əhatə oluması, müəyyən çətinliklər yaradır ki, bu da yolla bağlıdır. Hər iki tərəfdən çayların axması da qış və yay daşqınları zamanı böyük çətinliklər yaradır. Kəndin qərb istiqamətində Qamışlı kəndi yerləşir və bu kəndlə məsafə 4 km olmasına baxmayaraq avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.Cənub-Qərbdə isə Lök- Candar kəndini ətraf aləmlə birləşdirən, çətin keçilən avtomobil yolu vardır.
Orxan Lökbatanlı
Orxan Lökbatanlı (9 sentyabr 1987, Bakı) — azərbaycanlı meyxanaçı. Orxan Lökbatanlı 1985-ci il sentyabrın 9-da Azərbaycanın Bakı şəhərinin Qaradağ rayonunda anadan olub. O, 2004-cü və 2008-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" və "Sözüm Var" meyxana yarışmasında iştirak edib.
Qaradağ Lökbatan FK
Qaradağ Lökbatan Futbol Klubu - Lökbatanın futbol klubu.

Digər lüğətlərdə