Land əyaləti
Lankaşir
OBASTAN VİKİ
Landşaft
Landşaft (alm. Landschaft‎) – bütün əsas komponentləri (litosferin üst horizontları, relyef, iqlim, sular, torpaq, biota) mürəkkəb qarşılıqlı əlaqədə olan və inkişaf səviyyəsinə görə eynicinsli vahid sistem təşkil edən təbii coğrafi kompleks. == Lantşaftın növləri == Ekologiyada landşaft təbiətdən səmərəli istifadə məqsədini əhatə edir. Landşaftlar mənşəyinə görə iki əsas tipə ayrılır – təbii və antropogen. == Təbii landşaftlar == Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakılar təbii landşafta aid edilir: Geokimyəvi landşaft (Polınov, 1956) – kimyəvi elementlərin və birləşmələrin eyni tərkib və miqdara malik olan yer sahəsidir. Hər geokimyəvi landşafta müəyyən tip elementlərin və birləşmələrin miqrasiyası xasdır. Elementar landşaft (Polınov, 1915) – eyni cinsli süxurda, eyni relyef elementində yerləşərək bir bitki assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Elementar landşaft ellüvial, subakval və superakval adlı üç tipə ayrılır. Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində formalaşır.
Antropogen landşaft
Antropogen landşaft — insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilmiş təbii landşafta, həmçinin insanın yaratdığı təbii- istehsal komplekslərinə, şəhər, qəsəbə, texnogen, kənd təsərrüfatı landşaftlarına deyilir. Antropogen landşaftlar hal-hazırda Yerin quru sahəsinin təxminən 50 %-ni əhatə edir. Antropogen landşaftlar özünü tənzimləyən təbii landşaftdan fərqli olaraq, insanın nəzarəti altında olub, idarə olunur. == Antropogen landşaftların tarixi və genetik xüsusiyyətləri == Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60–70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır. XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape) — karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Landşaft rejimi
Landşaft rejimi (en. landscape mode) – kağız vərəqinin elə yönümüdür ki, mətn və ya görüntü vərəqin uzun tərəfi boyunca çap olunur, yəni görüntünün və ya səhifənin eni hündürlükdən çox olur. Landşaft monitor (en. landscape monitor) – eni hündürlüyündən böyük olan monitor. Landşaft monitorların eni, televiziya ekranında olduğu kimi, hüdürlüyündən təxminən 33% böyük olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Landşaft sferası
Landşaft sferası (rus. ландшафтная сфера; ing. landscape sphere) coğrafi təbəqənin sinonimi; coğrafi örtüyün bir hissəsi — litosfer, atmosfer və hidrosferin qarşılıqlı təsir zonası; cəmiyyət də daxil olmaqla təbii və antropogen landşaft.
Landşaft təbəqəsi
Mədəni landşaft
Mədəni landşaft- insan fəaliyyəti sayəsində müəyyən bir ehtiyacı ödəmək üçün yaradılmış landşaft. İnsanın təsərrüfat fəaliyyətinin təsirini görməmiş təbii landşaftdan fərqli olaraq Mədəni landşaft daima insanın təsiri və nəzarəti altında olur. Səhra içərisində vahə, çöl zonasında zəmi, bağ, üzümlük, tropik meşələr arasında çay kolu, banan plantasiyaları, qırılmış meşə yerində örüş və tarla, quraqlıq yerdə süni salınmış meşə və s. mədəni landşafta aiddir. Landşaft planlaşdırması adətən digər planlaşdırma vasitələrindən əvvəl və yaxud onlarla kompleks istifadə olunur və aşağıdakı şəkildə təbii ehtiyatların mühafizəsi və onlardan davamlı istifadəyə kömək edir: -Müxtəlif məqsədlər üçün torpaqdan istifadənin daha effektiv olmasına və bu sahədə məlumatlandırmaya təminat verir, məsələn, tikililər, yerquruluşu, meşə massivləri və biomüxtəliflik üçün; -Torpaqdan istifadədə müxtəlif təşkilat və siyasətçilərin müxtəlif səviyyələrdə qərarlarını birləşdirir; -Əhali ilə aktiv münasibət yaratmaqla məlumat sisteməlşdirilir və interaktiv (əhalinin iştirakı) plan üçün sənədlər hazırlanır; -Təbii resurs və komplekləslərin istifadəsində konkurent varintlar olduqda, xüsusən bazar iqtisadiyyəti şəraitində, optimal qərarın tapilmasına xidmət edir; -İnvestorlara layihələrə qoyulan tələbləri nəzərə almağa və onların reallaşdırılmasının məqsədəuyğunluğu haqqında vaxtında və doğru qərar qəbul etməyə imkan verir; -Planlaşdırmaya bütün marağı olan tərəfləri, o cümlədən yerli əhalini, cəlb edən komunikativ prosesdir və cəmiiyətin demokratlaşmasına, onun sosial-iqtisadi stabilliyinə və davamlı inkişafına yardımçı olur.
Texnogen landşaft
Texnogen landşaft — müasir güclü texnikadan istifadə etməklə strukturası və forması insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan antropogen landşaftın müxtəlif növləridir. İnsanın təsiri birbaşa (torpağın, bitkinin, yerin üst qatının, sənaye, məişət, tikinti, neft tullantıları ilə yerin səthin tutulması, su ilə basdırılması) və dolayı yolla (suyun, torpağın, atmosferin sənaye tullantıları ilə çirklənməsi və dəyişməsi) ola bilər.
Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir. Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir. Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır. Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir. Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir. Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.
Yarımsəhra landşaft kompleksi
Yarımsəhra landşaft kompleksi- Yarımsəhralar Abşeron yarımadasının böyük bir hissəsinin (90%) əhatə edir. Bu da iqlimin quraq olması, relyefin alçaq olması və süxurların litoloji tərkibi ilə əlaqədardır. Onun arealı Xəzər dənizi ilə 500–600 m. Mütləq hündürlüklər arasındaki ərazini əhatə edir. Yarımadanın qərb və mərkəz hissələrinin relyefi sinklinal dərə və çökəkliklərlə ayrılmış qabarıq antiklinal silsilələr, tirələr və yüksəkliklərlə xarakterizə olunur. Bu ərazilərdə Neogen və Dördüncü dövrün karbonatlı – terrigen çöküntüləri yayılmışdır. Burada həm də palçıq vulkanları çox inkişaf etmişdir. Yarımadanın şərq hissəsi əsasən düzənlik olub, orta-yuxarı-Dördüncü dövr və müasir çöküntülərlə örtülmüşdür. Nisbətən hündür relyef yarımadanın şimal-qərb hissəsində rast gəlinir (Qoyundağ – 333 m, Qaraheybət – 272 m), şərqə doğru isə relyef alçalır (Məqribi R. A., 1997). Yarımsəhra iqliminin məhsulu olan şoranlıqlar və duzlu göllər (Mirzaladi, Böyük Şor, Saray, Pirşağagöl və s.) yarımadanın landşaftları üçün xarakterik olub geniş yayılmışdır.
Landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi
Quru-çöl landşaft kompleksi
Quru-çöl landşaft kompleksi — Yarımsəhra landşaftları ilə tipik çöllər arasında keçid təşkil edən bu landşaft tipi Abşeron yarımadasında kiçik sahələrlə parçalanmış areallarla yayılmışdır. Ərazinin relyefi platoşəkilli yüksəkliklər və təpəli-tirəli düzənliklərlə təmsil olunur. Süxurlar məhsuldar qatın Abşeron gilləri, əhəngdaşları və qum-gillərdən ibarətdir. Hündürlük 50–145 m arasında dəyişir. Qabarıq və bəzi hissələrdə pilləvari quruluşa malik Güzdək platosunun hündürlüyü 160–200 m-ə çatır. Burada il ərzində günəşli saatların miqdarı 2200–2400 saata qədərdir. Yanvarın orta temperaturu 2,5–3,00C, iyulun orta temperaturu 24–250C arasında dəyişir. Mütləq maksimum temperatur 40–410C, mütləq minimal temperatur isə −14–150C — dir. Ərazidə şimal və cənub küləkləri üstünlük təşkil edir. Ən sürətli küləklər (orta sürət 6–8 m/san) şimal və şimal-qərb istiqamətlərindən əsir.
Zilim (landşaft təbiət parkı)
Zilim landşaft təbiət parkı — yerli əhəmiyyətli qorunan təbiət abidəsi. Təbiət parkı 2005-ci ildə resursların bərpası, turizmin inkişafı və mövcud bioloji növlərin qorunması məqsədilə təşkil olunmuşdur. Park Başqırdıstanın xüsusən qorunan təbiət ərazisi statusuna malikdir. Park ərazisində unikal təbiət kompleksi, nadir yayılmış bitki və heyvan növlərinə rast gəlmək olar. Başqırdıstan Respublikası Qafuri rayonu ərazisində, Zilim çayı hövzəsində yerləşir. Park 38,1 min ha ərazini əhatə edir. Park alçaq dağlıq əraziləri əhatə edir ki, burada da 68 mağara mövcuddur. Onlardan Oktyabrskaya və Kinderle mağaraları daha çox seçilir. Park ərazisinin 90 % meşə ilə örtülmüşdür. Əsasən qarışıq və enliyarpaqlı meşələr üstünlük təşkil edir.
Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu
Şəki-Oğuz ekogeokimyəvi landşaft rayonu
Şəki Oğuz ekogeokimyəvi landşaft rayonu-Ekogeokimyəvi rayonun mərkəzi hissəsində sulfatlı-natriumli duzlar,şimal-qərb və cənub-şərq hissələrində isə, sulfatlı-natriumlu-kalsiumlu və sulfatlı-natriumlu-maqneziumlu duz birləşmələri üstünlük təşkil edir. Rayonda geokimyəvi cəhətdən ekoloji gərginliyə səbəb olan əsas amillər buradakı landşaftlardan(xüsusən torpaqda və səth sularında)kobalt, ftor və yod kimi sağlam həyat üçün zəruri olan kimyəvi elementlərin çatışmaması, mərgümüş,civə,qurğuşun,molibden,bor kimi konserogen xarakterli mikroelementlərin çox olmasıdır. Şəki sahəsindəki torpaqların tərkibində sulfatlı-natriumlu-hidrokarbonatlı, Oğuz ərazisindəki torpaqların tərkibində isə sulfatlı-natriumlu-kalsiumlu birləşmələr üstünlük təşkil edir.Humusun miqdarı Şəki ərazisindəki torpaqların tərkibində 1,38–4,76%, Oğuzdakı torpaqların tərkibində 2,59–4,76%-dir. Şəki ərazisindən götürülmüş torpaqların tərkibində civə, molibden,gümüş və sirkonium müşahidə edilməmiş,mis,sink, nikel və kobaltın təxminən ümumdünya klarkı səviyyəsində,vanadium, mərgümüş və xromun klarka nisbətən çox olduğu müəyyənləşdirilmişdir. Oğuz şəhəri sahəsində torpağın tərkibində mis, sink, qurğuşun, civə, bor, vanadium və mərgümüşün çox, stronsium, kobalt və sirkoniumun az olması nəzərə çarpır. Haqqında danışdığımız şəhərlərdəki təbii suların da mühiti zəif qələvidir. Həm Kişçayda, həm də Türyançayda pH 7,5-lə 7,8 arasında dəyişir. Hidrokimyəvi analizlərin nəticələrinə görə Kişçayının(Şəki) suları natriumlu-hidrokarbonatlı-kalsiumlu, Türyançayın(Oğuz) suları isə sulfatlı-natriumlu-kalsiumludur. Bu çay sularının tərkibində mikroelementlərin miqdarının son dərəcə azlığı,mis,sink,qurğuşun,stronsium, molibden, vanadium,nikel,manqan, gümüş,qalay və sirkonium kimi mikroelementlərin mövcud olması aşkar edilmişdir. Böyük Qafqazın cənub yamacındakı suların minerallaşma dərəcəsinin aşağı olduğu yerlərdə ftor çatışmazlığı da müşahidə edilir və belə ərazilərdə yayılan diş kariyesi xəstəliyi də bununla əlaqələndirilir.
Coğrafi landşaft
Balakən-Katex ekogeokimyəvi landşaft rayonu
İsmayıllı-Lahıc ekogeokimyəvi landşaft rayonu
Geokimyəvi landşaftlar
Geokimyəvi landşaftların müasir təsnifatı müxtəlif vaxtlarda bir sıra geokimyaçılar tərəfindən işlənmiş müddəalar nəzərə alınmaqla A. İ. Perelman tərəfindən yaradılmışdır. A. İ. Perelmanın geokimyəvi təsnifatında (1961, 1966) landşaftda atomların miqrasiyası ilə əlaqədar materiyanın hərəkət formaları əsas götürülür. Bu təsnifata görə bütün geokimyəvi və elementar landşaftlar bu landşaftlarda üstünlük təşkil edən miqrasiyanın növündən asılı olaraq abiogen, biogen, texnogen (başqa sözlə antropogen, yaxud mədəni) landşaftlara ayrılır. == Abiogen landşaft == Abiogen landşaftların əsas fərqləndirici xüsusiyyətləri bu landşaftlarda elementlərin biogen miqrasiyasının praktiki olaraq mövcud olmamasıdır. Yüksək dağ zirvələri, suayrıcıların qar və qismən buzlaqlarla örtülmüş hissələri belə landşaftlara aid edilir. == Biogen landşaft == Abiogen landşaftlardan fərdi olaraq biogen landşaftlarda elementlərin bioloji dövranı prosesi fasiləsiz olaraq davam edir və burada elementlərin miqrasiyasında başlıca rol biogen miqrasiyanın üzərinə düşür. Bu landşaftlarda mexaniki və fiziki miqrasiya ikinci dərəcəli əhəmiyyət kəsb edir. Biogen landşaftların bölünməsi elementlərin bioloji dövranın xüsusiyyətlərinə və aparıcı miqrasiya növünə əsaslanır. Bioloji kütlənin (B) illik məhsulun miqdarına (M) olan nisbətinin dəyişməsindən asılı olaraq müxtəlif landşaft tipləri ayrılır. Başqa sözlə desək, landşaft tipləri məhz ümumi canlı varlığın-bioloji kütlənin (B) və illik məhsulun miqdarından (M), daha doğrusu hər ikisi hektarda sentrlərlə ölçülən bu kəmiyyətlərin nisbətindən asılı olaraq müəyyənləşdirilir (N. İ. Bazileviç, L. E. Rodin, 1965).
Kür-Araz ovalığının landşaftları
Kür-Araz ovalığı — Azərbaycanın mərkəzi hissəsində yerləşən ovalıq. Ovalığın mərkəzi hissəsində Sabirabad şəhəri yaxınlığında Kür çayı ilə Araz qovuşur. Çaylar ovalığı Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərinə ayırır. Oronim Kür və Araz çaylarının adından yaranmışdır. == Ümumi məlumat == Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəklik olmaqla, respublika ərazisinin mərkəzi hissəsini tutur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri. Kür–Araz ovalığına Cənubi Qafqazın Şərqində Kür və Araz çaylarının aşağı axarları arasında qalan ərazilər Böyük və Kiçik Qafqaz dağlarına qədər uzanan düzlər daxildir. Ovalıq şimalda Bozdağ, qərbdə Kiçik Qafqaz dağlarının ətəkləri, cənub-şərqdə Talış dağları və Lənkəran ovalığı, şərqdə isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ovalığın uzunluğu qərbdən-şərqə 25 km, ən geniş yerdə 150 km-dir.
Kür-Araz ovalığının müasir landşaftları
Kür-Araz ovalığı — Azərbaycanın mərkəzi hissəsində yerləşən ovalıq. Ovalığın mərkəzi hissəsində Sabirabad şəhəri yaxınlığında Kür çayı ilə Araz qovuşur. Çaylar ovalığı Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərinə ayırır. Oronim Kür və Araz çaylarının adından yaranmışdır. == Ümumi məlumat == Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəklik olmaqla, respublika ərazisinin mərkəzi hissəsini tutur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri. Kür–Araz ovalığına Cənubi Qafqazın Şərqində Kür və Araz çaylarının aşağı axarları arasında qalan ərazilər Böyük və Kiçik Qafqaz dağlarına qədər uzanan düzlər daxildir. Ovalıq şimalda Bozdağ, qərbdə Kiçik Qafqaz dağlarının ətəkləri, cənub-şərqdə Talış dağları və Lənkəran ovalığı, şərqdə isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ovalığın uzunluğu qərbdən-şərqə 25 km, ən geniş yerdə 150 km-dir.
Landşaftların invesiyası
Landşaftşünaslıq
== Geomorfoloji termin == Landşaftşünaslıq – (rus. ландшафтоведение, ing. landscape science) fiziki coğrafiyanın, bir-birilə qarşılıqlı əlaqədə olan təbii komponentlərini, daha doğrusu təbii ərazi komplekslərini öyrənən bölməsi. Landşaftşünaslığın mövzusu, onun məqsədi coğrafi kompleksləri-onların quruluşunu, inkişafını və yerləşməsini öyrənməkdir. Başqa sözlə landşaftşünaslıq fiziki-coğrafiyanın coğrafi təbəqə daxilində baş verən ərazi diferensiasiyalarını öyrənməklə məşğul olan bölməsidir. == Landşaftşünaslıq şöbəsinin yaranması == Azərbaycanda landşaft tədqiqatları fiziki coğrafiyanın tərkibində əvvəllər də aparılsada bu sahədə sistemli elmi işlər XX əsrin altmışıncı illərində Azərbaycan EA Coğrafiya İnstitutunda (1965-ci il) B. Ə. Budaqovun rəhbərliyi ilə "landşaftşünaslıq" şöbəsi yaradıldıqdan sonra başlanmışdır. == Tədqiqatlar == İlk dəfə olaraq landşaftın formalaşmasında neotektonik hərəkətlərin və relyefin roluna dair bir sıra problem məsələlər kompleks şəkildə həll edilmişdir. Tərtib olunmuş paleolandşaft və paleocoğrafi xəritələr əsasında Cənub-Şərqi Qafqazın landşaftlarının inkişafının ümumi tendensiyası, onların struktur xüsusiyyətləri aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, konkret yüksəklik – landşaft qurşaqları daxilində landşaftların strukturları, relyefin geomorfoloji xüsusiyyətləri ilə pozulur və mürəkkəbləşir, təbii komplekslərin enlik-zonallıq paylanması, onların strukturlarının mürəkkəbləşməsi relyefin geomorfoloji xüsusiyyətlərindən və ərazinin hidroloji şəraitindən asılıdır (Budaqov, Mikayılov, 1985, Haqverdiyev, 1975). Palçıq vulkanlarının landşaftın formalaşmasında rolunu aşkar etmək və onların landşaftının morfoloji differensiasiyasını müəyyənləşdirmək məqsədilə palçıq vulkanlarının intensiv yayıldığı rayonların landşaftı öyrənilmişdir.
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı (alb. Peizazhin e Mbrojtur Mali me Gropa-Bizë-Martanesh ) ― Albaniyanın mərkəzi hissəsində, Dayti Milli Parkı ilə sərhəddə yerləşən qorunan landşaft. Landşaft 25266,42 hektar ərazini əhatə edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) ərazinin V kateqoriyaya daxil etmişdir. Bölgə Plantlife tərəfindən beynəlxalq Mühüm Bitki Sahəsi (ing. Important Plant Area IPA) olaraq da tanınmışdır. == Vəhşi həyat == Landşaft flora və faunanın geniş müxtəlifliyini ehtiva edir. Sıx iynəyarpaqlı və enliyarpaqlı meşələr landşaftın ümumi sahəsinin 68%-ni təşkil edir. Landşaftın faunası 44 növ məməli, 130 növ quş, 23 növ sürünən və 12 növ amfibiyadan ibarət olmaqla 209 növlə təmsil olunur. Meşəlik ərazilərdə qəhvəyi ayı, boz qurd və vaşaq yaşayır.
Park landşaftı
Tundra landşaftının torpaqları
Tundra — Yerin təbii zonası. Tundra Yer kürəsinin tayqadan şimalda olan hissəində yerləşir. Xarakterinə görə tundra bataqlıq, torflu və daşlıqlı olur. Tundranın aşağı sərhəddi arktikanın başlanğıcı hesab edilir. Tundra Şimali Amerikanın şimal hissəsinin, Kanada arxepelaqını, Qrenlandiyanın buz örtməyən yerlərini və Avrasiyanın şimal zolağını tutur. Tundra bitkinin həyatı üçün şərait olduqca sərtdir. Yay qısa və soyuqdur. Ən isti ayın orta temperaturu 10 – 12 C-dən yuxarı qalxmır. İllik yağıntının miqdarı 200 – 300mm-dir. Qış uzun keçir və bərk küləklər əsir.
Törəmə landşaftlar
Törəmə landşaftlar — təbii-antropogen landşaftlar olub hazırda və ya keçmişdə insanın təsərrüfat fəaliyyəti nəticəsində ilkin landşaftların yerində formalaşmış landşaftlar. Bu landşaftlar özü-özünü təbii nizamlama prosesləri sayəsində on illər və ya ilk yüz il ərzində nisbətən sabit (dayanıqlı) vəziyyətdə qalır. Törəmə landşaft qrupuna bir sıra misallar göstərmək olar. Bura Rusiya düzənliyinin xırdayarpaq meşələri (tozağacı və titrəkyarpaq qovaq meşələri), Aralıq dənizi sahili tipli kserofıt kolluqları, deqradasiyaya uğramış bozqırları, transformasiyaya uğramış savannaları, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda fıstıq və palıd, ardıc və s. meşələrin yerində formalaşmış vələs, dəmirqara meşələrini, müxtəlif şiblək tiplərini göstərmək olar. Bu kateqoriyaya aid olan bütün landşaftlar üçün ümumi cəhət insan tərəfindən çox dəyişilmiş bitki qruplaşmalarının (törəmə bitkilik) kəskin nəzərə çapmasıdır. Bununla yanaşı, torpağın, mikroiqlimin və landşaftın digər komponentlərinin xüsusiyyətlərinin dəyişməsi də baş verir.
Şəhər landşaftı

Значение слова в других словарях