Latın Amerikası

coğ. Amérique f Latine

latın
latınlaşdırmaq
OBASTAN VİKİ
Latın Amerikası
Latın Amerikası — Amerika qitəsində bölgə. ABŞ-dən cənubda yerləşən Latın Amerikası regionuna 200 İEOÖ (İnkişaf etməkdə olan ölkə)-lər və 18 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Regionu məhz bu cəhətinə görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. İqtisadi inkişafına görə bu region Asiya Afrikanın İOÖ-lərindən irəlidə olsa da, digər İOÖ-lər kimi bu region da dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir. Regionun İCM (İqtisadi coğrafi mövqe)-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi və ABŞ ilə qonşu olmasıdır. Bu amil regionun ABŞ-dən asılılığını artırır. == Əhalisi == Əhalisi — yerli hindu; Ispaniya və Portuqaliyadan gələnlərin nəsillərindən (bunlara kreollar deyilir) və Afrikadan gətirilmiş qulların hesabına formalaşmışdır.
Latın Amerikası İqtisadi Komissiyası
Latın Amerikası İqtisadi Komissiyası — Latın Amerikası təşkilatlarından birinin qısa adıdır. ECLA 25 fevral 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində yaradılmışdır. İspanca qısaldılmış adı CEPAL-dır. Sonrakı illərdə Karib hövzəsi ölkələri də tədqiqat sahəsinə daxil edilmiş, buna görə də adı 1984-cü ildə ECLAC (ing. The Economic Commission for Latin America and Caribbean; azərb. Latın Amerikası və Karib hövzəsi İqtisadi Komissiyası‎) olaraq dəyişdirilmişdir. BMT-nin 5 regional komissiyasından biri olan ECLAC-ın inzibati mərkəzi Çilinin Santyaqo şəhərindədir. ECLAC-ın əsas məqsədi rəsmi sənədlərdə Latın Amerikası ölkələrinin iqtisadi inkişafına töhfə vermək və onların iqtisadi siyasətləri arasında əlaqəni təmin etmək kimi göstərilir. Komissiya 1951-ci ildə Meksikada Mərkəzi Amerika ölkələri və 1966-cı ildə Port-of-Speyndə (Trinidad və Tobaqo) Karib hövzəsi ölkələri üçün subregional mərkəzlər yaratmışdır. Buenos-Ayres, Brazilia, Montevideo və Boqotada da ofisləri mövcuddur.
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı və ya qısaca KOTAL — beynəlxalq regional turizm təşkilatıdır. 1957-ci ildə yaradılmışdır. Bu qurum Latın Amerikasının 900-dən çox turizm, nəqliyyat, mehmanxana müəssisələri, həmçinin Asiya, Afrika və Avropanın 350-dən yuxarı turizm müəssisələrini özündə birləşdirir. Əsas vəzifəsi Latın Amerikası turizm sənayesinin inkişafı məqsədilə bütün turizm müəssisələrinin və milli assosasiyalarının fəaliyyətini birləşdirməkdir. KOTAL-ın Katibliyi Argentinanın paytaxtı Buenos-Ayres şəhərində yerləşir. Konfransın rəsmi dilləri isə ispan və ingilis dilləridir. Rəhbər orqanları isə adətən ildə bir dəfə keçirilən Baş Assembleya və Direktorlar Şurası sayılır.
Britaniya Amerikası
Britaniya Amerikası (ing. British America və ya ing. British America and the British West Indies) — köhnəlmiş coğrafi termin. Britaniya taxt-tacının indiki Amerika ərazisində nəzarət etdiyi əraziləri qeyd etmək üçün işlədilirdi.
Hispanik Amerikası
Adətən region İspan Amerikası kimi tanınsada həmçinin Hispanik Amerikası kimidə adlanır. İspan dilində adətən Hispanoamérica, həm də América Hispana və ya América Española kimi deyilir. Bu bölgə Şimali, Mərkəzi və Cənubi Amerikanın ispandilli ölkələrindən ibarət Amerikanın bir hissəsidini təşkil edir. Bu ölkələrin hamısında ispan dili əsas dildir. Buna baxmayaraq bəzən bir və ya bir neçə yerli dillə (məsələn, Guaraní, Quechua, Aymara və ya Maya kimi) və ya ingiliscə (Puerto Rikoda) ilə rəsmi statusa malikdir. Regionda əsas üstünlük təşkil edən din isə Roma Katolikliyidir. Hispanik Amerikası bəzən Braziliya ilə birlikdə "İber-Amerika" termini altında qruplaşdırılır, yəni Amerikada Pireney yarımadasında mədəni kökləri olan ölkələr deməkdir. Hispanik Amerikası yalnız Hispanik Amerikasını deyil, həm də Braziliyanı (keçmiş Portuqaliya Amerikası ) və Qərb yarımkürəsindəki keçmiş Fransa koloniyalarını (indi ABŞ və ya Kanadada olan ərazilər adətən istisna olunur) əhatə edən Latın Amerikası ilə də ziddiyyət təşkil edir.
Portuqal Amerikası
Portuqal Amerikası (port. América Portuguesa) bəzən América Lusófona kimidə adlanır və ya İngilis dilində Lusofon Amerikası — Anglo-Amerika, Fransız Amerikası və Hispanik Amerikası-ndan fərqli olaraq Portuqal dilində danışan insanlar və onların diaspora icmasıdır. Xüsusən də Amerikanın erkən Portuqal müstəmləkəsi olan Braziliyaya aid edilir. Portuqaliya Cənubi Amerikanın (Braziliya, Koloniya do Sakramento, Uruqvay, Quanare, Venesuela) hissələrini müstəmləkə etdi. Həmçinin Şimali Amerikanın (Kanada, Nyufaundlend və Labrador və Yeni Şotlandiya) bölgələrini də müstəmləkə etməyə çalışsada uğursuzluqla nəticələndi. Braziliya portuqal cəmiyyətin mərkəzidir və Portuqaliya Amerikasının əksəriyyətinin portuqal mənşəyinin nöqtəsidir. Buraya bütün Amerikadakı icmalar və portuqal dilindən gələn dillər daxildir, çünki bu, Aruba, Bonaire və Curaçao, Surinam Saramaccanı və ya demək olar ki, sönmüş Braziliyanın Kupopia bölgələrində danışılan papiamentodur. Portuqal dili roman dili olduğu üçün Portuqal Amerikası, xüsusən də Braziliya bəzi mənbələrdə Latın Amerikasının bir hissəsi hesab olunsada, bu termin daha çox İspan Amerikasına aiddir. Çünki dil yaxınlığından başqa Braziliya Latın Amerika icmasının mərkəzinə mədəni baxımdan kifayət qədər yaxın deyil.
Rus Amerikası
Rus Amerikası (rus. Русская Америка, Russkaya Amerika) 1799-cu ildə ABŞ-nin Alyaska ştatının ərazisində yaradılan və Rusiya imperiyası tərəfindən idarə olunan tarixi dövlət. Rus Amerikasının idarə olunmasında Rusiya-Amerika şirkətinin (RAC) rolu daha böyük olub. Rusiya İmperiyasının keçirdiyi daxili böhran və xərclərin cox olması, ərazinin 1867-ci ildə ABŞ-yə 7.2 milyon dollara satılması ilə nəticələnmiş, bu şəkildə dövlət fəaliyyətini dayandırmışdır. Alyaskaya ilk dəfə ruslar gəlmişlər. 1648-ci ildə Semyon Dejnyov Sibirdə yerləşən Kolıma çayının mənsəbindən səfərə başlamış və 14 gün sonra Şimal Buzlu okeanda yerləşən Anadır çayının məsəbinə çatmışdır. Bir sıra ehtimallara görə ekipajda olan bəzi dənizçilər yolda azmış və Alyaskaya Semyon Dejnyovdan daha tez çatmışdır. Ancaq bunu sübut edə biləçək bir dəlilil yoxdur. 1741-ci ilin iyununda Kamçatkaya səfərə çıxan Vitus Berinqin Bosmanı olan Aleksey Çirkov indi ki Alyaska ilə Kanadanın yaxınlığında yerləşən ərazidən sahilə çıxmışdır. Alyaska ərazisinin kəşf olunması,xəbəri daha çox Rusiyada kürk ticarəti ilə məşğul olan tacirləri sevindirdi.
İspan Amerikası
İspan Amerikası Amerikadakı İspan ərazilərinə şamil edilir. "İspan Amerikası" termini xüsusilə 15-19-cu əsrlər arasında ərazilərin imperiya dövründə istifadə edilmişdir. İmperator hakimiyyətinin sonuna qədər İspaniya Amerika və Filippindəki xaricdəki ərazilərinin Kolumbun qərbə üzərək Asiyaya çatdığına dair təsəvvürü əsasında "Hindistan" adlandırdı. Bu ərazilər yüksək əhəmiyyətə çatdıqda isə, tac 1524-cü ildə Aztek İmperatorluğunun fəthindən sonra onun mülkləri üzərində daimi kral nəzarətini təsdiqləyən Hindistan Şurasını yaratdı. İspan köçkünlərini cəlb edən sıx yerli əhali və mineral sərvət mənbələri olan bölgələr müstəmləkə mərkəzlərinə çevrildi və belə resursları olmayanlar isə maraq dairəsində idi. Bölgələr imperiyaya daxil edildikdən və onların əhəmiyyəti qiymətləndirildikdən sonra, xaricdəki mülklər daha güclü və ya zəif tac nəzarəti altına düşdü. Tac Karib dənizindəki Kristofer Kolumbun və onun varislərinin hökmranlığından dərs aldı və onlar heç vaxt kəşfiyyatçılara və fatehlərə süpürmə səlahiyyətləri vermədilər. Katolik monarxlarının 1492-ci ildə Qranadanı fəth etməsi və yəhudiləri qovulması "Amerika müstəmləkəçiliyinin başlanğıcı anında dini dövlətçiliyin döyüşkən ifadəsi idi". Tacın dini sferadakı gücü papalığın Patronato real qrantı sayəsində onun xaricdəki mülklərində mütləq idi və "Katoliklik kral hakimiyyəti ilə ayrılmaz şəkildə bağlı idi". Kilsə-dövlət münasibətləri fəth dövründə quruldu və 1700-cü ildə, Burbon monarxları böyük islahatlar həyata keçirən və tac və qurbangah arasındakı əlaqəni dəyişdirən Habsburq dövrünün sonuna qədər sabit qaldı.
Rusiya Amerikası
Rus Amerikası (rus. Русская Америка, Russkaya Amerika) 1799-cu ildə ABŞ-nin Alyaska ştatının ərazisində yaradılan və Rusiya imperiyası tərəfindən idarə olunan tarixi dövlət. Rus Amerikasının idarə olunmasında Rusiya-Amerika şirkətinin (RAC) rolu daha böyük olub. Rusiya İmperiyasının keçirdiyi daxili böhran və xərclərin cox olması, ərazinin 1867-ci ildə ABŞ-yə 7.2 milyon dollara satılması ilə nəticələnmiş, bu şəkildə dövlət fəaliyyətini dayandırmışdır. == İlk kəşflər == Alyaskaya ilk dəfə ruslar gəlmişlər. 1648-ci ildə Semyon Dejnyov Sibirdə yerləşən Kolıma çayının mənsəbindən səfərə başlamış və 14 gün sonra Şimal Buzlu okeanda yerləşən Anadır çayının məsəbinə çatmışdır. Bir sıra ehtimallara görə ekipajda olan bəzi dənizçilər yolda azmış və Alyaskaya Semyon Dejnyovdan daha tez çatmışdır. Ancaq bunu sübut edə biləçək bir dəlilil yoxdur. 1741-ci ilin iyununda Kamçatkaya səfərə çıxan Vitus Berinqin Bosmanı olan Aleksey Çirkov indi ki Alyaska ilə Kanadanın yaxınlığında yerləşən ərazidən sahilə çıxmışdır. == Tarixi == Alyaska ərazisinin kəşf olunması,xəbəri daha çox Rusiyada kürk ticarəti ilə məşğul olan tacirləri sevindirdi.
Latın Kuboku
Latın Kuboku — 1949–1957-ci illərdə futbol üzrə Fransa, İspaniya, İtaliya və Portuqaliya çempionları arasında keçirilmiş futbol çempionatı.
Latın dili
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latın xalqı tarix səhnəsindən çıxmış və bununla da bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Latın ifadələri
Latın dilinin "ölü dil" sayılmasına baxmayaraq bu dilə aid bir çox söz və ifadələr digər dillərin leksikonunda, xüsusilə dini, elmi, hüquqi terminologiyada hələ də geniş istifadə olunmaqdadır. Yeni ümumiişlək söz və ifadələrin yaranmasında latın dilinin rolu çox olmuşdur. Təbabəti xüsusilə kimya, biologiya, anatomiya kimi elmləri, o cümlədən beynəlxalq hüququ latın söz və ifadələrsiz təsəvür etmək qeyri mümkündür. Latın ifadələri günümüzdə elmi və məntiqi fikirləri geniş auditoriyaya çatdırmaq üçün mühüm bir vasitəyə çevrilmişdir. Son zamanlar elm və texnikanın, iqtisadiyatın, ticarətin sürətlə inkişaf etməsi ilə meydana çıxan yeni termin və ifadələr ingilis dili əsasında formalaşsalar da latın dilindən digər dillərə oturmuş söz və ifadələr hələ də klassikliyini qoruyub saxlamaqdadır. Latın söz və ifadələri bu məqalədə əlifba sırası ilə təqdim olunmuşdur.
Latın imperiyası
Latın İmperiyası və ya Konstantinopol Latın İmperiyası — 1204-cü ildə Dördüncü Səlib Yürüşü nəticəsində Konstantinopolun işğalı ilə qurulmuş dövlət. Səliblərin Romaniya adlandırdığı bu dövlət 57 il ayaqda qalmış, 25 iyul 1261-ci ildə Nikeya imperatoru VIII Mixael Konstantinopolu işğal etdikdən sonra, imperiya süqut etmişdir.
Latın kvadratı
Latın kvadratı (n düzülüşlü) — L=(lij) və n × n ölçülü cədvəlin ixtiyari n elementləri ilə doldurulmuş elə bir M cədvəlinə deyilir ki, buradakı hər sətir və sütunlardakı elementlər yalnız bir dəfə istifadə olunsun. 3 sıralı latın kvadratının nümunəsi: [ A B C C A B B C A ] {\displaystyle {\begin{bmatrix}A&B&C\\C&A&B\\B&C&A\\\end{bmatrix}}} Hal-hazırda M-ə bir çox həqiqi ədədlər { 1,2,…, n} və ya çoxluq { 0,1,…, n-1} daxil etmək mümkündür. Ancaq Leonard Eyler latın əlifbasının hərflərindən istifadə etdiyinə görə bu əməliyyatı Latın kvadratı adlandırmışdı Latın kvadratları istənilən n üçün mövcuddur. Sadəcə Kelis cədvəlinin cəm qrupunun halqasını istifadə etmək kifayətdir Zn: lij= (i+j-1) mod n. == Latın kvadratlarının tədqiqat tarixi == İlk dəfə latın kvadratları (4 sıralı) Misirdə Əhməd əl-Buni tərəfindən təxminən 1200-cü ildə yazılmış "Şəms əl Maarif" kitabında dərc edilmişdi. İki ortoqonal latın kvadratı ilk dəfə 1725-ci ildə J.Ozanam tərəfindən qeyd edilmişdir.
Latın məhəlləsi
Latın məhəlləsi ya Latın kvartalı (fr. Quartier latin) — Parisin V və VI dairələrini əhatə edən, Sena çayının sol sahilində Sorbonna universitetinin əhatəsini təşkil edən ənənəvi tələbə məhəlləsi. Məhəllə kiçik dalan və küçələrə, bistro kafe və restoranlarla zəngindir. Cakomo Puççininin Bohema operasının II pərdəsindəki hadisələr məhz bu Latın məhəlləsində cərəyan edir.
Latın qrafikası
Latın əlifbası, müasir latın əlifbası — 26 hərfdən ibarət olaraq bir çox dillərin əlifbalarının qrafiki təsviri. Roman, german, kelt və baltik dillər qruplarında və slavyan, fin-uqor, türk, semit və İran dil qruplarında bəzi dillər, alban və bask dili, həmçinin Hind-Çin, Myanma, Zond arxipelaqı, Afrika (Saxaradan cənuba), Amerika, Avstraliya və Okeaniya dilləri latın qrafikası əsasında əlifbaya malikdirlər. Bəzi dillərin səs zənginliyini göstərməyə latın hərfləri azlıq etdiyindən onların müxtəlif modifikasiyasından istifadə edilir. Məsələn, Azərbaycan dilində: Ç (c-cedilla), Ə (Schwa), Ğ (g-breve), İ (I-dotted), Ö (O-diaeresis), Ş (s-cedilla) və Ü (u-diaeresis). Latın qrafikası latın mədəniyyətinin əsaslarından hesab edilir. == Hərflər == A, B, C, D, E, F, G, H, I, K, L, M, N, O, P, Q, R, S, T, V, X, Y, Z (J, U və W yox.) a, b, c, d, e, f, g, h, i, k, l, m, n, o, p, q, r, s, t, v, x, y, z (j ,u və w yox.) == Əlifbalar müqayisəsi == Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər.
Latın əlifbası
Latın əlifbası, müasir latın əlifbası — 26 hərfdən ibarət olaraq bir çox dillərin əlifbalarının qrafiki təsviri. Roman, german, kelt və baltik dillər qruplarında və slavyan, fin-uqor, türk, semit və İran dil qruplarında bəzi dillər, alban və bask dili, həmçinin Hind-Çin, Myanma, Zond arxipelaqı, Afrika (Saxaradan cənuba), Amerika, Avstraliya və Okeaniya dilləri latın qrafikası əsasında əlifbaya malikdirlər. Bəzi dillərin səs zənginliyini göstərməyə latın hərfləri azlıq etdiyindən onların müxtəlif modifikasiyasından istifadə edilir. Məsələn, Azərbaycan dilində: Ç (c-cedilla), Ə (Schwa), Ğ (g-breve), İ (I-dotted), Ö (O-diaeresis), Ş (s-cedilla) və Ü (u-diaeresis). Latın qrafikası latın mədəniyyətinin əsaslarından hesab edilir. == Hərflər == A, B, C, D, E, F, G, H, I, K, L, M, N, O, P, Q, R, S, T, V, X, Y, Z (J, U və W yox.) a, b, c, d, e, f, g, h, i, k, l, m, n, o, p, q, r, s, t, v, x, y, z (j ,u və w yox.) == Əlifbalar müqayisəsi == Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər.
I (Latın)
I i — latın hərfi. Azərbaycan dilində işlədilmir.
Britaniya Şimali Amerikası
Britaniya Şimali Amerikası — Britaniya İmperiyasının Şimali Amerikadakı keçmiş torpaqlarına verilən ad. Termin ilk dəfə qeyri-rəsmi olaraq 1783-cü ildə istifadə edildi, ancaq Durham Hesabatı adı verilən İngilis Şimali Amerika İşləri Hesabatından (1839) əvvəl nadir idi. Bu bölgələr indiki müasir Kanada və Amerika Birləşmiş Ştatlarının Pasifik Şimal-Qərbi Hissəsidir. Şimali Amerikanın Britaniya müstəmləkəçiliyi (həm ingilislər həm də Şotlandlar tərəfindən sömürgələştirilməsi də daxil olmaq üzrə), 1607-ci ildə Virciniya Jamestown'da başladı və koloniyalar Amerika qitəsində qurulduğunda İngilis koloniyalizmi ən güclü halına çatdı. == Siyasi bölmələri == 1775-ci ildə, ABŞ İstiqlaliyyət müharibəsi ərəfəsində, Britaniya İmperiyası, Yeni İspaniyanın şimal-şərqində, Qərb yarımkürəsi 20 bölgə ehtiva edirdi. Bu müstəmləkələr bunlardır: Florida (Şərqi və Qərbi Florida ayrı idarə edilirdi.) Nyufaundlend Yeni Şotlandiya Kvebek Rupertin torpağı Müqəddəs Con adası On üç koloniya (Hər biri ayrı idarə edilir) Britaniya Yeddiillik müharibəni sona çatdıran Paris sülh müqaviləsi (1763) ilə Fransadan Şərq və Qərb Florida ilə Kvebeki qazanmışdı. İspaniya Qərbi Floridanı qazanmaqla qalmayıb, Şərqi Florida'nı geri qazandı və Amerika Birləşmiş Ştatları, suverinliklərinin təsdiqlənməsi üzərinə, Paris sülh müqaviləsi (1783) Böyük Göllər'in cənubunda Kvebek'in bir hissəsini qazandı. Yeni Şotlandiya 1784-cü ildə Yeni Şotlandiyaya və Nyu-Brunsvikə ayrılmışdı. 1783-cü ildən sonra Kvebekin bir qismi 1791-ci ildə əhalisi əsasən fransız dilində danışan Aşağı Kanada və əhalisi əsasən ingilis dilində danışan Yuxarı Kanada əyalətinə ayrılmışdı. 1812-ci il müharibəsindən sonra 1818-ci il müqaviləsi, Amerika Birləşmiş Ştatları ilə Britaniya Şimali Amerikası arasındakı sərhədi Rupertin torpağından Qayalı dağlarla 49-cu paraleldə qurulmuşdur.
Latın Mədəniyyəti Akademiyası
Latın Mədəniyyəti Akademiyası — Bütün dünyada latın mədəniyyətinə bağlı olan tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimlərini birləşdirən nüfuzlu qurum. Mərkəzi ofisi Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşir. Akademiyaya YUNESKO-nun keçmiş baş direktoru Federiko Mayor rəhbərlik edir.
Latın dilində ixtisarlar
Latın dili bir zamanlar Avropanın ortaq akademik dili idi. 18-ci əsrdən etibarən yazıçılər əsərlərində öz ana dillərindən istifadə etməyə başladılar. Ancaq latın dilində istifadə olunan bir sıra ixtisarlar olduğu kimi qaldı. Bunun səbəblərindən biri latın dilinin sadəliyidir, ancaq əsas əhəmiyyətli səbəb latın dilinin hələ də mədəniyyət dili olmasıdır. Latın dilindəki ixtisarlar bu gün də istifadə edilir. Bunlardan ən geniş yayılmışları: A.D. (Anno Domini) Mənası: "Tanrının ili" ("miladdan sonra" və ya "İsadan sonra") a.m. (ante meridiem) Mənası: "günortadan əvvəl" c.f. ya da Cf. (confere) Mənası: "qarşılaşdır" C.V. ya da CV (Curriculum Vitae) Mənası: "Avtobioqrafiya" et al. (et alii) Mənası: "və digərləri" və ya "və digər birlikdə işləyənlər" etc.
Vulqar latın dili
Vulqar Latın, Xalq Latın, Son Latın və Yerli Latın dili kimi də tanınır (lat. sermo vulgaris) — İtaliyada, sonra isə Roma İmperiyasının əyalətlərində yayılmış latın dilinin danışıq növüdür. Yazılı ədəbi forma ilə ziddiyyət təşkil edir. Roman dillərinin bilavasitə əcdadı olan yerli Latın dilidir (Klassik Latın deyil). Digər tərəfdən, onun yayıldığı bütün bölgələrdə indi roman dilləri yoxdur. Vulqar Latın dili ən böyük coğrafi yayılmasına eramızın III əsrində çatmışdır. e., Roma İmperiyasının sərhədlərinin maksimum genişlənməsi dövründə. 3-cü əsrin sonlarından, xüsusən də 5–7-ci əsrlər arasında , Xalqların Böyük Köçü zamanı, Qədim Romaniya adlanan bölgələrdə Latın (Roman) ərazisinin dil sərhədləri əhəmiyyətli dərəcədə azaldı. Beləliklə, Şimali Afrikada xalq latın dili tamamilə ərəb dili ilə, İngiltərədə isə alman dialektləri ilə əvəz olundu (baxmayaraq ki, xalq Latın dili yerli kelt dillərinə əhəmiyyətli təsir göstərmişdir). Latın dilinin tədricən yoxa çıxdığı bölgələr (Pannonia, İlliriya, Roma Britaniyası, Roma Almaniyası, Roma Afrikası) Rumıniya submersa adlanırdı .
Latın ifadələrinin siyahısı
Latın dilinin "ölü dil" sayılmasına baxmayaraq bu dilə aid bir çox söz və ifadələr digər dillərin leksikonunda, xüsusilə dini, elmi, hüquqi terminologiyada hələ də geniş istifadə olunmaqdadır. Yeni ümumiişlək söz və ifadələrin yaranmasında latın dilinin rolu çox olmuşdur. Təbabəti xüsusilə kimya, biologiya, anatomiya kimi elmləri, o cümlədən beynəlxalq hüququ latın söz və ifadələrsiz təsəvür etmək qeyri mümkündür. Latın ifadələri günümüzdə elmi və məntiqi fikirləri geniş auditoriyaya çatdırmaq üçün mühüm bir vasitəyə çevrilmişdir. Son zamanlar elm və texnikanın, iqtisadiyatın, ticarətin sürətlə inkişaf etməsi ilə meydana çıxan yeni termin və ifadələr ingilis dili əsasında formalaşsalar da latın dilindən digər dillərə oturmuş söz və ifadələr hələ də klassikliyini qoruyub saxlamaqdadır. Latın söz və ifadələri bu məqalədə əlifba sırası ilə təqdim olunmuşdur.
Latın qrafikalı Azərbaycan əlifbası
Latın qrafikalı Azərbaycan əlifbası — Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası. Latın əlifbasının bir modifikasiyasıdır, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır. == Yaranma tarixi == Əlyazmalar İnstitutunda Mirzə Fətəli Axundovun (1812–1878) çap olunmuş və çap olunmamış əlyazmalarının arxivi var. Axundov teatr və dram əsərləri yazmasına baxmayaraq onun əlifba düzəlişinə böyük təsiri olmuşdur. Axundov Tiflisdə tərcüməçi kimi fəaliyyət göstərmiş və əlifba düzəlişi işinə 1850-ci ildən başlamışdır. Onun ilk cəhdi ərəb yazısının dəyişdirilməsi üzərində cəmlənmişdir ki, bu, Azərbaycan dilinin fonetik tələblərinə daha uyğun olacaqdı. Əvvəlcə Axundov hər bir səsin ayrı hərf tərəfindən ifadə (ikiləşdirmə və məhəl qoymama olmaması şərti ilə) olunması fikri üzərində dayandı. Belə ki, ərəb əlifbasında 3 sait səs olduğu halda Azərbaycan əlifbasında 9 sait səs olmalı idi. Daha sonra Axundov yazını onun sürətini aşağı salan nöqtələrdən və ilmələrdən azad eləmək istəyirdi. Üçüncüsü, əgər yazı davamlı olaraq hərflər qırılmadan yazılsa yazı yazmaq asanlaşar.
Slavyan-Yunan-Latın Akademiyası
Slavyan-Yunan-Latın Akademiyası (rus. Славяно-греко-латинская академия, yun. Σλαβοελληνολατινική Ακαδημία, lat. Academia Slavo-Graeco-Latina) — Rusiyada 1687-ci ildə qurulan ilk ali təhsil müəssisəsi. Slavyan-Yunan-Latın Akademiyası Rusiyadakı bütün ali təhsilə təkan verdi. Akademiyanın yaradılmasında məqsəd təhsilli insanları Rusiyanın ehtiyacları üçün hazırlamaq idi. Akademiya nəinki aristokratiya, hökumət və kilsə məmurlarının,eyni zamanda tacir və hətta qullarında övladlarını yetişdirmişdir. Əvvəlcə Akademiyada 100-ə yaxın tələbə, XVIII əsrin əvvəllərində 600, XIX əsrin əvvəllərində 1600-dən çox tələbə var idi. Akademiyanı bitirmiş görkəmli elm adamları,dövlət, diplomatiya, kilsə, sənət və mədəniyyət adamları olmuşdur, bunlardan ən məşhuru Moskva Universitetinin qurucusu Mixail Lomonosovdur. Akademiyanın nizamnaməsinə görə, müəllimin müvafiq olaraq, senzura və hətta polis funksiyalarına əlavə olaraq xristian məhkəməsinin yurisdiksiyası ona həvalə edilmişdi.