lent
Lesoto
OBASTAN VİKİ
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. == Tarixi == Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. == Coğrafiyası və iqlimi == === Relyefi === Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Göydərə (Lerik)
Göydərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Gövdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Tədqiqatçılar oykonimi Göydərə coğrafi adının təhrifə uğramış forması hesab edirlər. Azərbaycan dilinin dialektlərində qav/gav/gov ot yeyən mal-qaraya deyilir. TalıŞərqqo sözü mal-qara mənasında işlənir. Bütün hallarda toponim "mal-qara dərəsi" mənası ilə bağlıdır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salındığından belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycanlılardan ibarətdir. == Din == Kənddə Göydərə kənd məscidi dini icması fəaliyyət göstərir.
Günəşli (Lerik)
Günəşli (keçmiş adı Ozobijon (2007-ədək)) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 826 nəfərdir. == Tarixi == 8 may 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Azərbaycan kəndi Günəşli kəndi adlandırılmışdır.
Gəndov (Lerik)
Gəndov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. (Əslində talış sözü olub, "Qendov"--"təlx su" deməkdir.
Haftoni (Lerik)
Haftonu və ya Haftoni — Azərbaycan Respublikasının Lerik rayonunun Nücü inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Əhalisi == Əhalisi 291 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki haft (yeddi) və honi (bulaq) sözlərindən düzəlib, "yeddi bulaq" deməkdir.
Hüseynabad (Lerik)
Hüseynabad — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Hüseynabad kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimiyası == Yaşayış məntəqəsini vaxtilə Hüseyn adlı şəxs və onun övladları saldığına görə belə adlandırılmışdır. == Tarixi == Bu kənd 1886-cı ilə aid mənbədə Kəlvəz icmasının tərkibində yeddi tüstüdən ibarət kiçik kənd kimi qeydə alınmışdır. == Əhalisi == Əhalisi 54 nəfərdir.Əhalisi Azərbaycan türklərindən ibarətdir.
Laman (Lerik)
Laman — Azərbaycan Respublikasının Lerik rayonunun Şingədulan inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 524 nəfərdir. == Toponimiyası == Oykonim şahsevənlərin laman tirəsinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Ərdəbilli Təvabi Məhəmmədxan özünə məxsus şahsevən ailələri ilə birlikdə Qubalı Fətəli xanın (1762-89) icazəsi ilə Quba xanlığına gələrək Şabran və Müşkür mahallarında Çaxmaqlı, Xisun, Cığatay, Hacılı, Xırmandalı, Gəbəli, Ustaclı, Laman və Qaradağlı kəndlərini bina etmişdir.
Lerik bələdiyyələri
Lerik bələdiyyələri — Lerik rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lerik bələdiyyəsi

Lerik rayonu
Lerik rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lerik şəhəridir. Lerik rayonu 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır. == Tarixi == Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilmişdir. 1938-ci ilə yanvar ayınadək mərkəzi Qosmalıan kəndi olmaqla Zuvand rayonu adlanmışdır. 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 km² əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Prezident İlham Əliyevin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir.
Lerik şəhəri
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. == Tarixi == Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. == Coğrafiyası və iqlimi == === Relyefi === Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Molalan (Lerik)
Molalan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Molalan kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır. Oykonim talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim "molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq" mənasını bildirir. Əhalisi 1150 nəfərdir. İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, “Qızıl Qələm” mükafatı laureatı.
Mololan (Lerik)

Nüvədi (Lerik)
Nüvədi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 211 nəfərdir. Oykonim talış dilindəki nüvə (yeni) və di (kənd) sözlərindən ibarət olub, “yeni kənd, təzə kənd” mənasındadır. Nücü Orand Mistan Kənd Nüvədi sovetliyinin mərkəzidir. Rayon mərkəzindən 13 km şimal-şərqdə, dağ ətəyində yerləşir. Əsas təsərrüfatı əkinçilikdir.
Qışlaq (Lerik)
Qışlaq (Kələxan, Lerik) — Azərbaycanın Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Piran, Lerik) — Azərbaycanın Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Tülüconu, Lerik) — Azərbaycanın Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd.
Lerik PFK
Lerik FK — Azərbaycanın Lerik şəhərini təmsil edən futbol klubu. Azərbaycan İkinci Liqasında çıxış edir. == Tarixi == 2022-ci ildə klub bir neçə Lerik gəncinin təşəbbüsü ilə yaradılıb. Elə ilk ilindən Azərbaycan Region Liqasında çıxış etməyə başlayıb. Klub qurulanda böyük sevgi ilə qarşılaşıb. İlk rəsmi oyununda Neftçala ilə qarşılaşan klub doğma meydanında heç-heçəyə razı olub. Sonrakı turda isə artıq qələbələr seriyası başlayıb. Masallının "Ərkivan" klubu ilə qarşılaşıb. Leriklilər qonaq qismində 6 qol vuraraq 3 xalla geri qayıdıb. Ardından Qobustan FK 1–0, Zəfər 44 klubunu 3–1 hesabı ilə məğlub edərək liqada yerini möhkəmləndirib.
Lerik (qəzet)
Bolluq uğrunda — Sovet dövründən Lerikdə nəşr olunan qəzet == Haqqında == İlk sayı 1937-ci ilin martında “Zuvand kolxozçusu” kimi işıq üzü görmüş qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirmişdir. Bu gündə fəaliyyətini uğurla davam etdirən “Lerik” qəzeti rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Dəfələrlə müxtəlif mükafatlara layiq görülən “Lerik” qəzeti həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2012-ci ildə rayon icra hakimiyyəti başçısının dəstəyi ilə “Lerik” qəzetinin 75 illik yubileyi geniş qeyd edilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, respublikanın digər media orqanlarının nümayəndələri iştirak etmişdir.
Aran (Lerik)
Aran — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Dağətəyi ərazidədir.
Azərbaycan (Lerik)
Günəşli (keçmiş adı Ozobijon (2007-ədək)) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 826 nəfərdir. == Tarixi == 8 may 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Azərbaycan kəndi Günəşli kəndi adlandırılmışdır.
Tülü (Lerik)
Tülü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 20 nəfərdir. Bəzi tədqiqatçılar oykonimi qədim türk dilli dulu tayfasının adı ilə bağlayırlar. Dulu tayfaları II əsrdə hunlarla birlikdə Tyanşan və Altay arasındakı ərazidə yaşayırdılar. VI əsrdə Qərbi Türk xaqanlığının tərkibinə daxil idilər. Müasir qırğızların tərkibində tolo adı ilə qalmışlar.
Təbrizli (Lerik)
Tərbizli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 176 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir. Yaşayış məntəqəsi vaxtı ilə Cənubi Azərbaycanın Təbriz şəhərindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. Oykonim Təbriz və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir.
Xanəgah (Lerik)
Xanəgah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Xanəgah Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidində yerləşən kənddir. Xanəgah kəndi dağətəyi ərazidədir.Xanəgah kəndi qədim yaşayış məskəni olduğu üçün yerli sakinlər kəndin adına talış dilində Xunaqo deyirlər. Talış dilində Xun-qan, qo-yer deməkdir. Burada ərəblər yerli əhalini qılıncdan keçirərək xeyli qan tökmələridir.Kəndin həqiqi adı Xunaqodur. Təqribən VII əsrdə burada islam dinini zorla-qan tökərək yayan Xoca Seyyid -bu ləqəbdir əsil adı məlum deyil-olmuşdur.Sonradan burada vəfat edən Xoca Seyyid bu kənddə dəfn edilmiş,onun qəbri müqəddəsləşdirilmiş,üzərində XIII-XIV əsrlərdə qəbirüstüabidə-türbə tikilmişdir.Şiəliyin təbliğində mədrəsə kimi istifadə olunmuşdur. Hal-hazırda bu abidə dövlət tərəfindən qorunur. Xanəgah oronimi ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır.
Xəlifəkənd (Lerik)
Xəlifəkənd, Xəlfəlikənd — Azərbaycan Respublikasının Lerik rayonunun Mistan inzibati ərazi vahidində kənd. Xəlfəlikənd kəndi Peştəsər silsiləsinin yamacındadır. Oykonim xəlfəli (etn.) və kənd komponentlərindən düzəlib, "xəlfəlilərə məxsus kənd" deməkdir. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Mistan kənd inzibati ərazi dairəsi tərkibindəki Xəlfəlikənd Xəlifəkənd adlandırılmışdır. Əhalisi 33 nəfərdir.
İyirminci (Lerik)
Piran (əvvəlki adı: İyirminci) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Piran kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 1065 nəfərdir. Kənd əhalisi əsasən etnik talışlardan ibarətdir. Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. Kənddə Piran kənd məscidi dini icması fəaliyyət göstərir.
Əliabad (Lerik)
Əliabad — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Əliabad kəndi Nüvədi kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliabad kənd inzibati ərazi vahidi yaradılmışdır. Oykonim "Əlinin kəndi, Əliyə məxsus yaşayış məntəqəsi" mənasındadır. Əhalisi 403 nəfərdir.
78 saylı Lerik-Lənkəran seçki dairəsi
Lerik Dövlət Rəsm Qalereyası
Lerik Dövlət Rəsm Qalereyası — 2005-ci ildə yаrаdılıb. Lerik şəhərinin mədəniyyət еvində yеrləşir. Qalereyada ekspоnаtlаrın sаyı 55 ədəddir. Burada Azərbaycanın Nаdir Əbdürrəhmаnоv, Sаlаm Sаlаmzаdə, Mаhmud Tаğıyеv, Аsəf Cəfərоv və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. Binanın ümumi sahəsi 135 kv.m-dir. Binada: 1 otaq, 1 sərgi zalı vardır. Əsas fond 32 ədəd, yardımçı fond 27 ədəd olmaqla 59 eksponat vardır. == Xarici keçidlər == "Azərbaycan Dövlət Rəsm Qalereyaları". azgallery.az.
Lerik Tarix-Diyarşünaslıq Мuzeyi
Lerik Tarix-Diyarşünaslıq Muzeyi — Lerik rayonunun tarixi, mədəni irsini təqdim edən və turistlər üçün maraq doğuran rayon daxilində muzey. Lerik rayonunun tarixini əks etdirən çoxlu sayda eksponat var. Tarix-Diyarşünaslıq Muzeyinə Ruslan İsmayıl oğlu Məmmədov rəhbərlik edir. == Yaranması == Lerik Tarix-Diyarşünaslıq muzeyi 1983-cü ildən fəaliyyət göstərir. Muzeyin ərazisi 260 kv/m-dir. Muzeyin həyətyani sahəsində arxeoloji nümunələr sərgilənir. Eksponatların sayı 4700 ədəddir == Muzey eksponatları == 1983-cü ildən fəaliyyət göstərən M. Ə. Rüstəmov adına Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyi Lerikin keçmiş və indiki tarixini eksponatlar vasitəsilə nümayiş etdirir. Muzeydə Azərbaycan Prezidenti İlham Əliyevin Lerikə üç səfərinə aid foto-stendlər və ulu öndər Heydər Əliyevin əsərləri və fotoları yer almışdır. Muzeydə rayonun arxeologiyasına, flora və faunasına, görkəmli şəxsiyyətlərini, alim və yazıçılarını, məişətini, tətbiqi sənət nümunələrini, Qarabağ şəhidlərini və Böyük Vətən Müharibəsi vetranlarını tanıtdıran eksponatlar vardır. Ekspopnatlar arasında eramızdan əvvəl XIV–XII əsrlərə aid tunc xəncərlər, ox ucluqları, amuletlər və s.
Lerik Uzunömürlülər Muzeyi
Lerik Uzunömürlülər Muzeyi — Lerikdə muzey Muzey 1991-ci ildən fəaliyyət göstərir. Dünya üzrə yeganə muzeydir. Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva haqqında foto guşələr və onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var. Lerikdə yaşayan uzunömürlülər çox yaşamalarının sirrini təmiz dağ havası, təmiz və keyfiyyətli qida məhsulları,müxtəlif növ dağ bitkiləri, stres və əsəbdən uzaq olmaları və çox hərəkətdə olmaqla əlaqələndirirlər. Çox yaşamaqda genetik faktorların rolu böyükdür. Məsələn, Bilaband kəndində: Əbdül Heydərov (130 yaş),Canəli Heydərov və Əlif Heydərov(1898-ci il təvüllüdlü), Nənni Məmmədova (1910-2011) kimi şəxsləri misal göstrəmək olar. Muzeyə Hollandiyadan, Almaniyadan, Fransadan, Rusiyadan, Koreyadan, Macarıstandan, Böyük Britaniyadan və s. ölkələrdən xarici qonaqlar təşrif buyurur. == Xarici keçidlər == "Əsrlərə meydan oxuyan uzunömürlülər". Kəpəz Müstəqil Teleradio Şirkəti (az.).
Qışlaq (Kələxan, Lerik)
Qışlaq — Azərbaycan Respublikasının Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lerik rayonunun Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qışlaq kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Qışlaq kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qışlaq (Piran, Lerik)
Qışlaq — Azərbaycan Respublikasının Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Qışlaq kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Piran kəndi mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qışlaq (Tülüconu, Lerik)
Qışlaq — Azərbaycan Respublikasının Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd.
Lerik Tarix-Diyarşünaslıq Muzeyi