Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aymən Benəbdülrəhman
Aymən ibn Əbdülrəhman (‎ərəb. أيمن بن عبد الرحمان‎; 30 avqust 1966, Əlcəzair) — 30 iyun 2021-ci ildən Əlcəzayir Baş naziri və 23 iyun 2020-ci ildən isə Maliyyə Naziri vəzifələrini icra edən əlcəzairli siyasətçi. == Həyatı == İbn Əbdülrəhman 30 avqust 1966-cı ildə Əlcəzair şəhərində anadan olub. Milli İdarəetmə Məktəbini bitirib. == Fəaliyyəti == İbn Əbdülrəhman 2010-cu ilin martından 2020-ci ilin iyun ayına qədər Əlcəzair Bankında senzur vəzifəsində çalışıb. 2019-cu ilin iyun ayına qədər orada çalışdıqdan sonra 2019-cu ilin noyabrında Əlcəzair Bankına müdir təyin olundu. 23 iyun 2020-ci ildə ibn Əbdülrəhman Maliyyə Naziri təyin edildi. 30 iyun 2021-ci ildə Baş nazir seçildi. 10 iyul 2021-ci ildə ibn Əbdülrəhman COVID-19-a müsbət test etdi. Əlcəzair dövlət televiziyası onun yeddi gün karantində qalacağını, lakin vəzifələrini onlayn yerinə yetirməyə davam edəcəyini bildirib.
Aymən ibn Əbdülrəhman

Baymaq
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər, Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Taymer
Taymer (timer) – akustik sistemi idarə etmək, tarix və zamanı izləmək və başqa işlərlərdə gərəkli olan zaman intervallarını ölçmək üçün istifadə olunan hesablama sistemində: registr (yüksəksürətli yaddasaxlama sxemi), xüsusi sxem (kristal), yaxud sistem proqramı. Taymerin impulsları sinxronlaşmanın sistem tezliyi əsasında alına bilərsə də, o, sistem saatı deyil. Sistemlərin çoxunda kəsilmə taymerləri olur ki, onlar cari proqramın icrasını dayandırır və idarəetməni əməliyyat sisteminə verir Taymerlər İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çaxmaq
Çaxmaq (zirvə) — Şuşa rayonu ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Çaxmaq (Amasiya) — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd. Çaxmaq (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Bayəg
Bayg və ya Bayəg — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Bayəg bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3.960 nəfər və 1.106 ailədən ibarət idi.
Camel
Camel (musiqi qrupu)
Fevzi Çaxmaq
Mustafa Fevzi Çakmaq (12 yanvar 1876 – 10 aprel 1950) — türk feldmarşalı (Mareşal) və siyasətçi. O, 1918 və 1919-cu illərdə Baş Qərargah rəisi, daha sonra 1920-ci ildə Osmanlı İmperiyasının Hərbi Naziri vəzifələrində çalışıb. Daha sonra Böyük Millət Məclisinin müvəqqəti hökumətinə daxil olub , baş nazirin müavini , milli müdafiə naziri və daha sonra 1921–1922-ci illərdə Türkiyənin baş naziri. O, müvəqqəti Ankara hökumətinin ikinci Baş Qərargah rəisi olub .və Türkiyə Respublikasının ilk Baş Qərargah rəisi . Hərb Kollecini qərargah kapitanı kimi bitirən və Baş Qərargahın 4-cü şöbəsinə təyin olunan Mustafa Fevzi Osmanlı İmperatorluğunun uzun sürən süqutu zamanı Birinci Balkan müharibəsi və Monastir döyüşü kimi çoxsaylı döyüşlərdə iştirak edib . O, V Korpusun Komandiri kimi Gelibolu müdafiəsi boyunca məşqul olub və bu müddətdə kiçik qardaşı Çunuk Bayır döyüşündə şəhid olub . Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperatorluğunda Paşa və Baş Qərargah rəisi olmuş və Birinci Ordu Qoşunları Müfəttişliyinə komandir təyin edilmişdir.1919-cu ildə Sadrazam Əhməd Tofiq Paşa tərəfindən . 1920-ci ildə qısa müddətə Hərbi Nazirlik vəzifəsini yerinə yetirdikdən sonra Fevzi müxalif Ankara Böyük Millət Məclisinə Kozan millət vəkili olaraq qatılmaq üçün ayrıldı . 1920-ci ildə Mustafa Kamal Paşa tərəfindən Milli Müdafiə Naziri və Baş Nazirin müavini vəzifəsinə təyin edilmiş , Türk Qurtuluş Savaşı boyunca , xüsusilə Sakarya Döyüşündə çoxsaylı hərbi uğurlara komandanlıq etmişdir . 1921-ci ildə Mustafa Kamalın yerinə baş nazir oldu, 1922-ci ildə Dumlupınar döyüşündə müvəffəqiyyətli olmaq üçün istefa verdi .
Fəvzi Çaxmaq

Jurinea cadmea
Jurinea cadmea (lat. Jurinea cadmea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü. == Yarımnövləri == Jurinea cadmea subsp. cadmea Jurinea cadmea subsp.
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Seyfəddin Çaxmaq
Seyfəddin Çaxmaq (ərəb. الظاهر سيف الدين جقم‎; 1373 – 13 fevral 1453) — 9 sentyabr 1438–1 fevral 1453-cü illər arasında Misirin Məmlük sultanı.
Sədəf Çaxmaq
Sədəf Çaxmaq (türk. Sedef Çakmak; 9 iyun 1982) — Türkiyə siyasətçisi, LGBT fəalı. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. O, lezbiyandır. Sədəf Çaxmaq 9 iyun 1982-ci ildə anadan olmuşdur. O, 2015-ci ildən bəri Cümhuriyyət Xalq Partiyasının İstanbul Başakşəhər bələdiyyəsi rayon məclis üzvüdür. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. Sədəf Çaxmaq Qalatasaray Universitetinin Sosiologiya Fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, universitet illərində mülki cəmiyyət təşkilatlarında işləməyə başlamışdır. 2004-cü ildən bəri LGBT fəalı olaraq fəaliyyət göstərir.
Yəhya Cammeh
Yəhya Cammeh (ing. Yahya Abdul-Aziz Jammeh) — Qambiya Respublikasının ikinci prezidenti, Qambiyalı dövlət xadimi. Cammeh 1994-cü ildən 2017-ci ilə qədər Qambiyanın rəhbəri vəzifəsini icra etmişdir. 2017-ci ildə keçirilən prezident seçkilərində rəqibinə məğlub olduqdan sonra öz postunu tərk etmək istəməməsi səbəbindən ölkədə siyasi böhran baş verib. 2017-ci ilin 21 yanvar tarixində Yəhya Cammeh öz vəzifəsindən seçkilərdə məğlub olduğu adama Barrounun xeyrinə imtina etdiyi açıqlayaraq ölkəni təyyarə ilə tərk etmişdir. Əsil adı (ing. Abdul-Aziz Jemus Junkung Jammeh) olan Yəhya Cammeh 1965-ci ilin 25 may tarixində Qambiyanın kiçik Kanilai kəndində anadan olmuşdur. Dialo etnik qrupuna mənsub olan ailəsi ölkənin tək qonşu dövləti olan Seneqaldan köç etmişdir. Cammeh təhsil aldığı dövrdə təhsilini yarımcıq qoyaraq Qambiya ordusuna qoşulur. Əvvəlcə Qambiya Milli Ordusunda, daha sonra isə Qambiya Milli Jandarmasında xidmət keçir.
Çaxmaq-Bina
Çaxmaq-Bina — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Çaxmaq (Amasiya)
Çaxmaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd. Çaxmaq rayon mərkəzindən 7 km cənub-qərbdə, Türkiyə sərhəddində yerləşir. Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Lakin erməni mənbələrində kəndin sakinləri qarapapaqlar göstərilməklə müstəqil xalq kimi təqdim edirlər. Halbuki qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupu və türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 282 nəfəry 1908-ci ildə 360 nəfər, 1914 - cü ildə 406 nəfər azərbaycanlı yaşamışdır. 1916-18-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra yaranan sakitliyə görə azərbaycanlılar öz torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə kənddə 82 nəfər, 1926-cı ildə 111 nəfər, 1931-ci ildə 89 nəfər, 1970-ci ildə 197 nəfər, 1987-ci ildə 400 nəfər azərbaycanlı yaşamışdır. Kəndə ermənilər 1922-ci ildə köçürülmüşdür.
Çaxmaq (Xoy)
Çaxmaq (fars. چخماق‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (54 ailə).
Çaxmaq (zirvə)
Çaxmaq — Şuşa rayonunun ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Hündürlüyü 1554 m. ərazisində qığılcım törədən xüsusi caxmaq daşının çoxluğu ilə əlaqədar olaraq dağ belə adlandırılmışdır. Qazax rayonunun İkinci Şıxlı kəndindən cənubda qədim düşərgə də oradan tapılmış coxlu daş alətlərə görə Çaxmaqlı adlanır. 1991-ci ilədək Ermənistan ərazisində Caxmaq adlı yaşayış məntəqəsi olmuşdur.
Çaxmaq Karvansaray
Çaxmaq Karvansara (ərəb. خان جقمق‎) — Dəməşqin qədim şəhərində olan azsaylı karvansaralardan biridir.
Caynaq əl
Caynaq əl (ing. claw-hand) – əl barmaqlarında fleksio və kontraktura, MKF oynaqlarda açma nəticəsində yaranan deformasiyadır.
Çaxmaq (Qars)
Çaxmaq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 673 nəfərdir (2022).
Camek məscidi
Camek məscidi (malay Masjid Jamek) — Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən tarixi məscidlərdən biri. Məscid Klanq və Qombak çaylarının birləşdiyi yerdə yerləşir. Məscidin memarı Artur Benison Habbekdir. == Tarixi == Məscidin tikintisi 1907-ci ildə başa çatıb. Lakin inşaat işlərinin başa çatmasından iki il sonra 1909-cu ilin 23 dekabrında məscidin rəsmi açılışı olub. Selenqor sultanı Sultan Ələddin Süleyman Şah rəsmi açılış mərasimində iştirak edib. Məscid şəhərdə birinci Malay məzarlığının yerində inşa edilib. Malayziyanın milli məscidi olan Neqara məscidinin 1965-ci ildə açılış mərasiminə kimi Camek məscidi ölkənin əsas məscidi hesab edilirdi. == Memarlığı == Məscidin memarlığı Mavritan, İslam, Moğol memarlıq üslublarının qarışığıdır. İbadət zalının ətrafinda ümumilikdə üç günbəz var.
Xayme Komer
Xayme Komer (1 sentyabr 1981, Fresno, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Xayme Komer, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Camel (siqaret)
Camel (Kemel) — hazırda ABŞ-də RJ Reynolds Tobacco Company və ABŞ-dan kənarda Japan Tobacco şirkətlərinə məxsus və istehsal olunan Amerika siqaret markasıdır Kemel siqaretlərində ən çox türk tütünü və Virciniya tütünün qarışığı istifadə olunur. Uinston-Salem, Şimali Karolina, RJ Reynolds şirkətinin qurulduğu şəhər, brendin populyarlığına görə "Camel City" ləqəbini alır.
Laymen Frenk Baum
Laymen Frenk Baum (1856 – 1919) — Amerika jurnalisti, yazıçısı. == Həyatı == Amerika jurnalisti Liman Frenk Baum 1856-cı ildə anadan olmuşdur. Frenk Baum uşaq yazıçısı olmaq fikrində deyildi. Birinci kitabını əyləncəli şəkillərə yazdığı mətni o, dostu, rəssam Denskonun xahişi ilə qələmə almışdır. Kitab bəyənilmiş və Baum Uydurma Oz ölkəsinin qəribə sehrbazı haqqında böyük nağıl yazmaq qərarına gəlmişdir. Amerikan uşaqları Frenk Baumi "Oz şəhərinin sehrbazı" kitabı ilə tanıyırlar. Bu kitab 14 cilddən ibarətdir. Bizlərə bu kitab "Zümrüd şəhərinin sehrbazı" adı altında gəlib çatmışdır. Nağıl müvəffəqiyyət qazanmış, tezliklə səhnəyə qoyulmuş və oxucular müəllifdən nağılı davam etdirməyi xahiş etmişlər. Baum özü də qəhrəmanlarını xoşlamış və onlarla bir də görüşməyə həvəslə razılıq vermişdir.