MÜRGÜLƏMƏK
MÜRİDİZM
OBASTAN VİKİ
Veys Mürid (Bicar)
Veys Mürid (fars. ويسمريد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (12 ailə). Əhalisini kürdlər təşkil edir.
Müridizm
Müridizm — İslamda mənəviyyatın inkişaf yollarını göstərən Təsəvvüf təlimin bir cərəyanı. Qafqazda müridizmin banisi Şeyx Muhamməd bu hərəkatı ləzgilərin arasında Rus İmperyasina qarşı savaşmaq üçün yaradır, lakin sonra bütün Qafqaz xalqların arasında yayılır. Şeyxin üsyanlara rəhbərlik edən iki ən tanınmış tələbələri avar İmam Şamil və ləzgi İmam Qazi Muhamməddir. İslam təsəvvüfünə görə mürid, özünü dinə, yəni İslama təslim edən şəxsə verilən addır. Ancaq Qafqaz xalqlarının dilində mürid sözü təsəvvüflə birlikdə ruslara qarşı savaşmaq anlamında da işlənmişdir. Müridlər uzun illər ruslara qarşı azadlıq mübarizəsi apardıqlarından, bu sözü bir "din döyüşçüsü" kimi də ifadə etmək olar. Müridizm hərəkatına iştirak edən insanların çoxu kəndlilər idi. Bu insanların bir çoxu müridizmin onları azadlığa çıxaracağına və rusları Qafqazdan qovacağına inanırdı. Müridizm əslində Nəqşibəndi təriqətinin mənsubları tərəfindən mənimsənən bir hərəkat idi. Müridlər, hökm etdikləri bütün Qafqaz xalqlarından İslam şəriətinə və peyğəmbərin sünnətinə uyğun yaşamağı tələb edirdilər.
Zühtü Müridoğlu
Zühtü Müridoğlu (26 yanvar 1906, Konstantinopol – 21 avqust 1992, İstanbul) ― Türkiyə heykəltaraşı. Zühtü Müridoğlu 1924-1928-ci illərdə Memar Sinan Gözəl Sənətlər Universitetinin tələbəsi olmuşdur, burada İhsan Özsoy onun müəllimlərindən biri olmuşdur. Bu universiteti bitirdikdən sonra təhsilini Avropada davam etdirmək üçün təqaüd qazandı və Parisə getdi. Orada Luvr nəzdində sənət tarixi və Sarbonnada estetika üzrə təhsil almışdır. Türkiyəyə qayıtdıqdan sonra Muridoğlu 1932-1936-cı illərdə müəllim işləmişdir. O, "D Grubu" ("D qrupu") adlı rəssamlar kollektivinin yaradıcılarından biri idi. 1936-cı ildə İstanbul Arxeologiya Muzeyində heykəltaraş kimi çalışmışdır. 1939-cu ildə Ankara Qazi Pedaqoji İnstitutunda müəllimlik etməyə başlamış və daha sonra alma materdə, İstanbuldakı Gözəl Sənətlər Universitetində işləmişdir. 1947-1949-cu illərdə o, yenidən Parisdə yaşayırdı, amma yenə Gözəl Sənətlər Universitetinə qayıtdı və burada ona şəxsi emalatxana verildi. 1955-ci ildə ağac emalı emalatxanası açdı, 1969-cu ildə isə professor oldu.

Digər lüğətlərdə