MÜSƏLLA
MÜSƏLMANÇILIQ
OBASTAN VİKİ
Müsəlman
Müsəlman — İslam dininə mənsub insan. İslam inancına görə, Allaha və Allahın təkliyinə, Məhəmmədin son peyğəmbər olduğuna, mələklərə və onların gətirdiyi kitablara, eləcə də axirət həyatının mövcudluğuna inanan, Allahın əmrlərini yerinə yetirməyə və qadağan etdiklərindən çəkinməyə riayət edən şəxslərə deyilir. Bu dini ilk qəbul edən şəxs isə Xədicə (Məhəmməd peyğəmbərin xanımı)olubdur.
Müsəlman Qardaşlar
Müsəlman Qardaşlar və ya Əl-İxvan əl-Müslimun — Əsası Misirdə Həsən əl-Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat. Hal-hazırda rəsmi fəaliyyəti qadağan edilmişdir. Bəzi Azərbaycandilli mənbələrdə Müsəlman Qardaşlığı formasında da adlandırılır. Artıq Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır, buna baxmayaraq bəzi ölkələrdə, məsələn Rusiyada, bu təşkilat terrorçu məqsədlərinə görə qadağandır. ABŞ -da müsəlman qardaşlar təşkilatı rəsmən terror təşkilatı kimi qadağan olunmayıb. 2011-ci il Misir Parlamentinə seçkilərdə müsəlman qardaşların kifayət qədər iddialıdır. 1920-ci ildə Həsən Bənna tərəfindən qurulan təşkilat, siyasi aktivliyi ilə dünyada, Şimal Afrikada və Orta Şərqdə saysız tərəfdar qazanıb. Başlanğıcda məqsədi İslami dəyərlər və siyasi fəaliyyət olan hərakat, qısa müddət sonra daha da inkişaf edib. Xüsusilə Misirdə Osmanlı İmperiyasının tənəzzülə uğramasından sonra, İngiltərə müstəmləkə rəhbərliyinə qarşı müqavimətdə və Qərb dəyərlərinə qarşı Ərəb və Müsəlman şəxsiyyətinin müdafiə olunmasında Müsəlman Qardaşları Birliyi əhəmiyyətli rol oynayıb. Müsəlman Qardaşların fəaliyyəti bu gün rəsmi olaraq qadağan olunub və təzyiqlərə məruz qalır.
Müsəlman Qardaşlığı

Liberal müsəlman hərəkatı
Liberal müsəlman hərəkatı və ya Mütərəqqi və Liberal müsəlman hərəkatları, İslam dünyasında elmin, inkişafın və müasir dünyaya inteqrasiyanın tərəfdarı olmuş qabaqcıl reformist bir düşüncə sistemidir. Bu hərəkatın tərəfdarları əsasən Avropada olan Renessans dövründən sonra bütün müsəlman aləmində yayılmış, fəqət teokratiya ilə idarə olunan ölkələrdəki təqib və təyziqlərə görə, müvəffəqiyyətsiz olmuşlar. Bu kimi reformasiya və renessans tərəfdarları olan hərəkatların əksəriyyəti İslamı, Quranı və digər dini mənbə sayıla bilən kitabları fərqli yöndə şərh etmiş və buna görə bəzi dindarlar tərəfindən təyziqlərə məruz qalıblar. Bəzən bu hərəkat dövlət başçılarında da rast gəlinmişdir. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk və Pakistan İslam Respublikasının qurucusu Məhəmməd Əli Cinnah demokratiyaya üstünlük verildiyi və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkənin banisi olmuşlar. Reformasiya, yenilik və mütərəqqi tərəfdarı olan din adamları siyahısına Edip Yüksəl, Məhəmməd Əbdüh, Məhəmməd İqbal, Mahmud Şaltut, Cəmaləddin Əfqani, Ahmet Subhy Mansour, Əli Şəriəti, Irshad Manji, Yaşar Nuri Öztürk kimi şəxsiyyətləri aid etmək mümkündür. Adı çəkilənlərin əksəriyyətləri ya təqib və təyziqlərə məruz qalaraq ölkələrini tərk etmişlər, ya da sərt şəkildə tənqidlərə məruz qalmışlar. Bəzi liberal düşüncələri müsəlmanlar hərəkatlarının əksəriyyəti məzhəbsiz, təriqətsiz olub, Quranilik cərəyanına bağlı olurlar.
Müsəlman-türk soyqırımı
Müsəlman Aktyorlar Cəmiyyəti
Müsəlman Aktyorlar Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərmiş peşəkar aktyor truppası. Nicat və Şəfa maarifçilik cəmiyyətlərinin köməyi ilə yaradılmışdı. Truppanın fəaliyyətində Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov və b. yaxından iştirak etmişlər. Cəmiyyət aktyorların peşəkarlığının yüksəldilməsinə, ustalığının təkmilləşdirilməsinə, onların yaradıcılıq inkişafına daim qayğı göstərirdi. Cəmiyyətin aktyor truppası Ə.Haqverdiyevin, N.Vəzirovun, Ü.Hacıbəylinin, Namiq Kamalın sərlərindən ibarət tamaşalar hazırlayır, xeyriyyə tamaşalarında iştirak edir, Bakı və onun ətraf rayonlarında çıxış edirdilər. Milli teatr sənətinin inkişafında cəmiyyətin aktyor truppasının mühüm rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Dram Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2004.
Müsəlman Dram Cəmiyyəti
Müsəlman Dram Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş teatr cəmiyyəti. 1916-cı ilin mayında Bakıda təsis olunmuş, 1920-ci ilədək fəaliyyət göstərmişdir. Birinci iclasında Sadıq bəy Hacınski (sədr), Mir Yaqub Mehdiyev (sədr müavini), Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Bağır bəy Əlibəyov (idarə heyətinin üzvləri), Bala bəy Xocayev (katib), Əliheydər Babayev (daxıldar — xəzinədar), Əhməd bəy Hacınski, Süleyman Abdullayev cəmiyyətin üzvü seçilmişlər. Cəmiyyətin məqsədi nizamnaməsində deyildiyi kimi "teatr və səhnəni ticarət halından çıxarıb, sənət halına vəz" etməkdən, teatr qüvvələri hazırlamaqdan ibarət olmuşdur. Müsəlman Dram Cəmiyyəti 1916-cı ilin 19 oktyabrında çağırılmış növbəti iclasında Abbas Mirzə Şərifzadənin üç il müddətinə Xarkov şəhərinə Eylin studiyasının dram kursunda təhsil almağa göndərilməsi haqqında qərar qəbul etmişdi. Müsəlman Dram Cəmiyyəti üzvlərdən, xeyriyyəçilərdən alınan ianələr və teatr tamaşalarından toplanan vəsait hesabına yaşayırdı.
Müsəlman Fəhlə Konfransı
Müsəlman Fəhlə Konfransı — Bakı mədən rayonu müsəlman fəhlələrinin konfransı. 1920-ci il aprelin 8-də "Türk ocağı"nın binasında keçirilmişdir. Konfransda hər 25 nəfərə bir mandat olmaqla, Mədən rayonunun bütün həmkarlar ittifaqlarının 700-ə yaxın nümayəndəsi iştirak etmişdir. Mərkəzi həmkarlar ittifaqının sədri Cavad bəy Məlik-Yeqanov konfransın açılışındakı çıxışında müsəlman fəhlələrin maraqlarını müdafiə edə biləcək, xalqların öz müqəddəratını təyin etmək və Azərbaycan Cümhuriyyətinin müstəqilliyi prinsiplərinə cavab verə biləcək ali fəhlə orqanının yaradılmasının zəruriliyini vurğulamışdır. Hökumət adından daxili işlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyli və Məhəmməd Əmin Rəsulzadə cari vəziyyətə dair məruzə etmişdilər. Ş.Rüstəmbəyli hökumətin fəhlə və kəndlilərə dair tədbirlərindən ətraflı bəhs etmiş, Azərbaycan zəhmətkeşlərini həmrəyliyə və hökuməti dəstəkləməyə çağırmışdır. Məhəmməd Əmin Rəsulzadə konfrans iştirakçılarına baş verən hadisələrlə əlaqədar Azərbaycanın mövcud vəziyyəti barədə ətraflı məlumat vermişdir. Piri Mürsəlzadə mərkəzi fəhlə orqanının, həmkarlar ittifaqları şurasının vəzifələri haqqında məruzə etmişdir. Şura kooptasiya hüququ ilə 15 şəxsdən ibarət olub, 5 komissiyaya (təşkilat, barışdırıcı, mədəni-maarif, sanitar-gigiyena və tətil komissiyaları) bölünürdü. Sonra şuraya seçkilər keçirilmişdir.
Müsəlman Liqası Konvensiyası
Müsəlman Liqası Konvensiyası və ya CML (ing. Convention Muslim League)—1962-ci ildə Pakistan prezidenti general Eyyub Xanın hərbi rejimini dəstəkləyən Pakistan Müsəlman Liqasının bir qrupu idi. Müxalifət partiyası olarkən "Müsəlman Liqa Şurası" olaraq bilinirdi.Müsəlman Liqası Konvensiyası, Pakistanın 1965-ci ildə edilən prezident seçkilərinə etiraz etmişdi.Konvensiyanın simvolu qızılgül idi.
Müsəlman Milli Komitələri
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
Müsəlman Milli Şuraları

Müsəlman Qızlar Məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
Müsəlman Sosialist Bloku
Müsəlman Sosialist Bloku və ya qısaca MSB — 1917-ci ilin payız ayında azərbaycanlı eserlər və sosialistlər tərəfindən təsis olunmuş blok. 1905-ci ilin oktyabrında Sosialist İnqilabçılar Partiyasının Bakı komitəsinin əsasında İttifaq Partiyası yarandı. Aslan bəy Səfikürdski də bu partiyanın sıralarına qoşulmuşdur. 1917-ci il noyabrın 26–28-də Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak edən 8 əsas partiya sırasında 159 770 seçiciyə malik Müsəlman Sosialist Bloku (MSB) da var idi. 60 000 seçiciyə bir deputat qaydası ilə Müsəlman Sosialist Bloku həmin seçkilərdə 3 yer qazana bilmişdi. Bununla da Aslan bəy Səfıkürdskinin başçılıq etdiyi Müsəlman Sosialist Bloku nüfuzlu və təşkilati cəhətdən möhkəm bir siyasi partiyaya çevrildi. 1918 il yanvarın 5-də Rusiya Müəssislər Məclisi buraxıldı və fevralın 10-da Tiflisdə Zaqafqaziya Seyminin təsis iclası çağırıldı. Seymin təşkilində hər 20.000 seçiciyə 1 deputat yeri verildiyindən bu quruma Müsəlman Sosialist Blokundan 7 nümayəndə seçildi. Camo bəy Hacınski həbs edildikdən sonra verdiyi ifadədə belə açıqlamışdır: 1918-ci il mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası yarandıqda Müsəlman Sosialist Bloku da parlamentə daxil oldu. Həmçinin Milli Şuranın təklifi ilə təşkil olunan ilk hökumətdə Müsəlman Sosialist Blokunu Xudadat bəy Məlik-Aslanov təmsil etdi.
Müsəlman Soyqırımı
Müsəlman coğrafiyaçılar
Aşağıdakılar müsəlman coğrafiyaçıların tam olmayan siyahısıdır. Məhəmməd ibn Musa əl-Xarəzmi (780-850) Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (801-873) Yaqubi (ö. 897) İbn Xordadbeh (820-912) Əbu Hənifə əd-Dinəvəri (820-898) Əbu Zeyd əl-Bəlxi (850-934) Xaşxaş İbn Səid İbn Əsvad (fl. 889) Əbu Məhəmməd əl-Həmdani (893-945) Məsudi (896-956) İbn Fəqih (X əsr) Əhməd ibn Fədlan (X əsr) İbn Rüstə (X əsr) Əl-Məqdisi (945-1000) İbn Hövqəl (ö.977) İbn Heysəm (965-1039) Əl-Biruni (973-1048) İbn Sina (Avicenna, 980-1037) Əbu Səid Gərdizi (ö.
Müsəlman məhəlləsi
Müsəlman məhəlləsi (ərəb. حارة المسلمين‎‎‎; ivr. ‏הרובע המוסלמי‎‏‎) — Qüdsdə olan köhnə şəhərin dörd məhəlləsindən biri.
Müsəlman slavyanlar
Müsəlman slavyanlar və ya Slavyan müsəlmanları — slavyanlar arasında İslam dininin davamçıları olan etnik və ya subetnik qrup. Bu termin əksər hallarda Balkan xalqlarına aid olunur. Boşnaklar və ya "Bosniya müsəlmanları" Bosniya və Hersoqovinada çoxluq təşkil edən millət, həmçinin Serbiya, Şimali Makedoniya, Xorvatiya, Sloveniya, Monteneqro və Kosovoda etnik milli azlıqlar hesab olunurlar. Müsəlmanlar (etnik qrup) keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında təsisçi millət. Bolqarıstan müsəlmanları və ya pomaklar Torbeşlər — Makedoniya müsəlmanları Goralılar — Kosovo, Albaniya və Makedoniyada kiçik etnik qrup Xorvat müsəlmanları Serb müsəlmanları Sloven müsəlmanları Qərbi Balkanlarda yaşayan etnik slavyan müsəlmanlar sünni məzhəbinin altkateqoriyası olan Hənəfi məzhəbinin davamçılarıdılar.
Müsəlman süsəni
Müsəlman süsəni (lat. Iris spuria subsp. musulmanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinin iris spuria növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, sürünən, gövdə 40-60 (70) sm hündürlükdədir. Yarpaqlar xətvari, 10-15 mm enində, kökyanı yarpaqlar bəzən uzun olur. Təpə yarpaqları otşəkilli, kənarları ağ pərdəlidir. Çiçək qrupu 4-5 çiçəklidir. Çiçəkyanlığı 2,5-3 sm uzunluğunda, mavidir.
Müsəlman təqvimi
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Qeyri-müsəlman
Qeyri-müsəlman — islam hüququnda və dünyagörüşündə müsəlman olmayanları təsvir etmək üçün istifadə edilən termin. İslam prinsipləri ilə idarə olunan dövlətlərin idarəsi altında yaşayan, islamdan başqa əqidəyə malik olan fərdlər və icmalar həmçinin, zimmilər kimi təsnif edilir. İslam hüququ ümumiyyətlə dörd dinin mənsublarını "kitab əhli" hesab edir, baxmayaraq ki, imamların fərqli baxışları var. Bunlar xristianlar, yəhudilər, zərdüştilər və sabilərdir. Yenə islam şəriətinin müddəalarına əsasən, "kitab əhli" müsəlman ölkəsində yaşayarsa, onların varlığı və təhlükəsizliyi islam dövlətinin öhdəsində olur və onlara "əhli-zimmət", yaxud sadəcə olaraq zimmi deyilir. Osmanlı torpaqlarında yaşayan qeyri-müsəlmanlar da bu statusda idilər. Bu dörd dini qrupdan zərdüştilərə Osmanlı torpaqlarında heç vaxt rast gəlinməmişdir, sabilər isə demək olar ki, yox idi. Qalan iki qrupdan ən çoxsaylısı xristianlar idi. Yəhudilər xristianlardan daha az olsalar da, onların ölkə daxilində iqtisadi təsiri kifayət qədər böyük olmuşdur. Osmanlı imperiyasında yaşayan qeyri-müsəlmanları din, məzhəb və etnik vəziyyətinə görə aşağıdakı kimi təsnif etmək olar: Etnik olaraq rumlar, yunanlar, bolqarlar, slavyanlar, albanlar, rumınlar , qaqauzlar, macarlar, polyaklar, qaraçılar, ermənilər, gürcülər, aysorlar, xaldeylər, ərəblər, yəhudilər, qibtilər və həbəşlər qeyri-müsəlman ölkənin bir hissəsini təşkil edirdilər.
Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Müsəlman alimlərinin siyahısı
Müsəlman alimlərinin siyahısı — Bu sıyahi Müsəlman elm insanları, astronomlar, riyaziyyatçı, coğrafiyaçı, tarixçi, sosioloq, fizik, kimyaçıları əlavə olunmuşdur. 8. əsrdən 20-ci əsrə qədər.
Müsəlman əyalətləri rəisliyi
Müsəlman əyalətləri rəisliyi — Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində, 18??–1840–cı illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Şuşa şəhəri idi. Rəisliyə Şəki, Qarabağ, Şirvan və Lənkəran əyalətləri daxil idi.
Pakistan Müsəlman Liqası
Pakistan Müsəlman Liqası(urdu مسلم لیگ,benq. মুসলিম লীগ)— Hərəkatının müstəqil bir millət əldə etməsinə rəhbərlik edən Ümumdünya Hindistan Müsəlman Birliyinin əsl varisi idi. Ölkənin baş nazirlərindən beşinin bu partiyaya üzv olduğu, yəni Ləyaqət Əli Xan, Xoca Nəzməddin, Məhəmməd Əli Buğra, Çaudri Məhəmməd Əli və İsmayıl İbrahim məlumdur. Müsəlman Birliyi 1955-ci ildə Birləşmiş Cəbhə kimi tanınan bir siyasi ittifaq tərəfindən Təsis Məclisinə seçkilərdə məğlub oldu. Ancaq Baş nazir Çaudri Məhəmməd Əli və Baş nazir Çundrigar azlıqların hökumətinə rəhbərlik etmək üçün təyin edildi. Partiya 1958-ci ildə Pakistan Ordusunun baş komandanı general Məhəmməd Eyyub Xanın Döyüş Qanunu elan etməsindən sonra dağıldı. Pakistanın bünövrəsində, Bütün Hindistan Müsəlman Birliyinin prezidenti Jinnah, yeni millətin baş qubernatoru oldu və Müsəlman Birliyinin baş katibi Liaquat Ali Han baş nazir oldu. Ümumdünya Müsəlman Birliyi 1947-ci ilin dekabrında ləğv edildi və iki təşkilat, Müsəlman Birliyi və Hindistan Birliyi Müsəlman Birliyi, ilk olaraq Pakistandakı ilk varisi oldu. Cinnah 17 dekabrda Müsəlman Birliyinin prezidenti vəzifəsindən istefa etdi və iki Müsəlman Birliyinin müvafiq olaraq lideri seçildi. Xaliquzzaman, Müsəlman Birliyinin (Pakistan) prezidenti və Məhəmməd İsmayıl, Hindistan Birliyi Müsəlman Birliyinin prezidenti olaraq.
Pəncab Müsəlman Liqası
Pəncab Müsəlman Liqası—Ümumdünya Müsəlman Birliyi Dəkkədə qurulduğu zaman 30 Dekabr 1906-cı ildə İllik Bütün Hindistan Muhammadan Təhsil Konfransı münasibətilə, Pəncabdan gələn müsəlman liderlər, yəni Mian Məhəmməd Şəfi, Miyan Fəzli Hüseyni, Əbdüləziz, Xəvacə Yusif Şah və Ş. Qulam Sadiq. Daha əvvəl Mian Muhammad Shafi 1906-cı ilin əvvəllərində Müsəlman Birliyi təşkil etdi, lakin Ümumdünya Hindistan Müsəlman Birliyi yarandıqda, baş katib olduğu Pəncabda güclü bir şöbəsini qurdu. Şah Din ilk Prezidenti seçildi. 1907-ci ilin noyabr ayında təşkil edilən bu filial Pəncab əyalət müsəlman liqası olaraq tanınırdı. 1913-cü ildə Məhəmməd Əli Cinnah Ümumdünya Müsəlman Birliyinə qoşuldu və hinduların - müsəlman iş əlaqələrinin tərəfdarı idi və Fazl-i Hüseyni, Maulana Məhəmməd Əli, Pir Tacud Din, Xəlifə Şücaəddin və Zəfər Əli xan, Konstitusiya vasitəsi ilə özünüidarə etmək üçün Hindistan Milli Konqresi ilə dost olmaq istədi. 1916-cı ildə Məhəmməd Əli Cinnah, Hindistan Hökumətinə Hindistana daha liberal yanaşma və hindlilərə ölkələrini idarə etmək üçün daha çox səlahiyyət vermək üçün təzyiq göstərmək üçün bir razılaşma əldə etmək üçün Hindistan Milli Konqresi ilə danışıqlar apardı. Müsəlman Birliyi əsas məqsədini dəyişdirdi və Britaniya hökumətinə təzyiq göstərmək üçün Konqreslə əlbir olmağa qərar verdi. Bundan əvvəl Müsəlman Birliyinin əsas məqsədi Hindistanda yalnız müsəlman maraqlarını qorumaq idi, Lakin Məhəmməd Şəfinin başçılığı ilə Pəncabdakı müsəlman liderlər Britaniya hökumətinin rəğbətini alçaltmadan müsəlman hüquqlarının qorunması üçün dayandılar və 28 dekabr 1916-cı ildə imzalanan Laknau Paktına qarşı çıxdılar. Məhəmməd Şəfi və Maulvi Rafi-ud-Din, Əbdüləziz və Seyid Əli Rza kimi digər mühafizəkar dostları əyalətlərdə müsəlman çoxluğunu qurban verəcəyi səbəbiylə Ümumdünya Müsəlman Birliyi və Hindistan Milli Konqresi arasındakı əməkdaşlığa qarşı çıxdılar. Pəncab və Benqal.
Demokratik Fransız Müsəlmanlar Partiyası
Demokratik Fransız Müsəlmanlar Partiyası (fr. Union des démocrates musulmans français) və ya qısaca: UDMF — Fransada müsəlmanlardan ibarət ilk siyasi partiya 2015-ci ilin fevral ayında yaradılmışdır. 2015-ci ilin mart ayında keçirələcək seçkilərdə iştirak etməsi gözlənilir.
Ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımı
Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar
Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar — 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra 13 sentyabr 1918-ci il tarixli qanunla milli azlıqların nümayəndələrinə bu ilk qanunverici orqanda təmsilçilik kvotaları ayrılır. Buna uyğun olaraq Azərbaycan türklərinə 4 yer ayrılır. Qanuna görə, sözügedən kvotalar milli azlıqların Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuralarının nümayəndələri hesabına doldurulmalı idi. Buna uyğun olaraq, 29 sentyabr 1918-ci ildə Tiflisdə toplanan Gürcüstan Müsəlmanlarının Milli Şurası Əbdürrəhim Haqverdiyev, Əbdüləziz Şərifov, Mirzə Hüseyn Həsənzadə və Əliheydər Qarayevə parlamentdə təmsilçilik mandatını verir. 26 may 1918-ci il tarixində müstəqilliyini elan etmiş Gürcüstan Demokratik Respublikası mövcud olduğu 33 aylıq dövr ərzində milli dövlət quruculuğu prosesinə böyük önəm verərək bu istiqamətdə bir sıra mühüm islahatlara imza atmışdır. Bu islahatlar çərçivəsində demokratik təsisatların yaradılmasına xüsusi diqqət ayrılmış, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində ali qanunverici orqan – Müəssislər Məclisi və yerli özünüidarəetmə orqanları — "eroba"lar formalaşdırılmışdır. Gürcüstanda ali qanunverici orqan rolunu oynayacaq Müəssislər Məclisinin çağırılması barədə ilk təşəbbüs 1917-ci ilin sonlarında, hakimiyyətdə və idarəetmədə boşluq yarananda irəli sürülsə də, bəzi səbəblərə görə təxirə salınmışdı. Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra bu məsələ yenidən aktuallaşaraq ölkə gündəminə daşınan ilk mövzulardan biri olur. Gürcüstan Milli Şurası 1918-ci ilin yayında Müəssislər Məclisi seçimi qaydaları və seçki əsasnaməsinin hazırlanması üzərində işləməyə başlayır. 22 noyabr 1918-ci il tarixində o zaman artıq parlament adlanan Milli Şura 10 bənddən və 119 maddədən ibarət "Müəssislər Məclisinə seçkilər barədə Əsasnamə"ni təsdiq edir.
Gürcüstan Müsəlmanlarının Milli Şurası
Gürcüstan Müsəlmanlarının Milli Şurası (GMMŞ; az-əbcəd. کرجستان مسلمانلارنیك ملی شوراسی‎, gürc. საქართველოს მუსულმანთა ეროვნული საბჭო) — 1919-cu ilin fevralında Gürcüstan Müəssislər Məclisinə keçirilən seçkilərdə 6-cı nömrə altında iştirak etmiş seçki bloku. Gürcüstan Müsəlmanlarının Milli Şurası (GMMŞ) tərəfindən ilkin olaraq tərtib olunmuş və GMMŞ-nin sədr müavini Alay bəy Bayramov (instruktor-aqronom) tərəfindən imzalanıb Parlament Mərkəzi Seçki Komissiyasına göndərilmiş 6 nəfərlik siyahıda 1-ci sırada Alay bəyin özü, 2-ci sırada GMMŞ-nin sədri Əbdürrəhim bəy Haqverdiyevin (Gürcüstan Parlamentinin üzvü), 3-cü sırada Ömər Faiq Nemanzadənin (jurnalist), 4-cü sırada Əlimirzə Nərimanovun (müəllim), 5-ci sırada İbrahim bəy Mursaqulovun, 6-cı sırada isə Mirzə Rza Əlizadənin (müəllim) adları əks olunurdu. Bu siyahının ardınca Seçki Komissiyasına GMMŞ sədri Ə.Haqverdiyevin imzasıyla əlavə namizədlərdən ibarət 5 nəfərlik başqa bir siyahı göndərilir. Bu əlavə siyahıda ardıcıllıqla Abbasqulu Xanəhmədovun (tacir), Fətəli bəy Rəşid bəy oğlu Axundovun (tələbə), Qasım Abbas oğlu Bayramovun (tramvay konduktoru), Məşədi Əli Bayram oğlu Quliyevin (tacir) və İsmayıl Xəlilovun (kiçik usta) adları qərarlaşırdı. Seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası gürcü və rus dillərində 5 namizəddən ibarət siyahını təsdiq etmişdi. Gürcüstan Müsəlmanlarının Milli Şurasının təsdiq edilmiş namizədlərinin bunlar idi: Alay bəy Aslan ağa oğlu Bayramov; Abbasqulu Cabbar oğlu Xanəhmədov; Qasım Abbas oğlu Bayramov; Əlimirzə Molla Məhəmməd oğlu Nərimanov; İsmayıl İsa oğlu Xəlilov. Gürcüstan Müsəlmanları Milli Şurası 1919-cu ilin fevral ayında keçirilmiş əsas seçkidə — 6 səs (Tiflis qəzası – 1, Sığnaq qəzası – 1, Kutaisi qəzası – 2 səs), ilk əlavə seçkidə — 96 səs (Posxov bölgəsindən – 40, Axalsıx qəzasından – 49, Borçalı qəzasından – 6 səs, Axalkələk qəzasından – 1 səs), ikinci əlavə seçkilərdə — 3 səs (maraqlıdır ki, ondan biri erməni Dağet-Xaçın kəndindən) olmaqla cəmi 105 səs toplaya bilmişdi. Gürcüstan Müsəlmanlarının Milli Şurası müəyyən edilmiş həddi aşa bilmədi və buna görə də onun üzvləri Müəssislər Məclisinə daxil ola bilməmişdirlər.
Gəncə Müsəlman Milli Komitəsi
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti — 1904–1919-cu illərdə fəaliyyət göstərmiş qeyri-hökumət humanitar qurumu. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə yaradılmışdı. Nizamnaməsi 1906-cı il iyunun 30-da Gəncə qubernatoru tərəfindən təsdiq edilmişdi. Cəmiyyət İdarə Heyəti və ümumi iclas tərəfindən idarə olunurdu. Nizamnaməyə görə, idarə heyəti sədr, onun müavini, xəzinədar, katib və cəmiyyət üzvləri sırasından ümumi iclasda bir il müddətinə seçilən 3 üzvdən ibarət idi. Cəmiyyətin 4 nəfər ömürlük-fəxri üzvü vardı. 1914-cü ildən 1919-cu ilə kimi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət idi: Nəzarət-Təftiş Komissiyası: Cəmiyyətin fəxri üzvləri (ömürlük üzvlər ayda 200 manat, digər üzvlər 20 manat üzvlük haqqı ödəyirdilər): Sadəcə üzvlər (ayda 5 manat üzvlük haqqı ödəyirdilər): Nizamnamədə cəmiyyətin kasıb müsəlman uşaqlarının Rusiya və onun hüdudları xaricindəki orta və ali təhsil müəssisələrinə daxil olub oxumalarına, habelə xəstəxana və başqa səhiyyə ocaqlarında müalicə olunanlara yardım etmək məqsədilə yaradıldığı göstərilirdi. Cəmiyyətin vəsaiti üzvlük haqlarından, habelə şəhər sakinlərinin köçürdüyü ianələrdən, cəmiyyətin təşəbbüsü və iştirakı ilə keçirilən tamaşalardan, konsert və rəqs gecələrindən və s.-dən əldə edilən gəlirlərdən ibarət idi. Xeyriyyə məqsədilə keçirilən hər bir konsert və ya digər tədbir üçün əvvəlcədən Gəncə qubernatorundan icazə alınmalı idi. Cəmiyyət şəhərdəki ikisinifli müsəlman məktəbinin şagirdlərinə, Qarabağ və Zəngəzurda erməni-daşnaklar tərəfindən soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə yardım məqsədilə tamaşalar və konsertlər təşkil edirdi.
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun yaradılması haqqında ilk tarixi sənəd. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il, 26 iyun tarixli qərarı ilə 1917-ci ildə Zaqafqaziya Komissarlığının ordu strukturu kimi formalaşdırılmış Müsəlman korpusu adlanan hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Həmin qərarla Azərbaycan Xalq Cümhuriyyəti bu hərbi birləşməyə sahibliyini hüquqi cəhətdən təstiqlədi. Bununla, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsası qoyuldu. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Müsəlman korpusunun əlahiddə Azərbaycan korpusu adlandırılması haqqında qərar maddəsi.
Müsəlman Mindanao Muxtar Bölgəsi
Müsəlman Mindanao Muxtar Bölgəsi (taqal Nagsasariling Rehiyon sa Muslim na Mindanao, ing. Autonomous Region in Muslim Mindanao, ARMM) — Filippin axipelaqının Mindanao adalarında yerləşən müsəlman əhalisindən ibarət olan ərazi muxtariyyəti. Filippin ərazisində yerləşən yeganə ərazidir ki, öz hakimiyyət orqanlarına malikdir. Cotabato şəhəri bölgənin daxilində yerləşməsədə muxtariyyətin paytaxtıdır.Bölgə ümumilikdə 12 695,0 km² ərazini əhatə edir. Əsası 1 avqust 1989-cu ildə qoyulub. 6 oktyabr 1990-cı ildə Cotabato şəhəridə keçirilən tədbirlə rəsmən tanındı və bu şəhər müvəqqəti paytaxtı elan olnundu. Qeyd etmək lazımdır ki, bu Moro Milli Qurtuluş Cəbhəsinin uğurlu mübarizəsinin nəticəsi idi. Bölgə iki coğrafi sahəyə ayrılır. Mindanao adası və Sulu arxipelaqı.Mindanao adasındakı ərazi də iki coğrafi rayonlarını özündə birləşdirir:Lanao-del-Sur və Maqindanao. Bundan başqa Basilan, Sulu, Tavi-Tavi adalar və bir sıra kiçik adaları var.
Müsəlman Mindanao muxtar regionu

Müsəlman Nobel mükafatı laureatlarının siyahısı
2019-cu ilə qədər, on iki Nobel mükafatı laureatı müsəlman olmuşdur. On iki laureatdan yeddisi Nobel sülh mükafatına, üçü isə elm sahələrinə görə layiq görülmüşdür. 1979-cu ildə Fizika üzrə Nobel mükafatı alan Məhəmməd Əbdus Salam, Pakistanın Əhmədi icmasının üzvü idi. Əziz Sancar ikinci Türk Nobel mükafatçısı və 2015-ci ildə molekulyar biologiya sahəsində Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. İki müsəlman Kimya üzrə Nobel mükafatı verildi. İki müsəlmana Ədəbiyyat üzrə Nobel mükafatı verilib. Yeddi müsəlmana Nobel Sülh mükafatı verilib. Fizika üzrə Nobel mükafatını alan yeganə müsəlmandır. Sülh üzrə Nobel mükafatı laureatlarının siyahısı Xristian Nobel mükafatı laureatlarının siyahısı Nobel mükafatı laureatlarının siyahısı Mysticism in Contemporary Islamic Politics: Orhan Pamuk and Abdolkarim Soroush by John von Heyking, University of Lethbridge "Islam, Melancholy, and Sad, Concrete Minarets: The Futility of Narratives" in Orhan Pamuk's The Black Book by Ian Almond The Age of Deception: Nuclear energy policy in Treacherous Times by Mohamed El Baradei. Islam, Orientalism and Intellectual History: Modernity and the Politics of Exclusion since Ibn Khaldun (Library of Middle East History) by Mohammad R. Salama ISBN 1848850050, 1848850050.
Müsəlmanların məsumiyyəti (film, 2012)
Müsəlmanların məsumiyyəti (ing. Innocence of Muslims)- əvvəllər "Səhra mübarizləri" (ing. Desert Warriors) ilə "Bin Laden təqsirsizliyi" (ing. Innocence of Bin Laden) adı ilə tanınan, 2012 istehsalı olan İslam əleyhdarı film. Film, İslam peyğəmbəri Məhəmməd haqqındadır. Filmin təqdimat videoları, ərəb dublaj ilə nəşr olundu və 11 sentyabr 2012 tarixində ABŞ-yə diplomatik məqsədlərlə edilən hücumlar əsnasında filmdən bəhs edildi. Bu hücumlardan biri Qahirə, Misirdəki Amerika Birləşmiş Ştatları səfirliyində qarışıqlıq idi.Digər hücumlar Benqazi, Liviyada və başda ABŞ konsulluğunda meydana gəldi.Səfir Kristofer Stevens daxil olmaq üzrə ABŞ diplomatik personaldan ən azı dörd nəfər və həmçinin on Liviya təhlükəsizlik zabitləri öldü.
Müsəlmanların məsumluğu

Digər lüğətlərdə