MAGİSTR

I
сущ. магистр:
1. ученая степень в Азербайджанской Республике, в некоторых зарубежных странах и в России
2. лицо, имеющее эту степень
II
прил. магистерский. Maqistr imtahanları магистерские экзамены
MAGİK
MAGİSTRAL
OBASTAN VİKİ
Magistr
Magistr (lat. magister — müəllim, usta) — bəzi ölkələrdə magistraturanı başa vurduqdan sonra tələbələrin əldə etdikləri ali ixtisas dərəcəsi, ilkin elmi dərəcə. Magistratura — ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Avropanın "Bolonya prosesinə" qoşulmuş ölkələri, o cümlədən Azərbaycan ümumi Avropa təhsil çərçivəsi yaratmaq məqsədilə magistr təhsil pilləsini daxil etmişlər. Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət edə bilər. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılır. Magistraturada təhsilə məhdudiyyət vardır. Azərbaycanda magistr təhsilinin əsasları "Azərbaycan Respublikasının təhsil qanununda" ətraflı verilir.
Hərbi magistr
Hərbi magistr (lat. Magíster mílitum — ordu magistrı, silah magistrı ya hərbi magistr) — Roma İmperiyasında və Respublika dövründə müasir dönəmin "Baş qərargah rəisi" rütbəsinə uyğun olan hərbi vəzifə idi. IV əsrin ortalarında Böyük Konstantin tərəfindən pretoriya prefektlərinin hərbi funksiyası əllərindən alındıqdan sonra bu vəzifə təsis edilmişdir. Əvvəlcə iki vəzifə: piyadalar magistrı (lat. magister peditum) və suvari magistrı (lat. magister equitum, bu vəzifə hələ Roma Respublikası dövründə mövcud olmuşdur) təsis edilir. Piyadalar magistrı daha böyük sayılırdı. Öz növbəsində həm piyadalar həm də suvarilər rəisi hər iki qoşun növünə rəhbərlik etməyə başlayırdı və müvafiq olaraq bu vəzivə piyada və suvarilər rəisi (lat. magister equitum et peditum) və ya hər iki ordunun rəisi (lat. magister utriusquae militiae) adlandırılırdı.
Biznesin idarə edilməsi üzrə magistr
Biznesin idarə edilməsi üzrə magistr və ya MBA — idarəetmə ixtisası üzrə magistr dərəcəsi. MBA proqramında əsas kurslar biznes idarəçiliyinin müxtəlif sahələrini əhatə edir. Bəzi kurslar müəyyən bir sahədə əlavə təhsil almağa imkan verə bilər, lakin MBA adətən ümumi proqram kimi nəzərdə tutulur. MBA ixtisası rəhbər işini yerinə yetirmək qabiliyyətini nəzərdə tutur. Təhsil müddəti xüsusi proqramdan asılı olaraq, iki ildən beş ilə qədər davam edir. Tədris texnologiyası case study metoduna əsaslanır. == Tarixi == Müasir MBA proqramlarının ilk prototipləri XIX-cu əsrin sonlarında, şirkətlərin idarəetməyə elmi yanaşmaya malik mütəxəssislərə ehtiyacı olduğu zaman ABŞ-da yaradılmışdır. XX-ci əsrin ortalarında Avropada ilk MBA proqramları meydana çıxdı. Hazırda bütün dünyada təhsil təşkilatları uğurla fəaliyyət göstərir. Geniş istifadəsinə baxmayaraq, MBA ixtisasları üçün hələ də vahid standart yoxdur.
"Baykal-Amur magistralının tikintisinə görə" medalı
"Baykal-Amur magistralının tikintisinə görə" medalı — SSRİ Ali Sovetinin 8 oktyabr 1976-cı il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Bakı-Qazax magistral yolu
Azərbaycan Respublikasında Bakı şəhəri və Qazax rayonu arasında magistral yoldur.Qazaxdan sonra Gürcüstan,Qara dəniz boyu Türkiyə və Avropaya doğru uzanır.
Bakı–Qazax magistral yolu
Azərbaycan Respublikasında Bakı şəhəri və Qazax rayonu arasında magistral yoldur.Qazaxdan sonra Gürcüstan,Qara dəniz boyu Türkiyə və Avropaya doğru uzanır.
Baykal-Amur magistralı
Baykal–Amur magistralı (rus. Байкало-Амурская магистраль, БАМ, Baykalo-Amurskaya magistral, BAM) — Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralı. Ümumi uzunluğu 4300 km-dir. Tikintisinə 1940-cı ildən başlanmışdır. 1989-cu ildə istifadəyə verilmişdir. Baykal-Amur magistralının tikilməsinin şərəfinə 1976-cı ildə "Baykal-Amur magistralının tikintisinə görə" medalı təsis edilmişdir.
Benthophilus magistri
Azov çömçəxulu (lat. Benthophilus magistri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Əsasən Azov dənizinin Taqanroq körfəzi, Kerç boğazı, Mius və Yeva çayı deltaları və of Axtanizovski limanlarında yayılmışdır. Bu növə ancaq lilli estuari sularında rastlamaq olur.
FDR magistralı
FDR magistralı (ing. FDR Drive, rəsmi şəkildə: Franklin D. Roosevelt East River Drive) — Nyu-York şəhərinin Manhetten borosunun şərqində yerləşən avtomobil yolu. Magistral yolun uzunluğu 15,19 km-dir. Yol Saut və Brod küçələrində olan Beterri Park tunelindən başlayır, İst River boğazının sahil xətti boyunca uzanır və Harlem River Drayv magistralına keçərək 125-ci küçədəki Trayboro körpüsü tərəfində bitir. Magistral hər istiqamətdə üç zolaqdan ibarətdir, Bruklin körpüsünün altındakı kiçik bir hissə istisna olmaqla, orada o, cənubdan iki və şimaldan bir zolağa qədər daralır, eyni hal həmçinin Kuinsboro körpüsü ilə 61-ci küçə arasındakı hissədə yaranır, orda da iki zolağa qədər daralır. Maşınların maksimal kütləsi 23-cü küçədən Harlem River Drayva qədər olan ərazidə 3600 kq ilə məhdudlaşır. Ayrıca bu yolda avtobus hərəkəti qadağan olunub. Magistral boyunca kommersiya nəqliyyatı (yükdaşıma daxil olmaqla) qadağandır. == Tarixi == Magistral əvvəlcə İst River Drayv (ing. East River Drive) adlanırdı.
Magistral damarların transpozisiyası
Magistral damarların transpozisiyası, həmçinin böyük arteriyaların transpozisiyası qanı ürəkdən uzaqlaşdıran iki əsas arteriyanın — ağciyər arteriyası və aortanın yer dəyişdirdiyi anadangəlmə ürək qüsurudur.
Magistratura
Magistr (lat. magister — müəllim, usta) — bəzi ölkələrdə magistraturanı başa vurduqdan sonra tələbələrin əldə etdikləri ali ixtisas dərəcəsi, ilkin elmi dərəcə. Magistratura — ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Avropanın "Bolonya prosesinə" qoşulmuş ölkələri, o cümlədən Azərbaycan ümumi Avropa təhsil çərçivəsi yaratmaq məqsədilə magistr təhsil pilləsini daxil etmişlər. Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət edə bilər. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılır. Magistraturada təhsilə məhdudiyyət vardır. Azərbaycanda magistr təhsilinin əsasları "Azərbaycan Respublikasının təhsil qanununda" ətraflı verilir.
Magistratura (Qədim Roma)
Magistratura (lat. magistratus, lat. magister) — Roma Respublikası dövründə ali hakimiyyət orqanı. Bu ali hakimiyyət orqanı nümayəndəsi Magistrat adlandırılırdı. Bu ali orqana yol ənənəvi olaraq Cursus honorum (az. Fərqlənmə yolu)ndan keçirdi. Magistraturalar: Ordinar (seçkili) Ali Konsullar, Pretorlar, senzorlar. Aşağı Kurullu Edillər, Kvestorlar, Xalq tribunları (bəzi tədqiqatçılar bu vəzifəni magistratlara aid etmirlər). Fövqaladə (təyinatlı) Ali Diktator, Suvarilər rəisi, İnterreks, Desemvirlər, (qanun yazanlar) Hərbi tribun (konsul səlahiyyətli), Triumvirat (II Triumvirat).
Naxçıvan-Sədərək magistral yolu
Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu. == İnşa tarixindən == Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.
Neft və Pambıq Magistralı (1980)
Neft və pambıq magistralı (film, 1980)
Pentacalia magistri
Pentacalia magistri (lat. Pentacalia magistri) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Qriqor Magistros
Qriqor Magistros (erm. Գրիգոր Մագիստրոս; təq. 990, Bjni – 1058) — erməni alimi və yazıçısı. Zadəgan Pahlavuni ailəsinin üzvü olan Magistros Pakraduni, Bizans və son olaraq Kilikiya saraylarında mühüm rol oynamışdır.
Çaykənar magistralı
Çaykənar magistralı - Təbrizdəki Quruçayın şimal və cənub tərəfində yerləşən ikitərəfli magistral yol. == Haqqında == Yolun ümumi uzunluğu 10 km-dır və Təbriz şəhərinin ucqar qərb və şərq tərəflərindıki küçələri birləşdirir. Magistral yolun bir hissəsi onun şərq qutaracağına yaxındır və yol boyunca səkilərə sahibdir. Qarı körpüsü qovşağından başqa digər bütün qovşaqlar ayırma qovşaqlarıdır. Çaykənar magistralı 2 km uzunluğunda yeraltı keçidə malikdir və bu göstəriciyə görə İranda birincidir.
İnformasiya magistralı
İnformasiya magistralı (ing. Infobahn (information bahn), rus. информационная магистраль, türk. bilgi yolu) – “information superhighway” üçün qısaltma. Alman dilindəki sürətli avtomagistralların adından (autobahn) götürülüb. 1990-cı illərdə populyar olan termin. Kompüter texnologiyaları və siqnalları mövcud modemli onlayn sistemlərdən dəfələrlə çox sürətlə buraxa bilən optik-lif rabitə xətləri bazasında olan rəqəmsal ikitərəfli rabitə vasitəsini bildirir. İnformasiyanın belə rabitə magistralı ilə ötürülməsi tamamilə yeni imkanlar açır. Məsələn, interaktiv televiziyanın yaradılmasında: tamaşaçı minlərlə hazır proqramın, filmin və verilişin arasından seçim edə bilər, yeni verilişlərin hazırlanmasında və translyasiya olunmasında aktiv iştirak edə bilər – sərbəst olaraq bir videokameradan başqasına keçə bilər, yaxud kameranı lazım olan istiqamətə dönməyə məcbur edə bilər. Hesab edilir ki, bu sistem televiziyanı əvəz edəcək, həm də eyni zamanda videotelefon və telestudiya olacaq.
Vəzifələr magistrı
Vəzifələr magistrı (lat. magister officiorum, yun. μάγιστρος τῶν ὀφφικίων) — Roma imperiyasında ən yüksək mülki məmur titullarından biri. Bizansda sonda sadəcə böyük bir fəxri titula çevrilmiş və magistr (άγάγιστρος) adlanmışdır. XII əsrdən etibarən mövcudiyyətini itirmişdir. Vəzifələr magistrı saray idarəsinə rəhbərlik edirdi (xüsusən də saray işçilərinin cinayətlərini mühakimə etmək hüququna malik idi). İmperator idarəsinə tabe idi, imperatorun adına göndərilən ərizə və şikayətləri ayırd edirdi. O, sarayın ali inzibatçısı kimi elçilərin qəbuluna nəzarət edirdi və "bütün dillərdən tərcüməçiləri"nə rəhbərlik edirdi. İdarə rəisinin tabeliyində olanlar arasında məxfi xidmətlər və imperatorun şəxsi mühafizəsi də var idi. Bundan əlavə, vəzifələr magistrı silah (qalxanlar, oxlar, mərmilər, atıcı maşınlar və digər silahlar) istehsalı fabriklərinə və dövlət nəqliyyat sistemi olan "cursus publicus"a nəzarət edirdi.
Baykal–Amur magistralı
Baykal–Amur magistralı (rus. Байкало-Амурская магистраль, БАМ, Baykalo-Amurskaya magistral, BAM) — Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralı. Ümumi uzunluğu 4300 km-dir. Tikintisinə 1940-cı ildən başlanmışdır. 1989-cu ildə istifadəyə verilmişdir. Baykal-Amur magistralının tikilməsinin şərəfinə 1976-cı ildə "Baykal-Amur magistralının tikintisinə görə" medalı təsis edilmişdir.

Digər lüğətlərdə