Maliyyə Siyasəti

iqtisadi subyektin (dövlətin, müəssisənin və s.) maliyyə strategiyasını və maliyyə taktikasını müəyyən edən iqtisadi siyasət.
Maliyyə Sistemi
Maliyyə Şirkətləri
OBASTAN VİKİ
Maliyyə siyasəti
Maliyyə siyasəti – Maliyyə qanunvericiliyinə əsaslanan, dövlətin və onun orqanlarının qarşıda duran vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan ictimai maliyyənin (dövlət və bələdiyyə idarələrinin pul fondları) yaradılmasına, yayılmasına və istifadə olunmasına yönəldilmiş dövlət və bələdiyyələrin onların orqanlarının timsalında sistematik fəaliyyətidir. Maliyyə siyasəti həm də kateqoriya adlandırıla bilər. Bu termin adətən maliyyə menecmenti ilə məşğul olan iqtisadçılar tərəfindən tətbiq edilir. Yəni, onu maliyyə menecmenti metodu aləti və məqsədi kimi götürülən maliyyə münasibətlərinin sosial-iqtisadi mahiyyəti kimi götürsək kateqoriya kimi qəbul etməliyik. Maliyyənin məqsədi - gələcəkdə maliyyə fəaliyyətinin ən ideal nəticələridir. Maliyyə siyasətinin məqsədi isə - dövlətin mövcud sosial münasibətlər sisteminin möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsidir. Maliyyə siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur. Hal-hazırda maliyyə siyasətinin çatışmazlıqları daha kəskin nəzərə çarpır və bu respublikamızın sosial-iqtisadi inkişafını ləngidən amilə çevrilir. Bu çatışmazlıqlar aşağıdakıladır: Maliyyə siyasətinin doqmatik xarakter daşıması (təşəbbüskarlığın olması) və ölkənin inkişaf şəraitinin dəyişməsinə dərhal reaksiya vermək qabiliyyətinin olması. Strateji xarakter daşıyan konsepsiyaların işlənib hazırlanması.
Maliyyə
Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımı və adətən, pulun borc verilməsi də daxildir. Əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur. Maliyyə prosesi, əsasən, fiziki və hüquqi şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə işləyir. Bank pulu digər fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya məqsədilə kredit olaraq verir və onlardan faiz tələb edir. Kreditlər, son vaxtlarda artan sürətlə, yenidən satış üçün paketlənir, yəni investor krediti (borcu) ya bankdan, ya da birbaşa şirkətdən alır. İstiqraz vərəqləri şirkətlər tərəfindən investorlara birbaşa satılan borcdur, bu zaman investor faiz əldə edir və ya istiqraz vərəqini təkrar bazarda satır. Bank sektoru kredit təmin etməklə fondlaşmanın əsas vasitəçisi rolunda çıxış edir. Ancaq, şəxsi sərmayə, birgə fond, (mutual fund), qorunma fondları (hedge fund) və digər qurumlar müxtəlif istiqraz vərəqlərinə investisiya etməklə əhəmiyyət qazanmışlar.
Dividend siyasəti
Dividend siyasəti Korporasiyanın, yəni səhmdar cəmiyyətlərin səhmdarlar arasında bölüşdürülən mənfəəti dividend adlanır. Dividendlər səhmdarların müəyyən səhmdar cəmiyyətə qoyduqları kapitaldan gələn yeganə gəlir bazasıdır. Bu gəlir ya pul, ya da səhm formasında ödənilə bilər. Dividendlərin ödənmə mənbəyi heç bir halda investisiya kapitalı yox, yalnız və yalnız bölüşdürülməmiş mənfəətdir. Göstərdiyimiz kimi, müəssisə səhmdarları konkret müəssisəyə qoyduqları kapitalın gəlirini dividendlər şəklində alırlar. Səhmdar cəmiyyətlərdə dividendlər faktiki olaraq müəssisə sahiblərinin maraqlarını ifadə edən bir vasitədir. Şirkətin gəlirliliyi nə qədər yüksək və stabildirsə, dividendlər də bir o qədər müntəzəm ödənilir. Məlum olduğu kimi, şirkətin mənfəətindən ilk növbədə korporativ vergilər ödənilir, yerdə qalan hissədən şirkət istədiyi kimi istifadə edir. Səhmdarların qərarı ilə qalan hissənin bir qismini yeni investisiyaların maliyyələşdirilməsinə yönəltmək olar. Bundan sonra isə dividendlər ödənilir.
Pul siyasəti
Monetar siyasət (ing. Monetary policy) — zamanı iqtisadiyyat pul və onun alətləri vasitəsilə idarə edilir və tənzimlənir. Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi. Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-də Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar.
Qiymət siyasəti
Qiymət siyasəti — məhsul və xidmətlərin qiymətlərinin müəyyən edilməsi prinsipləri və üsullarıdır. Qiymətqoymanın mikro (firma səviyyəsində) və makro (qiymət və tariflərin dövlət tənzimlənməsi sferasında) səviyyələrini ayrılır. Firmanın qiymət siyasəti firmanın ümumi strategiyası çərçivəsində formalaşır və qiymət strategiyası və qiymətqoyma taktikasını ehtiva edir. Qiymət strategiyası təklif olunan məhsulun bazarda yerləşdirilməsini nəzərdə tutur. Hədəf seqmentinin müəyyən edilməsi və strategiyanın qurulması üçün müxtəlif yanaşmalar mövcuddur (Ansoff matrisi, BCG matrisi, Porter matrisi). Həmçinin qiymət strategiyası çərçivəsində qiymətin müəyyən edilməsi (təyin edilməsi) üçün istifadə olunan üsullar, eləcə də qiymət ayrı-seçkiliyi formaları seçilir. Gələcəkdə strategiyanın həyata keçirilməsi çərçivəsində alıcılar üçün qiymət endirimləri və qeyri-qiymət stimulları sistemləri daxil olmaqla, taktiki tədbirlər (satışı stimullaşdırmaq üçün) hazırlanır. Qiymət siyasətinin həyata keçirilməsi zamanı şirkət rəhbərliyi təxirəsalınmaz tədbirləri tənzimləməli və strategiyanın dəyişmə vaxtına nəzarət etməlidir. Qiymətlər kifayət qədər mənfəət səviyyəsini təmin etmək üçün rəqabətdə fəal şəkildə istifadə olunur. Malların və xidmətlərin qiymətlərinin müəyyən edilməsi hər bir müəssisənin ən vacib problemlərindən biridir, çünki optimal qiymət onun maliyyə rifahını təmin edə bilər.
Sertifikat siyasəti
Sertifikat siyasəti — sertifikatın idarə edilməsi ərzində yerinə yetirilən elektron tranzaksiyalara köklənmiş inzibati siyasətin xüsusi formasıdır. Bu sənəd ictimai əsas struktur (İƏS) sərhədində dərc olunur. Sertifikat siyasəti rəqəmsal sertifikatların yaradılması, istehsalı, paylanması, uçotu, nüfuzdan düşmüşlərin ləğvi ilə əlaqədar bütün aspektləri nəzərə alır. Sertifikat siyasəti həmçinin sertifikatlara əsaslanan təhlükəsizlik sistemi vasitəsilə qorunan kommunikasiya sistemindən istifadə edən tranzaksiyaları da idarə edə bilər. Kritik sertifikat genişlənmələrinə nəzarət etməklə belə siyasətlər və əlaqədar məcburiyyət texnologiyaları xüsusi tətbiqlər üçün tələb edilən təhlükəsizlik servislərinin təmin edilməsini dəstəkləyə bilərlər. İmamverdiyev Y. N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Təhlükəsizlik siyasəti
Təhlükəsizliyin təşkil olunma siyasəti dedikdə informasiyanın müdafiəsinə yönəldilmiş və onunla birlikdə resursların assosiasiya olunmasının idarəetmə qərarlarının sənədləşdirilməsinin toplumu başa düşülür. Təhlükəsizlik siyasəti vasitələrdən ibarətdir və onların köməyilə kompüter informasiya sisteminin təşkil olunması fəaliyyəti həyata keçirilir. Ümumiyyətlə, təhlükəsizlik siyasəti kompüter mühitində istifadə edilir və təşkilatın spesifik tələbatını əks etdirir. Adətən kompüter informasiya sistemləri (KİS) dedikdə müxtəlif xüsusiyyətli mürəkkəb kompleks başa düşülür və ya aparat və proqram təminatının arabir öz aralarında lazımi səviyyədə işləmələrinin uyuşa bilməməsi qəbul edilir. Bura kompüterlər, əməliyyat sistemləri, şəbəkə vasitələri, verilənlər bazalarını idarəetmə sistemləri, müxtəlif əlavələr aiddir. Bütün bu komponentlər (təşkiledicilər) özünəməxsus müdafiə vasitələrinə malikdir və bunların bir-biri ilə razılaşdırılması mütləqdir. Bu baxımdan da korporativ sistemlərin təhlükəsizliyinin təmin olunması təhlükəsizlik siyasətinin effektiv həyata keçirilməsində mühüm rol oynayır. Təhlükəsizlik siyasəti rəhbərliyin faydalı saydığı və seçdiyi informasiya təhlükəsizliyi sahəsində idarəetmə strategiyasını, resursların miqdarını və onlara yanaşmanın ölçüsünü müəyyən edir. Təhlükəsizlik siyasəti müəssisənin informasiya sistemi üçün real sayılan cəsarətin (və ya cürətin) təhlil edilməsinə əsaslanaraq qurulur. Belə olan halda cürət təhlil edilir, müdafiə strategiyası müəyyən olunur, informasiya təhlükəsizliyini təmin edən proqram tərtib edilir - bütün bunlar təhlükəsizlik siyasətidir.
Valyuta siyasəti
Diaspor siyasəti
Diaspor siyasəti — transmilli etnik diasporların siyasi davranışları, onların etnik vətənləri və qəbul etdikləri dövlətlərlə münasibətləri və etnik münaqişələrdəki mühüm rolu. Diaspor siyasətinin öyrənilməsi diaspor tədqiqatlarının daha geniş sahəsinin bir hissəsidir. Diaspor siyasətini başa düşmək üçün əvvəlcə onun tarixi kontekstini və bağlılığını anlamaq lazımdır. Diaspor — ortaq kimliyinə əsaslanan tək etnik qrup kimi müəyyən edilən transmilli cəmiyyətdir. Diasporlar əsl vətəndən tarixi mühacirət nəticəsində yaranır. Bu ərazinin əslində konkret etnik qrupun vətəni olub-olmaması siyasi məsələdir. Miqrasiya nə qədər köhnədirsə, hadisə ilə bağlı dəlillər də bir o qədər azdır. Məsələn, qaraçılara gəldikdə, miqrasiya, vətən və miqrasiya yolu hələ dəqiq müəyyən edilməmişdir. Vətən iddiası həmişə siyasi məna daşıyır və tez-tez mübahisə doğurur. Özünü tanıyan diasporlar vətənlərinə, etnik və mədəni bağlılıqlarına böyük əhəmiyyət verirlər, xüsusən də vətənlərini “itirilmiş” və ya “fəth edilmiş” hesab edirlərsə.
Gizlilik siyasəti
Məxfilik siyasəti və ya Gizlilik siyasəti — tərəfin müştərinin məlumatlarını toplaması, istifadə etməsi, açıqlaması və idarə etməsi yollarının bəzilərini və ya hamısını açıqlayan bəyanat və ya hüquqi sənəd (məxfilik hüququnda). Şəxsi məlumat, şəxsin adı, ünvanı, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyət vəsiqəsinin verilməsi və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi tarixçəsi kimi fərdi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir şey ola bilər. Biznesə gəldikdə, bu, çox vaxt partiyanın topladığı şəxsi məlumatları necə toplaması, saxlaması və yayması ilə bağlı siyasətini bəyan edən bəyanatdır. Müştəriyə hansı xüsusi məlumatların toplandığını və onların məxfi saxlandığını, tərəfdaşlarla paylaşıldığını və ya digər firma və ya müəssisələrə satıldığını bildirir. Məxfilik siyasətləri adətən daha təfərrüatlı və spesifik olan verilənlərdən istifadə bəyanatlarından fərqli olaraq daha geniş, daha ümumiləşdirilmiş yanaşmanı təmsil edir. Müəyyən məxfilik siyasətinin dəqiq məzmunu qüvvədə olan qanundan asılıdır və coğrafi sərhədlər və hüquqi yurisdiksiyalar üzrə tələblərə cavab verməli ola bilər. Əksər ölkələrin öz qanunvericiliyi və kimin əhatə olunduğu, hansı məlumatların toplana biləcəyi və nə üçün istifadə oluna biləcəyi ilə bağlı təlimatları var. Ümumiyyətlə, Avropada məlumatların mühafizəsi qanunları dövlət sektoru ilə yanaşı özəl sektoru da əhatə edir. Onların məxfilik qanunları dövlət əməliyyatlarına, özəl müəssisələrə və kommersiya əməliyyatlarına şamil edilir. 1968-ci ildə Avropa Şurası texnologiyanın insan hüquqlarına təsirini öyrənməyə başladı, kompüter texnologiyasının yaratdığı və əvvəllər geniş yayılmayan yollarla əlaqələndirə və ötürə bilən yeni təhlükələri tanımağa başladı.
Klaster siyasəti
Klaster siyasəti — klasterə daxil olan regionların və müəssisələrin rəqabət qabiliyyətinin artırılmasını, klasterlərin formalaşmasını stimullaşdıran institutların inkişafını, habelə innovasiyaların tətbiqini təmin edən klasterlərin və klaster təşəbbüslərinin dəstəklənməsi üzrə dövlət və ictimai tədbirlər və mexanizmlər kompleksi. Ölkə və ya regionun klaster siyasəti onun həyata keçirilməsinin təsirləri və riskləri baxımından optimallaşdırılmış klaster təşəbbüsləri portfelini dəstəkləmək üçün əlaqələndirilmiş tədbirlər kimi təqdim edilə bilər. Dövlət klaster siyasəti, regional klaster siyasəti və sektoral klaster siyasəti mövcuddur. Tipik olaraq, klaster siyasəti konkret müəssisə və ya sənaye sahələrini dəstəkləyən ənənəvi "sənaye siyasətinin" rəqabət əleyhinə tədbirlərinə alternativ kimi görünür. Klaster siyasətinin əsas istiqamətləri bunlardır: Klasterlərin institusional inkişafının təşviqi, o cümlədən, klasterin inkişafı üzrə ixtisaslaşmış təşkilatın, klaster inkişaf mərkəzlərinin yaradılması şəklində klaster təşəbbüslərinin təşəbbüskarı və dəstəklənməsi, habelə klaster inkişafının strateji planlaşdırılması üzrə fəaliyyətlər, klasterlər arasında səmərəli informasiya əlaqəsinin qurulması. klaster iştirakçıları və onlar arasında əməkdaşlığın gücləndirilməsinin stimullaşdırılması. Müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına və onların qarşılıqlı fəaliyyətinin effektivliyinin təşviqinə yönəlmiş layihələrə dəstək mexanizmlərinin hazırlanması. Ehtimal olunur ki, müvafiq layihələrə dəstək onların həyata keçirilməsində iştirak edən müəssisələrin konkret klasterə aid olub-olmamasından asılı olmayaraq həyata keçirilməlidir. Federal səviyyədə innovativ ərazi klasterlərinin siyahısının formalaşdırılması və onlara dəstək tədbirlərinin həyata keçirilməsi. Klasterlərin inkişafı üçün əlverişli şəraitin formalaşdırılmasının təmin edilməsi, o cümlədən peşə təhsili sisteminin səmərəliliyinin artırılması, müəssisələrlə təhsil təşkilatları arasında əməkdaşlığın inkişafına kömək etmək, mühəndis-nəqliyyat infrastrukturunun inkişafına, mənzil tikintisinə məqsədyönlü investisiyaların qoyulması, mövcud qanunvericiliyə uyğun olaraq klasterin inkişafı, vergi güzəştlərinin verilməsi və inzibati maneələrin azaldılması vəzifələrini nəzərə alaraq Klaster siyasətinin tənqidçiləri qeyd edirlər: klaster daxilində istehsalın müəyyən ərazidə cəmləşməsi regional iqtisadiyyatın sabitliyini azaldır, onun diversifikasiyasını azaldır; müəyyən bir ərazidə klasterdə işləyən insanların üstünlük təşkil etməsi innovasiyanı azaldır, çünki bu, əhəmiyyətli dərəcədə fərqli bilik və təcrübəyə malik insanların əlaqəsinin nəticəsidir; əks yanaşma öz-özünə davam edən qrup düşüncəsini, köhnə fikirlərin, stereotiplərin və yanaşmaların təkrar istehsalını yaradır; klasterin formalaşmasının stimullaşdırılması ənənəvi sənaye siyasəti tədbirləri ilə eyni subsidiyadır.
Məxfilik siyasəti
Məxfilik siyasəti və ya Gizlilik siyasəti — tərəfin müştərinin məlumatlarını toplaması, istifadə etməsi, açıqlaması və idarə etməsi yollarının bəzilərini və ya hamısını açıqlayan bəyanat və ya hüquqi sənəd (məxfilik hüququnda). Şəxsi məlumat, şəxsin adı, ünvanı, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyət vəsiqəsinin verilməsi və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi tarixçəsi kimi fərdi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir şey ola bilər. Biznesə gəldikdə, bu, çox vaxt partiyanın topladığı şəxsi məlumatları necə toplaması, saxlaması və yayması ilə bağlı siyasətini bəyan edən bəyanatdır. Müştəriyə hansı xüsusi məlumatların toplandığını və onların məxfi saxlandığını, tərəfdaşlarla paylaşıldığını və ya digər firma və ya müəssisələrə satıldığını bildirir. Məxfilik siyasətləri adətən daha təfərrüatlı və spesifik olan verilənlərdən istifadə bəyanatlarından fərqli olaraq daha geniş, daha ümumiləşdirilmiş yanaşmanı təmsil edir. Müəyyən məxfilik siyasətinin dəqiq məzmunu qüvvədə olan qanundan asılıdır və coğrafi sərhədlər və hüquqi yurisdiksiyalar üzrə tələblərə cavab verməli ola bilər. Əksər ölkələrin öz qanunvericiliyi və kimin əhatə olunduğu, hansı məlumatların toplana biləcəyi və nə üçün istifadə oluna biləcəyi ilə bağlı təlimatları var. Ümumiyyətlə, Avropada məlumatların mühafizəsi qanunları dövlət sektoru ilə yanaşı özəl sektoru da əhatə edir. Onların məxfilik qanunları dövlət əməliyyatlarına, özəl müəssisələrə və kommersiya əməliyyatlarına şamil edilir. 1968-ci ildə Avropa Şurası texnologiyanın insan hüquqlarına təsirini öyrənməyə başladı, kompüter texnologiyasının yaratdığı və əvvəllər geniş yayılmayan yollarla əlaqələndirə və ötürə bilən yeni təhlükələri tanımağa başladı.
Sığorta siyasəti
Sığorta siyasəti və ya sığorta polisi (ing. insurance policy, fr. police, it. polizza — çek, qəbz) — bir qayda olaraq sığorta şirkəti (sığortaçı) tərəfindən sığortalıya (sığorta olunana) verilən sığorta müqaviləsinin bağlanmasını təsdiq edən şəxsi sənəd. Sığorta polisində həmçinin sığorta münasibətlərinin subyektləri və sığorta müqaviləsinin əsas şərtləri, məsələn, sığortanın növü, obyekti, başlanğıcı və sonu, sığorta məbləğinin məbləği, sığorta müqaviləsi haqqında sığortalı, sığortaçı və digər şərtlər. Polis müqavilə bağlandıqdan və sığorta haqqı ödənildikdən sonra sığortalıya verilir. Siyasətdə həmçinin mövcud sığorta qaydalarına istinad olmalıdır. Sığorta siyasəti qiymətli kağızlara şamil edilmir. Dəniz sığortası polislərində memorandum sığortaçının heç bir riski öz üzərinə götürmədiyi təhlükələrin hesablanmasıdır. Sığorta polisində adətən aşağıdakılar olmalıdır: Sənədin adı; sığortaçının adı, hüquqi ünvanı və bank rekvizitləri; sığortalının tam adı və ya soyadı, adı, atasının adı və ünvanı; sığorta obyektinin göstərilməsi; sığorta məbləğinin məbləği; sığorta riskinin göstəricisi; sığorta haqqının (bağışlarının) məbləği, onun ödənilməsi şərtləri və qaydası; sığorta müqaviləsinin qüvvədə olma müddəti, sığorta müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi qaydası; tərəflərin razılığı ilə digər şərtlər, o cümlədən sığorta qaydalarına əlavələr və ya istisnalar; tərəflərin imzaları.
Dəvəquşu siyasəti
"Dəvəquşu siyasəti" — açıq-aşkar olan məsələlərə məhəl qoymamaq və onları yoxmuş kimi göstərmək tendensiyasına aid edilən metaforik ifadə. İfadə dəvəquşuların təhlükə ilə üzləşməkdənsə, başlarını quma soxmaq vərdişindən irəli gəlir. Dəvəquşu əslində təhlükədən qaçmaq üçün başlarını quma basdırmır.
Delta (maliyyə)
Korporativ maliyyə
Korporativ maliyyə (təşkilatın maliyyəsi, ing. Corporate finance) — maliyyələşmə mənbələri, korporasiyaların kapital strukturu, menecerlərin firmanın səhmdarlar üçün dəyərini artırmaq üçün gördüyü tədbirlər və maliyyə resurslarının bölüşdürülməsi üçün istifadə olunan alətlər və təhlillərlə məşğul olan maliyyə sahəsi. Amerikalı professor Stiven Rossun fikrincə, korporativ maliyyə biznes qərarları, pul vəsaitlərinin hərəkəti və firmanın səhmlərinin dəyəri arasındakı əlaqənin öyrənilməsidir. Bir sıra iqtisadçılar təşkilatın maliyyəsini təşkilatın təsərrüfat fəaliyyəti zamanı yaranan və onun pul vəsaitlərinin hərəkətinin formalaşması, bölüşdürülməsi və istifadəsi ilə bağlı olan iqtisadi münasibətlər kimi müəyyən edirlər. Korporativ maliyyənin vəzifələrindən biri təşkilatın xərclərinin davamlı olaraq pul vəsaitləri ilə təmin edilməsidir. Təşkilatın təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsinin əsas mənbəyi onun öz kapitalıdır (nizamnamə kapitalı və mənfəət). Müəssisə aparmaq xərclərinin öz dövriyyə kapitalının həcmindən müvəqqəti artıq olması ilə təşkilat borc kapitalını cəlb edir. Uzunmüddətli ehtiyacları ödəmək üçün daha tez-tez istiqrazlar və ya səhmlər buraxılır və ya uzunmüddətli kreditlər alınır. Kreditin alınması və ya səhmlərin buraxılması ilə bağlı bu cür strateji qərarlar son nəticədə təşkilatın kapitalının strukturunu müəyyən edir . Qeyd etmək lazımdır ki, mənfəətin ənənəvi mühasibat göstəricisi iqtisadi mənfəət yaratmaq üçün istifadə olunan kapitalın cəlb edilməsi ilə bağlı fürsət xərclərini, həmçinin əlavə dəyər yaratmaq, dövriyyə vəsaitlərinin həcminə, kapital qoyuluşlarına nəzarət etmək üçün zəruri olan artımı nəzərə almır, lakin əsas vəsaitlərin və qeyri-maddi aktivlərin köhnəlməsi kimi qeyri-monetar göstəricini nəzərə alır, ona görə də bəzi maliyyə mütəxəssisləri şirkətin fəaliyyətinin əsas göstəricisi kimi gözlənilən diskontlaşdırılmış pul vəsaitlərinin hərəkətini seçirlər.
Maliyyə Nazirliyi
Azərbaycan Respublikası Maliyyə Nazirliyi – Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman yaradılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlanması və həyata keçirilməsi Dövlət maliyyəsinin idarə olunmasının təşkil edilməsi Dövlət və icmal büdcələrin layihələrinin hazırlanması Dövlət büdcəsinin kassa icrasının təmin edilməsi Dövlət borcunun idarə edilməsi Mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsi Dövlət büdcəsi vəsaitindən istifadə Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi Dövlət Maliyyə Nəzarəti Xidməti Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Maliyyə Elm-Tədris Mərkəzi Məlumat-Hesablama Mərkəzi "Maliyyə və uçot jurnalı redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti SSRİ Maliyyə Nazirliyinin "Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli kursların və iqtisadi seminarların təşkili haqqında" 09 fevral 1968-ci il tarixli 36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyə Nazirliyinin 31 mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu" "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursu adlandırılmışdır". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi yaradılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Maliyyə Nazirliyinin 30 dekabr 1977-ci il № 716 əmrinə əsasən təşkil edilib və Respublika Dövlət müəssisəsi hesab edilir.1990-cı ilin yanvar ayından Maliyyə Nazirliyinin nəzdində tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyətə başlayıb.
Maliyyə Proqramlaşması
Maliyyə analizi
Maliyyə analizi — (maliyyə hesabatının təhlili, mühasibat təhlili və ya maliyyənin təhlili kimi də istinad edilir) biznesin, sub-biznesin və yaxud layihənin həyat qabiliyyətinin, sabitliyinin və gəlirliliyinin qiymətləndirilməsinə aiddir. Bu, maliyyə hesabatlarından və başqa hesabatlardan alınan məlumatlardan istifadə edən əmsallar və başqa metodlardan istifadə edərək hesabat hazırlayan mütəxəssislər tərəfindən həyata keçirilir. Adətən bu hesabatlar biznes qərarlarının qəbul edilməsində əsaslardan biri kimi yuxarı rəhbərliyə təqdim olunur. Maliyyə analizi müəssisənin aşağıdakıları edə biləcəyini müəyyən edə bilər: Əsas fəaliyyətinizi və yaxud fəaliyyətinizin bir hissəsini davam etdirmək və ya tam əksinə dayandırmaq; Öz məhsulunu hazırlamaq üçün müəyyən materiallar istehsal etmək və yaxud əldə etmək; Öz mallarınızın istehsalında müəyyən maşın və avadanlıqları əldə etmək və yaxud icarəyə vermək; Səhmləri buraxmaq və yaxud dövriyyə kapitalının artırılması üçün bank krediti haqqında danışıqlar aparmaq; İnvestisiya və yaxud kredit kapitalı ilə əlaqəli qərarlar qəbul etmək; Rəhbərliyə öz biznesinin həyata keçirilməsində müxtəlif alternativlər üzrə məlumatlı seçim etməyə imkan verən digər qərarlar qəbul etmək; Maliyyə analitikləri tez-tez şirkətinin elementlərini aşağıdakı kimi qiymətləndirlər: Gəlirlilik – həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə gəlir əldə etmək və artımı saxlamaq qabiliyyətidir. Adətən, şirkətin gəlirlilik dərəcəsi şirkətin fəaliyyət nəticələri haqqında hesabat verən mənfəət və zərər hesabatına əsaslanır; Ödəmə qabiliyyəti – uzunmüddətli perspektivdə kreditorlar və başqa üçüncü şəxslər qarşısında öhdəliklərini ödəmək qabiliyyətidir; Likvidlik – təcili öhdəliklərin yerinə yetirilməsi zamanı müsbət pul axınını dəstəkləmək bacarığıdır; Stabillik – firmanın və yaxud şirkətin öz fəaliyyətini həyata keçirərkən əhəmiyyətli itkilərə məruz qalmadan, uzunmüddətli perspektivdə biznesdə qalmaq qabiliyyətidir. Şirkətin sabitliyinin qiymətləndirilməsi həm mənfəət və zərər hesabatının, həm də mühasibat balansının, həmçinin, başqa maliyyə və qeyri-maliyyə göstəricilərinin istifadəsini tələb edir. Həm ikinci, həm də üçüncü verilmiş şərtlər mühasibat balansına əsaslanır ki, bu da müəyyən bir vaxtda biznesin maliyyə vəziyyətini göstərir. Maliyyə analitikləri tez-tez maliyyə göstəricilərini (ödəmə qabiliyyəti, gəlirlilik, artım və s.) müqayisə edirlər: Keçmiş göstəricilər – eyni şirkət üçün tarixi dövrlər üçün (məsələn, son 5 il ərzində) Gələcək göstəricilər – Tarixi şəxsiyyətlərdən və müəyyən riyazi və statistik üsullardan, o cümlədən indiki və gələcək dəyərlərdən istifadə etmək yolu ilə, bu ekstrapolyasiya üsulu maliyyə təhlilində səhvlərin əsas mənbəyidir, çünki keçmiş statistik məlumatlar gələcək perspektivlərin zəif proqnozlaşdırıcıları ola bilər. Müqayisəli göstəricilər – oxşar şirkətlər arasında müqayisə Maliyyə əmsallarının müqayisəsi maliyyə analizinin aparılmasının yalnız bir üsuludur. Maliyyə analitikləri faiz analizindən də istifadə edə bilərlər ki, bu da bir sıra rəqəmlərin bir baza məbləğindən faizlə azaldılmasını nəzərdə tuturdu.
Maliyyə bazarı
Maliyyə bazarı (lat. financia — mövcudluq, gəlir) — qiymətli kağızların, qiymətli metalların, valyutaların və digər investisiya alətlərinin borc alınması, buraxılması, alqı-satqısı ilə əlaqəli iqtisadi münasibətlər sistemi. Maliyyə bazarında kapitalın səfərbər edilməsi, kreditlərin verilməsi, mübadilə əməliyyatlarının həyata keçirilməsi və vəsaitlərin istehsalda yerləşdirilməsi mövcuddur. Fərqli ölkələrdən borc verənlərin və borcalanların kapitalına tələb və təklifin birləşməsi dünya maliyyə bazarını təşkil edir. Maliyyə bazarının tərkib hissələri bunlardır: kredit kapitalı bazarı (pul bazarı, kredit bazarı), valyuta bazarı, qiymətli kağızlar bazarı (ilkin, ikincil, üçüncü dərəcəli), sığorta və təkrarsığorta bazarı, qiymətli metal bazarı. Maliyyə bazarının işini şirkətlər, banklar və digər kredit və maliyyə təşkilatları, birjalar təmin edir. Fərdi şəxslərin maliyyə bazarındakı əməliyyatlarda iştirakı milli qanunvericiliklə müəyyən edilir. Ölkədən asılı olaraq, maliyyə bazarının tənzimlənməsi tək bir qurum (Rusiyada olduğu kimi) və ya bir neçə qurum tərəfindən idarə edilə bilər. Dünya maliyyə bazarının elementləri feodalizm dövründə yenidən formalaşmağa başladı. Əmtəə-pul münasibətlərinin inkişafı və qiymətli kağızların meydana çıxması ilə kapital bazarı formalaşdı.
Maliyyə hesabatları
Maliyyə hüququ
Maliyyə hüququ — subyekti dövlət funksiyalarının həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyəsinin (dövlət və yerli özünüidarəetmə fondlarının vəsaitlərinin) formalaşması və xərclənməsi ilə bağlı münasibətlər olan hüquq normalarının sistemidir. Maliyyə hüququnun hüquq və hüquq elminin bir sahəsi kimi ayrılması əsasən postsovet dövlətləri üçün xarakterikdir. Romano-German hüquq ailəsi ölkələrində dövlət maliyyəsi tam hüquqlu ayrıca hüquq sahəsindən daha çox inzibati və ictimai hüquq çərçivəsində hüquqi tədqiqatların nisbətən müstəqil sahəsi kimi nəzərdən keçirilir. Maliyyə hüququnun predmetinə əsasən vergi münasibətləri və müxtəlif səviyyələrdə büdcələrin formalaşdırılması və icrası üzrə fəaliyyətlər (dövlət vəsaitlərinin xərclənməsi, onların məqsədyönlü və səmərəli istifadəsinə nəzarət) daxildir. Sovet dövründə bank və sığorta sahəsində dövlət inhisarçılığı, o cümlədən valyuta inhisarı şəraitində müvafiq münasibətlərin tənzimlənməsi də maliyyə hüququna daxil edilirdi. İndi maliyyə hüququnun bir hissəsi kimi yalnız pul tədavülü və valyuta əməliyyatlarının tənzimlənməsinin nəzərə alınması nisbətən adi haldır, halbuki bank və sığorta işinin tənzimlənməsi mülki hüquq və inzibati hüquq elementləri olan mürəkkəb bir sahəyə çevrilmişdir. həm inzibati, həm də təşkilati münasibətlərin (məsələn, büdcə vəsaitlərinin ayrılması) və dövlət və özəl qurumların mülkiyyət münasibətlərinin (vergi öhdəlikləri kimi) tənzimlənməsi; inzibati hüquqla sıx əlaqə: dövlət pullarının xərclənməsi istiqamətləri dövlət funksiyalarının icrasından ayrılmazdır; inzibati qanunvericiliyin və doktrinanın inkişafının müasir tələblərdən geri qaldığı şəraitdə öz təbiətinə görə inzibati hüquqa aid olan prosedurların postsovet maliyyə hüququ çərçivəsində formalaşdırılması; məsələn, vergi yoxlamaları və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə prosedurları belə formalaşdırıldı; tənzimləmə predmetinin parçalanması: məsələn, vergi münasibətləri maliyyə hüququnun predmetinə daxil edilir, əks münasibətlər, məsələn, büdcədən sosial ödənişlərlə bağlı olanlar isə sosial təminat hüququ çərçivəsində nəzərdən keçirilir; dövlət maliyyəsinin formalaşması və xərclənməsi ilə bağlı münasibətlərin hüquqi mahiyyəti pul dövriyyəsinin və valyuta əməliyyatlarının tənzimlənməsindən əsaslı şəkildə fərqlənir. Нобель Петер. Швейцарское финансовое право и международные стандарты. М.: Инфотропик Медиа.
Maliyyə iqtisadiyyatı
Maliyyə iqtisadiyyatı — "pul fəaliyyətində cəmləşmə" ilə xarakterizə olunan iqtisadiyyatın bir hissəsidir ki, burada "əməliyyatın hər iki tərəfində bu və ya digər növ pullar görünə bilər". Beləliklə, real iqtisadiyyatla əlaqəli qiymətlər, faiz dərəcələri və səhmlər kimi maliyyə dəyişkənlərinin əlaqəsi ilə maraqlanır. İki əsas sahəyə malikdir: varlıq qiymətləri və korporativ maliyyə; birincisi kapital təmin edənlərin, yəni investorların, ikincisi kapital istifadəçilərinin baxış nöqtəsidir. Beləliklə, maliyyənin çox hissəsi üçün nəzəri əsaslar yaradır. Mövzu “iqtisadi məkanların həm məkanda, həm də zamanında qeyri-müəyyən bir mühitdə paylanması və yerləşdirilməsi” ilə əlaqədardır. Nəticə etibarilə, maliyyə bazarları və nəticədə ortaya çıxan iqtisadi və maliyyə modelləri və prinsipləri kontekstində qeyri-müəyyənlik qarşısında qərarların qəbul edilməsinə və qəbul edilə bilən fərziyyələrdən sınaq və ya siyasi nəticələr çıxarılmasına yönəlmişdir. Mikroiqtisadiyyat və qərar nəzəriyyəsinin əsasları üzərində qurulmuşdur. Maliyyə ekonometriyi, bu münasibətləri parametrləşdirmək üçün ekonometrik metodlardan istifadə edən maliyyə iqtisadiyyatının bir hissəsidir. Riyazi maliyyə, maliyyə iqtisadiyyatı tərəfindən təklif olunan riyazi və ya ədədi modelləri əldə edəcək və genişləndirəcəkdir. Burada iqtisadi nəzəriyyə ilə uyğunlaşmaqdan çox riyazi tutarlılığa diqqət yetirilir.
Maliyyə nəzarəti
Maliyyə nəzarəti — təsərrüfat subyektlərinin və rəhbərliyin fəaliyyətinin maliyyə və əlaqəli məsələlərini onun təşkilinin konkret forma və üsullarından istifadə etməklə yoxlamaq üçün tədbirlər və əməliyyatlar məcmusudur. Maliyyə nəzarəti təsərrüfat subyektlərinin fəaliyyətində maliyyə və onunla əlaqədar olan məsələlərin işlənməsi, həmçinin onun təşkilinin özünəməxsus metodlarının və formalarının dəyişməsi üzrə əməliyyatların məcmusudur. Maliyyə nəzarəti iqtisadiyyatda milli məhsulun natural və dəyər göstəriciləri tarazlığındakı pozuntuları, makro və mikro iqtisadi tənzimləmə prosesində bu və ya digər uyğunsuzluqları aşkara çıxarmaq üçün alət kimi istifadə olunur. Maliyyə nəzarəti sferasına pulun istifadə olunması ilə həyata keçirilən bütün əməliyyatlar daxildir. Bu zaman ilk növbədə maliyyə ehtiyatlarının formalaşdırılması, həmçinin. fəaliyyətin bütün növləri üzrə pul vəsaitləri fondlarının qarşılıqlı əlaqələri qeyd edilməlidir Konkret olaraq maliyyə nəzarətinə aşağıdakı istiqamətlər daxildir: iqtisadi qanunların tələblərinə nəzarət olunması məcmu ictimai məhsulun dəyərinin və milli gəlirin bölgüsü və yenidən bölgüsü büdcənin tərtib edilməsi və büdcə nəzarəti vergi nəzarəti Sadalanan istiqamətləri baxımından maliyyə nəzarəti aşağıdakıların düzgünlüyünü əhatə edir: dəyər göstəricilərinin formalaşmasının və təsərrüfat subyektlərinin fəaliyyətinin maliyyə nəticələrinin büdcənin və büdcədənkənar fondların tərtib olunmasının və icrasının qeyri-kommersiyatəşkilatlarınınsmetasınınxərclənməsinin büdcə vəsaitlərinin məqsədli istifadəsinin vergi ödənişlərinin, vergi ayırmalarının tamlığının və vaxta müvafiqliyinin D. Q. Çernik maliyyə nəzarətinin mahiyyətini bu qaydada açıqlayır: "Maliyyə nəzarəti maliyyənin nəzarət funksiyasının həyata keçirilməsinin forması kimi çıxış edir. Onun məzmunu və təyinatı təsərrüfat subyektlərinin, sahə (idarə) və ərazi idarəetmə subyektlərinin maliyyə fəaliyyətinin yoxlanılmasından ibarət olur. Maliyyə nəzarəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə xidmət edir: maliyyə vəsaitlərinə olan tələbatlar və vəsaitlərin formalaşması arasında tarazlığın təmin edilməsi; dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin tam və vaxtında təmin edilməsi; müəssisə və təşkilatların pul vəsaitlərindən səmərəli istifadə olunmasına, uçot və hesabat işlərinin düzgün qurulmasına kömək etmək; qüvvədə olan qanunvericilik və normativ aktlara riayət olunmasına nəzarəti gücləndirmək; müəssisələrin xarici-iqtisadi fəaliyyətində yüksək fəallığa nail olunmasına köməklik etmək Beləliklə, demək olar ki, maliyyə nəzarəti – xüsusi forma və üsul tətbiq etməklə təsərrüfat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı əməliyyatların yoxlanması məcmusundan ibarətdir Məlumdur ki, maliyyə bir kateqoriya olaraq pul fondlarının yaradılması və istifadəsi, gəlirlərin meydana çıxması ilə bağlı olan bölgü münasibətləridir. Eyni zamanda maliyyənin fəaliyyət göstərməsi istehsal fondlarından səmərəli istifadəni, istehsalın qiymət strukturunu tənzimləyir, yönəldiyi obyektləri stimullaşdırır, nizamlayır və möhkəmləndirir. Maliyyə bölgü kateqoriyası olduğundan onun bölgüdə iştirakı şəksizdir.
Maliyyə piramidaları
Piramida sxemi (Ponzi sxemi) — sərmayə qoymaq, mal satmaq və ya xidmətlər göstərməklə deyil, sxemdə iştirak edənlərin sayını artırmaqla nağd ödəmələr və ya başqa bir gəlir forması vədinə əsaslanan iş modeli. Sxem üzvlərinin sayı həndəsi irəliləmənin qanunlarına görə artdıqca, üzvlərin çoxunun qazanc əldə edə bilməməsi səbəbindən yeni gələnləri cəlb etmək mümkün olmayacaq. Piramida sxemləri qeyri-sabitdir və çox vaxt qanunsuzdur. Bir neçə pilləli marketinq planları piramida sxemləri kimi təsnif edilmişdir. Piramida sxemlərində təşkilatçılar müraciət edənləri işi qəbul etdikləri yeni üzvlərdən aldıqları pulun bir hissəsini yeni üzvlərə vəd edərək giriş haqqı ödəməyə məcbur edirlər. Toplanan vəsaitlərin bir hissəsi, hər hansı bir real iş görüb-etməməsindən asılı olmayaraq sxemin faydalı olduğu təşkilatçıların gəlirləridir. Sxemə üzvlüyün özü yeni gələnləri cəlb etməyə və piramidanın zirvəsinə pul köçürməyə davam etmək üçün güclü bir təşviq olur. Belə təşkilatlar nadir hallarda mal və ya xidmətləri real qiymətə satırlar. Bu sxem üçün əsas gəlir mənbəyi çox sayda yeni gələnləri cəlb etmək və ya mövcud üzvlərdən əlavə ödəniş tələb etməkdir. Piramidaların davranışı eksponent bir böyümə cədvəlini çox yaxından izləyir.