MEHMAN

is. [ fars. ] Qonaq.
Bir-iki gün ki, sənə, ey nigar, mehmanəm; Nolur əgər tutasan hörmətin bu mehmanın? S.Ə.Şirvani.

□ Mehman etmək (eləmək) – qonaq etmək, qonaq saxlamaq.
Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eyləyəm. M.P.Vaqif.

Mehman olmaq – qonaq olmaq.
Olsa bir şəxs gər sənə mehman; Eylə ol şəxsə ehtirami-tamam. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MEHMAN qonaq
  • MEHMAN mehman bax qonaq

Etimologiya

  • MEHMAN “Qonaq”deməkdir. Mehmandar sözü ilə kökdaşdır. Mehmandar “qonaq qarşılayan, qonaq yola salan, qonaqcıl”deməkdir
MEHLİ
MEHMANXANA
OBASTAN VİKİ
Mehman
Mehman — qonaq, kişi adı, təxəllüs. Mehman Ağayev — Mehman Şükürov — Mehman Hüseynov — Mehman Ələkbərov — Mehman Dəmirli — Mehman Qafarov — Mehman Ramazanov — Digər Mehman (povest) — Süleyman Rəhimovun əsəri.
Mehman (Həştrud)
Mehman (fars. مهمان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (35 ailə).
Mehman (ad)
Mehman — qonaq, kişi adı, təxəllüs. Mehman Ağayev — Mehman Şükürov — Mehman Hüseynov — Mehman Ələkbərov — Mehman Dəmirli — Mehman Qafarov — Mehman Ramazanov — Digər Mehman (povest) — Süleyman Rəhimovun əsəri.
Mehman (povest)
Mehman — Süleyman Rəhimovun yazdığı böyük əsər, povest. Əsər əsasında "Qanun naminə" adlı film çəkilmişdir. Burada Mehman adında bir oğlan rayonda prukror olur. Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə canını qurban verməli olur.
Mehman Abdullayev
Abdullayev Mehman Qəhrəman oğlu (2 fevral 1958, Göyçay) — Azərbaycan tarixçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri. == Həyatı == Mehman Abdullayev 2 fevral 1958-ci ildə Göyçay şəhərində anadan olub. Ağdaş kənd təsərrüfatı texnikumunda müəllim və fənn komissiyasının sədri (1980–1985), BDU-nun Tarix fakültəsinin "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasında laborant (1985), baş laborant (1987), müəllim (1990), baş müəllim (1993), dosent (1996), BDU-nun Tarix fakültəsinin "Azərbaycan tarixi" (təbiət fakültələri üzrə) kafedrasında müdir əvəzi (2004–2006), müdir (2006-hal hazırda) vəzifələrində işləyib. "Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər" mövzusunda dərs deyir. 30 məqalə, 1 monoqrafiya, 8 kitabın müəllifidir. == Seçilmiş əsərləri == XIX əsrin 20–30-cu illərində Şimali Azərbaycanın dövlət kəndində rus çarizminin maliyyə siyasəti "Tarix və onun problemləri"jurn.,2001, I sayı Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması. Kürəkcay müqaviləsi (Müqavilənin bağlanmasının 200 illiyinə) "Tarix və onun problemləri"jurnalı, 2005, II sayı XVIII əsrin II yarısı-XIX əsrin ortalarında Azərbaycanda vəqf institutu(Qarabağa aid materiallar əsasında) Bakı Universitetinin Xəbərləri(humanitar elmlər seriyası). Bakı, 2007, sayı 1 Naxçıvan xanlığına aid kəngərli sənədlərində mülk torpaq sahibliyinin xüsusiyyətləri. "Azərbaycan tarixinin aktual problemləri" adlı elmi metodiki konfransı "Tarix və onun problemləri"jurnalı, 2007, III sayı Rusiya İmperiyasının Azərbaycanda müstəmləkə siyasətinin bəzi aspektləri (XIX əsrin ilk onillikləri) // "Geostrategiya" № 1, Yanvar-fevral 2013, Azərbaycan Səfəvi Dövlətinin Tarixinə Bir Baxış: Tariximizin şanlı səhifəsi və Qürur Mənbəyimiz // TQDK. Abituriyent jurnalı № 2, 2013 Вакфная земельная собственность в Азербайджане в период ханств: "Хабаршы" тарих сериясы, Вестник Казахский Национальный Университет имени Аль- Фараби № 2 (69)2013 1918-ci ilin Mart soyqırımı — Təhsil jurnalı № 03, 2014 (http://www,sciencepublishinggroup.com/j/history) Wakf in the socio-ekonomic structure of Azerbaijan, the place of Wakf property (on the basis of archival materials of Etchmiadzin monastery) Xanlıqları Döründə Azərbaycanda Ali Zümrənin tərkibi və statusu. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları, 21–23 may 2018 il s.
Mehman Allahverdiyev
Mehman Allahverdiyev (13 yanvar 1960, Kirovabad) — Azərbaycanlı futbol mütəxəssisi. == Bioqrafiya == Mehman Allahverdiyev Azərbaycan rekordunun müəllifidir. O, bir oyunda 10 qol vurub. Sonradan "Kəpəz"in baş məşqçisi kimi 3 Azərbaycan çempionluğu və 4 kuboku qazanan sabiq hücumçu 1992-ci ildə güclülər dəstəsində buna nail olmuşdur. O, Cəlilabadın "Ümid" komandası ilə görüşdə 10 dəfə rəqib qapıçını məyus etmişdi.Mehman Allahverdiyev məşqiçilik karyerasında 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb. Azərbaycanın ən titullu məşqiçilərindəndir. 2013-cü ildən Azərbaycanın əməkdar məşqiçisidir. Məşqçilik karyerası ərzində "Kəpəz" PFK-da çalışıb. Gəncədə futbol deyiləndə ilk ağıla gələn şəxs məhz Mehman Allahverdiyevdir. Təbii ki, bu da onun uğurları və nəticələri ilə bağlıdır.
Mehman Alıyev
Mehman Alışanov
Mehman Alışanov - "Qarabağ" klubunun yarımmüdafiəçisi, Azərbaycan milli çempionatında ilk qolun müəllifi. Narkotika alverinə görə təqsirli bilinərək həbs olunub. == Həyatı == Mehman Alışanov 1993-cü ildə Ağdamın "Qarabağ" klubunun heyətində həm ölkə çempionu, həm də ölkə kubokunun sahibi olub. Peşəkar futbolçu karyerasını 2008-ci ilin mayında başa vurub, bundan sonra Bakıya köçərək fəhləliklə pul qazanıb. Daş sexində çalışan futbolçu Nəbi Bayramov adlı şəxslə işbirliyinə girmiş, kokain sataraq pul qazanmışdıq. Xətai rayonunun hüquq-mühafizə orqanları tərəfindən yaxalanmışdır. == Karyerası == Mingəçevir futbol məktəbinin yetirməsi olan Mehman Alışanovun karyerasının əsas hissəsi doğulub-boya başa çatdığı şəhərin təmsilçiləri - "Kür-Nur" və "Energetik"lə bağlıdır. O, 1992-ci ildə startı verilən birinci milli çempionatda ilk qolun müəllifi kimi tarixə düşüb. Karyerası boyu "Qarabağ" (1992-93, 96/97 mövsümünün ikinci yarısı; 65 oyunda 15 qol), "Kür-Nur" (1993-95, 96/97 və 97/98 mövsümlərinin ilk yarısı; 48 oyunda 3 qol), "Şəmkir" (1997/98 mövsümünün ikinci yarısı), "Viləş" (1998/99; 25 oyunda 1 qol), "Turan" (1999/2000; 9 oyun) klublarında çıxış edən Alışanov güclülər dəstəsində 156 matçda 19 dəfə fərqlənib. Son 5 mövsümü birinci divizionda Mingəçevirin "Energetik" klubunda keçirən yarımmüdafiəçi 64 görüşdə 4 qola imza atıb.
Mehman Ağayev
Mehman Ağayev (31 avqust 1946, Masallı rayonu – 15 aprel 2021, Bakı) — tibb elmlər doktoru, professor-nefroloq, Azərbaycan Tibb Universitetini Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu (2011–2019). == Həyatı == Mehman Ağayev 31 avqust 1946-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 1962-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1968-ci ildən 1970-ci ilə qədər Leninqrad Elmi-Tədqiqat Neyrocərrahiyyə institutuna kliniki ordinaturaya göndərilmişdir. 1971-ci ildən Respublika Klinik Uroloji Xəstəxanasında həkim-nefroloq kimi işləmişdir. 1976-cı ildə Respublika Klinik Uroloji Xəstəxanasında "Böyrəkköçürmə və hemodializ şöbəsi"nin müdiri təyin olunmuş və eyni zamanda Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun "Hemodializ və Böyrəkköçürmə Laboratoriya"sında baş elmi işçi, 1983-cü ildə həmən laboratoriyanın müdiri seçilmişdir. 1986-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institunda nefrologiya kafedrasnın professoru vəzifəsinə seçilmiş və professor adını almısdir. 1990-cı ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru seçilmiş və hal-hazıradək həmin vəzifədə çalışır. 2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar Həkimi" fəxri adına layiq görülmüşdür.
Mehman Baxışov
Mehman Baxışov (futbolçu)
Mehman Cavadoğlu
Mehman Cavadoğlu (11 dekabr 1955, İsmayıllı rayonu) — yazıçı == Həyatı == Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1978–1988-ci illərdə "Sovet kəndi" qəzetinin müxbiri və şöbə müdiri vəzifələrində çalışıb. 1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən — Azərbaycan Xalq Cəbhəsi yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi bülletenlərinin, 1990-cı il 20 yanvar hadisələrindən sonra qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin nəşr olunmasında iştirak edib. 1991–1992-ci illərdə "Müxalifət" qəzetinin redaktoru olub. 1991-ci ildə AXC Ali Məclisinin üzvü seçilib. 1992-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru təyin edilib. Həmin ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin bərpa prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş redaktoru olub.
Mehman Dadaşov
Mehman Dəmirli
Mehman Dəmirli (Dəmirli Mehman Əlişah oğlu; d. 1964. Ərəbqədim, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ) — Hüquq elmləri doktoru, professor. “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Avropa İttifaqı hüququ və müqayisəli hüquqşünaslıq kafedrasının professoru. == Həyatı == Dəmirli Mehman Əlişah oğlu 1964-cü il yanvarın 23-də Azərbaycan Respublikası Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub. 1990-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini, 1994-cü ildə isə həmin universitetin aspiranturasını (qiyabi) bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında dövlət-hüquq şöbəsində işləyib. 1994-2003-cü illərdə Bakı Dövlət Universitetinin dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası və Bakının digər ali məktəblərində dərs deyib. M.Dəmirli 1998-ci ildə Odessa Dövlət Hüquq Akademiyasında (indiki “Odessa Hüquq Akademiyası” Milli Universiteti) “Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövlət quruluşu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2005-ci ildə isə Yaroslav Mudrı adına Ukrayna Milli Hüquq Akademiyasında (Xarkov) “dövlət və hüquq tarixi və nəzəriyyəsi” ixtisası üzrə “Tarixi-hüquqi idrakın predmet sahəsi: ənənə və yenilənmə (epistemoloji analiz)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Mehman Hacıyev
Mehman Hüseynov
Mehman Rafiq oğlu Hüseynov (24 noyabr 1989, Bakı) — foto və video bloqqeri, siyasətçi, "Sancaq" səhifəsinin sahibi. == Həyatı == Mehman Hüseynov 24 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr təhsili alıb. === Həbs edilməsi === Mehman Hüseynov həbs olunmamışdan əvvəl onun başına torba keçirilib polislər tərəfindən qaçırılmışdı. O deyirdi ki, artıq nəfəs ala bilmirdim. 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsində, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin Mehman Hüseynovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham iddiası üzrə məhkəmə prosesi baş tutdu. Hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən proses qısa sürdü və Mehman Hüseynov 2 il müddətində azadlıqdan məhrum edildi. === Yenidən cinayət işi === Mehman Hüseynova dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək ona bədən xəsarəti yetirməsi iddiası ilə yenidən Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıldı. === Həbsdən azad edilməsi === 2019-cu ilin yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirib. Mitinqin keçirilmə məqsədi bloger Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.
Mehman Həsənov
Mehman Muradov
Mehman Musayev
Mehman Musayev (tam adı Mehman Musa oğlu Musayev) — professor. 5 sentyabr 2019-cu ildə vəfat etdi == Həyatı == Mehman Musayev 1950-ci il avqust ayının 14-də Azərbaycan Respublikası Kürdəmir rayonunda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət universitetini, 1975-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu,1995-ci ildə isə Azərbaycan Respublikası Yüksək Təsnif Qurumunu bitirmişdir. Hal-hazırda Türkiyə Respublikasında yaşayır. Qazi Universiteti, Fən-Ədəbiyyat Fakultəsi; Çağdaş Türk Lehçələri və Ədəbiyyatları Bölümündə fəaliyyət göstərir. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === 1975-1979 – Moskvada SSCB Elmlər Akademiyası Dilçilik İnstitutunda; 1978-1992 – Bakıda Elmlər Akademiyasında və Üniversitelərdə Dilbilim ve Türkologiyaya aid müxtəlif kurs və seminarlar; 1993-2004 – Ankara və Türkiyədə müxtəlif üniversitelerde Türkologiyaya aid müxtəlif kurs və seminarlar; 1993-2008 – TRT, TRT İNT Avrasiya proqramlarında, Türk Dünyasına ve Türkologiyaya aid çıxışlar.
Mehman Məmmədov
Mehman Nadirov
Mehman Qəhrəman oğlu Nadirov (1960, Puşkin rayonu) — səs mühəndisi, səs rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2009) Evlidir, 3 övladı var. == Fəaliyyəti == 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Səsyazma-montaj sexlərinin rəisi və səs rejissorudur. Mehman Nadirov bir çox filmlərdə səs rejissoru kimi fəaliyyət göstərmişdir. == Ad == Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2009) == Filmoqrafiya == Səs mühəndisi kimi Yalan (film, 2005) (tammetrajlı bədii film) Səs rejissoru kimi İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film) Biz birlikdə qalib gələcəyik (film, 2011) Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film) İlahi məxluq (film, 2011) (tammetrajlı bədii film) Balaca ev (film, 2012) Axırıncı dayanacaq (film, 2014) (tammetrajlı bədii film) Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film) Qatil (film, 2015) (tammetrajlı bədii film) Səs operatoru kimi IX korpus (film, 2012) (qısametrajlı sənədli film) Çölçü (film, 2012) (tammetrajlı bədii film) "Ağ-qara" gecələr (film, 2013) (tammetrajlı bədii film) Digər Xeyirxah kirpi (film, 2009) (cizgi filmi) Vəsiyyət (film, 2011) (qısametrajlı bədii film) Tırtılın arzusu (film, 2010) (cizgi filmi) İstədiyin yar (film, 2012) Nizami (film, 2012) (qısametrajlı sənədli film) Balaca ev (film, 2013) (cizgi filmi) Mahmud və Məryəm (film, 2013) (tammetrajlı bədii film) Qisas almadan ölmə.
Mehman Qafarov
Mehman Quliyev
Mehman Qənbərov
Mehman Nəriman oğlu Qənbərov (27 may 1981; Ağdam rayonu, Azərbaycan SSR — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehman Qənbərov 1981-ci il mayın 27-də Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehman Qənbərov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehman Sayadov
Mehman Sayadov (Sayadov Mehman Qəzənfər oğlu; 21 noyabr 1972, Canəhməd, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Mehman Səlimov
Mehman Səlimov (12 avqust 1955, Qızılkilsə, Dmanisi rayonu – 19 dekabr 2023, Gəncə) — Azərbaycanlı hərbçi, polkovnik. Azərbaycanın müdafiə nazirinin siyasi və ictimai işlər üzrə sabiq müavini (1995–1999). == Həyatı == Mehman Əmirxan oğlu Səlimov 1955-ci il avqustun 12-də Gürcüstan SSR-in Dmanisi rayonunun Qızıl-Kilsə kəndində anadan olmuşdur. 1962–73-cü illərdə Dmanisi 1 saylı rus məktəbində tam orta, 1974–78-ci illərdə isə Donetsk Ali Siyasi Hərbi Məktəbində ali təhsil alıb. 1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1984-cü ildə V. İ. Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə akademiyanı bitirmişdir. 1987-ci ildən Zaqafqaziya Hərbi Dairəsində Ermənistan SSR-in o vaxtkı Leninakan, indiki Gümrü şəhərində 120-ci tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1989–1990-cı illərdə Gəncədə 130-cu tank alayı komandirinin siyasi məsələlər üzrə müavini işləyib. 1990–1991-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Bakıdakı 295-ci motoatıcı diviziyası komandirinin müavini-siyasi şöbənin rəisi vəzifəsində çalışmışdır. 1991-ci ilin yayından başlayaraq gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu quruculuğuna, Müdafiə Nazirliyi strukturunun formalaşmasına dəstək verməyə başlamış və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi andının müəllifidir.
Kərim bəy Mehmandarov
Əbdül Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov (2 dekabr 1854, Şuşa – 20 dekabr 1929, Şuşa, DQMV) — Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri. == Həyatı == Əbdül Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov 1854-cü ildə Şuşa şəhərində doğulmuşdu. 1872-ci ildə Bakı şəhər gimnaziyasını bitirmişdi. Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olmuşdu. 1877-ci ildə akademiyanı tamamlayıb Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləmişdi. 1873-cü ildə Azərbaycana dönmüş, Yelizavetpol quberniyasının Cavanşir qəzasında həkim kimi çalışmışdı. Sonra Şuşa şəhərinə dəyişilmişdi. Şəhərdə çalışarkən ictimai işlərdə də fəal iştirak etmişdi. O, 1929-cu ildə vəfat edib. == Siyasi fəaliyyəti == 1895-ci ildə Məmmədrza ağa Vəkilov və Əbdülxalıq Axundov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis edib.
Mehman-i Şəhr Sultaniyə (Sultaniyə)
Mehman-i Şəhr Sultaniyə (fars. ميهمان شهرسلطانيه‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 28 nəfər yaşayır (10 ailə).
Mehman Alıyev (Şəhid)
Mehman Baxışov (futbolçu)
Mehman Nüsrət oğlu Baxışov (15 noyabr 1969, Mingəçevir) — Azərbaycanlı məşqçi, futbolçu. == Həyatı == Mehman Baxışov 15 noyabr 1969-cu ildə Mingəçevirdə anadan olub. == Karyera == Futbolçu karyerası: Avtomobilçi Mingəçevir, Kür-Nur Mingəçevir, Viləş Masallı, Kəpəz Gəncə. Azərbaycan çempionatlarında və kubok yarışlarında 71 qol vurub.
Mehman Baxışov (general)
Baxışov Mehman Abbas oğlu (28 iyul 1959, Altıağac, Xızı rayonu) — Müdafiə Sənayesi nazirinin müavini General-mayor (2013). == Həyatı == Mehman Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altıağac kəndində anadan olmuşdur. 1966-cı ildə Abşeron rayonu Altı-Ağac orta kənd məktəbinin rus sektorunun 1-ci sinfinə getmişdir, 1974-cü ilə qədər həmin məktəbdə təhsil almışdır, 1974-cü ildən 1976-cı ilə qədər təhsilini C. Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir, 1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbi hərbi mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. == Hərbi xidməti == 1974-cü ildə C. Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 1976-cı ildə həmin liseyi bitirmişdir. 1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbin hərbi mühəndis-texnoloq fakültəsini bitirmişdir. 1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayınadək SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir 1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis vəzifəsində xidmət etmişdir. 1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində xidmət etmişdir. 1990–1991-ci illərdə Marşal Timoşenko adına Ali Hərbi Akademiyasının "SSRİ Müdafiə Nazirliyinin Hərbi nümayəndələr" ixtisası üzrə Rəhbər Mühəndislər Heyəti fakültəsini bitirmişdir. 1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini vəzifəsində xidmət etmişdir. 1992–1993-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak etmiş, çətin döyüş tapşırıqlarını yerinə yetirmişdir.
Mehman Məmmədov (20 Yanvar şəhidi)

Digər lüğətlərdə