Mehman Xudaşükür oğlu Əliyev (1 yanvar 2002, Xolqarabucaq, Neftçala rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.
Mehman Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xolqarabucaq kəndi, Neftçala rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu |
Vəfat səbəbi | Şəhid olmuşdur. |
Dəfn yeri | Neftçala rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Təltifləri | 2020 2020 |
Mehman Əliyev 1 yanvar 2002-ci il tarixində Azərbaycanın Neftçala rayonu Xolqarabucaq kəndində anandan olmuşdur.[1] O, 2007-ci ildə Neftçala rayonu Xolqarabucaq kənd Faiq Həziyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbin məzunu olmuşdur.
Mehman Əliyev 7 yanvar 2020-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Ağcabədi rayonunda etmişdir. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Xocavənd uğrunda döyüşmüşdür. Mehman Əliyev Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. O, oktyabrın 27-də Neftçala rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehman Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]