MİKAYIL

Allahın bəndələrinə ruzi paylayan dörd mələyindən biri (Cəbrayıl, Əzrayıl, Mikayıl, İsrafil).
MİFOLOJİ
MİQAT
OBASTAN VİKİ
Elnur Mikayıl
Katolikos Mikayıl
Katolikos Mikayıl — Albaniyanın XXI katolikosu. Katolikos I Simeonu əvəz etmişdi. Şəkidə bir kilsədə keşiş idi. Moisey Kalankatlının çatdırdığı məlumata əsasən 711-ci ildə imperator Bardanes Filippikos tərəfindən Şahzadə Qaqikə verilən xaç hissəciyi daha sonra ona verilmişdi. Makenos monastırının keşişi Solomonu dəvət edib, baba-nənələri bir olan qohumları ilə evlənən Albaniya əyanlarını lənətləmişdi. Bunlarla birlikdə qohumları ilə evlənməyə icazə verən gürcü katolikosu Talila da lənətlənmişdi.
Mikayıl Müşviq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Mikayıl Məmmədzadə
Mikayıl İlqar oğlu Məmmədzadə (10 oktyabr 1994; Sumqayıt şəhəri, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Mikayıl Məmmədzadə 1994-cü il oktyabrın 10-da Sumqayıt şəhərində anadan olub. 2001—2009-cu illərdə C.Səfərov adına 10 saylı tam orta məktəbdə, 2009—2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2012—2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Mikayıl Məmmədzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edib. 2018-ci ildən xidmətini “baş leytenant” hərbi rütbəsi altında davam etdirirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Mikayıl Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mikayıl Məmmədzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı, Kəlbəcər rayonu ərazisində Camışdağ - Qaragöl istiqamətində şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib.
Mikayıl Nərimanoğlu
Quliyev Mikayıl Nəriman oğlu (9 mart 1965, Zəngilan) — əməkdar jurnalist. 1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Zavod həyatı", "7 gün" "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti", və digər mətbuat orqanlarında, lent.az, publika.az, 1news.az, sportnews.az saytlarında və UEFAdirect, "Neft və Qaz" jurnallarında müxtəlif səpkili yazıları dərc olunub. 1988-ci ildən mətbuatda çalışır. İlk öncə "Zavod həyatı" qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi və eyni zamanda 2006-cı ildə AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin baş redaktoru vəzifəsində işləyib. "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı (www.affa.az) saytı 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) operativ fəaliyyət göstərir. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı (www.affavideo.az) və internet TV (www.affatv.az) yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında müstəsna xidməti olub.
Mikayıl Nəzərov
Mikayıl Əziz oğlu Nəzərov (yanvar 1933, Bakı – 2009, Bakı) — Azərbaycan sovet və partiya xadimi. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu və Sov. İKP MK yanında Ali Partiya məktəbini bitirmişdir. Azərbaycan KP Lenin RK-də təlimatçı, şöbə müdiri vəzifələrində işləmişdir. 1966-cı ildə Azərbaycan KP Lenin RK-nin Katibi seçilmişdiir. 1968-ci ildən partiya işinin təşkili şöbəsində inspektor, MK–nin ikinci Katibinin köməkçisi, 1971-ci ildən isə ticarət, plan və maliyyə təşkilatlarının şöbə müdiri olmuşdur. 1982-ci ildən Azərbaycan KP MK-nin ticarət və məişət xidməti şöbəsinin müdiri, 1986-cı ildən Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri olmuşdur. 1990-cı ildən Azərbaycan Respublikası Prezidenti aparatının rəhbəri, 1991-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin işlər müdiri olmuşdur. Mikayıl Nəzərov VIII–XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Mikayıl Nəzərov Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu Ordenləri ilə təltif edilmişdir.
Mikayıl Orucov
Mikayıl Qasımov
Mikayıl Rzaquluzadə
Mikayıl Manaf oğlu Rzaquluzadə (17 mart 1905, Bakı – 10 noyabr 1984, Bakı) — nasir, şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın qabaqcıl maarif xadimi (1968), əmək veteranı (1976). Ədəbi təxəllüsü otuzuncu illərdə "Mim-Re", "M.R.", "R. Mikayıl", sonralar "M. Rzaquluzadə" olmuşdur. Birinci Azərbaycan Ali Pedaqoji İnstitutu nəzdində "A.Şaiq adına nümunə məktəbi"nə çevrildi. O, həmin məktəbin son sinfində ikən ekstern imtahan verib Ali Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olmuşdur. Bütün təhsil müddətində müvazi olaraq: Azərbaycan hərbiyyə-bəhriyyə komissarlığında rabitəçi (1920-1921), Bakı vilayət hərbi komissarlığında jurnalist (1922-1923), Bakıda Sabir adına kitabxanada və fəhlə rayonlarının kitabxanalarında kitabxanaçı, Bakı mərkəzi kitabxanasında kollektor müdiri, pedaqoji institut kitabxanasının müdir müavini, müdiri vəzifələrində işləmişdir (1926-1927). İnstitutu bitirdikdən sonra Gəncə pedaqoji texnikumunda, həm də fəhlə fakültəsində ədəbiyyat və pedaqogika-psixologiya müəllimi işləmişdir (1927-1931). Bu dövrdə Gəncə müəllimlər evində ədəbiyyat dərnəyinin rəhbəri, "Qızıl Gəncə" jurnalı redaksiya heyətinin və Azərbaycan Proletar Yazıçıları İttifaqı Gəncə şöbəsinin büro üzvü və s. ictimai işlərdə çalışmışdır. Moskvada İkinci Dövlət Universiteti yanında olan Pedaqoji Psixologiya-Pedologiya Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır (1931-1934).Eyni zamanda SSRİ Xalq Komissarları Şurası yanında qanun və qərarlar nəşriyyatının Azərbaycan şöbəsində tərcüməçi və stenoqrafiya kurslarında ədəbiyyat müəllimi işləmişdir. Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi, Azərnəşrdə tərcüməçi və redaktor olmuş, qısa fasilələrlə "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında məsul katib, "Azərbaycanfilm" kinostudiyasında, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində baş redaktor, "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışmışdır.
Mikayıl Rəfili
Mikayıl Həsən oğlu Rəfili (12 (25) aprel 1905 və ya 1905, Borsunlu, Yelizavetpol qəzası – 25 aprel 1958 və ya 1958, Bakı) — şair, ədəbiyyatşünas, tənqidçi, 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1944), professor (1945). Mikayıl Rəfili 1905-ci il aprelin 25-də Yelizavetpol qəzasının (indiki Goranboy rayonu) Borsunlu kəndində varlı kəndli ailəsində doğulmuşdur. Yelizavetpol klassik gimnaziyasında təhsil almışdır. Bu dövrdə bədii yaradıcılığa başlamışdır. Onun "Mikayıl Rəfizadə" imzası ilə ilk qələm təcrübələri "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi "Əfkari-Mütəəllimin" jurnalında (1919, 2,3 nömrələrində) dərc olunmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri olmuş, kəndin mədəni həyatında fəal çalışmış, komsomol sıralarına qəbul olunmuşdur. 1921-ci ildə orta təhsil almaq məqsədilə Gəncəyə gəlmiş, eyni zamanda ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdir. "Rosta" qəzetində iştirak etmişdir. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi, 1924-cü ildə olur. "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyir.
Mikayıl Rəhimli
Mikayıl Rəhman oğlu Rəhimov (1962, Sirab, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatı, Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri Mikayıl Rəhman oğlu Rəhimov 1962-ci ildə Naxçıvan rayonunun Sirab kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Təyinatla 4 nömrəli Naxçıvan Yol İstismar İdarəsində çalışmışdır. Bir müddət sonra həmin idarənin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri olmuşdur. İqtisad üzrə fəlsəfə doktorudur. Mikayıl Rəhimov 1991-ci ildən 1994-cü ilədək Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Mikayıl Rəhimov 1990-cı illərdən aktiv siyasi fəaliyyətə başlamışdır. O, 1990-cı il tarixində keçirilmiş Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə Azərbaycan Xalq Cəbhəsi sıralarından 36 nömrəli Sirab seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və seçilmişdir. O, 1995-ci ilədək deputat kimi fəaliyyət göstərmiş, eyni zamanda Ali Məclisin Rəyasət Heyətinin üzvü seçilmişdir. Mikayıl Rəhimov 8 oktyabr 2010-cu ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuşdur.
Mikayıl Rəhimov
Mikayıl Rəhimov (zootexnik)
Mikayıl Tarıverdiyev
Mikael Tariverdiyev (erm. Միքայել Լեոնի Թարիվերդիև; 15 avqust 1931[…], Tiflis – 25 iyul 1996, Soçi, Krasnodar diyarı) — erməni əsilli sovet bəstəkarı. RSFSR xalq artisti (1986).
Mikayıl Useynov
Mikayıl Ələsgər oğlu Useynov (6 (19) aprel 1905, Bakı – 7 oktyabr 1992, Bakı) — Azərbaycan sovet memarı və memarlıq tarixçisi, professor (1939), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950–1956; müxbir üzv 1941), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ xalq memarı (1970), Sosialist Əməyi Qəhrəmanı (1985), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), SSRİ dövlət mükafatı laureatı (1941), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967), memarlıq doktoru (1950), Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1985), SSRİ Ali Sovetinin IV və V çağırış deputatı (1954–1962), Azərbaycan SSR Ali Sovetinin deputatı (3-cü çağırış — 1951–1954, 6-cı və 11-ci çağırışlar — 1963–1990). Mikayıl Useynov 19 aprel 1905-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 1922–1929-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunda mühəndis-inşaat fakültəsinin mühəndis-memar ixtisası üzrə təhsil almışdır. 1930–1959-cu illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuş, 1960–1990 illərdə məsləhətçi (konsultant) işləmişdir. 1947–1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika — texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü (akademik) oldu. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək Sadıq Dadaşovla birgə yaratmışdır. 1948–1988-ci illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982 ildə Bakı şəhərinin fəxri vətəndaşı seçilmişdir. 1992-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva şöbəsinə fəxri üzv seçilmişdir.
Mikayıl Vahabzadə
Mikayıl Yaqub oğlu Vahabzadə (25 iyun 1993, Maçaxı, İsmayıllı rayonu – 2 aprel 2016, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Vahabzadə Mikayıl Yaqub oğlu 1993-cü il iyun ayının 25-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub Mikayıl 2000-ci ildə Maçaxı kəndinin 4 illik ibtidai məktəbinin 1-ci sinfinə gedib. Mikayıl 2004-cü ildə 4 illik təhsilini fəallıqla başa vurduqdan sonra təhsilini qonşu Tircan kəndində Musa Priyev adına tam orta məktəbdə davam etdirib. Mikayıl Tircan kəndində də oxuduğu müddətdə öz fəallığı ilə öz müəllimlərinin hörmətini qazandı və Mikayıl 9-cu sinfidə beləcə Tircan kəndində başa vurduqdan sonra 10-cu və 11-ci sinfi dahada yaxşı hazırlaşmaq məqsədilə Yeniyol kənd məktəbində 2 illik təhsilini davam etdirməklə bərabər Təzəkənd kəndinə də müəllim yanına gedirdi. Mikayıl bu iki ili də beləcə 2011-ci ildə başa vurdu və elə məktəbi bitirdiyi ildə yəni 2011-ci ildə istədiyinə nail oldu və Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə qəbul oldu. Mikayıl 4 illik bu Universitet həyatında fəallıqla oxumağı ilə birlikdə həm də işləyirdi ki, ailəsinin üzərinə çox yük düşməsin. Beləliklə Mikayıl 4 illik Universitet həyatını da 2015-ci ildə fərqlənmə diplomu ilə başa vurdu. Sonra isə Mikayılın çox səbirsizliklə gözlədiyi hərbi çağırış gəldi, çox sevinirdi. Mikayıl 2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşdü, hərbi həyatında da çox bacarıqlı olan Mikayıl komandirlərindən təşəkkür məktubu da almışdı.
Mikayıl Varşavski
Mikayıl Varşavski (daha çox Həkim Mayk kimi tanınır; 12 noyabr 1989, Saransk, RSFSR, SSRİ) — Amerikalı osteopatik həkim, tanınmış şəxs və xeyriyyəçidir. Həkim Mayk hazırda sosial mediada 3.8 milyondan çox izləyicisi olan həkimdir. O Overlook Tibb Mərkəzində profilaktik və osteopatik tibb sahəsində fəaliyyət göstərən ailə həkimidir. Varşavski mediada diqqət mərkəzinə 2015-ci ilin ortalarında BuzzFeed-də dərc olunan onun yaraşıqlı görünüşü haqqındakı məqaləsindən sonra gəldi. Bundan sonra o, "İnstaqramda ən seksual həkim"-ə çevrildi və Cosmopolitan, DailyMail, New York Magazine və Time kimi bir çox jurnallarda göründü. 2015-ci ilin oktyabr ayında onun İnstaqram hesabında bir milyondan çox izləyicisi var idi. Bu rəqəm noyabrda People jurnalının onu Ən seksual kişilər kateqoriyasında "Ən seksual həkim" seçməsindən sonra daha da artdı. 2017-ci ilin fevral ayında İnstaqramda onun 2.6 milyon izləyicisi var. Varşavski Good Morning America, Today Show, The Doctors, Rachel Ray Show, Mornings with Maria, Inside Edition, və Good Day kimi proqramların tibb sahəsi üzrə verlişllərinə qatılmaqla populyarlığını davam etdirdi. O bir çox müxtəlif və qarışıq mövzularda danışır və bəzən mübahisəli tibb mövzularına da toxunaraq və onları diqqət mərkəzinə çəkərək asan, əyləncəli və aydın dildə onları başa salır.
Mikayıl Xıdırzadə
Mikayıl Ellaz oğlu Xıdırzadə (1911, Miskinli, Yelizavetpol qəzası – 1944, Vitebsk vilayəti) — Azərbaycanlı riyaziyyatçı alim, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı . Mikayıl Xıdırzadə 1911-ci ildə Gədəbəyin Miskinli kəndində anadan olub. Gədəbəyin Miskinli Kənd 1-saylı tam orta məktəbində orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.1932-ci ildə Azərbaycan hökumətinin Təhsil haqqında qərarına əsasən, təhsilini davam etdirmək üçün Azərbaycandakı ali məktəblərdən Moskva Dövlət Universitetinə müsabiqə yolu ilə göndəriləcək tələbələr seçilmiş və onların arasında Azərbaycan Politexnik İnstitutu Mexanika fakültəsinin 2-ci kursunu əla qiymətlərlə yekunlaşdıran Mikayıl Xıdırzadə də olmuşdur. O, 16 tələbə arasında seçim imtahanlarından müvəffəqiyyətlə çıxan və Moskva Dövlət Universitetinin Mexanika – riyaziyyat fakültəsinə qəbul edilmiş iki tələbədən biri olmuşdur.. O, Sovet dövründə Moskva Dövlət Universitetinə daxil olmuş ilk azərbaycanlı olub. Burda oxuduğu zaman müəllimləri onu Mixayıl Lomonosova bənzədir və Mikayıl müəllimə "Mixayıl" deyə səslənirlər. 1937-ci ildə ali təhsilini bitirdikdən sonra Mikayıl Xıdırzadə Bakıya dönmək istəyir, lakin müəllimləri ona icazə vermir. Mikayıl Xıdırzadə daha sonra Azərbaycana qayıdır, 1937-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, 1938-ci ildən isə dekan kimi çalışıb. Mikayıl Xıdırzadə fakültənin ilk Azərbaycanlı dekanı olub. 1936-cı ildən başlayan, SSRİ-də baş verən Böyük təmizləmə zamanı Mikayıl Xıdırzadənin adını represiya siyahısına əlavə edirlər.
Mikayıl
Mikayıl — kişi adı. Mikayıl Abdullayev — Azərbaycanlı boyakar, qrafik və teatr rəssamı Mikayıl Cəfərov — Mikayıl Nərimanoğlu — Mikayıl Orucov — Mikayıl Xıdırzadə — Azərbaycanın riyaziyyatçı alimi.
Mikayıl Yanar
Mikayıl Yanar (Rəhimov Mikayıl Binnət oğlu; 15 may 1938, Qovlar, Tovuz rayonu) — Azərbaycan Yazıçılar Birliyinin (2000), Azərbaycan Jurnalistlər Birliyinin (1986) üzvü, şair-publisist. Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yeddiillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959). Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972). 1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktəbində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəblərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəllim işləmişdir (1964-1973). "Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümumtəhsil məktəbində mü-əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzifəsində işləmişdir (1992-1999).
Mikayıl Yusifov
Mikayıl Yusifov (d. 24 aprel 1982, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı sabiq futbolçu. Qapıçı mövqeyində çıxış etmişdir. Bir neçə Azərbaycan klubu ilə yanaşı xaricdə Türkiyənin "Qartalspor" klubunda da oynamışdır. Mikayıl Yusifov 24 aprel 1982-ci ildə Bakıda anadan olub. Əkiz qardaşı Rafael Yusifov da futbolçu olmuş, amma zədə səbəbindən karyerası tez başa çatmışdır. Mikayıl dövrünün ən istedadlı qapıçılarından biri hesab olunsa da, karyerası uğurlu alınmamışdır. O, peşəkar futbola "Şəfa"da 1998-ci ildə başlayıb. "Şəfa"da oynadıqdan sonra hərbi xidmətlə əlaqədar MOİK-də çıxış edib. Ardınca, 2005-ci ildə “Xəzər-Lənkəran”a keçib, 2 il Lənkəran təmsilçisinin uğurları üçün çalışıb.
Mikayıl Çamçıyan
Mikayıl Çamçıyan (erm. Միքայէլ Չամչեան; 4 (15) dekabr 1738, Konstantinopol – 30 noyabr (12 dekabr) 1823, Konstantinopol) — erməni keşişi və tarixçisi. O, daha çox Ermənistan tarixi haqqında üç cilddə hərtərəfli əsər ilə tanınır və bu, nəşr olunduğu gündən alimlər üçün istinad nöqtəsi olaraq qalır. Çamçıyan Osmanlı imperiyasında, İstanbul şəhərində anadan olmuş və imperator zərgəri Mikayıl Çələbi Düzyanın yanında zərgər kimi təhsil almışdır. 1762-ci ildə Venesiyadakı mexitarist icmasına qoşulmuşdur. 1774-cü ildə o, monastırda erməni dili müəllimi təyin edilmişdir. Çamçıyan 1779-cu ildə "Erməni dilinin qrammatikası"nı yazmışdır. 1784-cü ildə o, "Dünyanın başlanğıcından 1784-cü ilə qədər erməni tarixi"ni tamamlamışdır. Əsər romantik erməni milliyətçiliyinin başlanğıcıdır. Çamçıyan eramızdan əvvəl 11 avqust 2492-ci ildən başlayan erməni patriarxlarının xronologiyasını yazmışdır.
Mikayıl İsgəndərov
Mikayıl Vəkil oğlu İsgəndərov (10 fevral 1997; Topalhəsənli, Göygöl rayonu, Azərbaycan — 2 oktyabr 2020; Buzluq, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Mikayıl İsgəndərov 10 fevral 1997-ci ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə E. Bayramov adına Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. Mikayıl İsgəndərov 2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2016-cı ilin oktyabr ayında hərbi xidmətdən tərxis olunmuşdur. Mikayıl İsgəndərov 2020-ci ildən müddətdən artıq hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Mikayıl İsgəndərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Mikayıl İsmayılov
Mikayıl İsmayıl oğlu İsmayılov (9 iyun 1964, Çiyni, Ağsu rayonu) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti (2005-2021), “Neftçi İdman Klubu” İctimai Birliyinin İdarə heyətinin sədri (2013-2021), Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti (2005-2021), Ekol Mühəndis Xidmətləri QSC-nin Direktorlar şurasının sədri (2021-hal-hazırda). Mikayıl İsmayılov 1964-cü il iyun ayının 9-da Ağsu rayonunun Çiyni kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olmuşdur. 1983-cü ildə həqiqi hərbi xidmətə çağırılan Mikayıl İsmayılov, 1985-ci ildə hərbi qulluğunu başa vurduqdan sonra Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında ali təhsili davam etmişdir. Ali təhsilini başa vurduqdan sonra Mikayıl İsmayılov həyatını Azərbaycan iqtisadiyyatının dirçəlməsinə bağlayaraq mənalı və zəngin həyat yolu keçmişdir. İstehsalat təcrübəsi, təşkilatçılıq və yüksək peşəkarlıq bacarığı sayəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi məsuliyyətli bir vəzifəyə qədər yüksəlməyi bacarmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var. Mikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə ilk olaraq 1988-ci ildə əfsanəvi Neft Daşlarından başlamışdır. “Azərdənizneftinşaat” Trestinin Neft Daşlarındakı 3 saylı Tikinti Quraşdırma İdarəsində mühasib vəzifəsinə işə qəbul olan Mikayıl İsmayılov peşəsinin bütün incəliklərinə dərindən bələd olmaq istəyi, işinə tələbkarlığı həmişə ətrafındakıların diqqətini cəlb etmişdir.
Mikayıl Əbdürrəhmanov
Mikayıl Əbdürrəhmanov — Azərbaycan rəssamı. Mikayıl Əbdürrəhmanov 1953-cü ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirəndən sonra, təhsilini İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsində davam etdirmişdir (1979). Rəssam ilk dəfə sərgidə 1973-cü ildə iştirak etmişdir. Əsərləri Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Mikayl Əbdürrəhmanov bir çox beynəlxalq sərgilərin də iştirakçısı olmuşdur. Ekspozisiyada rəssamın “Planetlərin paradı” (kətan, yağlı boya) və “Gecə şəhəri” (kətan, yağlı boya) əsərləri nümayiş etdirilir.
Mikayıl Əhməd
Cəbrayıl Mikayılov
Cəbrayıl Valeh oğlu Mikayılov (22 sentyabr 2000, Siyəzən rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cəbrayıl Mikayılov 22 sentyabr 2000-ci ildə Siyəzən rayonunda anadan olub. Subay idi. Atası Valeh Mikayılovdur. 189 nömrəli tam orta məktəbdə oxumuşdur. Məktəb zamanı onun ən yaxın dostları Fərid Kaşıyev, Üzeyir İsmayılov ve Elçin Rəhimov idi. Cəbrayıl Mikayılov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Eldar Mikayılzadə
Eldar Hidayət oğlu Mikayılzadə (18 yanvar 1956, Əmircan) — azərbaycanlı xalçaçı-rəssam; Azərbaycanın xalq rəssamı (2018), SSRİ Rəssamlar İttifaqının (1986), Rusiya Rəssamlar İttifaqının (2004) və UNESCO yanında Rəssamlar Birliyinin üzvü; Azərbaycan manatının ilk eskizlərinin müəllifi. Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra, 1978-1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirmişdir. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmişdir. 1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr etmiş və ehtiram, məhəbbət əlaməti olaraq onu "Yeni Xilə" adlandırmışdır. 1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlamışdır. Əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyir, daha sonra isə "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışır. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirir. Sonralar özünün "Xalı" şirkətini yaradır. Hazırda Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışır, 1993-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavinidir.
Elgün Mikayıllı
Elgün Aqil oğlu Mikayıllı (13 may 2001, Xıl, Masallı rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elgün Mikayıllı 2001-ci il mayın 13-də Masallı rayonunun Xıl kəndində anadan olub. 2007-2018-ci illərdə Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elgün Mikayıllı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elgün Mikayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Mikayıllı oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mikayıllı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Mikayılov
Elvin Mikayılov (tam adı: Elvin Nizami oğlu Mikayılov; 1 avqust 1986; Göyçay, Azərbaycan — 26 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Mikayılov 1986-cı il avqustun 1-də Göyçay rayonunun Alpout kəndində anadan olub. Evli idi. Azərbaycan Ordusunun əsgəri olan Elvin Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvin Mikayılov oktyabrın 26-da Madagizin azad edilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kərbəlayi Vəli Mikayılov
Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov (1877, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1941, Zəncan, Cənubi Azərbaycan, Pəhləvilər İranı[d]) — Azərbaycan ictimai-siyasi xadimi, şair, jurnalist və tərcüməçi. Müsavat Partiyasının ilk üzvlərindən biri. AXC dövründə Hökumət mətbəəsinin rəhbəri (1918–1920). Kərbəlayi Vəli Mikayılov 1877-ci ildə Bakıda doğulub. Kərbəlayi Vəlinin ulu babası "Topuz vuran" ləqəbli Eyvaz Bakının Bülbülə kəndindən olub. Vəli ev təhsili almışdır. "Həyat", "İrşad", "Məlumat", "İqbal", "Açıq söz", "Molla Nəsrəddin", "Babayi-Əmir", "Şəhabi-saqib" qəzet və jurnallarda Kərbəlayi Vəli yaxından iştirak edir, "Kərbəlayi Vəli Cəbir Badükubeyi", "K. V. M", "Sabir Badükubə", "Mozalan", "Cırtdan" və s. gizli imzalarla dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib. "Müsavat" partiyasının ilk üzvlərindən biri olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü, 1918–1920-ci illərdə Hökumət mətbəəsinin müdiri olmuşdur.
Kərrar Mikayılov
Mikayıl Rəhimov (siyasətçi)
Mikayıl Rəhman oğlu Rəhimov (1962, Sirab, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatı, Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri Mikayıl Rəhman oğlu Rəhimov 1962-ci ildə Naxçıvan rayonunun Sirab kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Təyinatla 4 nömrəli Naxçıvan Yol İstismar İdarəsində çalışmışdır. Bir müddət sonra həmin idarənin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri olmuşdur. İqtisad üzrə fəlsəfə doktorudur. Mikayıl Rəhimov 1991-ci ildən 1994-cü ilədək Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Mikayıl Rəhimov 1990-cı illərdən aktiv siyasi fəaliyyətə başlamışdır. O, 1990-cı il tarixində keçirilmiş Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə Azərbaycan Xalq Cəbhəsi sıralarından 36 nömrəli Sirab seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və seçilmişdir. O, 1995-ci ilədək deputat kimi fəaliyyət göstərmiş, eyni zamanda Ali Məclisin Rəyasət Heyətinin üzvü seçilmişdir. Mikayıl Rəhimov 8 oktyabr 2010-cu ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuşdur.
Mikayıl Rəhimov (zootexnik)
Rəhimov Mikayıl İsmayıl oğlu (26 sentyabr 1930, Tumaslı, Naxçıvan MSSR – 31 oktyabr 2004) – zootexnik, kənd təsərrüfatı elmləri doktoru (1985), professor (1986), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının (1991) müxbir üzvü. SSRİ Dövlət mükafatı laureatı (1985). Mikayıl Rəhimov 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstana sürgün edilib. Ali təhsilini 1953-1958-ci illərdə Perm Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsində alıb. Mikayıl Rəhimov 1970-ci ilə kimi Tümen Kənd Təsərrüfatı İnstitutun­da dosent, ka­fed­ra müdiri və Zootexnika fakültəsində dekan vəzifəsini icra edib. 1970-ci ildən 1987-ci ilə kimi Sibir Elmi Tədqiqat Layihə Texnoloji Hey­van­darlıq İnstitu­tunun Ətlik-maldarlıq şöbəsində müdir vəzifəsində çalışıb. 1987-ci ildə akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Hey­van­darlıq İnstitutuna rəhbər təyin olunub. Mikayıl Rəhimov 1961-ci ildə Perm Kənd Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub. Xüsusi zootexnika ixtisası üzrə 1964-cü ildə aspiranturanı qurtarmış və "Seksun malının südlük və ətlik keyfiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Значение слова в других словарях