Mikayıl Vəkil oğlu İsgəndərov (10 fevral 1997; Topalhəsənli, Göygöl rayonu, Azərbaycan — 2 oktyabr 2020; Buzluq, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Mikayıl İsgəndərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Topalhəsənli, Göygöl rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Buzluq, Goranboy rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Vəkil İsgəndərov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2016 / 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | atıcı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2021 2021 |
Mikayıl İsgəndərov 10 fevral 1997-ci ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur.[1] 2003-2014-cü illərdə E. Bayramov adına Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.
Mikayıl İsgəndərov 2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2016-cı ilin oktyabr ayında hərbi xidmətdən tərxis olunmuşdur.
Mikayıl İsgəndərov 2020-ci ildən müddətdən artıq hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Mikayıl İsgəndərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mikayıl İsgəndərov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində bir çox hərbi qulluqçular ilə birlikdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mikayıl İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mikayıl İsgəndərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
<references group="" responsive="1">