MOL

(MALL) is. \[ing. mall "örtülü ticarət qalereyası"\] Bir böyük binada cəmləşdirilmiş əyləncəsi və yeməkxanaları olan ticarət mərkəzi.
MODULYASİYA
MOLEKULYAR
OBASTAN VİKİ
Mol
Mol — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarına deyilir. Bu ifadədən görünür ki, karbonun molyar kütləsi 12 q/mol-dur. Mol BS-də 1971-ci ildən başlayaraq əsas yeddi vahiddən biri olub, maddə miqdarının vahididir. Bütün maddələrin 1 molunda 6,023·1023 sayda molekul olur. Şimali Amerikada hər il 23 oktyabr 1991-ci ildən etibarən səhər 6:02-dan, axşam 6:02-yə kimi "Mol günü" keçirilir. Əsas səbəbi isə məhz həmin gün Avoqadro ədədinin (NA=6,023·1023mol−1) hesablanmasıdır. v = m M {\displaystyle \mathrm {v={\frac {m}{M}}} } Müəyyən kütləli maddənin neçə mol olduğunu tapmaq üçün həmin kütləni ( m ) {\displaystyle ({m})} maddənin molyar kütləsinə ( M ) {\displaystyle ({M})} bölmək lazımdır. v = V V m {\displaystyle \mathrm {v={\frac {V}{V_{m}}}} } Müəyyən həcmdə verlmiş qazın neçə mol olduğunu tapmaq üçün həmin həcm ( V ) {\displaystyle ({V})} molyar həcmə ( V m ) {\displaystyle ({V_{m}})} bölmək lazımdır. v = N N A {\displaystyle \mathrm {v={\frac {N}{N_{A}}}} } Müəyyən sayda hissəciyin neçə mol olduğunu tapmaq üçün həmin sayı ( N ) {\displaystyle ({N})} Avoqadro ədədinə ( N A ) {\displaystyle ({N_{A}})} bölmək lazımdır.
Mif Mol
Mif Mol - cazmen 1898-ci ildə Nyu-Yorkda anadan olmuş İrvinq Milfred Mol stilistika baxımından Kid Orinin tam əksi idi. Onlar hər ikisi diksilend formatında ifa etsələr də, Orinin ifa üslubu bir qədər çılğın və kobud təsir bağışlayırdı, Molun üslubu isə səsin daha parlaq olması ilə seçilən, texniki cəhətdən daha mükəmməl ifa idi. Bundan əlavə, Ori qlissando və "diş qıcırtma" priyomlarındgan gen-bol istifadə etdiyi halda Mol bu priyomlardan imtina edirdi. Molun diksilend caz orkestri ilə ilk kontaktı başlananda Edvin Eddi Edvards burada çox populyar bir ifasını yazdırmışdı. Yeni səsin sehrinə düşmüş Mol bu orkestrin Nyu-Yorkdakı çıxışlarını daim izləyirdi. Az sonra o özü də bu orkestrin ifasında eşitdiklərini təqlid etməyə başladı. Nyu-Yorkdakı bir qrup başqa musiqiçi ilə birlikdə Mol müxtəlif adlar altında yüzlərlə melodiyanı "Memfis beş" və "Ladın qara tuzları" adı ilə yazdırmışdır. Sonuncu melodiyanın belə adlanması qaradərili əhali üçün marketinq mülahizələri ilə bağlı idi. Mol bir sıra başqa orkestrlərlə, o cümlədən Çarli Rendallın və Eyb Limanın kollektivləri ilə işləyəndən sonra 1925-ci ildə Red Nikolsun kornetçiləri ilə uzunmüddətli əməkdaşlığa başlayır. Beş il davam etmiş bu əməkdaşlığın bəhrəsi olaraq, "Red Nikols və onun Beş pennisi" və "Mif Mol və onun balaca mollerləri" kimi müxtəlif adlar daşıyan çoxsaylı yeni qruplar yaranmışdı.
Mol (Alye)
Mol (fr. Molles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03174. 2008-ci ildə əhalinin sayı 802 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 513 nəfər (15-64 yaş) arasında 382 nəfər iqtisadi fəal, 131 fəaliyyətsiz (fəaliyyət göstərici 74.5%, 1999-cu ildə 74.5%) idi. Fəal olan 382 nəfərdən 353 nəfər (183 kişi və 170 qadın), 29 nəfəri işsiz (10 kişi və 19 qadın) idi. 131 hərəkətsiz 29 nəfər arasında şagird və ya tələbə, 64 nəfər təqaüdçü, 38 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Crepis mollis
Crepis mollis (lat. Crepis mollis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. Geracium molle (Jacq.) Schur Hieracium molle Jacq. Crepis mollis subsp. mollis Crepis mollis subsp. succisifolia (All.) Dostál Crepis mollis subsp.
Cucubalus mollissimus
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Cənubi Molukk Adaları Respublikası
Cənubi Molukk Adaları Respublikası və ya Maluku-Selatan Respublikası (ind. Republik Maluku Selatan) — Ambon adasında 1950-ci ildə separatçılar tərəfindən özünü müstəqil elan edən tanınmamış dövlət dövlət. Hal-hazırda Niderlandda mühacir hökuməti fəaliyyət göstərir. 27 dekabr 1949 ildə Niderland hökuməti Niderland Ost-Hindinin ərazilərində yaranan İndoneziyanın müstəqilliyini tanıyır. Bircə Niderland Yeni Qvineyası istisna olmuşdur. O zaman Cənubi Molukk adaları Şərqi İndoneziya dövlətinin daxilində İndoneziyanın tərkibində idi. Dövlət başçısı olan Əhmət Sukarno ölkəni unitar dövlət etmək niyyətində idi. Halbuki ölkə istər etnik istərsə dini baxımından fərqliliklər mövcud olmuşdur. Ölkə başçısının bu cur fərqlilikləri nəzərə almadığından Cənub Molukk adaları Müsəlman İndoneziyasından ayrılmaq qərarına gəlir. 25 aprel 1950-ci ildə Ambonda müstəqil Cənubi Molukk Adaları Respublikası elan edilir.
D-moll
D-moll — 2018-ci ildə Monteneqroda qurulmuş musiqi qrupu. D-moll qrupu Monteneqronu İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Onlar Monteneqronun RTCG telekanalının Avroviziya 2019 üçün təşkil etdiyi Montevizija adlı seçim turuna "Heaven" mahnısı ilə qatılmışdırlar. Nəticədə qrup digər rəqiblərini geridə qoyaraq seçim turunun qalibi olmuş və Monteneqronu Avroviziyada təmsil etmək hüququ əldə etmişdir.
Deutzia mollis
Yumşaq deysiya (lat. Deutzia mollis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. Çində geniş yayılmışdır. Hündürlüyü 2 m olan koldur. Cavan zoğları ulduz formalı olub, tüklü, qırmızımtıl-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtavari və ya uzunsov – yumurtavari, uzunluğu 4-8 sm-dir. Uc hissəsi sivri, qaidəsi enli, pazvari və ya zəif ürəkvaridir. Kənarları xırda mişardişli, üstdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl olub, yumşaq tüklüdür. Saplaqları 3-6 mm uzunluqdadır. Çiçək qrupu 6-8 sm diametrində, sıx, qalxanvaridir.
Dnestryanı Moldov Respublikasının Xarici İşlər Nazirliyi
Dnestryanı Moldov Respublikasının Xarici İşlər Nazirliyi və ya DMR-nın XİN — dövlət hakimiyyətinin icra orqanıdır, DMR-nin Prezidenti tərəfindən qəbul edilmiş Konstitusiya və ya qanunvericilik aktlarına uyğun olaraq, DMR-nın prezidentinə xarici məsələlər barədə məlumat verən orqan. 2012-ci il 17 yanvar tarixindən 14 sentyabr 2015-ci ilə qədər Dnestryanı Xarici Siyasət Şöbəsinə Nina Viktorovna Ştanski, 14 sentyabr 2015-ci ildən Vitaliy Viktoroviç İqnatyev rəhbərlik etmişdir. 1 iyul 1992-ci il Xarici İşlər Nazirliyinin Təhsil Günü hesab edilirdi. Bu günü Prezidentin fərmanı ilə DMR-nın Xarici Əlaqələr Respublika Bürosunu yaratdı. Büro Dnestryanı Mədəniyyət Nazirliyinin dövlət orqanlarının və təşkilatlarının fəaliyyətlərini və koordinasiyalarını, digər dövlətlərin orqanları və qurumları ilə iqtisadi və siyasi əlaqələrini təşkil edirdi. Büro dövlət başçısı tərəfindən idarə edilirdi. 8 sentyabr 1992-ci ildə DMR-nin Ali Şurasının qərarı Büro xarici əlaqələr üzrə Respublika Departamentinə çevrildi. 31 mart 1993-cü ildə Prezidentin fərmanı ilə DMR-in dövlət katibi Valeri Litskay Respublika Xarici Əlaqələr Departamentinin rəisi vəzifəsini icra etdi. 3 avqust 2000-ci ildə Respublika Xarici Əlaqələr Bürosu DMR Xarici İşlər Nazirliyinə çevrilmişdir. Prezidentin fərmanı ilə Valeri Litskai DMR-nın Xarici İşlər Naziri təyin edildi.
Dnestryanı Moldova Respublikası
Dnestryanı (mold. Нистрения, rus. Приднестровье, ukr. Придністров'я) və ya rəsmi adı ilə Dnestryanı Moldav Respublikası (mold. Република Молдовеняскэ Нистрянэ, rus. Приднестровская Молдавская Республика, ukr. Придністровська Молдавська Республіка) — Şərqi Avropada Moldova daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Dnestryanı Moldovanın Dnestr çayından şərqdəki ərazilərini əhatə edir. Paytaxtı Tiraspol şəhəri, ümumi sahəsi 4,163 kvadrat kilometrdir. Öz siyasi quruluşu, parlamenti, konstitusiyası, dövlət rəmzləri, ordusu, polisi və poçt sistemi olan bu ərazi Birləşmiş Millətlər Təşkilatına üzv olan heç bir dövlət tərəfindən tanınmamaqdadır.
Dracocephalum moldavica
Moldova ilanbaşı (lat. Dracocephalum moldavica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. Moldova ilanbaşı bitkisi yabanı halda Ukraynada Krımda və Qafqazda bitir. Keçmiş SSRİ-nin Avropa hissəsində efiryağlı bitki kimi becərilməklə yanaşı, həm də arılar üçün qiymətli bal verən bitki hesab olunur. Bir çox arıçılar beçələri cəlb etmək üçün arı yeşiklərinə ilanbaşı yarpağını sürtürlər. Qərbi Sibirdə ilanbaşı yabanı halda rast gəlinir. Mədəni halda da az yayılmışdır. Novosibirski və Tomsk botanika bağında kiçik sahələrdə becərilir və ehtiyat sahələrdə səpilir.
Dracocephalum moldavicum
Echinops mollis
Echinops exaltatus (lat. Echinops exaltatus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Eremostachys molucelloides subsp. macrophylla
Phlomoides molucelloides (lat. Phlomoides molucelloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin phlomoides cinsinə aid bitki növü. Eremostachys molucelloides Bunge Eremostachys macrochila Jaub. & Spach Eremostachys macrophylla Montbret & Aucher ex Benth. Eremostachys molucelloides var. intermedia Regel Eremostachys molucelloides subsp. macrophylla (Montbret & Aucher ex Benth.) Takht. Eremostachys molucelloides var. macrophylla (Montbret & Aucher ex Benth.) Regel Eremostachys pyramidalis Jaub.
Eremostachys molucelloides var. intermedia
Phlomoides molucelloides (lat. Phlomoides molucelloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin phlomoides cinsinə aid bitki növü. Eremostachys molucelloides Bunge Eremostachys macrochila Jaub. & Spach Eremostachys macrophylla Montbret & Aucher ex Benth. Eremostachys molucelloides var. intermedia Regel Eremostachys molucelloides subsp. macrophylla (Montbret & Aucher ex Benth.) Takht. Eremostachys molucelloides var. macrophylla (Montbret & Aucher ex Benth.) Regel Eremostachys pyramidalis Jaub.
Eremostachys molucelloides var. macrophylla
Phlomoides molucelloides (lat. Phlomoides molucelloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin phlomoides cinsinə aid bitki növü. Eremostachys molucelloides Bunge Eremostachys macrochila Jaub. & Spach Eremostachys macrophylla Montbret & Aucher ex Benth. Eremostachys molucelloides var. intermedia Regel Eremostachys molucelloides subsp. macrophylla (Montbret & Aucher ex Benth.) Takht. Eremostachys molucelloides var. macrophylla (Montbret & Aucher ex Benth.) Regel Eremostachys pyramidalis Jaub.
Eucalyptus moluccana
Eucalyptus moluccana (lat. Eucalyptus moluccana) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Ezgi Mola
Mercan Ezgi Mola (d. 29 mart 1983, İstanbul) — teatr, film və televiziya aktrisası. 2000-ci ildə Akademiya İstanbulda təhsilinə başladı. Hələ 18 yaşı tamam olmadan Kartal Tibetin yönətdiyi Karate Can serialında ilk televiziya təcrübəsini qazandı. Müjdat Gezen Sənət Mərkəzinə qəbul oldu və 4 il təhsil aldı. Bu arada Aydoğan Temeldən də 2 il teatr təhsili aldı. Yenə Aydoğan Temelin liderliyindəki bir teatr mərkəzində "Çürük Alma" tamaşasında ilk səhnə təcrübəsini yaşadı. 2005-ci ilin Oktyabrında BKM Atölyəsinə qatıldı.2005-ci ildə saf bir saç ustası rolunu canlandırdığı "Hırsız Polis" serialının gördüyü böyük bir maraq sayəsində tanınmağa başladı.2006-cı ildə çəkilən "Hayatımın Kadınısın" filmindəki roluyla uğur qazandı. Bu filmdə şəxsi hədəf olaraq gördüyü Türkan Şoray ilə qarşılıqlı rol almaq fürsəti qazanaraq özünü göstərə biləcəyi bir rolu canlandırma şansı qazandı. Bu roluyla 2007-ci ildə Ən Yaxşı Qadın Yardımcı Oyunçu naminasiyasında Sadri Alışık mükafatına sahib oldu.
Falco moluccensis
Xallı qızılquş (lat. Falco moluccensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Ferens Molnar
Ferens Molnar (d. 12.01.1878 - ö. 01.04.1952) - macar yazıçı. Ferens Molnar 12 yanvar 1878-ci ildə Macarıstanın Budapeşt şəhərində doğulmuşdur. 1896-cı ildə ədəbi fəaliyyətə başlayıb. "Ac şəhər" hekayələr toplusu 1901-ci ildə çap olunub. 1930-cu illərdə ABŞ-yə mühacirət edib. Ferens Molnar 1 aprel 1952-ci ildə ABŞ-nin Nyu-York ştatında vəfat etmişdir. "Pal küçəsinin oğlanları" povestini Ramil Səfərov Azərbaycan dilinə tərcümə etmişdir. "Ac şəhər" (hekayələr).
Fərhad Mollazadə
Fərhad Ədhəm oğlu Mollazadə (d. 12 sentyabr 1958; Bakı, Azərbaycan) — Azərbaycanlı memar. 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının (AMİ) vitse-prezidenti, 2007-ci ildən isə AMİ İdarə Heyətinin Katibidir. O, Azərbaycan Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il taxirli sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar memarı" fəxri adına layiq görülüb. Fərhad Mollazadə 1958-ci il 12 sentyabrda Bakı şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutunu bitirən Fərhad Mollazadə, sonradan bir müddət "Dənizneftqazdövlətlayihə" institutunda çalışıb. 1987-ci ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspirant əyani şöbəsinə daxil oldu. Fərhad Mollazadə ailəlidir, bir qız və bir oğlan övladı var. Fərhad Ədhəm oğlu Mollazadə 1958-ci ildə Bakıda anadan olmuşdur. 1980-cı ildə Azərbaycan İnşaat mühəndisləri institutunu bitirmişdir.
Georq Moller
Qeorq Moller (alm. Georg Moller‎; 21 yanvar 1784[…], Dipholts[d], Aşağı Saksoniya – 13 mart 1852[…], Darmştat) — alman memar, şəhər planlayıcısı, memar tarixçisi. Karl Fridrix Şimkel və Leo fon Klentse ilə yanaşı, klassikliyin və romantizmin görkəmli nümayəndəsi sayılır. Norveç keşişinin ailəsində anadan olub. Hannover, Karlsrue və İtaliyada təhsil almışdır. Təhsil müddətində Fridrix Veynbrenner ilə tanış oldu. Vətəninə qayıtdıqdan sonra Qessen-Darmştadt Şahzadəsinin xidmətinə daxil olsu. Məhkəmə memarı və şəhər planlaşdırıcısı olaraq bir sıra tanınmış layihələr həyata keçirdi. Tələbələri arasında Huqo fon Ritqen, Fridrix Maksimilian Hessemer, Ferdinand Ştadler və başqaları vardı. 1818-ci ildə, Qessen-Darmştadt Böyük Hersoqunu memarlıq abidələrinin qorunmasına dair ilk fərmanı qəbul etməyə inandırdı.
Gi Molle
Gi Alsid Molle (fr. Guy Mollet; 31 dekabr 1905[…] – 3 oktyabr 1975[…], VII arondisman (Paris)) — Fransa siyasi və dövlət xadimi. O, 1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsinə (FİFB) rəhbərlik etmiş və 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur. Baş nazir olaraq Molle bəzi əhəmiyyətli ölkədaxili islahatlar keçirmiş və Fransa-Britaniya Birliyi layihəsi ilə Avropaya inteqrasiya üçün səy göstərmişdir. O, xüsusilə də Süveyş böhranı və Əlcəzair müharibəsi zamanı apardığı siyasətə görə Fransanın həm solçu, həm də sağçı cəbhəsində mənfi bir fiqur kimi qarşılanmışdır. 1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsi (FİFB; sonradan Fransa Sosialist Partiyası; FSP) baş katibi, 1951–1969-cu illərdə Sosialist İnternasionalı sədrinin müavini, 1954–1956-cı illərdə Avropa İttifaqı Məsləhət Şurasının sədri, 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur. O, Əlcəzairdə müstəmləkəçilik mübarizəsini davam etdirmiş, Fransanı 1956-cı il Süveyş böhranına sürükləmişdir. Molle 1958-ci ildə de Qollun hakimiyyətə gəlməsinə kömək etmiş, onun təşkil etdiyi hökumətə daxil olmuş, sonradan Beşinci respublikaya qarşı müxalifətə keçmişdir. 1969-cu ildən Sosialist Tədqiqatları Universitet Mərkəzinin sədri idi. Molle 1956-cı ildə baş nazir, 1963-cü ildə isə FSP nümayəndə heyətinin başçısı kimi SSRİ-də olmuşdur.
Grevillea mollis
Grevillea mollis (lat. Grevillea mollis) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea mollis (Olde & Molyneux) Christenh.
Guioa molliuscula
Guioa molliuscula (lat. Guioa molliuscula) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Heaven (D-moll mahnısı)
Heaven (azərb. Cənnət‎) — Monteneqronun 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. D-moll "Heaven" mahnısı ilə Monteneqronu İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Denis Bojoviç, sözləri isə Adis Eminiçə aiddir.
Hekayəti Molla İbrahim-Xəlil Kimyagər
Hekayəti Molla İbrahim-Xəlil kimyagər — dramaturq Mirzə Fətəli Axundovun 1850-ci ildə yazdığı ilk komediyası sayılır. Elə ilk komediya da müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı mübarizə mövqeyində durduğunu göstərib. Dramaturq sadə süjet əsasında qurulmuş həyati hadisələrini və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib. Komediyada qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha kəskin konfliktlər əsasında işlənib. "Dərviş Məstəli şah" dramının qəhrəmanı mənəvi baxımdan Molla İbrahimxəlillə qohumdur, ona doğmadır. Dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli dramaturgiyamızda orijinal dramaturji obrazdır. Şəhər əhli eşitdiyi xəbərdən başını itirib: misi gümüşə döndərən kimyagər "peyda" olub. Var-dövlətini itirən, yüngül yolla qazanc əldə etmək istəyən, hər cür alçaqlığa razı olan cahillər yalançı kimyagərin "möcüzəsinin işığına" yığışırlar. Molla İbrahimxəlil camaatın sadəlövhlüyündən istifadə edərək, soyğunçuluğa başlayır və qarşısında yaltaqlıq, ikiüzlülük edib, onun rəğbətini qazanmağa can atan nadanları asanlıqla toruna salır. Əfradi-əhli-məcalis: Molla İbrahimxəlil — kimyagər, kəldəkli.
Həsən Mollazadə Gəncəvi
Hacı Həsən Mollazadə Gəncəvi (1853, Nuxa – 1919, Gəncə) — Azərbaycan islam ruhanisi və mütəfəkkiri. Hacı Şeyx Həsən Molla Imamqulu oğlu Mollazadə Gəncəvi 1853-ci ildə Şəki şəhərində dünyaya gəlib. Hacı Şeyx Həsənin ailəsi maldar tərəkəmə tayfası idi, yəni onlar tam köçərilərdən fərqli olaraq daimi qışlaq və yaylaq yerlərinə malikdilər, həm də az da olsa əkinçiliklə məşğul idilər. Hacı Şeyx Həsən uşaqlıqda çobanlıq edib. Ona atası Molla İmamqulu oxumağı və yazmağı öyrədib. Şəkini tərk edərək Gəncəyə gələndə Həsənin 12 yaşı vardı. O, burada Şah Abbas mədrəsəsində oxuyaraq savadını artırıb, daha sonra isə 5 il Təbrizdə Hacı Səfərəli mədrəsəsində təhsil alaraq (Abdulla Şaiq’in atası Mustafa ilə birlikdə) ərəb və fars dillərini də mükəmməl öyrənib. Burada təhsilini bitirdikdən sonra o, Nəcəf şəhərinə gedərək 5 il də burada dini elmlərin incəliklərinə yiyələnib və müctəhid rütbəsinə çatıb. Əldə olan bilgilərə görə, Həsən təhsilini başa vurduqdan sonra müqəddəs Həcc ziyarətinə gedib və bundan sonra "hacı" titulu qazanıb. Artıq ali savadlı ruhani kimi özünü təsdiqləmiş Hacı Şeyx Həsən Naxçıvana gələrək Nehrəm kəndində yaşayıb.

Digər lüğətlərdə