mosilər
motalçı
OBASTAN VİKİ
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Motal papaq
Motal papaq – əsasən kənd əhalisinin yoxsul təbəqələri istifadə edərdi. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə böyük (papaq), arvadda isə ləçək (çərqəd) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara "tərlik" deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı və bu papaq formasının Səfəvi hökmdarlarının "qızılbaş" ordusundan qalması zənn edilir.
Motalayataq
Motalayataq — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Coğrafi ad motal ağac növü və yataq "müvəqqəti məskən yeri" sözlərinin birləşməsindəndir. Əhəd Ağayev (1986–2020).
Motalayataq bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə