mühəndis-iqtisadçı

mühəndis-iqtisadçı
mühəndis-iqtisad
mühəndis-kommunikasiya
OBASTAN VİKİ
İqtisadçı
İqtisadçı — Resursların insan ehtiyaclarını ən yaxşı qarşılayacaq formada istifadə edilməsini, sonsuz insan ehtiyaclarından qıt resurslarla qarşılana biləcəklərin təyin edilməsini, ehtiyacları qarşılayacaq mal və xidmətlərin istehsalında mənbələrin ən yaxşı formada paylanılmasını, istehsal olunan mal və xidmətlərin bölüşdürülməsi mövzusunda işləyən insanlardır. İstehsal edilən mal və məhsulların istehlakçıya çatdırılması barədə planlama edirlər. Məlumat toplama bacarıqlarını inkişaf etdirirlər. İnflyasiya, qazanc faizi, məşğulluq və enerji maaliyyəti sahələrində yoxlama edirlər.
Mühəndis
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri cəhətdən əsaslanmış və empirik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir. Çağdaş cəmiyyətdə mühəndislik ali texniki Universitetlərin və ya mühəndislik fakültəsi olan Universitetlərin həmçinin İnstitutların hazırladıqları ixtisasçılar qrupu tərəfindən yerinə yetirilir. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir. Mühəndislər təbiətdə mövcud olan material və güclərdən istifadə etməklə, onları hər hansı bir məqsəd üçün texniki cəhətdən tətbiq etməyə çalışır. Mühəndislər analitiki düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. VIII əsrdən başlayaraq güclənən ərəb xəlifəsi ölkədə elmin, o cümlədən mühəndisliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu dövrdə yaşamış müsəlman mühəndislərinin işləri heç də sonralar Avropada mövcud olan mühəndislərinkindən geri qalmamışdır. Buraya Banu Musa qardaşları, Əl Cəzari, Tağıyəddin, Əl Qaracı, İbn Sina, Əl-Biruni kimi görkəmli şəxslərin işlərini göstərmək olar.Avropalılar Əndəlüsün Xaçlı yürüyüşləri zamanı işğalından sonra islam dünyasındaki bir çox elmi kəşflər və mədəniyyət nümunələriylə ilk dəfə tanış olmuşdur. Nümunə kimi Riyaziyyat elmlərindən olan Əl-Cəbr Avropada tanınmış və Algebra olaraq adlandırılmışdır. Qərbdə mühəndis kimi Ingenieur kəlməsi (it.-fr.
İqtisadçı (qəzet)
İqtisadçı qəzeti — 1970-ci ilin 28 yanvarından çap olunan qəzet. «İqtisadçı» qəzeti 1970-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu rektorluğunun, Partiya Komitəsinin, Həmkarlar İttifaqı və Komsomol Təşkilatlarının orqanı kimi təsis olunmuş və ilk sayı həmin ilin yanvarın 28-də çapdan çıxmışdır. Qəzetin təsisi institutun yaranmasından xeyli sonra olsa da, qəzet nəşr edildiyi vaxtdan bu günə qədər özünün obyektivliyi və dolğun məzmunu ilə professor-müəllim və tələbə kollektivinin böyük rəğbətini qazanmışdır. Qəzet fəaliyyət göstərdiyi 30 il ərzində universitetin bütün tədbirlərində yaxından iştirak etmiş və həmin tədbirlər haqqında öz səhifələrində geniş materiallar dərc etmişdir. «İqtisadçı» qəzeti universitetdə tədrisin təşkili və onun müasir standartlara uyğun aparılması üçün mütərəqqi təkliflərin dərcinə xüsusi diqqət yetirir. Bununla bağlı universitet rəhbərliyinin tədrisin keyfiyyətinin qaldırılması sahəsində apardığı məqsədyönlü işlər qəzetin səhifələrində öz əksini tapır. Burada həmçinin, tədrislə əlaqədar tədrisə kömək etmək məqsədilə qəzetdə dərc edilən təsirli məqalələr xüsusi diqqət mərkəzindədir. Məsələn, zaçot və imtahan sessiyalarına hazırlığın vəziyyəti və gedişatı ilə bağlı yol verilən nöqsanlar, qeyri-obyektiv hallar, dərsə gecikən, öz mühazirəsini günün tələbləri səviyyəsində qura bilməyən, pedaqoji qaydalara riayət etməyən, tələbə-müəllim münasibətlərinə xələl gətirən əməkdaşlar haqqında ciddi yazılar dərc olunur və onlar yeri gəldikdə tənqid olunur. Bununla yanaşı, universitetdə qabaqcıl iş metodu ilə fərqlənən, tədrisin yaxşılaşdırılması istiqamətində fəallıq göstərən alimlərimiz haqqında da obyektiv, tərbiyəvi xarakterli materiallar dərc olunur. Qəzetdə universitetin elmi fəaliyyətinə də geniş yer verilir.
İqtisadçı QVK
İqtisadçı VK — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu. Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır. Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı. (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir. "İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi.
İqtisadçı VK
İqtisadçı VK — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu. Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır. Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı. (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir. "İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi.
Hərbi mühəndis
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Mühəndis Qoşunları
Mühəndis geologiyası
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Ceyms Byukenen (iqtisadçı)
Ceyms Byukenen (ing. James McGill Buchanan Jr. 3 oktyabr 1919[…] – 9 yanvar 2013[…]) — amerikalı iqtisadçı. 1986-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Ceyms Byukenen ABŞ-nin Tennessi ştatının Murfrisboro şəhərində anadan olub. 1940-cı ildə Orta Tennessi Normal məktəbindən (ing. Middle Tennessee Normal School) məzun olmuşdu. 1941-ci ildə Tennessi Universitetində magistr dərəcəsi, 1948-ci ildə isə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəlmişdi. Ceyms Byukenen Virciniya Universiteti, Kaliforniya Universiteti, Los Anceles, Florida Ştat Universiteti, Tennessi Universiteti, Virciniya Politexnik İnstitutunda professor kimi işləmiş və son olaraq Corc Mason Universitetində fəxri professor kimi dərs keçmişdi. Ceyms Byukenen iqtisadiyyat və politologiyanı birləşdirən İctimai seçim nəzəriyyəsinin ən məşhur nümayəndəsi, tədqiqatçısı və təkmilləşdirənidir.
Ceyms Montqomeri (iqtisadçı)
Ceyms D. Montqomeri (ing. James D. Montgomery; 13 aprel 1963) — ABŞ sosioloqu və iqtisadçısı. Endryus Universitetinin bakalavrı (1985); Massaçusets Texnologiya İnstitutunun fəlsəfəs doktoru (1989). Viskonsin Universitetinin sosiologiya professoru (2000-ci ildən). Amerika Sosiologiya Assosiasiyasının C. Kuleman mükafatı laureatı (1999). "The Logic of Role Theory: Role Conflict and Stability of the Self-Concept", Journal of Mathematical Sociology, 29 (Yanvar 2005): 33-71. "A Formalization and Test of the Religious Economies Model", American Sociological Review, 68 (Oktyabr 2003): 782-809. "The Self as a Fuzzy Set of Roles, Role Theory as a Fuzzy System", Sociological Methodology, 30 (2000): 261-314. "Adverse Selection and Employment Cycles", Journal of Labor Economics, 17 (Aprel 1999): 281-97. "Toward a Role-Theoretic Conception of Embeddedness", American Journal of Sociology, 104 (İyul 1998): 92-125.
Con Lou (iqtisadçı)
Con Lou (ing. John Law; 21 aprel 1671, Edinburq – 21 mart 1729[…], Venesiya) — Şotland iqtisadçı. O, pulu sərvətin özünə hər hansısa bir real təsiri olmayan, sadə bir mübadilə vasitəsi olaraq görür, milli sərvətin ticarətdən asılı olduğuna inanırdı. Lou, həmçinin, 1716-cı ildə Fransa Mərkəzi Bankının təməlini qoymuşdur.
Eldar Nuriyev (iqtisadçı)
Elçin Süleymanov (iqtisadçı)
Elçin Süleymanov (22 sentyabr 1973, Şişqaya, Vardenis rayonu) — Azərbaycan alimi, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru (2017–2023), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin Sədrinin müavini (2024- hal hazırda) Elçin Süleymanov 22 sentyabr 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalı Şişqaya kəndində anadan olub. 1996-cı ildə dövlət təqaüdü ilə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi Maliyyə ixtisasında bakalavr təhsilini başa vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrinin inkişaf problemləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2018-ci ildən maliyyə ixtisası üzrə dosent elmi adı verilmişdir. Eyni zamanda 2018-ci ildən AMEA İqtisadiyyat İnstitutunda iqtisad elmlər doktorluğu üzrə dissertantdır. 1996–2000-ci illərdə Bakı Ekonomi Kollecində ixtisas fənnləri müəllimi işləmişdir. 2000-ci ildən Qafqaz Universiteti , Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında pedaqoji fəaliyyətlə məşgul olmuşdur. 2017-ci ildən Bakı Mühəndislik Universiteti, İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə kafedrasının müdiri işləmişdir. 18 dekabr 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasi Təhsil Nazirinin müvafiq əmri ilə Elçin Süleymanov Bakı Mühəndislik Universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmiş və 2023-cü ilin dekabr ayına kimi bu vəzifədə işləmişdir. 2024-cü ilin yanvar ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyəti sədrinin müavini vəzifəsində işləyir.
Elçin Əliyev (iqtisadçı)
Elçin Əliyev (Əliyev Elçin Həmzə oğlu; 1 fevral 1963, Ağdam rayonu) — İqtisad elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Universitetinin və Baltik Turizm və Sahibkarlıq Akademiyasının professoru. Əliyev Elçin Həmzə oğlu 1963-cü il fevralın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. 1986-cı ildə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "siyasi iqtisad" ixtisası üzrə bitirib, iqtisadçı, iqtisadi fənlər müəllimi ixtisasına yiyələnib. 1986–1989-cu illərdə E. Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadiyyat tarixi kafedrasının müəllimi işləyib. 1989–1991-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin aspiranturasında oxuyub və təhsilini başa vurduqdan sonra "XX əsrin ilk 30 ilində Avropa sosial-demokratlarının və sovet iqtisadçılarının əsərlərində imperializmin əsas xarakteristikası" mövzusunda dissertasiya müdafiə edib. Sonra Azərbaycan İqtisadiyyat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) siyasi iqtisad kafedrasında işləyib. 1994–1998-ci illərdə E. Əliyev Azərbaycan Sahibkarlıq və Hüquq İnstitutunun iqtisadiyyat kafedrasının baş müəllimi olub. 1998-ci ildə onu Sankt-Peterburq Dövlət Universitetinə iqtisadiyyat tarixi və iqtisadi təfəkkür kafedrasında dosent vəzifəsinə dəvət ediblər. 1999-cu ildə E. Əliyev "Ümumrusiya bazarı strukturunda "Milli ucqar bazarların" yaranma əsasları (Azərbaycanın nümunəsində: 1810–1917-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Emin Hüseynov (iqtisadçı)
Emin Zamin oğlu Hüseynov (12 noyabr 1974, Sumqayıt) — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi (2018-ci ildən), Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (2024-cü ildən), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin müşahidə şuralarının üzvü, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü, Azərbaycan Respublikası maliyyə nazirinin sabiq müavini (2016–2018). Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olmuşdur. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Kommersiya fakültəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirmiş, 1998-ci ildə ABŞ-nin Florida Ştatı Universitetində iqtisad üzrə magistr dərəcəsini almışdır. 2009-cu ildə isə ABŞ-nin Harvard Kennedi Məktəbində dövlət idarəçiliyi üzrə ikinci magistr dərəcəsini almışdır. Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, 2001–2003-cü illərdə isə Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsinin ofisində iqtisadçı vəzifələrində çalışmışdır. 2003–2005-ci illərdə Dünya Bankının Azərbaycandakı ölkə ofisində ölkə üzrə iqtisadçı olmuşdur. 2005–2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Emin Hüseynov 2005–2007-ci illərdə burada Tədqiqatlar departamentinin, 2007–2008-ci illərdə Tədqiqatlar və statistika departamentinin direktoru, 2008–2010-cu illərdə isə Tədqiqatlar departamentinin direktoru və Mərkəzi Bankın baş iqtisadçısı işləmişdir. 2010–2013-cü illərdə Mərkəzi Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru olmaqla bərabər, bankın baş direktoru vəzifəsində də çalışmışdır. Emin Hüseynov 2013–2016-cı illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) Strategiya və inkişaf məsələləri üzrə, 2016-cı ilin yanvar–iyul aylarında isə Elmi məsələlər və strategiya üzrə prorektor vəzifəsində işləmişdir.
Fərid Fərəcov (iqtisadçı)
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Hüseynbala Məmmədov (iqtisadçı)
Məmmədov Hüseynbala Məmmədrəfi oğlu (25 aprel 1922, Qala, Bakı qəzası – 1 avqust 1999) — Azərbaycanın əməkdar iqtisadçısı. 25 aprel 1922-ci ildə Bakı şəhərinin Qala kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Xəzər rayonun Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə almışdır. Leninqrad (Sankt Peterburq) şəhərindəki Ümümittifaq Ali Maliyyə Məktəbini bitirmişdir. 1947-ci ildən müfəttiş, kredit müfəttişi, Bakı şəhəri Dövlət Bankı rayon şöbəsinin rəisi, 1974-cü ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublika Kontorunun rəisi (Azərbaycan Milli Bankı), 1993–1998-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Yasamal şöbəsinin baş məsləhətçisi işləmişdir. Azərbaycan SSR Ali Sovetinin Plan-büdcə Komissiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının Təftiş Komissiyasının üzvü, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1940–1947-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısı olub.
Həsən Qasımov (iqtisadçı)
Həsən Allahyar oğlu Qasımov (1940, Qaraçuq, Naxçıvan rayonu – 13 yanvar 1994, Bakı) — iqtisad elmləri namizədi (1968), iqtisad elmləri doktoru (1985), professor (1987),Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (1992–1994). 1940-cı ildə Naxçıvan MR-nın Naxçıvan şəhərinin inzibati ərazi vahidində yerləşən Qaraçuq kəndində anadan olmuşdur. 1968-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1987-ci ildə professor adına layiq görülmüşdür. Professor H. Qasımovun tədqiqat obyekti Azərbaycanda aqrar-sənaye kompleksinin maddi-texniki bazasının formalaşması və inkişafı məsələləridir. Bir neçə monoqrafiyanın, 200-dən çox elmi məqalənin müəllifidir. 1961–1986-cı illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda laborant, elmi işçi, şöbə müdiri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, 1992–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru vəzifələrində çalışmışdır.
Mehdi Bağırov (iqtisadçı)
Məcid Hüseynov (iqtisadçı)
Hüseynov Məcid Əli oğlu (d. 1912 - ö. 1974) — Azərbaycan iqtisadçısı, professor. 1934-1939-cu illərdə Gürcüstan Kənd Təsərrüfatı İnstitutunun meşəçilik fakültəsində təhsil almışdır. 1949-cu ildə Leninqrad Meşə Təsərrüfatı Elmlər Akademiyasında qiyabi aspiranturaya daxil olmuş, dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Respublika İqtisadiyyatının inkişaf etdirilməsinə həsr edilmiş bir neçə monoqrafiyanın, kitabın, broşüranın, 30-dan çox elmi məqalənin müəllifidir. 1956-1960-cı illərdə AzXTİ-də kafedra müdiri, müdir müavini vəzifələrində işləmişdir. 1960-1963-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü nazirinin müavini vəzifəsində çalışmışdır. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi, şöbə müdiri işləmişdir.
Məhərrəm Məmmədov (iqtisadçı)
Məhərrəm Tamo oğlu Məmmədov (1922, Bakı – 1993, Bakı) — Azərbaycanın əməkdar iqtisadçısı. Məmmədov Məhərrəm Təmimdər (Tamo) oğlu 1922-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə könüllü olaraq cəbhəyə getmiş, döyüşlərdə iştirak etmişdir. 1944-cü ildə ağır yaralanmış və ordu sıralarından tərxis olunmuşdur. 1949-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş və 1964-cü ilədək bu institutda dərs demişdir. 1964-cü ildən ömrünün axırınadək Azərbaycan Dövlət Plan Komitəsində şöbə rəisi vəzifəsində çalışmış, Komitənin kollegiyasının üzvü olmuşdur. O, bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. 1944-cü ildə II dərəcəli Böyük Vətən Müharibəsi ordeninə, 1981-ci ildə Qırmızı Əmək Bayrağı ordeninə, 1985-ci ildə I dərəcəli Böyük Vətən Müharibəsi ordeninə, 1991-ci ildə "Azərbaycanın əməkdar iqtisadçısı" adına layiq görülmüşdür. Atası Xəlil oğlanlarından Təmimdar(Tamo) Məmmədağa 1875-ci ildə Kars şəhərində anadan olmuş. 20-ci əsrin əvvəllərində ailəsi ilə birlikdə (həyat yoldaşı Səriyyə, qizları Əfruz və Bilqeyis, kiçik qardaşı Həmid) Bakı şəhərinə köçmüş.
Məmməd Məmmədov (iqtisadçı)
Məmməd Məmmədov (tam adı:Məmmədov Məmməd Əhməd oğlu) — Azərbaycanlı iqtisadçı; Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti (1985–1993), Azərbaycan SSR əməkdar iqtisadçısı (30.01.1991); Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri (13.01.1993–13.03.2020) 5 may 1941-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuşdur. Orta təhsilini Tovuz rayonunda başa vurmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Maliyyə-Kredit fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək iqtisadçı ixtisası almışdır. 1966-cı ilin fevral ayından 1972-ci ilin noyabr ayınadək Bakı şəhəri Binəqədi rayon Əmanət bankının müdiri vəzifəsində işləmişdir. 1972-ci ilin noyabr ayından 1985-ci ilin aprel ayınadək Bakı şəhəri Əmanət Bankının rəisi vəzifəsində işləmişdir. 1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının (indiki Kapital Bank) Prezidenti vəzifəsində işləmişdir. 13 yanvar 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. 2 mart 1995-ci ildə Dövlət Aqrar İslahat Komissiyasının üzvü təyin edilib. 13 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilib. Ailəlidir.
Natiq Qasımov (iqtisadçı)
Natiq Qasımov (tam adı:Qasımov Natiq Əbülfəz oğlu; 19 mart 1960, Bakı) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010). Qasımov Natiq Əbülfəz oğlu 19 mart 1960-cı ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu iqtisadiyyat fakütləsini bitirib. 1988-ci ilədək Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüafının iqtisadiyyatı və Təşkili İnstitutunda böyük elmi işçi işləmişdir. 1988–93-cü illərdə Azərbaycan İqtisadçılar İttifaqı sədr müavini olub. 1993–94-cü illərdə Azərbaycan Elmi Tədqiqat Yeyinti Sənayesi İnstitutunun direktoru olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. 1998–2002-ci illərdə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru olub. Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010) olub. 6 monoqrafiyanın,80-dən çox elmi məqalənin,9 kitabçanın müəllifidir.
Nazim Məmmədov (iqtisadçı)
Nazim Bəydəmirli (tam adı: Məmmədov Nazim Hüseyn oğlu; 4 may 1963, Çayrəsullu, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı; İqtisad elmləri doktoru; "Bəydəmirli Xeyriyyə Fondunun" təsisçisi. Nazim Məmmədov 1963-cü il mayın 4-də Gədəbəy rayonunun Çay Rəsullu kəndində anadan olmuşdur. 1982-ci ildə Bakı Plan-Uçot Texnikumunu, 1989-cu ildə isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləmişdir. Həmin universitetin aspiranturasında təhsil almış, elmi işini müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır. Üç kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir. Hazırda Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin (SPDİMU) doktorantıdır. Elmlər doktoru adını qazanmaq üçün elmi işinin ilkin müzakirəsi müvəqqiyyətlə baş tutub, profil kafedra vasitəsi ilə Böyük Elmi Şuraya müdafiə üçün tövsiyə edilib. Müxtəlif Beynəlxalq iqtisadi Forum və Sammitlərdə iqtisadçı-ekspert kimi mütəmadi çıxış edir.. Bu sırada Avropa Birliyinin hər il Polşanıən Krınitsa kurort şəhərçiyində keçirdiyi Economic Forum-u, Sankt-Peterburq İqtisadi Forumunu, İstanbul Maliyyə Sammitini misal göstərmək olar.