müxbirlik
müxtəlif
OBASTAN VİKİ
Müxəmməs
Müxəmməs (ərəbcə – beşlik) – orta əsrlər klassik Şərq, o cümlədən Azərbaycan, habelə aşıq poeziyasında lirik şeir şəkillərindən biri. Əsasən birinci bəndin bütün misraları həmqafiyə olur, sonrakı bəndlərin yalnız sonuncu misrası birinci ilə qafiyələnir. Müxəmməs 5 misralı bir neçə (əsasən, 5-6) bənddən ibarət olur. Bəndlərin sayı 10-15-ə də çata bilər. Son bəndin misralarından birində müəllifin təxəllüsü verilir. Klassik poeziyada qafiyə quruluşu belədir: aaaaa, bbbba, cccca, çççça və s. Aşıq şeirində orta müxəmməs, qoşayarpaq müxəmməs, cığalı müxəmməs və s. şəkilləri var. Məşhur türkmən şairi Molla Henesin "Tahir və Zöhrə" dastanında da müxəmməs şəklinə müraciət olunmuşdur. Müxəmməs ictimai mövzulu olmaqla, çox zaman məhəbbət və gözəlliyi tərənnüm edən şeir formasıdır.

Digər lüğətlərdə