nasistcəsinə
nasos
OBASTAN VİKİ
Nasizm
Nasional sosializm (alm. Nationalsozialismus‎) və ya qısaca Nasizm — totalitar, ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası, 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya, "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası, Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur. Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi. Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri (alm. Globalabkommen‎) — Nasizm rejiminin təqibinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi məqsədilə 1959-1964-cü illərdə Qərbi Almaniya (indiki Almaniya Federativ Respublikası) ilə on iki Qərbi Avropa ölkəsi (Avstriya, Belçika, Danimarka, Fransa, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç, İsveçrə və Birləşmiş Krallıq) arasında bağlanmış sazişlər toplusu. İkitərəfli sazişlərlə Almaniya hər hansı hüquqi öhdəlik olmadan, könüllü şəkildə ümumilikdə 876 milyon alman markı ödəyəcəyini müəyyən etmişdir. Soyuq müharibə dövründə hökm sürən siyasi vəziyyətə görə, Nasizm rejiminin işğalından əziyyət çəkmiş heç bir Şərqi Avropa dövləti ilə bu cür müqavilələr bağlanmamışdır. Özünü Alman Reyxinin varisi hesab etməyən Şərqi Almaniya isə bu ikitərəfli sazişlərin heç birində iştirak etməsə də, 1980-ci illərdə Avstriya, Finlandiya və İsveçlə barışıq sazişləri bağlamışdır. Almaniya aşağıdakı dövlətlərlə müqavilələr bağlamışdır: Bu sazişlərə görə Almaniya sonrakı məhkəmə işlərində müharibə cinayətinin qurbanları və onların ailə üzvləri tərəfindən irəli sürülən növbəti kompensasiya iddialarına münasibətdə hər hansı maddi məsuliyyətini inkar etmişdi. Bununla yanaşı, Almaniya müharibə cinayətkarlarının İtaliya kimi ölkələrə ekstradisiya edilməsi ilə bağlı qanuni öhdəliyini aradan qaldırdı. İtaliya məhkəmələrinin Almaniya hökumətinin üzərinə kompensasiya ödəmək öhdəliyini qoyan çoxsaylı təkrarlanan qərarlarından sonra, Almaniya immunitet tələbi ilə işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdi. 2012-ci ildə Məhkəmə Almaniyanın lehinə qərar vermişdi. 1990-cı ildə birləşmiş Almaniya oxşar məzmunda sazişi ABŞ dövləti ilə də bağlamışdı.
Nasizmdən təmizlənmə
Nasizmdən təmizlənmə, nasistlərdən təmizlənmə və ya denasifikasiya (alm. Entnazifizierung‎) – Müttəfiq Dövlətlərin İkinci Dünya Müharibəsindən sonra Almaniya və Avstriya cəmiyyətlərində həyata keçirdiyi və Nasional Sosializmin təsirini mədəniyyət, cəmiyyət, iqtisadiyyat, mətbuat, hüquq və siyasət sahələrindən silmək üçün həyata keçirdiyi siyasəti təsvir edir. Siyasət çərçivəsində məsul təşkilat rəhbərləri və əlaqədar qurumlar birbaşa işdən çıxardıldı və həmin təşkilatlar bağlanıldı. Bu siyasətə müharibədən dərhal sonra keçirilən Potsdam konfransında qərar verildi. Siyasi cəhətdən həyata keçirilən tədbirlər Soyuq müharibənin başlaması ilə faktiki olaraq dayandırıldı. İkinci Dünya Müharibəsi dövründə Nasist Almaniyasının təslim olmasından sonra, Berlindən 26 km cənub-qərbdə yerləşən Potsdamda 1945-ci il 17 iyul ilə 2 avqust arasında təşkil edilən Potsdam Konfransı, xüsusilə Almaniya və Avstriyada nasizmdən təmizlənmə işlərinə başlamağa qərar verdi. Berlindəki Müttəfiq Komandanlığı 1946-cı ilin yanvarında fəaliyyətə başladı. Bu çərçivədə müəyyən şəxslər və təşkilatlar müşahidə altına alındı və bunlar haqqında qərarlar qəbul edildi. Bütün Müttəfiq Dövlətlər ümumi prinsiplərdə razılaşsalar da, onların nəzarəti altında olan ərazilərdə bunun həyata keçirilməsi çox fərqlənirdi. Nasizmin aradan qaldırılması fəaliyyətinə nasist rejiminin istifadə etmiş olduğu simvolların çıxarılması da daxildir.

Digər lüğətlərdə