Neftçala

coğ. Nefttchala

neftayırma
neftçıxarma
OBASTAN VİKİ
Neftçala
Neftçala — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati mərkəzi. 1959-cu ildə rayon tabeli şəhər statusu almışdır. Neftçala Rayon İcra Hakimiyyətinin 1 yanvar, 2022-ci il tarixli məlumatına əsasan Neftçala şəhər əhalisinin sayı 22 072 nəfər olmuşdur.
Həsənabad (Neftçala)
Həsənabad (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Neftçala rayonunun Sovetabad qəsəbəsi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Həsənabad adlandırılmışdır. 26 Bakı komissarı qəsəbə Sovetinin mərkəzi şəhər tipli Həsənabad qəsəbəsinə keçirilmişdir. == Toponimikası == Qəsəbə Sovet hakimiyyəti illərində Sovetabad adlandırılmışdı. 1992-ci ildə Sovetabad qəsəbəsinə 26 Bakı komissarları qəsəbəsi də birləşdirilərək Həsənabad kimi rəsmiləşdirilmişdir. Oykonim Həsən və abad (kənd) komponentlərindən düzəlib, "Həsənə məxsus kənd" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Qəsəbə Kür çayı sahilində, Salyan düzündə yerləşir. == Əhalisi == Dövlət statistika komitəsinə göstəricilərinə əsasan 2008-ci ildə Həsənabad qəsəbə əhalisinin sayı 4.3 min nəfər olmuşdur. === Tanınmış şəxsləri === Samid İmanov — Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibə şəhidi. Camal İsmayılov - Vətən Müharibəsi Qəhrəmanı.
Kürkənd (Neftçala)
Kürkənd, Novo Vasilyevka — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 15 may 2003-cü ilə qədər kəndin adı Novovasilyevka olmuşdur. Bu tarixdən sonra kəndin adı Kürkənd olaraq dəyişdirilmişdir. 17 iyun 2003-cü il tarixində Kürkənd kəndi Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kürkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yenikənd kənd inzibati ərazi dairəsinin tərkibindəki 2 №-li Mayak qəsəbəsi Kürkənd kənd inzibati dairəsinin tərkibinə verilmişdir. == Təhsil == Neftçala Peşə Məktəbi burada yerləşir. Məktəb 1978-ci ildə yaradılıb. Məktəbdə aşağıdakı ixtisasalar üzrə kadr hazırlanır: 1. Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru və enerji nəzarətçisi 2. Traktorçu – maşinist 3.
Mikayıllı (Neftçala)
Mikayıllı (keçmiş adı Kötüklü) — Azərbaycan Respublikasının Neftçala rayonunun Sarıqamış inzibati ərazi vahidində kənd. Salyan düzündədir. Keçmiş adı Kötüklü olmuşdur. Kəndin yeri əvvəllər meşəlik olmuş, XIX əsrdə mikayıllı nəslinə mənsub ailələr meşənin ağaclarını qıraraq, kötükləri çıxarmış və burada kənd salmışlar.
Musalı (Neftçala)
Musalı — Azərbaycan Respublikasının Neftçala rayonunun Cəngan kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Neftçala rayonunun Cəngan kənd inzibati ərazi vahidinin tərkibindəki Musalı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Neftçala (dəqiqləşdirmə)
Neftçala rayonu — Azərbaycan Respublikasında inzibati rayon. Neftçala — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati mərkəzi. Neftçala FK — Azərbaycanda futbol klubu. Neftçala bələdiyyəsi — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə. Neftçala seçki dairəsi — Azərbaycan Respublikası 61 saylı Neftçala seçki dairəsi.
Neftçala (şəhər)
Neftçala — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati mərkəzi. 1959-cu ildə rayon tabeli şəhər statusu almışdır. Neftçala Rayon İcra Hakimiyyətinin 1 yanvar, 2022-ci il tarixli məlumatına əsasan Neftçala şəhər əhalisinin sayı 22 072 nəfər olmuşdur.
Neftçala FK
Neftçala — Neftçala rayonunu təmsil edən Azərbaycan futbol klubu. 2004-cü ildə Anşad Petrol adı ilə yaradılmışdır. "Anşad Petrol": 2004—2011 "Neftçala": 2011—h.h. "Neftçala" futbol klubu ilk dəfə "Anşad Petrol" adı ilə 2004-cü ildə Neftçala rayonunda yaradılıb. Klub Azərbaycan, Türkiyə və Malayziya-nın səhmləri ilə yaradılan və Neftçalada fəaliyyət göstərən "Anşad Petrol MMC"-nin maddi dəstəyi ilə yaradılıb. 2011-cil 23 fevral tarixinə qədər, yəni "Anşad Petrol MMC"-nin fəaliyyətini dayandırmasınadək də məhz bu adı daşıyıb. 2011-cilin fevral ayında klubun təsisçisi olan "Anşad Petrol" şirkəti artıq ləğv olunub. Neftçalada fəaliyyətə başlayan digər neft şirkəti isə sosial məsələlərə pul ayırmağı planlaşdıradığını qeyd edib. Neftçala təmsilçisi də Anşad-Petrol şirkəti ləğv olunduğundan çempionatda yeni adla mübarizə aparacağını açıqlayıb. 23 fevral 2011 tarixində I divizionda çıxış edən və "Anşad Petrol" adını daşıyan klubunun adı dəyişdirilib.
Neftçala bələdiyyələri
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Neftçala bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Neftçala rayonu
Neftçala rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 11 fevral 1940-cı ildə rayon kimi təşkil olunmuşdur. Sahəsi 1451.7 km2, əhalisi 86760 nəfərdir. Rayonda 18 inzibati-ərazi dairəsi üzrə nümayəndəlik, 17 bələdiyyə fəaliyyət göstərir. Rayonun inzibati mərkəzi — Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığında yerləşir. Rayonda 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır. Rayonun iri yaşayış məntəqələrinə Neftçala şəhəri, Həsənabad, Xıllı və Bankə şəhər tipli qəsəbələri, Aşağı Surra, Xol Qarabucaq, Qırmızıkənd, Aşağı Qaramanlı kəndləri daxildir. Qədim tarixi mənbələrdə Kür çayının mənsəbində parfiyalılara aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır. Hal-hazırda Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında həmin qədim şəhərin xarabalıqlarına rast gəlinir. Bu ərazidə həm quruda, həm də dənizdə IX–XI əsrə aid çoxlu maddi və mədəni qalıq nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır.
Neftçala şəhəri
Neftçala — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati mərkəzi. 1959-cu ildə rayon tabeli şəhər statusu almışdır. Neftçala Rayon İcra Hakimiyyətinin 1 yanvar, 2022-ci il tarixli məlumatına əsasan Neftçala şəhər əhalisinin sayı 22 072 nəfər olmuşdur.
Qaraqaşlı (Neftçala)
Qaraqaşlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəlli (Neftçala)
Qaravəlli — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.
Qırmızıkənd (Neftçala)
Qırmızıkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Akkuşa çayının sağ sahilində yerləşən kəndlərdən biridir. Kəndin keçmiş adı Xarabakənd olmuşdur. Bu kənd Zəncirbənd də adlandırılmışdır. Belə ehtimal olunur ki, əvəllər kəndin içindən Akkuşa çayı keçmişdir. Burada insanlar ticarət etmişlər. Bura xalqları bir-birinə bağladığı üçün belə adlanmışdır. Kənddə "İmam Zaman" məscidi dini icması fəaliyyət göstərir.
Abasallı (Neftçala)
Abasallı, Abasalılı, Abasəlikənd — Azərbaycan Respublikası Neftçala rayonu Tatarməhəllə ərazi vahidində kənd. == Tarixi == Neftçala rayonunun Tatarməhlə inzibati ərazi vahidində kənd. Salyan düzündədir. Son illərdə Abasəlikənd variantında rəsmiləşdirilmişdir. == İqtisadiyyatı == heyvandarlıq, pambıqçılıq, taxılçılıqla məşğuldur. Məktəb, kitabxana, tibb məntəqəsi var.
Sarıqamış (Neftçala)
Sarıqamış — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik,maldarlıq və balıqçılıqdır. Kənd əhalisinə xidmət üçün 35 saylı kitabxana fəaliyyət göstərir. Hal-hazırda infrastruktur təmir məqsədilə fəaliyyətini dayandırmışdır.
Sovetabad (Neftçala)
Həsənabad (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Neftçala rayonunun Sovetabad qəsəbəsi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Həsənabad adlandırılmışdır. 26 Bakı komissarı qəsəbə Sovetinin mərkəzi şəhər tipli Həsənabad qəsəbəsinə keçirilmişdir. Qəsəbə Sovet hakimiyyəti illərində Sovetabad adlandırılmışdı. 1992-ci ildə Sovetabad qəsəbəsinə 26 Bakı komissarları qəsəbəsi də birləşdirilərək Həsənabad kimi rəsmiləşdirilmişdir. Oykonim Həsən və abad (kənd) komponentlərindən düzəlib, "Həsənə məxsus kənd" deməkdir. Qəsəbə Kür çayı sahilində, Salyan düzündə yerləşir. Dövlət statistika komitəsinə göstəricilərinə əsasan 2008-ci ildə Həsənabad qəsəbə əhalisinin sayı 4.3 min nəfər olmuşdur. Samid İmanov — Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibə şəhidi. Camal İsmayılov - Vətən Müharibəsi Qəhrəmanı.
Sübh (Neftçala)
Sübh — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sübh qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Sübh kəndi adlandırılmışdır.
Sülh (Neftçala)
Sülh — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. 1 sentyabr 2004-cü ildə Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sülh qəsəbəsinə kənd statusu verilmışdir.
Xanməmmədli (Neftçala)
Xanməmmədli — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunun Qaçaqkənd inzibati ərazi vahidində kənd. Bala Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Şorsulu kəndindən ayrılmış xanməmmədli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Qaçaqkənd inzibati ərazi vahidində kənddir. Bala Kür çayının sahilindədir.
Xoşçobanlı (Neftçala)
Xoşçobanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Surra kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Neftçala rayonunun Aşağı Surra kənd inzibati ərazi vahidi tərkibindəki Xoşçobanlı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Xəzər (Neftçala)
Xəzər — Azərbaycan Respublikasının Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində qəsəbə. Bala Kür çayı sahilində, Salyan düzündədir. Keçən əsrdə M.Qasımov adına sovxozun malikanəsi yanında yaradılmış, Xəzər dənizi yaxınlığında salındığı üçün Xəzər adlandırılmışdır.
Şirvanlı (Neftçala)
Şirvanlı (əvvəlki adı: Yarski) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi vahidi tərkibindəki Yarski kəndi Şirvanlı kəndi adlandırılmışdır. Kənddə İbrahim İsmayıl oğlu Babayev adına orta ümumtəhsil məktəbi yerləşir. Kənddə "Həsənağa" məscidi dini icması fəaliyyət göstərir.
Şorkənd (Neftçala)
Şorkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Fail Mayılov adına əsas ümumtəhsil məktəbi yerləşir.
Heydər Əliyev Muzeyi (Neftçala)
Heydər Əliyev Muzeyi — Neftçala şəhərində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey. Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur. Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır. == Haqqında == Muzeyin tikintisinə 2006-cı ilin oktyabrında başlanmış və 2007-ci ilin fevralında istifadəyə verilmişdir. Ancaq rəsmi açılışı 23 avqust 2007-ci ildə keçirilmişdir. Muzey bir ekspozisiya zalından, 14 fotostenddən, 10 vitrində ibarətdir. Heydər Əliyevin 1979-cu il mayın 30-da ilk dəfə Neftçalaya gəlişini və burada keçirdiyi görüşləri əks etdirən materiallar iki xüsusi ekspozisiyada nümayiş etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ilin avqustun 23-də Neftçala rayonuna gəlmişdir. Heydər Əliyevin adını daşıyan parkın və muzeyin açılışı olmuşdur.
Kür dili (Neftçala)
Kürdili — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Kürdili oyk., sadə. Neftçala rayonunun Şirvanlı inzibati ərazi vahidində kənd. Xəzər dənizi sahilindədir. Kəndin adı Kür Dili adasının adından götürülmüşdür. Yaşayış məntəqəsi haqqında "Əriyən ada", Sonuncu və Daxildəki ada adlı filmlər çəkilmişdir.
Kürkənd bələdiyyəsi (Neftçala)
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Neftçala Dövlət Rəsm Qalereyası
Neftçala Dövlət Rəsm Qalereyası — (NDRQ) 1990-cı ildə yаrаdılıb. Neftçala şəhərində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 96 ədəddir. Qalereyanın ekspozisiya zalında Adil Hacıyevin, Maral Rəhmanzadənin, Rafael Abasovun, Elbəy Rzaquliyevin və.s rəssamların əsərləri sərgilənir. "Qalereyada Teatrı tamaşası keçirildi". heydaraliyev-centers.az. İstifadə tarixi: 13.04.2021.
Neftçala Tarix-Diyarşünaslıq Muzeyi
Neftçala Tarix-Diyarşünaslıq Muzeyi — 1980 ci ildən fəaliyyət göstərir. Muzey 3 şöbədən ibarətdir. Muzeyin ümumi sahəsi 800 m²-dir. Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin ümumi fondunda 17075 ədəd eksponat var. Əksər eksponatların tarixi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Bunlardan 12487 ədədi əsas, 4588 ədədi elmi köməkçi fonda aiddir. Muzeyin 560 kv m-ni ekspozisiya zalları təşkil edir. Muzey rayonun təbiətini, qədim dövrdən müasir dövrə qədərki tarixini əks etdirir. Muzeyin ekspozisiyası 11 zalda nümayiş etdirilir: I zal rayonun təbiətini; II zal Azərbaycan və Neftçalanın qədim dövr tarixini; III zal Azərbaycanın və rayonun erkən orta əsrlər dövr tarixini; IV zal Azərbaycanın və rayonun orta əsrlər tarixini; V zal Azərbaycanın və rayonun son orta əsrlər tarixini; VI zal Azərbaycan tarixinin 1918–20-ci illər tarixini- AXC dövrünü; VII zal Azərbaycanın və Neftçalanın XX əsrin 30–40-cı illərini; VIII zal Böyük Vətən müharibəsi dövrünü; IX, X, XI zallar isə Azərbaycan və Neftçalanın müasir dövrünü əks etdirir. Muzeydə rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar və başqa eksponatlar nümayiş etdirilir.
Neftçala seçki dairəsi
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
Nəriman Nərimanov adına Neftçala Şəhər Stadionu - Neftçala futbol klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion Azərbaycan Respublikasının Neftçala rayonunun mərkəzində yerləşir.
Pambıqçı FK (Neftçala)
Pambıqçı (Neftçala) futbol klubu Neftçalada yaranmışdır. 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Pambıqçı Neftçala FK
Pambıqçı (Neftçala) futbol klubu Neftçalada yaranmışdır. 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Qaraqaşlı bələdiyyəsi (Neftçala)
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.