NORMALLIQ
NORMATİV
OBASTAN VİKİ
Kris Norman
Kris Norman (25 oktyabr 1950) — Böyük Britaniya ifaçısıdır. 1980-ci illərdə bir sıra sinqlları ilə məşhurluq qazanmışdır. 1986-cı ildə Alman prodüseri və ifaçısı Diter Bolen tərəfindən yazılan "Midnight Lady" mahnısı ölkələrdə ən yüksək zirvədə parlayırdı. == Albomlar == 2011: Time Traveller 2009: Live-DVD und CD Chris Norman The Hits! (Liveauftritt Tempotrom Berlin April 2009) 2009: The Hits!From His Smokie And Solo Years (Doppel-CD incl.
Norman Uizdom
Norman Uizdom — Britaniyalı komik Norman Uizdom 1915-ci ildə Londonda doğulub və karyerasını müzik-hollda çıxışla başlayıb. O, populyar mister Pitkin personajını özü yaradıb və bu rolla bir çox filmlərdə çəkilib. Onların arasında "Mister Pitkin düşmən arxasında", "Mister Pitkin xəstəxanada" və "Mister Pitkin baş-ayaq" filmləri keçmiş SSRİ telekanalları ilə də nümayiş etdirilib. Bundan əlavə, Uizdom ssenarist, prodüser və bəstəkar kimi də çalışıb. O, 2000-ci ildə cəngavər titulu alıb. Son vaxtlara qədər Men adasında yaşayıb və vaxtaşırı səhnədə görünüb. Kütləvi informasiya vasitələri 2008-ci ildə onun ölümü barədə məlumat yaysalar da, xəbər az sonra təkzib edilib. Nəhayət 2010-cu ilin 4 oktyabrında Uizdom 95 yaşında Men adasındakı qocalar evində keçinib.
Norman nəzəriyyəsi
Norman nəzəriyyəsi və ya normanizm — tarixşünaslıqda varyaqları Kiyev Rus dövlətinin yaradıcıları hesab edən istiqamət. == Tarixi və arqumentləri == Nəzəriyyə XVIII əsrin ikinci rübündə Peterburq Elmlər Akademiyasında işləyən alman alimlər irəli sürmüşdür. Onlar "Ömənillərin basmanı"nda varyaq knyazlarının dəvət olunması haqqındakı hekayəsi əsas götürmüşdülər. XVIII–XIX əsr Çar Rusiyası tarixşünaslığında (N. M. Karamzin və b.) Norman nəzəriyyəsi Kiyev Rus dövlətinin mənşəyi barədə rəsmi fikir xarakteri almışdır. XX əsrin 20-ci illərindən etibarən Norman nəzəriyyəsi Qərb tarixşünaslığınıb tərkib hissəsi olmuşdur. == Tənqidi == Sovet tarixşünaslığında Norman nəzəriyyəsinin hərtərəfli tənqidi verilmişdir. Onlara görə, Norman nəzəriyyəsinin siyasi mahiyyəti qədim slavyanları müstəqil dövlət yaratmağa qadir olmayan xalq, normanları (varyaqları) isə qədimdən başlayaraq Rusiyanın inkişafına təsir göstərən qüvvə kimi qələmə verməkdən ibarət idi. Hələ XVIII əsrin ortalarında M. V. Lomonosov Norman nəzəriyyəsinin əsassız olduğunu bildirmişdir. Çar Rusiyası tarixçilərindən bəziləri Norman nəzəriyyəsinin müəyyən müddəalarını tənqid etsələr də, onun elmə zidd olmasını göstərə bilməmişlər. Sovet tarixçilərinə görə, antikommunizmin ideoloqları SSRİ-yə və sosialist ölkələrə qarşı mübarizədə Norman nəzəriyyəsindən istifadə etmişdir.
Norman İtzkovits
Norman İtzkovitz (ing. Norman Itzkowitz; 6 may 1931 – 20 yanvar 2019) — Osmanlı tarixi üzrə ixtisaslaşmış ABŞ tarixçisi. Prinston Universiteti Yaxın Şərq Araşdırmaları fakültəsində müəllim olaraq çalışır. == Əsərləri == Ottoman Empire and Islamic Tradition, Chicago 1972, 1980 The Immortal Atatürk, Chicago 1984 Neighbors in Conflict: A Psycho-political Study of Greek-Turkish Relations, Eothen Press, 1994.
Norman İtzkovitz

Norman Şvartskopf
Norman Şvartskopf (ing. Norman Schwarzkopf 22 avqust 1934 - 27 dekabr 2012) - 1991-ci ildə İraqın Küveyti işğal etməsindən sonra bu ölkəyə qarşı keçirilən hərbi əməliyyata rəhbərlik etmiş amerikalı general. 1934-cü il təvəllüdlü Norman Şvartskopf Vyetnam müharibəsinin veteranıdır. 1990-91-ci illərdəki Körfəz müharibəsi zamanı Səddam Hüseynin qoşunlarının Küveytdən çıxarılması ilə nəticələnən “Səhrada fırtına” və "Səhranın qılıncı" adı verilən hərbi əməliyyatlara rəhbərlik edib. Müharibədən sonra o, ABŞ-nin ən yüksək dövlət mükafatlarından olan Azadlıq Prezident Medalı ilə təltif edilib. Norman Şvartskopf 2012-ci il dekabrın 27-də 78 yaşında vəfat edib.
Cozef Norman Loker
Ser Cozef Norman Loker (ing. Joseph Norman Lockyer, 17 May 1836-16 Avqust 1920)- İngilis alim və astronom. 1868-ci ildə Günəşin atmosferində də rast gəlinən Heliumu kəşf etmişdir. == Həyatı == Cozef Norman Loker (ing. Joseph Norman Lockyer) 17 May 1836-cı ildə İngiltərənin Uorikşir (ing. Warwickshire) əyalətinin Reqbi şəhərində doğulmuşdur. 1870-ci ildə krallığın elmi irəliləyişlər komissiyasına sədr təyin olunana qədər, 1857-ci ildən başlayaraq müharibə ofisində çalışıb. Komissiyanın iş müddəti 1875-ci ildə bitəndə hal-hazırda London İmperial Kollecinin bir hissəsi olan krallığın elm akademiyasına cəlb olunmuşdur. 1885-ci ildə Astronomiya sahəsində Dünyada ilk dəfə professor adına layiq görülən alim olmuşdur. Özü üçün günəş rəsədxanası inşa etdirmiş və 1902-ci ilə qədər bu rəsədxananı idarə etmişdir.
Moria van Norman
Moria van Norman (30 may 1984, San-Dieqo, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Moria van Norman, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Norman istilası (1066)
İngiltərənin Normandiya hersoqu Vilhelm tərəfindən istilası. Bu istilada Normandiya və bir çox başqa Avropa vilayətlərinin cəngavərləri də iştirak edirdi və İngiltərədə, bu istilaçıların timsalında yeni elitanın yaranması və tam feodal quruluşun bərqərar olması ilə nəticələndi. == Əsas şərtlər == İngiltərədə 11 əsrin ortaları üçün, artıq əsasən feodal qayda-qanunlar hökmran idi, lakin hələ də feodallaşma əsnasında idi. Kəndlilərin xeyli hissəsi, xüsusən ölkənin şimal-şərqində -"Danimarka hüququ"("Denlo") vilayətində hələ də azad idilər. Asılı feodal torpaq istifadəçiləri isə hələlik vahid təhkimli kəndli təbəqəsinə çevrilməmişdilər. Feodal mülkü və feodal iyerarşisi hələ bitkin formaya düşməmişdi və hər yerdə yayılmamışdı. == Hastinqs döyüşü == İngiltərədə feodallaşma əsnasının başa çatması 11 əsrin ikinci yarısında normand istilası ilə bağlı idi. İstilaçılara Normandiya hersoqu Vilhelm başçılıq edirdi. Qənimət ələ keçirmək, yeni mülklər və təhkimli kəndlilər əldə etmək meyli onun ətrafına təkcə Normandiya feodallarını deyil, Fransanın başqa vilayətlərində, hətta İtaliyadan da çoxlu cəngavər toplamışdı. Hersoqun ingilis taxtına olan iddiası İngiltərəyə yürüş üçün bəhanə oldu.
Siril Norman Hinşelvud
Siril Norman Hinşelvud (19 iyun 1897, London - 9 oktyabr 1967, London) — 1956-cı ildə Nikolay Semyonovla birlikdə Kimya üzrə Nobel mükafatı alan ingilis alimi. Xüsusilə kimyəvi reaksiya mexanizmləri üzərindəki tədqiqatları ilə tanınır. Hidrogenin yanması, oksigenin su əmələ gətirməsi kimi zəncirvari reaksiyaların mexanizmini və sürətini öyrənmişdir. Son illərindəki tədqiqatlar antibiotik sahəsində istifadə olunacaq bakterial hüceyrə divarlarında gedən reaksiyalar üzərində olmuşdur. == Həyatı == === İlk illər === 19 iyun 1897-ci ildə Londonda anadan olmuşdur. Vestminster şəhər məktəbində və Oksford universitetində təhsil almış və Oksforddan lizensiyalı dərəcə almışdır. Sırası ilə Balliol, Triniti və Ekseter kolleclərində işləmişdir. 1921-1937 illərində Triniti kollecində dərslər vermişdir. 1937-ci ildən Oksford Universitetində professor kimi işləməyə başlamışdır. Həmin dövrdə İngiltərə hökumətinə elm sahəsində köməklik göstərmişdir.
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Norman Abel
Norman Abel (ing. Norman Abeles; 15 aprel 1928, Vyana) — Avstriya əsilli ABŞ psixoloqu. == Həyatı == Norman Abel 1928-ci ildə Vyanada anadan olmuşdur. Əvvəlcə Nyu-York Universitetində (1949-cu ildə bakalavr dərəcəsi), sonra Ostin şəhərindəki Texas Universitetində (1952-ci ildə magistr dərəcəsi) təhsil almışdır. 1958-ci ildə həmin universitetdə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1968-ci ildən Miçiqan Ştat Universitetində psixologiya professorudur. 1997–1998-ci illərdə Amerikan Psixoloqlar Birliyinin prezidenti olmuşdur. Norman Abel həmkarları ilə birlikdə ABŞ-də ən böyük psixoterapevtik audio yazılar arxivini yaratmışdır. Onun tədqiqatı əhvali-ruhiyyə və yaddaş arasındakı qarşılıqlı əlaqənin aspektlərini əhatə edirdi. O, öz işi ilə ABŞ-də peşəkar psixologiyanın inkişafına təsir göstərmişdir.
Norman Abramson
Norman Abramson (Norman Abramson) (1 aprel 1932) simsiz kompüter ünsiyyəti üçün ALOHAnet sisteminin inkişafı üçün ən tanınmış yəhudi mühəndis və kompüter alimidir. == Həyatı == Norman Abramson 1 aprel 1932-ci ildə Bostonda (ABŞ) anadan olmuşdur. == Fəaliyyəti == Norman Abramson Harvard Universitetində (1953) fizika, UCLA (1955) fizikasında M.A. və Ph.D. Stanford Universitetində elektrik mühəndisliyi (1958) oxumuşdur. Verilənlərin simsiz ötürülmə sistemi olan ALOHAnet-in müəllifi, amerikalı mühəndis və alim Norman Abramson ALOHAnet sistemi Ethernet və IEEE 802.11 texnologiyalarının prototipidir. == Ədəbiyyat == Əliquliyev R.M. Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Norman Bor
Norman Loftus Bor (irl. Norman Loftus Bor; 2 may 1893 – 22 dekabr 1972[…]) — İrlandiya botaniki. == Elmi fəaliyyəti == Norman Loftus Bor toxumlu bitkilər üzrə ixtisaslaşıb.. == Şərəfinə adlandırılmış taksonlar == Borinda Stapleton cinsi Norman Loftus Borun şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == Barnhart, J. H. Biographical Notes Upon Botanists. — Vol. 1. — P. 220.
Norman Endjell
Norman Endjell — beynəlxalq sülhün bərqərar olması üçün əhəmiyyətli səy göstərmiş, Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. 1933-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1903-cü ildə "üç bayraq altında Vətənpərvərlik:siyasətdə rasionalizmin müdafiəsi" kitabını dərc etdi. 1909-cu ildə onun "Avropa illüziya sı" (müharibənin iqtisadi səbəbləri haqqında) kitabı dərc edilmişdir. Növbəti kitab olan "Böyük illüziya " daha məşhur oldu və 25 dildə tərcümə edilmişdi. Burda Endjell müharibə nəticəsində iqtisadi çiçəklənmə haqqında mifi ifşa edirdi. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı o Ramsey Makdonald və Ç.Trevelayanla Britaniya hökumətinin xarici siyasətinə ictimai nəzarət üçün demokratik nəzarət İttifaqını təşkil etdi. 1920-ci ildə Liberal partiyadan Leyboristlər Partiyasına keçdi. Mərkəzi Avropa uşaqlarına yardım məqsədilə "Aclığa qarşı" hərəkatın əsasını qoydu. Nasist Almasniyasının fəal əleyhdarı idi, Nevill Çemberlenin Hitlerlə barışıq sazişinə qarşı çıxırdı.
Norman Finkelşteyn
Norman Qari Finkelşteyn (ing. Norman Gary Finkelstein) — yəhudiəsilli ABŞ siyasi elm adamı, yazıçı və professor. O, dünyada Holokost və Fələstin-İsrail münaqişəsi haqdakı fikirləri, mühazirələri və əsərləri ilə tanınır. == Həyatı == Onun anası almanların II Dünya müharibəsi dövründə Polşada yaratdıqları həbs düşərgəsində, atası isə Auşvitz həbs düşərgəsidə, almanların II dünya müharibəsi dövründə yəhudiləri saxladıqları və kütləvi şəkildə öldürdükləri ən böyük ölüm düşərgəsində idilər. Atasının almanların əlindən qaçdığı deyilir. Bütün bunlara baxmaraq, Finkelşteyn öz vicdanına sığınaraq yəhudiləri Holokostu bəhanə edərək başqalarına qarşı, xüsusən də günahsız fələstinlilərə qarşı qətlliam və vəhşiliklərdə günahlandırır. 2014-cü ildə İsrailin Qəzzəyə hücumlarına etiraz edib aksiya keçirən zamanı Finkelşteyn və 20-yə yaxın amerikalı polis tərəfindən nəzarətə götürülüb.
Norman Foster
Norman Foster (1 iyun 1935, Mançester) — ingilis memar. Memarlıq təhsili ilk olaraq Mançestr Universitetində alan Norman təhsilini Yeyl Universitetində usta olaraq tamamladı.Dünya səviyyəsində bir çox komitəyə qatılan və yüzlərcə mükafata layıq görülən Norman Fosterin bir çox tanınmış layihəsi vardır. Millau Körpüsü (Fransa, dünyanın ən yüksək körpüsü), Honq Konq Beynəlxalq Hava limanı, Uembli stadionu kimi dünya üzrə tanınmış sayısız memarlıq layihələrinə imza atdı. 2002-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.
Norman Ozborn
Norman Ozborn (ing. Norman Osborn) — Marvel Comics tərəfindən nəşr edilmiş, ABŞ komikslərində görünən uydurma supercinayətkar. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış; ilk dəfə Yaşıl qoblinin orijinal və ən yaxşı bilinən təcəssümü kimi "The Amazing Spider Man" komiksinin 14-cü sayında (iyul 1964) peyda olmuşdur. Amoral sənaye şirkəti Oscorpun rəhbəri olan Norman ekspremental maddə qəbul edir; həmin maddə onun fiziki və zehni gücünü artırsa da, onda ruhi pozğunluğa səbəb olur. Hörümçək-adamın baş düşməni olan Ozborn superqəhrəman müəyyənləşdirən hekayənin bir hissəsi, eləcə də Herri Ozborn, Qabriel və Sara Steysinin atası, Normi Ozbornun babası, Qven Steysinin qatilidir. Əsas hədəfinin Hörümçək-adam olmasına baxmayaraq, o, Marvel kainatında digər superqəhrəmanlar ilə tez-tez münaqişəyə girir. Qoblin kimi, o, Hellovin tərzində olan görünüşünü qəbul edir: qoblin kostyumu geyinir, yarasa şəklində olan "Qoblin planeri" sürür, yüksək texnikalı silahlardan, əl qumbarası kimi "Balqabaq bombaları"-ndan istifadə edərək, Nyu-Yorkda iğtişaşlar törədirdi. Ozborn bəzən Doktor Osminoq və Misterio kimi supercinayətkarlarla, bəzən isə Məşum altılıq və Qara qisasçılar kimi komandalarla müttəfiqlik qurur, bu münasibətlər tez-tez qarşısıalınmaz münaqişələrə səbəb olan məqsədlərinə görə pozulur. Son illərdə Ozborn, Dəmir patriot obrazında yeni qəhrəman statusu qazanmışdır. Personaj müxtəlif cinayətkar siyahılarında yer alıb.
Norman Ridus
Norman Mark Ridus (ing. Norman Mark Reedus; 6 yanvar 1969, Hollivud[d], Florida) — ABŞ aktyoru. "Gəzən ölülər" televiziya serialında canlandırdığı Deril Dikson obrazı ilə məşhurlaşıb. == Həyatı == Norman Ridus 6 yanvar 1969-cu ildə Florida ştatında yerləşən Hollivud şəhərində anadan olub. Ridusun nənəsi italyan əsilli, babası isə ingilis, şotland və irland əsillidir. O, bir müddət Tokyo şəhərində yaşamış, sonralar Los-Ancelesə köçərək Harley-Davidson mağazasında işləmişdir.
Norman Tomas
Norman Mattun Tomas (ing. Norman Mattoon Thomas; 20 noyabr 1884[…], Marion[d], Ohayo – 19 dekabr 1968[…], Cold Spring Harbor[d], Nyu-York ştatı) – ABŞ mötədil sosialisti və pasifisti. O, 1920-ci illərdən 1950-ci illərə qədər ən tanınmış ABŞ sosialistlərindən biri olmuşdur. == Həyatı == Norman Tomas 1884-cü ildə ABŞ-ın Ohayo ştatının Marion şəhərində doğulmuşdur. Prinston Universitetində və Nyu-York Birlik Teologiya Seminariyasında təhsil almış, 1912–1918-ci illərdə Nyu-Yorkda presviterian keşişi kimi işləmişdir. Özünü Amerika Sosialist Partiyasına həsr etməyə qərar verərək vəzifəsindən ayrılmışdır. Pasifit olan Norman Tomas Birinci Dünya müharibəsi zamanı vicdanlı etirazçıları dəstəkləmiş, İkinci Dünya müharibəsi zamanı isə ABŞ yaponlarının internasiyasını və Yaponiyanın bombalanmasına, daha sonra isə Vyetnam müharibəsinə qarşı çıxmışdır. O, həmin dövrdə ABŞ siyasətində radikal ideya hesab olunan hərtərəfli sosial rifah fikrini dəstəkləmişdir. O və onun ideyaları uğursuz seçki kampaniyalarından sonra daha çox tanınmışdır: 1924-cü ildə Nyu-York şəhərinin qubernatorluğuna, 1928–1948-ci illərdə isə Amerika Sosialist Partiyası üçün ABŞ prezidentliyinə namizəd olmuşdur. 1932-ci ildə keçirilmiş prezident seçkiləri zamanı 884.781 səs almışdır.
Norman Cousins
Norman Cousins (24 iyun 1915, Uest-Xoboken[d], Nyu Cersi – 30 noyabr 1990, Los-Anceles, Kaliforniya[…]) — Amerikalı siyasi jurnalist, yazıçı, professor və dünya sülhü müdafiəçisi idi. == Həyatı == Cousins, yəhudi mühacir ailəsində Nyu-Cersi şəhərində anadan olub. 11 yaşında ona səhv vərəm diaqnozu qoyulub və sanatoriyaya yerləşdirilib. Buna baxmayaraq, o , atletik bir gənc idi və o, gənc bir oğlan kimi "coşqunluğu kəşf etmək üçün yola çıxdığını" iddia etdi. Cousins Nyu Yorkda Teodor Ruzvelt Liseyində oxudu, 3 fevral 1933-cü ildə məzun oldu. O, redaktə qabiliyyətinin artıq sübut olunduğu "The Square Deal" adlı orta məktəb kağızını redaktə etdi. Cousins ​​Nyu Yorkdakı Kolumbiya Universitetinin Müəllimlər Kollecində bakalavr dərəcəsi almışdır. == Karyerası == 1934-cü ildə New York Evening Post (indiki New York Post) qəzetinin heyətinə qatıldı və 1935-ci ildə Current History tərəfindən kitab tənqidçisi kimi işə götürüldü. Daha sonra idarəedici redaktor vəzifəsinə yüksəldi. O, eyni binada ofisləri olan Şənbə Ədəbiyyatının Şənbə İcmalının (sonralar Şənbə İcmalı adlandırıldı) əməkdaşları ilə də dostluq etdi və 1940-cı ilə qədər həmin nəşrin əməkdaşlarına da qoşuldu.
Norman Encell
Norman Endjell — beynəlxalq sülhün bərqərar olması üçün əhəmiyyətli səy göstərmiş, Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. 1933-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1903-cü ildə "üç bayraq altında Vətənpərvərlik:siyasətdə rasionalizmin müdafiəsi" kitabını dərc etdi. 1909-cu ildə onun "Avropa illüziya sı" (müharibənin iqtisadi səbəbləri haqqında) kitabı dərc edilmişdir. Növbəti kitab olan "Böyük illüziya " daha məşhur oldu və 25 dildə tərcümə edilmişdi. Burda Endjell müharibə nəticəsində iqtisadi çiçəklənmə haqqında mifi ifşa edirdi. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı o Ramsey Makdonald və Ç.Trevelayanla Britaniya hökumətinin xarici siyasətinə ictimai nəzarət üçün demokratik nəzarət İttifaqını təşkil etdi. 1920-ci ildə Liberal partiyadan Leyboristlər Partiyasına keçdi. Mərkəzi Avropa uşaqlarına yardım məqsədilə "Aclığa qarşı" hərəkatın əsasını qoydu. Nasist Almasniyasının fəal əleyhdarı idi, Nevill Çemberlenin Hitlerlə barışıq sazişinə qarşı çıxırdı.
Norman İtskovits
Norman İtzkovitz (ing. Norman Itzkowitz; 6 may 1931 – 20 yanvar 2019) — Osmanlı tarixi üzrə ixtisaslaşmış ABŞ tarixçisi. Prinston Universiteti Yaxın Şərq Araşdırmaları fakültəsində müəllim olaraq çalışır. == Əsərləri == Ottoman Empire and Islamic Tradition, Chicago 1972, 1980 The Immortal Atatürk, Chicago 1984 Neighbors in Conflict: A Psycho-political Study of Greek-Turkish Relations, Eothen Press, 1994.
Norman Loftus Bor
Norman Loftus Bor (irl. Norman Loftus Bor; 2 may 1893 – 22 dekabr 1972[…]) — İrlandiya botaniki. == Elmi fəaliyyəti == Norman Loftus Bor toxumlu bitkilər üzrə ixtisaslaşıb.. == Şərəfinə adlandırılmış taksonlar == Borinda Stapleton cinsi Norman Loftus Borun şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == Barnhart, J. H. Biographical Notes Upon Botanists. — Vol. 1. — P. 220.
Norman Fucking Rockwell!
Norman Fucking Rockwell! — amerikalı müğənni Lana Del Reyin 30 avqust 2019-cu idə Polydor və Interscope Records tərəfindən buraxılan altıncı studiya albomu. Prodüserliyini əsasən Lananın özü və Jack Antonoff etmişdir, həmçinin Zak Daues, Andrew Wyatt və onun əvvəlki işlərinə töhfələr verən Rick Nowels dəstək olmuşdur. Norman Fucking Rockwell! soft rok, psixodelik rok və pianolu mahnılardan ibarətdir. Albom rəssam Norman Rokvellin adını daşıyır. Üz qabığında Lana və Cek Nikolsonun nəvəsi Duke Nicholsonun yelkənli qayıqda çəkdirdiyi şəkil yer alıb.
Aşağı Normandiya
Aşağı Normandiya (fr. Basse-Normandie) - Fransanın şimal-qərbində bir bölgədir. Ərazisinin sahəsi 17 589 km² təşkil edir, sahilin uzunluğu 470 kilometrdir. Meşələrin sahəsi 192 000 hektar təşkil edir.
Bəs-Normandi

Dalbergia normandii
Dalbergia normandii (lat. Dalbergia normandii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Guioa normanbiensis
Guioa normanbiensis (lat. Guioa normanbiensis) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Norman Xose Kaldera Kardenal
Norman Xose Kaldera Kardenal (isp. Norman José Caldera Cardenal; d. 21 oktyabr 1946, Manaqua, Nikaraqua) — Nikaraqua Respublikasının xarici işlər naziri (2002–2007). == Həyatı == 21 oktyabr 1946-cı ildə Manaqua şəhərində anadan olmuşdur. == Təhsili == İlk təhsilini Kalasanz Kollecində almışdır. Daha sonra təhsilini Qranadanın Mərkəzi Amerika Kollecində davam etdirmişdir. 1968-ci ildə Leksinqton şəhərinin Hərbi Ventvors Akademiyası və Gənclər Kollecinin Müəssisələr Administrasiyası üzrə texnik peşəsinə yiyələnmişdir. == Fəaliyyəti == 1975-ci ildə Mərkəzi Amerika üçün Nikaraqua İxracat Mərkəzinin administratoru seçilmişdir. 1980–1984-cü illərdə Qvatemalada beynəlxalq ticarət üzrə məsləhətçi kimi xidmət göstərmişdir. 1984-cü ilin yanvar ayında Hondurasda baş texniki məsləhətçi vəzifəsinə təyin olunmuşdur.
Normand adaları
Normand adaları (fr. îles Anglo-Normandes) və ya Çannel-Aylends (ing. Channel Islands) — La-Manş boğazında, Fransa sahilləri yaxınlıqlarında adalar qrupu. Birləşmiş Krallığa məxsusdur. Sahəsi 196 km²-dir. İki böyük (Cersi və Gernsi) və bir neçə kiçik adadan ibarətdir. Qranik və qneyslərdən təşkil olunmuşdur. Bostançılıq, heyvandarlıq və balıqçılıqla məşğul olunur. Əsas şəhəri Sent-Heliyerdir. Adaların ümumi əhalisi 2018-ci ildə 170,499 nəfər idi.
Normand istilası (1066)
İngiltərənin Normandiya hersoqu Vilhelm tərəfindən istilası. Bu istilada Normandiya və bir çox başqa Avropa vilayətlərinin cəngavərləri də iştirak edirdi və İngiltərədə, bu istilaçıların timsalında yeni elitanın yaranması və tam feodal quruluşun bərqərar olması ilə nəticələndi. == Əsas şərtlər == İngiltərədə 11 əsrin ortaları üçün, artıq əsasən feodal qayda-qanunlar hökmran idi, lakin hələ də feodallaşma əsnasında idi. Kəndlilərin xeyli hissəsi, xüsusən ölkənin şimal-şərqində -"Danimarka hüququ"("Denlo") vilayətində hələ də azad idilər. Asılı feodal torpaq istifadəçiləri isə hələlik vahid təhkimli kəndli təbəqəsinə çevrilməmişdilər. Feodal mülkü və feodal iyerarşisi hələ bitkin formaya düşməmişdi və hər yerdə yayılmamışdı. == Hastinqs döyüşü == İngiltərədə feodallaşma əsnasının başa çatması 11 əsrin ikinci yarısında normand istilası ilə bağlı idi. İstilaçılara Normandiya hersoqu Vilhelm başçılıq edirdi. Qənimət ələ keçirmək, yeni mülklər və təhkimli kəndlilər əldə etmək meyli onun ətrafına təkcə Normandiya feodallarını deyil, Fransanın başqa vilayətlərində, hətta İtaliyadan da çoxlu cəngavər toplamışdı. Hersoqun ingilis taxtına olan iddiası İngiltərəyə yürüş üçün bəhanə oldu.
Normand sülaləsi
Normand sülaləsi (ing. House of Normandy) — Normandiyada (911—1135) və İngiltərədə (1066—1135) hakimiyyətdə olmuş norman mənşəli zadəgan sülaləsi. == Tarixi == I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir. Beləliklə, I Vilhelm Normandlar sülasəsinin hakimiyyətinin əsasını qoymuşdur. Normandlar sülaləsinin hakimiyyəti 1066-cı ildən 1154-cü ilədək davam etdi. Bu müddət ərzində normand sülaləsinin 4 nümayəndəsi krallıq etmişdir. Bu sülalənin son nümayəndəsi kral Bluask Stefan olmuşdur.
Normandiya
Normandiya (fr. Normandie) — Şimali Fransada coğrafi bölgə. Yuxarı Normandiya (Haute-Normandie) Dənizkənarı Sena və Ör, Aşağı Normandiya (Basse-Normandie) Orn, Kalvados və Manş departamentindən ibarətdir. Normandiya hersoqluğu qədimdən bəri aşağı Seine departamenti, Pays de Caux və qərbdə Cotentin yarımadasına qədər olan bölgəni əhatə edən müstəqil bir hersoqluq idi. == Coğrafiya == Bölgə şimal sahilində Manş dənizi, qərbdə qranit, şərqdə əhəngdaşı təpələri ilə çevrili bir bölgədir. Bölgənin mərkəzində uzun sahili var. Yüksək kolluqlar arasında kiçik tarlalar Normandiya döyüşündəki işğalçi güclərə önəmli problemlər yaratmışdı. == Tarix == Normandiya Orta Əsrlərın əvvəlində İngiltərəni bir şəkildə işgal edən son xalq olan Normanların ana vətəniydi. Normandlar yerli qall xalqı ilə Rollo liderliyindəki işğalçı Vikinqlərin qarışımından əmələ gəlmişdi. Rollo Parisi işğal etmiş və ona Normandiya bölgəsi verilmişdi (St.-Claire-sur-Epte andlaşması, 911) Rollonun soyundan gələn Normandiya hersoqu Villiyam 1066-cı ildə İngiltərəni işğal etmiş və İngiltərə kralı I Vilhelm Fateh olmuşdu.
Normandiya-Neman
Normandiya-Neman qırıcı alayı (fr. Régiment de Chasse Normandie-Niémen) — Azad Fransanın ilk əlahiddə qırıcı aviasiya alayının adı. == Tarixi == "Normandiya-Neman" alayıİkinci Dünya müharibəsinin Şərq cəbhəsində Nasist Almaniyasına qarşı əməliyyatlarda iştirak etmişdir. SSRİ ərazisində fransız aviasiya eskadrilyasının yaradılması haqqında (25 noyabr 1942 tarixli SSRİ–Fransa sazişinə əsasən 1942-ci ilin noyabr ayının axırlarında 14 təyyarəçi və 58 aviamexanikdən ibarət fransız könüllüləri SSRİ-yə göndərilmişdir. Əvvəlcə dəstənin adı "Normandiya" olmuşdur (Fransanın Normandiya əyalətinin adından). 1944-cü ildən Neman çayının keçilməsində döyüş xidmətlərinə görə Sovet qoşunları Ali Baş Komandanı Aleksandr Vasilevskinin əmri ilə "Normaniya"ya "Neman" fəxri adı əlavə edilmişdir. "Normandiya Neman" müharibə zamanı Lüftvaffenin 273 təyyarəsini vurub salmış, 80 təyyarəsini zədələmiş, xeyili çaplı qüvvəsini və döyüş texnikasını məhv etmişdir. == Təltif və mükafatlar == Normandiya Neman SSRİ-nin Qırmızı Bayraq ordeni, Aleksandr Nevski ordeni, Fransanın Fəxri Legion ordeni, 2 digər orden və medalı ilə təltif olunmuşdur. 4 nəfər fransız təyyarəçi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == İrsi == "Normandiya Neman" adlı aviasiya hissəsi "Normandiya Neman" alayı təyyarəçi-veretanlarının birliyi, SSRİ-də isə texnik-veteranlarının şurası yaradılmışdır.
Normandiya dördlüyü
Normandiya dördlüyü — yüksək səviyyəli dörd ölkə nümayəndələrinin diplomatik qrupu (Almaniya, Rusiya, Ukrayna və Fransa) Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün Krımda icra sualları ilə Minsk sazişinin həyata keçirilməsi. == İştirakçıları == == Xarici İşlər nazirləri == == Tarix == 2014-cü il 6 iyun tarixində Almaniya, Fransa, Rusiya və Ukraynanın liderlərinin yığıncağı təyin olundu və Normandiya şəhərindəki Şato de Benouville şəhərində Müttəfiqlərin açılışının 70-ci ildönümü(1994) qeyd olundu. Dörd ölkənin rəhbərlərinin ən uzun görüşü fevralın 11-12-də Minskdə keçirildi və bu görüş 17 saat davam etdi. Minsk sazişlərini həyata keçirmək üçün bir sıra addımlar atıldı.Liderlərin görüşləri zamanı danışıqlar müxtəlif dillərdə aparılırdı. Eyni zamanda, Putin, Merkel və Poroşenko rusca danışırdı. Putin də Fransa dövlət başçısı Fransua Ollande ilə ingilis dilində yaxşı danışır və o, da öz növbəsində Ukrayna prezidenti Normandiya dördlüyü ilə görüşləri zamanı eyni vaxtda üç dildə ünsiyyət qurmağa çalışırdı.
Normandiya körpüsü
Normandiya körpüsü — kabel qaldırılmış yol körpüsüdür. Dünyanın ən uzun dəniz körpüsüdür. Mişel Virlojo adlı fransız mühəndisi tikib. Havr və Honflyor şəhərləri birləşdirir. Uzunluğu 2350 m-dir. İki üst keçidi var: cənub 600 m, şimal 800 m. Eni 23 m-dir. 4 zolaqlı yoldur. Körpünün 184 dayağı var. Hündürlüyü 215 m-dir.
Normandiya çıxarması
Normandiya çıxarması - kod adı "Overlord əməliyyatı" və ya "Neptun əməliyyatı" olan və İkinci dünya müharibəsinin ən əsas desant çıxarma əməliyyatı olmuşdur. Əməliyyat çərşənbə axşamı, 6 iyun, 1944-cü il Britaniya vaxtı ilə saat 6:30-da həyata keçirilmişdi. Əməliyyatda Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən həyata keçirilmiş idi.Bu əməliyyat iyun-sentyabr aylarında olmuş və alman hərbi qüvvələrinin Fransanın daxilinə çəkilməsi ilə nəticələnmişdir Çıxarmalar əsasən 2 istiqamətdə həyata keçirilməli idi. Birinci istiqamət müttəfiqlərə məxsus bombardman təyyarələri vasitəsi ilə Fransanın sahilyanı ərazilərinin bombardman edilməsi və daha sonra 24000 nəfərlik ABŞ, İngilis və Kanada hava desant qoşunun Fransa sahilinə atılmasını təşkil etməli idi. İkinci istiqamət isə ümumi sayı 160000(73000 amerikalı, 61715 ingilis və 21400 kanadalı) olan dəniz desantını Normandiya sahillərinə çıxartmaqdan ibarət olmuşdu. Bundan əlavə ABŞ-Böyük Britaniya ordularının tərkibində 195700 nəfərlik hərbi dəniz qoşunları heyəti və 5000 dənə hərbi gəmilər də var idi. Üçüncü Reyxin tabeçiliyində isə 10000 nəfərlik hərbi qüvvə və əlavə olaraq Atlantika divarı adlı müdafiə-istehkam mövqeləri də var idi. Almaniyanı(Üçüncü Reyx)hərbi qüvvəsi:380.000(23 iyul) Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) hərbi qüvvəsi:1.332.000(24 iyul) Almaniya (Üçüncü Reyx):4.000-9.000 arasında ölü, yaralı və əsir. Müttəfiq ölkələr: 1)ABŞ:1465 ölü,5138 yaralı, əsir və itkin 2) Böyük Britaniya:2700 ölü,yaralı və əsir 3) Kanada:500ölü,621 yaralı Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) cəmi itkisi:10.264 ölü,yaralı,itkin,əsir. == Ümumi vəziyyət == 1943-cü ilin əvvəllərində Stalinqrad cəbhəsində ən ağır məğlubiyyətini alan və bunun ardınca Kursk uğrunda gedən döyüşlərdə də uduzan Almaniya artıq ən ağır günlərini yaşamaqda idi.
Normandiya əməliyyatı

Ot-Normandi
Yuxarı Normandiya (fr. Haute-Normandie, IPA: [ot nɔʁmɑ̃di]) Fransanın 27 bölgələrindən biridir. 1984-cü ildə Sen-Maritim və Ör departamentlərdən yaranıb.

Digər lüğətlərdə