nəsəb
nəsihət
OBASTAN VİKİ
Mehriban Nəsib
Mehriban Nəsibova (1976, Qutqaşen rayonu) — ABŞ-dəki Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalı == Həyatı == Mehriban Nəsib 1976-cı ildə Qəbələ rayon Zarağan kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinə qəbul olub və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə özünün "Qəbələ-sağlam mühit" (QSM) ictimai birliyini yaradıb və 7 il İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss Agency for Development and Cooperation) təşkilatı ilə əməkdaşlıq edib. Bundan başqa, həm də maarifləndirmə proqramları həyata keçirib. 2000–2011-ci illər ərzində QSM və müxtəlif ictimai birliklərin (İB) dəstəyi ilə qadın və uşaq hüquqları, qızların və gənc qadınların, eyni zamanda gənc oğlanların ailə-məişət zorakılığı sahəsində maarifləndirilməsi üzrə çalışıb. O, həm də yazardır, bir neçə hekayə və məqalənin müəllifidir. Məqalələri Azərbaycanla bərabər, dünyanın bir neçə ölkəsində, o cümlədən ABS, Fransa, Qazaxıstan və digər ölkələrin mətbuat orqanlarında çap edilib. "Məhəbbət olanda" adlı romanı 2006-cı ildə işıq üzü görüb. Yeni yazıları da var, onları isə dediyinə görə, Vətənə döndükdən sonra çap edəcək. Mehriban xanım hazırda ABŞ-dəki Kolumbiya Universitetində magistr təhsili alır.
Nəsib Göyüşov
Nəsib Göyüşov — şərqşünas, filologiya elmləri doktoru 5 sentyabr 1947-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda doğulmuş, Onbirillik orta məktəbi bitirdikdən sonra 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran bölməsinə daxil olmuş, 1970-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1970-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda başlamış, müxtəlif illərdə elmi işçi, elmi katib, aparıcı elmi işçi, Mətnlərin nəşrə hazırlanması və Əlyazmaların kataloqlaşdırılması şöbələrinin müdiri vəzifələrində işləmiş, hal-hazırda isə Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri vəzifəsində çalışır. 1981-ci ildə iki ixtisas (Türk dilləri və İran dilləri) üzrə namizədlik dissertasiyası (Ph.d) müdafiə etmiş, 2009-cu ildə isə “Füzulinin sənət və mərifət dünyası” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru dərəcəsi almişdır. 15 kitab və 160-dən çox elmi məqalənin müəllifidir. Türkiyə, İran, Kipr, Moskva və Sankt-Peterburqda keçirilən beynəlxalq konfranslarda elml məruzələrlə çıxış etmiş, xaricdə iki kitabı və on beş məqaləsi nəşr edilmişdir. Rus, fars və Türkiyə türkcəsini mükəmməl bilir. 2010-cu ildə Routledge (London and New York) nəşriyyatı tərəfindən çap edilmiş “Sovet şərqşünaslıq araşdırmaları irsi” (The Heritage of Soviet Orientalist Studies) adlı kitabın (Müəllifləri: Michal Kemper, Stephan Conermann) Azərbaycan İslam araşdırmaları bölməsində məşhur şərqşünas akademik Vasim Məmmədəliyevlə yanaşı, N.Göyüşovun elmi fəaliyyəti haqqında məlumat verilib. Amerikanın San-Fransisko şəhərində fəaliyyət göstərən “Academia.edu” saytında isə onun 3 kitab və 21 məqaləsi PDF formatında yerləşdirilib, həmin əsərlərdən 45 ölkədən (ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya, Rusiya, Danimarka, İsveç, İtaliya, İspaniya, Meksika, Braziliya, Türkiyə, İran, Hindistan, Pakistan, İndoneziya və s.) olan istifadəçilər faydalanmışlar və bu proses davam edir. 1974-1976 və 1984-1986-cı illərdə keçmiş Sovet İttifaqının Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə İranda tərcüməçi kimi çalışmış, Səfirliyin yüksək Fəxri Fərmanı ilə təltif edilmişdir. Yazılı abidələrin kataloqlaşdırılması, tədqiqi və nəşri, Orta əsrlər farsdilli və türkdilli ədəbiyyat, müsəlman Şərq xalqlarının elm və mədəniyyət tarixi, İslam estetik nəzəriyyəsi, təsəvvüf, sufi ədəbiyyatı və simvolikası, İslam mədəniyyəti, irfan və onun bədii təfəkkürlə əlaqəsi, Orta əsrlər təsəvvüf, fəlsəfə və digər humanitar sahələr üzrə klassik abidələrin fars dilindən Azərbaycan dilinə izah və şərhlərlə akademik tərcüməsi.
Nəsib Hacıyev
Nəsib Mirzəyev
Nəsib Tahir oğlu Mirzəyev (Ləkin, Cəlilabad, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı. Zəfər ordeni laureatı. (09.12.2020) — "Zəfər" ordeni. (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (25.12.2020) — "Zəngilanın azad olunmasına görə" medalı.
Nəsib Muxtarov
Nəsib Mirsaleh oğlu Muxtarov — Azərbaycan arxeoloqu. Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü ilərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində əyani ali təhsil alır. Bundan sonra Şəkidəki R.b.Əfəndiyev adına Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra bu muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyir. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən, “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir). Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işini yaxından izləmiş və bu iş onun üçün o qədər maraqlı görünmüşdür ki, bundan sonra həyatını arxeologiyaya həsr etməyə qərar vermişdir. O, 1990-cı ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisidir. Onun iştirakı, yaxud rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiyalar Respublikanın şimal-qərb bölgəsində çoxlu sayda arxeoloji qazıntı işləri həyata keçirmiş və keçirməkdədirlər. 2015-ci il 17 apreldə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində Nəsib Muxtarov diplom və pul mükafatı ilə təltif olunmuşdur. Şəkillər: 1, 2, 3.
Nəsib Məhəməliyev
Nəsib Məhəmməd oğlu Məhəməliyev (11 fevral 1961, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin V və VI çağırış deputatı, Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2000–2006), Nəsimi Rayon İcra Hakimiyyətinin başçsı (2006–2015). Nəsib Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1982–1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə, 1991–1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. 2000–2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Nəsib Məhəməliyev bir müddət Vətəndaş Həmrəyliyi Partiyasının Balakən Rayon Təşkilatının sədr müavini olmuşdur, lakin o, daha sonra partiyadan istefa verərək Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.
Nəsib Nəbioğlu
Nəsib Nəbioğlu (Tam adı: Nəsib Nəbi oğlu Verdiyev; d. 2 may 1954; Kəlbəcər rayonu, Çaykənd) — Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi. 1954-cü il mayın 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980-ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu əla qiymətlərlə bitirib. 1985-ci ildə İnstitututu bitirdikdən sonra SSRİ Dövlət Xarici Turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir. M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslanın, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəboiğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Nəsib Nəsibli
Nəsib Loğman oğlu Nəsibli (15 sentyabr 1956, Aşağı Qoşakilsə, Bolnisi rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, tarix elmləri doktoru. Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir. 1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universiteti ndə professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-nin Çikaqo və Con Hopkins universitetlərində işləmişdir. Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir. Evlidir, iki övladı var.
Nəsib Muxtarov (arxeoloq)
Nəsib Mirsaleh oğlu Muxtarov — Azərbaycan arxeoloqu. Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü ilərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində əyani ali təhsil alır. Bundan sonra Şəkidəki R.b.Əfəndiyev adına Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra bu muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyir. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən, “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir). Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işini yaxından izləmiş və bu iş onun üçün o qədər maraqlı görünmüşdür ki, bundan sonra həyatını arxeologiyaya həsr etməyə qərar vermişdir. O, 1990-cı ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisidir. Onun iştirakı, yaxud rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiyalar Respublikanın şimal-qərb bölgəsində çoxlu sayda arxeoloji qazıntı işləri həyata keçirmiş və keçirməkdədirlər. 2015-ci il 17 apreldə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində Nəsib Muxtarov diplom və pul mükafatı ilə təltif olunmuşdur. Şəkillər: 1, 2, 3.
Davud Nəsib
Davud Məcid oğlu Nəsibov (25 avqust 1942, Qazax – 26 mart 2003, Bakı) — şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986). == Həyatı == Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959–1963). Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur. 1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir. Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972).
Nəsib Quliyev
Nəsib Cəfər oğlu Quliyev (1951, Aşağı Şorca, Basarkeçər rayonu – 24 aprel 2024, Abşeron rayonu və ya ölüm səbəbi[d]) — Tibb elmləri doktoru, professor. K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun sabiq direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti. Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub.1965-ci ildə kənd 8 illik məktəbini,1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, əvvəlcə həkim-ordinator, kiçik elmi işçi vəzifəsində işləmişdir.1977-ci ildə aspiranturaya daxil olaraq 1981-ci ildə Moskvada namizədlik və 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1992-ci ildən professor və ATU Uşaq Xəstəlikləri kafedrasının müdiri seçilib. 1994-cü ildən hal-hazıra qədər Səhiyyə Nazirliyi K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsində işləyir. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. 2007-ci ildə Türk Dünyası Pediatriya Birliyinin prezidenti seçilib. Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir.
Nəsib Əfəndiyev
Nəsib Əfəndiyev (1903, Qaraqaya, Qazax qəzası – Bakı) — azərbaycanlı yazıçı. İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru. Nəsib Əfəndiyev 1903-cü ildə Qaraqaya kəndində doğulub. İlk ruhani təhsilini Haqqıxlı kəndində Molla Süleymanın məktəbində alıb. Bakıda Pedoqoji İnstitutu bitirdikdən sonra İrəvan Azərbaycan Pedoqoji Texnikumunda müəllimlik etmiş, İrəvan Dram Teatrının yaradıcılarından olmuş, uzun müddət teatra rəhbərlik etmişdir. Həmin teatrda bir sıra əsərləri tamaşaya qoyulmuş. Bir neçə roman müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. Yazıçı Firuzə Əfəndiyevanın, türkoloq yazar Vasif Nəsiboğlunun və Bəstəkar Rəşid Nəsiboğlunun atasıdır. Od içində pyesi.
Nəsib Əliyev
Nəsib Əliyev - jurnalist, "Gənc işçi" qəzetinin redaktoru, Vətən Müharibəsi qəhrəmanı, I dərəcəli Vətən Müharibəsi ordeni mükafatçısı. Nəsib Əliyev 1908-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1936-cı ildə Moskvada birillik ali təbliğat məktəbini bitirmişdir. Müharibə qabağı ailəsiylə bərabər Belarusun Belostok şəhərində qulluq etmişdir. Belostok Brest qalasının yaxınlığındadır. Müharibənin ilk günlərindən cəbhə xəttinə gəlmiş Nəsib Əliyev 1943-cü ildə Ukraynanın Xarkov istiqamətində qəhrəmancasına həlak olmuşdur. Komsomol, rayonlarda partiya komitəsinin katibi kimi vəzifələrdə çalışmışdır. Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
Nəsib Ərizə
Nəsib Ərizə (ərəb. نسيب عريضة‎; 1887, Homs – 25 mart 1946, Nyu-York, Nyu-York ştatı) — məhcərin yazıçı və şairi.
Vaqif Nəsib
Vaqif Nəsibov (Vaqif Hüseyn oğlu Nəsibov) — şair, nasir, ssenarist, tərcüməçi, 1973-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Vaqif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirib ADU-nun filologiya fakültəsində təhsil almışdır (1957–1962). Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır (1962–1965). "Na boyevom postu" ("Mübariz keşikdə") qəzeti redaksiyasında məsul katib (1965–1966), "Azərbaycan pioneri" qəzeti redaksiyasında şöbə müdiri (1966–1968), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında böyük elmi redaktor (1968–1969), "Qobustan" jurnalı redaksiyasında məsul katib (1969–1975), "Gənclik" nəşriyyatında baş redaktorun müavini (1975–1983), "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1988-?) vəzifələrində çalışmışdır. Bədii yaradıcılığa 1957-ci ildə dərc etdirdiyi şeirləri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. 1. Çəpiş.
Nəsib Həsənov
Nəsib Həsənov (orijinal adı: Nəsib Məmmədhəsən oğlu Həsənov; d.10 may 1912, Nuxa - ö.1 yanvar 1979, Şəki) — sovet dövrü Azərbaycan tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Haqqında == 10 may 1912-ci ildə Yelizavetpol quberniyasının Nuxa qəzasının Nuxa şəhərində (Azərbaycan Respublikasının Şəki şəhərində) anadan olub. 1933-cü ildə Ağalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı Universitetini bitirib. 1933-cü ildə Nuxa, Qax rayonlarında və Azərbaycan SSR-in Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə işləyib.1948-ci ildə Nuxa rayonu üzrə tütün yığımı üzrə planı 24.4 faiz yerinə yetirməyə nail olub. 1979-cu il 1 yanvar tarixində Şəki şəhərində vəfat edib.
Nəsib bəy Usubbəyov
Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli və ya Yusifbəyov və ya Usubbəyov (az-əbcəd. نسیب بك یوسفبكلی‎; 5 iyul 1881, Yelizavetpol – 31 may 1920, Kürdəmir, Göyçay qəzası) — Azərbaycan ictimai-siyasi xadimi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri (1919–1920), Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər; maarif və dini etiqad; xalq maarifi; maliyyə və xalq maarifi naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Müsavat və bitərəflər fraksiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikasının maarif naziri, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Türk Ədəmi-Mərkəziyyət Partiyasının ilk və son sədri, Müsavat Partiyasının Gəncə Təşkilatının ilk sədri. Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə gimnaziyasında almışdır. 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiysk Universiteti hüquq fakültəsinə daxil olmuş, amma universiteti bitirə bilməmişdir. Universitetdə təhsil alarkən orada oxuyan Azərbaycandan olan tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətinin yaradılmasında iştirak edib. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirmək istəsə də, universiteti yarımçıq atmalı təhsilini tamamlamadan Krımda yerləşən Bağçasaray şəhərinə getmək məcburiyyətində qalmışdır. O, burada İsmayıl Qaspıralının əsasını qoyduğu "Tərcüman" qəzetində fəaliyyət göstərmişdir. Aybəniz Kəngərli yazır ki, Nəsib bəyi İsmayıl Qaspıralı ilə Nəriman Nərimanov tanış etmişdir. Bağçasarayda olarkən İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı ilə tanış olur və daha sonra onunla ailə həyatı qurur.
Nəsib bəy Yusifbəyli

Nəsib bəy Yusifbəyov

Nəsib sultan Şəmsəddinli
Nəsib sultan Şəmsəddinli (1763-1819) — Gəncə xanlığının Şəmsəddin mahalının başçısı (1797—1819), mayor. Nəsib sultan 1763-cü ildə Şəmsəddin mahalının Öysüzlü obasında anadan olmuşdu. Əli Sultandan sonra mahal başçısı olmuşdu. Sisiyanov Gəncəyə hücum edəndə 700 atlı ilə ona qoşulub Cavad xana qarşı vuruşur. Nəsib sultan Gəncə hakiminə qarşı Qazax ağalarını da səfərbər etdi. Yaxşı təlim görmüş 300 qazaxlı süvari çar generalının əmri ilə Gəncəyə hücum etmişdi. El şairi Gəncəli Həsən yazırdı: Nəsib sultan Şəmsəddinli göstərdiyi xidmətə görə mayor rütbəsi almışdı. Gəncənin işğalı başa çatdıqdan sonra Nəsib sultanın səlahiyyəti genişləndi, o, Şəmşəddin və Qazax mahallarının başçısı təyin edildi. Xidmətlərinə görə Həsənsuyundan başlamış Şahdağına qədər olan ərazini onun ixtiyarına verdilər. Lakin bu səlahiyyət uzun sürmədi.
Əbdürrəhman Nəsib Əfəndi
Əbdürrəhman Nəsib Əfəndi (1842, Üskub – 11 mart 1914, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. İstanbul Müftülüğü Meşîhat Arşivi, Sicil Defteri, nr. 248, I, 19. İlmiyye Salnâmesi, s. 628–632. Sadık Albayrak, Son Devir Osmanlı Ulemâsı, İstanbul 1980, I, 46–47.
Vüsal Məmmədov (əsgər, 1998, Nəsib oğlu)
Eldar Nəsibli
Eldar Nəsibli Sibirel — Azərbaycan şairi, publisist. == Həyatı == Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin "Ağacların söhbəti" adlı ilk şeri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" "Seçilmiş Əsərləri" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir.
Eldar Nəsibli Sibirel

Elmar Nəsibov
Elməddin Nəsibov
Elməddin Nəsibov (baş leytenant)
Elməddin Nəsibov (çavuş)
Gündüz Nəsibov
Kamil Nəsibov
Kamil Nəsibov (8 oktyabr 1946, Bozlu, Laçın rayonu – 29 iyun 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. Milliyətcə kürddür. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. == Döyüşlərdə iştirakı == 1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir. 1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur. == Ailəsi == Kamil Nəsibov ailəli idi, dörd övladı var. == Milli Qəhrəman == Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Ağcabədi rayonunda dəfn edilmişdir.
Məlahət Nəsibova
Məlahət Nəsibova (6 mart 1969, Naxçıvan) — 2009-cu ildə "azad və müstəqil mətbuat üçün cəsarətli və sarsılmaz mübarizəsi"nə görə Norveçdə təqdim edilən Torolf Rafto xatirə mükafatına layiq görülən Azərbaycan jurnalisti və hüquq müdafiəçisi. Nəsibova hazırda Azərbaycanda "Turan" informasiya agentliyində çalışır. O, həmçinin, Azadlıq Radiosunun müxbiri kimi çalışır və Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.
Mərfət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Mərifət Nəsibov

Nicat Nəsibov
Nicat Nəsibov (leytenant)
Nicat Nəsibov (əsgər, 1986)
Nicat Nəsibov (əsgər, 1996)
Nikolay Nəsibov
Nikolay Nəsib oğlu Nəsibov (rus. ́Николай Насибович Насибов; doğum adı: Qaraca; 15 dekabr 1929, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ — 31 dekabr 1996, Moskva, Rusiya) — sovet jokeyi və məşqçisi. Atçılıq idmanı tarixinin ən yaxşı jokeylərindən biri. Mərkəzi Moskva ippodromunun baş məşqçisi. SSRİ çempionu və rekordçusu. Həm idmançı, həm də məşqçi kimi Avropa mükafatının üçqat qalibi. Nikolay Nəsibov 15 dekabr 1929-cu ildə Marneuli rayonunda azərbaycanlı zəngin mülkədar ailəsində anadan olub. Dörd yaşında olarkən atası bolşeviklər tərəfindən qətlə yetirilir, bir il sonra isə anası vəfat edir. 1942-ci ildən atlarla məşğul olmağa başlayıb. 1944-cü ildən "Vos­xod" at zavodunun jo­keyi kimi çıxış etməyə başlamışdır.

Значение слова в других словарях