Nicat Nəsibov (əsgər, 1986)

Nicat Nəsibov (tam adı: Nicat Nəriman oğlu Nəsibov; 9 may 1986; Goranboy rayonu, Azərbaycan30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.

Nicat Nəsibov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Borsunlu, Goranboy rayonu, Azərbaycan SSR
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Goranboy rayonu Borsunlu kənd qəbiristanlığı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016 - 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzuli əməliyyatı=
Təltifləri

"Vətən uğrunda" medalı — 2020

"Füzulinin azad olunmasına görə" medalı — 2020

Nicat Nəsibov 1986-cı ilin 9 may tarixində Azərbaycan SSR-nin Goranboy rayonunun Borsunlu kəndində anadan olub. 1993-cü ildə Goranboy rayonu Borsunlu kənd orta məktəbində təhsil almağa başlayıb və 2003-cü ildə həmin məktəbdən məzun olub. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə yenidən ordu sıralarına qayıtmış, bu səfər MAXE hərbi qulluqçusu kimi xidmətinə davam etmişdir.

Nicat Nəsibov 27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsi müharibəsində ilk günlərdən etibarən iştirak etmişdir. MAXE hərbi qulluqçu Nəsibov Füzuli şəhərinin azad edilməsi uğrunda keçirilən Füzuli əməliyyatının gedişatında baş verən şiddətli döyüşlərdə, 30 sentyabr tarixində həlak olmuşdur.

2020-ci ilin 1 oktyabr tarixində Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində yerləşən kənd məzarlığında dəfn edilmişdir.

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.12.2020.