oba-oba

zərf. de hameau en hameau ; ~ gəzmək aller vi (ê) de hameau en hameau

oba
obaşdan
OBASTAN VİKİ
Oba
Oba — XIX əsrdə həm maldar icma üzvlərinə məxsus xüsusi qurum (birlik) və həm də oturaq əhalinin muvəqqəti yaşayış məskəni olmuş, tədriclə daimi yaşayış məskəninə – kəndə çevrilmişdir. Azərbaycanın ayrı-ayrı bolgələrində movcud olmuş belə obalar kəndə cevrilərkən kənd adlarında oba komponentini də saxlayırdı. Məsələn, Kəndoba (Ağsu rayonu), Vəlioba, Mollaoba, (Masallı rayonu), Mahmudoba (Şahbuz rayonu), Aşıqoba (Qusar rayonu) və b. Oba heyvandarlıq təsərrufatının yaylağa və qışlağa köçməsi ilə əlaqədar meydana gəlmişdi. Daimi yaşayış məskənindən-kənddən nisbətən aralı salınan obada, adətən, qohum ailələr məskunlaşırdı. Bəzən bir obada bir necə qohum nəsil birgə yaşayırdı. Otlaqlardan səmərəli istifadə etmək məqsədilə istər yaylaqlarda, qışlaqlarda obalar xırda vahidlərə-dəngələrə bolunur, dəngələr isə bir-birindən "otarası" adlanan mərzlərlə ayrılırdı. Azərbaycan etnoqrafiyası. Üç cilddə. II cild Bakı,2007, səh.24–25.
Kul-Oba
Kul-Oba (ukran. Куль-Оба; rus. Куль-Оба, krım tatar: Kül Oba; kırım tatarcasında "kül təpəsi" mənasını verir.) skiflərin dəfn tumulusu (kurqan), Krımın şərqində Kerç yaxınlığındadır.
Minako Oba
Minako Oba (yap. 大庭 みな子; 11 noyabr 1930, Tokio prefekturası[d] – 24 may 2007[…]) – Yaponiya yazıçısı. Ədəbi karyerasına 1960-cı illərdə başlayıb. 1968-ci ildə "Üç yengəc" adlı hekayəsinə görə 1968-ci ildə Qunzo mükafatını və Akutaqava mükafatını, 1982-ci ildə "Formasız" romanına görə isə Tanizaki mükafatını qazanıb. 1970-ci və 1980-ci illərdə roman, hekayə və esselər yazaraq başqa mükafatlar da qazanıb. Oba əsərlərində seksi ibtidai instinkt kimi təqdim edərək daim sivilizasiyanın müəyyən etdiyi sərhədləri sındırdığını vurğulaması ilə tanınır. Uzun müddət Alyaskada yaşadığı üçün burada qazandığı təcrübələri Yaponiya ədəbiyyatı üçün nadir olan vəhşilik tərzində əsərlərində əks etdirib. 11 noyabr 1930-cu ildə Tokioda bir həkimin birinci qızı kimi doğulub və uşaqlığı müharibə dövründə keçib. 14 yaşında ikən Hiroşimaya atılan atom bombasından sağ qalanlara baxmaqla vəzifləndirilən qızlardan biri kimi seçilib. Müharibə dövründən sonra təhsilinə davam edən Oba Tsuda kollecindən məzun olub və 24 yaşında evlənib.
OBA Market
OBA Market — Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal hazırda 1400-ə yaxın mağazası fəaliyyət göstərir. Market sayına görə "OBA Market" MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir.[mənbə göstərin] Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olmuşdur. Şəbəkənin yaradılmasında əsas hədəf isə gündəlik tələbat məhsullarını mümkün olan ucuz qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olmuşdur. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə interyer, rəf sayının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir. "OBA Market" MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hal-hazırda 1400-ə yaxın marketi və 9000-dən çox əməkdaşı ilə ölkənin ən böyük marketlər şəbəkəsidir. "OBA" Marketlər şəbəkəsinin icraçı direktoru Natəvan İbrahimovadır.
Oba (dəqiqləşdirmə)
Oba
Oba (İğdır)
Oba — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. 13 sentyabr 1919-cu ildə ermənilər tərəfindən öldürülən azərbaycan türklərinin toplu halda basdırıldığı çuxurların bir qismi 1986-cı ildə kənddə aparılan qazıntılar zamanı aşkarlanmışdır. Bu quyularda ermeni daşnaq qüvvələrin tərəfindən öldürülən 90 azərbaycan türkünün skeletləri tapılmışdır. Qərb Cəphəsi Komandanı Kazım Qarabəkir Paşanın 1919-cu ili sentyabrında Heyət-i Təmsiliyəyə yolladığı teleqramda bunlar bildirilir: 1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdur. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdir. Oba kəndi 1928-ci ildən bəri eyni adla kənd statusunu sürdürməkdədir. 12 sentyabr 2001-ci ildə "Oba Kənd Şəhidlik Abidəsi" İğdır valiliyinin vəsaiti hesabına qoyulmuşdur. 13 sentyabr 2005-ci ildə isə abidə valilik tərəfindən yenilənmişdir. İğdırdan 13 km uzaqlıqdadır.
Tsuqumi Oba
Tsuqumi Oba (yap. 大場 つぐみ Ōba Tsugumi) — yapon manqaka. Əsasən digər müəlliflərlə birgə işlərin üzərində işləyir. O, ən çox 2003 və 2006 illərin arasında çıxan, Takeşi Obata tərəfindən çizilən, Death Note manqa serialın müəllifi kimi bilinir. Death Note - Takeşi Obata ilə (2003–2006) Bakuman - Takeşi Obata ilə (2008–2012) Skip! Yamada-kun - Robiko ilə (2014) 2007 nəmizəd - Tezuka Osamu mədəniyyət mükafatı (Death Note üçün) 2008 nəmizəd - Anqule Beynəlxalq Komiks Festivalı (Death Note üçün Rəsmi seçim) 2008 Eagle mükafatı (Death Note üçün Ərkəsöyün manqa) 2010 nəmizəd - Manqa Taişo (Bakuman.
Sarıbulaq oba yeri
Sarıbulaq oba yeri — Şərur rayonunda orta əsrlərə aid arxeoloji abidə. Kəşfiyyat qazıntıları nəticəsində ev və küz xarabalıqları, nisbətən yaxşı qorunub saxlanmış 6 ədəd təndir qalığı, saxsı qab (xüsusilə nehrə) qırıqları və digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. IX–XIX əsrlərə aid edilən oba yerinin yay mövsümündə Şərurun maldar tayfalarının və Araz boyu əhalinin istirahət və yaylaq yeri olduğu ehtimal edilir.

Digər lüğətlərdə