Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oba
Oba — XIX əsrdə həm maldar icma üzvlərinə məxsus xususi qurum (birlik) və həm də oturaq əhalinin muvəqqəti yaşayış məskəni olmuş, tədriclə daimi yaşayış məskəninə – kəndə çevrilmişdir. == Ümumi məlumat == Azərbaycanın ayrı-ayrı bolgələrində movcud olmuş belə obalar kəndə cevrilərkən kənd adlarında oba komponentini də saxlayırdı. Məsələn, Kəndoba (Ağsu rayonu), Vəlioba, Mollaoba, (Masallı rayonu), Mahmudoba (Şahbuz rayonu), Aşıqoba (Qusar rayonu) və b. Oba heyvandarlıq təsərrufatının yaylağa və qışlağa köçməsi ilə əlaqədar meydana gəlmişdi. Daimi yaşayış məskənindən-kənddən nisbətən aralı salınan obada, adətən, qohum ailələr məskunlaşırdı. Bəzən bir obada bir necə qohum nəsil birgə yaşayırdı. Otlaqlardan səmərəli istifadə etmək məqsədilə istər yaylaqlarda, qışlaqlarda obalar xırda vahidlərə-dəngələrə bolunur, dəngələr isə bir-birindən “otarası” adlanan mərzlərlə ayrılırdı. == Mənbə == Azərbaycan etnoqrafiyası. Üç cilddə. II cild Bakı,2007, səh.24-25.
Kul-Oba
Kul-Oba (ukran. Куль-Оба; rus. Куль-Оба, krım tatar: Kül Oba; kırım tatarcasında "kül təpəsi" mənasını verir.) skiflərin dəfn tumulusu (kurqan), Krımın şərqində Kerç yaxınlığındadır.
Minako Oba
Minako Oba (yap. 大庭 みな子; 11 noyabr 1930, Tokio[d] – 24 may 2007[…]) – Yaponiya yazıçısı. Ədəbi karyerasına 1960-cı illərdə başlayıb. 1968-ci ildə "Üç yengəc" adlı hekayəsinə görə 1968-ci ildə Qunzo mükafatını və Akutaqava mükafatını, 1982-ci ildə "Formasız" romanına görə isə Tanizaki mükafatını qazanıb. 1970-ci və 1980-ci illərdə roman, hekayə və esselər yazaraq başqa mükafatlar da qazanıb.Oba əsərlərində seksi ibtidai instinkt kimi təqdim edərək daim sivilizasiyanın müəyyən etdiyi sərhədləri sındırdığını vurğulaması ilə tanınır. Uzun müddət Alyaskada yaşadığı üçün burada qazandığı təcrübələri Yaponiya ədəbiyyatı üçün nadir olan vəhşilik tərzində əsərlərində əks etdirib. == Həyatı == 11 noyabr 1930-cu ildə Tokioda bir həkimin birinci qızı kimi doğulub və uşaqlığı müharibə dövründə keçib. 14 yaşında ikən Hiroşimaya atılan atom bombasından sağ qalanlara baxmaqla vəzifləndirilən qızlardan biri kimi seçilib. Müharibə dövründən sonra təhsilinə davam edən Oba Tsuda kollecindən məzun olub və 24 yaşında evlənib. Evlənməsinə baxmayaraq nisbətən müstəqil həyat keçirib və 1959-cu ildə təhsil almaq üçün ABŞ-yə köçərək Viskonsin Universitetinə, daha sonra Vaşinqton Universitetinə daxil olub.
OBA Market
"OBA Market" MMC — Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal hazırda 1200-dən çox mağazası fəaliyyət göstərir. Market sayına görə "OBA Market" MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. == Tarix == "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olmuşdur. Şəbəkənin yaradılmasında əsas hədəf isə "gündəlik tələbat məhsullarını mümkün olan ucuz qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir".2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olmuşdur. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə interyer, rəf saylarının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir. 2023-ci il 11 Mart tarixində "OBA" market 7 yaşını qeyd etmişdir. == Market sayı == OBA Market MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hal-hazırda 1100-dən çox marketə malik olan market şəbəkəsidir.
Oba (dəqiqləşdirmə)
Oba
Oba (İğdır)
Oba — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 13 sentyabr 1919-cu ildə ermənilər tərəfindən öldürülən azərbaycan türklərinin toplu halda basdırıldığı çuxurların bir qismi 1986-cı ildə kənddə aparılan qazıntılar zamanı aşkarlanmışdır. Bu quyularda ermeni daşnaq qüvvələrin tərəfindən öldürülən 90 azərbaycan türkünün skeletləri tapılmışdır. Qərb Cəphəsi Komandanı Kazım Qarabəkir Paşanın 1919-cu ili sentyabrında Heyət-i Təmsiliyəyə yolladığı teleqramda bunlar bildirilir: 1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdur. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdir. Oba kəndi 1928-ci ildən bəri eyni adla kənd statusunu sürdürməkdədir. 12 sentyabr 2001-ci ildə "Oba Kənd Şəhidlik Abidəsi" İğdır valiliyinin vəsaiti hesabına qoyulmuşdur. 13 sentyabr 2005-ci ildə isə abidə valilik tərəfindən yenilənmişdir. == Coğrafiyası == İğdırdan 13 km uzaqlıqdadır.
Tsuqumi Oba
Tsuqumi Oba (yap. 大場 つぐみ Ōba Tsugumi) — yapon manqaka. Əsasən digər müəlliflərlə birgə işlərin üzərində işləyir. O, ən çox 2003 və 2006 illərin arasında çıxan, Takeşi Obata tərəfindən çizilən, Death Note manqa serialın müəllifi kimi bilinir. == Layihələri == Death Note - Takeşi Obata ilə (2003–2006) Bakuman - Takeşi Obata ilə (2008–2012) Skip! Yamada-kun - Robiko ilə (2014) == Mükafatları və nəmizədləri == 2007 nəmizəd - Tezuka Osamu mədəniyyət mükafatı (Death Note üçün) 2008 nəmizəd - Anqule Beynəlxalq Komiks Festivalı (Death Note üçün Rəsmi seçim) 2008 Eagle mükafatı (Death Note üçün Ərkəsöyün manqa) 2010 nəmizəd - Manqa Taişo (Bakuman.
Sarıbulaq oba yeri
Sarıbulaq oba yeri — Şərur rayonunda orta əsrlərə aid arxeoloji abidə. Kəşfiyyat qazıntıları nəticəsində ev və küz xarabalıqları, nisbətən yaxşı qorunub saxlanmış 6 ədəd təndir qalığı, saxsı qab (xüsusilə nehrə) qırıqları və digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. IX–XIX əsrlərə aid edilən oba yerinin yay mövsümündə Şərurun maldar tayfalarının və Araz boyu əhalinin istirahət və yaylaq yeri olduğu ehtimal edilir.
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
Boa
Boa-yatağanlar fəsiləsindən ilan. Uzunluğu təqribən 4 m-dək olur. Metal parıltılı pulcuqlarının rəngi çox gözəl və dəyişkəndir. Boa tropik Amerikada yayılmışdır. Meşədə,ağaclarda və yerdə yaşayır. Əsasən gecələr ovladığı kiçik heyvan və quşlarla qidalanır. Bütün yatağanlar kimi Boa da ovuna sarılaraq onu boğur.
NBA
Milli Basketbol Assosiasiyası (ing. National Basketball Association) və ya MBA (ing. NBA) – Amerika Birləşmiş Ştatlarının 30 komandadan ibarət olan peşəkar basketbol liqası. Liqanın əsası 6 iyun 1946-cı ildə Nyu-York şəhərində "Basketboll Assosiation of America" (BAA) (Amerika Basketbol Assosiasiyası) olaraq qoyulmuşdur. Liqa 1949-cu ildə indiki adını almışdır. Oyunları Amerikada ESPN və TNT, Türkiyədə TV8, Azərbaycanda isə CBC Sport kanalları yayımlayır. NBA loqosunun üzərində Los-Anceles Leykersli oyunçu Cerri Vestin süjeti canlanır. == Komandalar == == Çempionluqların siyahısı == == Çempionluq qazanan məşqçilər == Mötərizənin içindəki rəqəmlər məşqçinin qazandığı titulların sayını göstərir. NBA çempionluğu titulunu 11 çempionluqla ən çox Phil Jackson qazandı. Ardınca 9 çempionluqla Red Auerbach, 5 çempionluqla John Kundla, Gregg Popovich və Pat Riley gəlir.
ONA
ONA (ing. Original net animation, Orijinal Şəbəkə Animasiyası) və ya Yaponiyada tanınan adı ilə Veb Anime (Web(ウェブ)アニメ, Webu Anime) — anime serialların xüsusi formatı. Bu tip animelər telekanallarda yox, rəsmi olaraq internetdə nümayiş olunur. Treyler və anonslar məhz ONA formatında buraxılır, lakin bəzi animelər yalnız bu halda olur. Məsələn, "Nyoron Churuya-san" animesi Kadokawa Shoten tərəfindən YouTube-da buraxılır. Otakuların yaratdığı və internetdə yaydığı animasiyaları da hərdən ONA-ya aid edirlər. ONA adi anime seriyasından qısa olur və bəzən cəmi bir neçə dəqiqə davam edir.
OVA
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Obo
Obo- (rus. обо, ing. obo) (Monqolca: Овоо "yığın"), monqol və altay xalq inancında və şamanizində (xüsusilə monqolustanda bir çox yerdə olan) ümumiyyətlə qayalardan, daşlardan və ya taxtadan edilmiş bir növ kiçik yığma təpə və hörmət sahəsidir. Kənardan yaxşı görünən tək təpə, yaxud yüksək sopka, yüksək­liklərdə ( aşırımda, dağ zirvələrində təpəliklərdə və b.) göstərici və ya bir çox Asiya xalqlarında ənənəvi olaraq təbiətin ruhuna sitayiş işarəsi kimi süni surətdə qalanmış daş, torpaq və s.Ovog (Övö, Övöğ) və ya Obo (Öbö) (Qazaxca: Oba) da deyilir. Höyüklerin simvollaşdırılmış kiçik formaları olaraq da qəbul edilə bilər. Ovo ümumiyyətlə dağ keçidləri kimi, dağların üst qisimində və yüksək yerlərdə tapılar. İbadət üçün və Buddist mərasimlərdə dini məqsədlərlə istifadə edilən yerlərdir. Səyahət edərkən, bir ovo görüncə daha etibarlı bir səfər üçün orada dayanmaq və sonrada üç dəfə saat istiqamətində dairə çəkərək ətrafında dönmək lazımdır. Ümumiyyətlə, qayalardan edilən bu yığınların ətrafına daha sonralar kazıklardan bir növ çit də əlavə olmuşdur. Buralara saçı (qansız qurban) olaraq pul, süd, ya da araq şəklində hədiyyələr də buraxa bilər.
Oda
Oda — lirik şeir və musiqi janrı. Bir şəxsin, yaxud mühüm, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı. Qədim Yunanıstanda və Romada yaranmış (Pindar, Horatsi, Ovidi), klassizm dövründə Qərbi Avropada geniş yayılmışdı. M.B.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, K.F.Rıleyev, A.S.Puşkin və başqa rus şairləri vətəndaşlıq ruhlu odalar yazmışlar. XIX–XX əsrlər poeziyasında oda janr kimi tədricən aradan çıxmış, sovet şeirində ara-sıra işlənmişdir (V.Mayakovski və başqaları). Yaxın və Orta Şərq, eləcə də Azərbaycan ədəbiyyatındakı qəsidə odaya yaxındır. XVII əsrdən Qərbi Avropa ölkələrində saray şənlikləri, hər hansı təntənəli hadisənin, yaxud əyanın şərəfinə yazılmış vokal-instrumental əsər də oda adlanmışdır. İngiltərədə (H.Pörsell, G.Hendel), Almaniyada (İ.Bax, L.Bethoven) kantataya yaxın odalar yaranmışdır. Sonralar müxtəlif heyətlər, o cümlədən xalis instrumental heyət üçün odalar yazılmışdır (F.List, J.Bize, İ.Stravinski, S.Prokofyev və başqaları). Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, R.Mustafayev, Emin Sabitoğlu və başqalrının odaları var.
Oka
Oka: == Çaylar == Oka çayı — Rusiyanın Avropa hissəsində çay, Volqa çayının sağ qollarından ən böyüyü. Oka (bur. Аха́-dan) — Şərqi Sibirdə çay, Anqara şayının sol qolu. Oka — Tver vilayətində çay, Kunyanın qolu. Oka — Qərbi Sibirdə çay, Omun qolu. Oka — Başqırdıstanın şimal-şərqində çay, İkanın qolu. Oka — İspaniyada çay. == Toponim == Oka — dəmiryol stansiyasının qəsəbəsi, Serpuxov rayonu, Moskva vilayəti, Rusiya. == Ticarət markaları == Oka (BAЗ-1111х, СеАЗ-11116) — birinci qrup xüsusi kiçik sinif azlitrli minik maşını (seqment А — miniavtomobillər), 1988—2008-ci illərdə buraxılıb. Oka — velosiped markası.
Orba
Orba (isp. Orba) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 17,73 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 2629 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 86 km uzaqlıqda yerləşir.
Osa
== Yer adları == Osa (Perm) - Rusiyanın Perm diyarında şəhər Osa yarımadası — Kosta-Rikada yarımada. == Hərbi == 9K33 Osa - özüyeriyən zenit raket kompleksi.
Ota
Ota — Tokionun xüsusi rayonlarından biri.
Oxa
Oxa — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Soba
Soba - odun, qaz, yağ və kömür yandırmaqla nəzarətli istilik yaratmq üçün tətbiq olunan qurğudur. Sobalar tətbiq sahələrinədn asılı olaraq müxtəlif formalara malik olurlar. Buraya yemək hazırlamaq üçün istifadə olunan sadə sobalardan tutmuş, polad və digər metalların əridilməsi üçün tətbiq olunan domna sobaları daxildir. == Kömür sobaları == Uzun müddət kömür sobaları ən geniş yayılmış sənaye sobaları idilər. kömür sobalarına istənilən ölçüdə rsat gəlmək olurdu. Kömür oduna nisbətən daha yüksək temperaturda yanır. Buna görə də kömür sobalarının konstruksiyası daha istiyə davamlı olurdular. Odun sobalarından fərqli olaraq kömür sobalarını həm odun, həm də kömürlə işlətmk olur. Kömür sobaları torla təchiz olunurlar ki, bu da havanı aşağıdan verməyə şərait yaradır. Alovun altından verilən havanın miqdarı kömürün növündən asılıdır.
TBA
To Be Announced (TBA) (azərb.
Yoba
Yoba (Yaponca mənası: "ikiqat diş") — əyri dişlər Yaponiyada qadın gözəlliyinin atributu hesab olunan əyri dişlər "yoba" adlanır və qızlara xüsusi gözəllik verən məqam hesab edilir. Yapon kişiləri hesab edirlər ki, yoba xanımları pişiklərə bənzədir.
Ayumi Oya
Ayumi Oya (d. 8 noyabr 1994) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Berkun Oya
Berkun Oya (3 mart 1977, Bursa) — Türk teatr yazıçısı, teatr və kino müdiri. == Həyatı == Qaraçay mənşəlidir. Orta təhsilini Özəl Koç Liseyində tamamladı. 1998-ci ildə Memar Sinan Universiteti Dövlət Konservatoriyası Teatr Bölməsini bitirib. Elə həmin il Krek Teatr Şirkətini qurdu. 2003-cü ildə İstanbul Dövlət Teatrının tələbi ilə Yakup Kadri Karaosmanoğlunun Yaban romanını canlandırdı . 2002-ci ildə televiziya üçün hazırladığı və TRT- də yayımladığı "Şapkadan Atam Çıxtı" serialının ssenari müəllifi və prodüseri idi. 2003-cü ildə CNN Türk kanalında Defakto və 2005-ci ildə NTV, kanalında İnfoman adlı Televizor proqramlarını hazırladı və təqdim etdi. 2007-ci ildə ekranlara çıxan "Yaxşı Yeni İllər London" adlı filmi idarə etdi. 44.