Sergey Obolenskiy
Sergey Obolenskiy (27 iyul (8 avqust) 1868 – 13 mart 1946, Potma[d], Mordoviya MSSR[d]) — Çar Rusiyası zabiti, Yelizavetpol və Pskov quberniyalarının vitse-qubernatoru, Stavropol quberniyasının qubernatoru.
Sergey Dmitrievic 1888-ci ildə kursant korpusunu bitirib,1890-cı ildə isə Nikolaev Süvari Məktəbində təhsil alıb. 44-cü Nijni-Novqorod draqon alayında xidmət etmişdir. Kornet (1889), leytenant (1893), kapitan (1896) hərbi rütbələrinə yüksəlmişdir. 20 iyun 1896-da ehtiyata çıxmışdır.
1904-cü il fevralın 4-ü yenidən hərbi xidmətə qayıtmışdır. Rus-yapon müharibəsində iştirak etmişdir. 8 may 1907-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının vitse-qubernatoru təyin edilmişdir. Bundan sonra podpolkovnik (1910) və polkovnik (1914) hərbi rütbələrinə yüksəlmişdir. 1914-cü ildə Pskov quberniyası vitse-qubernatoru təyin edilmişdir.