Əncir odlucası
Əncir odlucası (lat. Choreutis nemorana) — Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinin Odlucalar fəsiləsinə aid olan növ.
Erkəklərin bədənlərinin sonu düz formada, dişilərin bədənlərinin sonu isə aşağıya əyilmiş boru şəklində olur. Kəpənklər qəhvəyi rəngli olmaqla çox hərəkətlidirlər.
Odlucanın tırtıl mərhələsi yarpaq və meyvələrə zərər verir. Zərərin dərəcəsi və xüsusiyyəti tırtılın yaşından asılı olaraq dəyişir: I yaş tırtıllar – yarpağa alt tərəfdən, kiçik pəncərələr şəklində yeyərək zərər verir. Digər yaş tırtılar – yarpağın üst hissəsinə keçərək, tordan yollar hörürlər və onun altında yarpağın əsas toxumalarını yeyirlər. Meyvələrə vurulan zərər onların sayının az və ya cox olmasından asılı olaraq dəyişir. Adətən, tırtıllar meyvələrin qabığını 1–2 mm qalınlıqda zədələyib yeyirlər. Kiçik ölçülü meyvələr (fındıq boyda) zərərverici ilə yoluxduqdan sonra quruyur və torla ağaca birləşərək orada qalırlar.