Oksidimetriya
Oksidimetriya — analitik kimyada oksidləşmə-reduksiya reaksiyalarına əsasən oksidləşdiricilərin və reduksiyaedicilərin miqdarı təyini üçün həcmi analiz üsullarının ümumi adı.
Oksidləşmə-reduksiya reaksiyası üzrə reduksiyaedicinin miqdari təyinində oksidləşdiricilərin titirli məhlulundan istifadə edilir.
a
O
x
1
+
b
R
e
d
2
⇄
β
O
x
2
+
α
R
e
d
1
{\displaystyle {\mathsf {aOx_{1}+bRed_{2}\rightleftarrows \beta Ox_{2}+\alpha Red_{1}}}}
İşçi məhlul kimi tətbiq edilən maddələrdən asılı olaraq, oksidimetriyanın bir sıra xüsusi halları məlumdur.
Permanqanatometriya
Yodometriya
Bu üsulun əsasını müxtəlif reduksiyaedicilərin kalium-permanqanat (KMnO4) ilə oksidləşmə reaksiyası təşkil edir. KMnO4 qüvvətli oksidləşdiricidir. O, hər üç mühitdə (turş, qələvi və neytral) reduksiya olunur. Permanqanametriya üsulunda reaksiya əsasən, turş mühitdə aparılır. Bu məqsədlə yalnız H2SO4-dən istifadə etmək məqsədəuyğundur. Belə şəraitdə KMnO4 özü indikator rolunu oynayır.
Permanqanatometriya üsulundan tibbdə bir çox məqsədlərlə istifadə edilir.