oksixromatofil
oksisefaliya
OBASTAN VİKİ
Oksimoron
Oksimoron (yun. oxymoron - ağıllı dəli) — bir məfhumun əks cəhətlərini ifadə edən iki antonim sözün mənaca qarşılaşdırılıb birləşdirilməsindən yaranan ifadəyə deyilir. Məsələn: ölü canlar, dilənçi milyoner, göz yaşı içində qəhqəhələr, buz baxışlarda hərarət və s. == Təsnifatı == Oksimoron iki antonim sözdən əmələ gəlsə də, həmin əksmənalı sözlər yanaşı işlənərək bir ifadə kimi dərk edilir. Bu ifadələr hadisələrin mahiyyətini, əks və mürəkkəb cəhətlərini açmağa imkan verir, bədii dildə təsir qüvvəsini, məna tutumunu artırır, nitqə emosionallıq verir: ölü — diri, diri — ölü kimi kəskin təzad yaradır. Epitetlə oksimoronun uyğunluğu olsa da, fərqli cəhətləri də vardır; epitetdə təyin edən söz məcazi, oksimoronda isə hər iki söz məcazi olur, epitetdə müqayisə, bənzətmə olduğu halda, oksimoronda qarşılaşdırma asas sayılır. Məsələn: ağlar güləyən, gəliş və gediş. Elə oksimorondan bəzən əsər adlarında istifadə olunur. Məsələn, Lev Tolstoyun "Hərb və sülh" əsərinin adı oksimorondur.
аноми́я впа́дина европе́йцы ко́рмчий мобилиза́ция подосла́ть прослы́шать реформа́тство ро-те́ль столбу́ха Яга́ перевёртыш растеря́ть скрепи́ться трамбо́вщица хладнокро́вный стихер ясатчик anomic blooper carfare vary десятина мёд эмалирование