omeqa-zərrəcik

omeqa-zərrəcik
omeqa
omik
OBASTAN VİKİ
Zərrəcik
Fizika elmlərində zərrəcik həcm, sıxlıq və ya kütlə kimi fiziki və ya kimyəvi xüsusiyyətlər daşıya bilən kiçik lokallaşdırılmış obyektdir. Onlar elektron kimi subatomik zərrəciklərdən, atomlar və molekullar kimi mikroskopik zərrəciklərə, tozlar və digər dənəvər materiallar kimi makroskopik zərrəciklərə qədər ölçü və ya kəmiyyət baxımından dəyişirlər. Zərrəciklər, həmçinin sıxlığından asılı olaraq daha böyük obyektlərin elmi modellərini yaratmaq üçün istifadə edilə bilər, misal olaraq, izdihamda hərəkət edən insanlar və ya hərəkətdə olan göy cisimləri kimi. Zərrəciklər konsepsiyası təbiəti modelləşdirərkən xüsusilə faydalıdır, çünki bir çox fenomenin tam öyrənilməsi mürəkkəb ola bilər və eyni zamanda çətin hesablamaları da əhatə edə bilər. Əlaqəli proseslərlə bağlı sadələşdirici fərziyyələr etmək üçün istifadə edilə bilər. Fransis Siyers və Mark Zemanski "University Physics" dərsliyində havaya atılan beysbol topunun eniş yerini və sürətini hesablamaq nümunəsini verirlər. Əvvəlcə beysbol topunu sərt hamar kürə kimi ideallaşdırmaqla, sonra fırlanma, batmazlıq və sürtünməni nəzərə almamaqla, nəticədə problemi klassik nöqtəvi zərrəciyin ballistikasına reduksiya edirlər. Çoxlu sayda zərrəciklərin tətqiqi statistik fizikanın sahəsidir. "Zərrəcik" termini adətən üç ölçü sinfinə fərqli şəkildə tətbiq edilir. Makroskopik zərrəcik termini adətən atom və molekullardan daha böyük zərrəciklərə aiddir.
Omeqa
Omeqa (Ω ω) (yun: Ωμέγα, Omeqa) iyirmi dörd hərfli yunan əlifbasının sonuncu hərfidir. Azərbaycan dilindəki O səsi kimidir, lakin adətən Ö səsinə yaxın səs verir.
Alfa-zərrəcik
Alfa zərrəcik (α — zərrəcik) — 2 proton və 2 neytrondan ibarət olan 42He nüvəsidir. α zərrəciyin kütləsi mα=4,0027 а.е.м.= 6,644 q, spini və maqnit momenti sıfra bərabərdir. Əlaqə enerjisi 28,11 МеВ (1 nuklona 7,03 МеВ). Maddədən keçərkən α — zərrəcik ionlaşma, atom və molekulaların həyəcanlanması hesabına, həmçinin molekulların dissosiasiyası nəticəsində tormozlanır. Havada α — zərrəciyin uçuş yolunun uzunluğu l=aυ -dur, burada υ -başlanğıc sürət, α=9,7.10−28 s3 sm−2(l~3–7 sm üçün)-dir. Bərk maddə üçün l ~10−3 csм (şüşədə sм) olur. Nüvə fizikasında çox fundamental kəşflər, gəlməsinə görə, alfa zərrəciyin öyrənilməsinə borcludurlar. Belə ki, Alfa zərrəciyin səpilməsinin tədqiqi -atom nüvəsinin, yüngül elementlərin α -zərrəcikləri ilə şüalandırılması nüvə reaksiyalarının və süni radioaktivliyin kəşfinə gətirib çıxartdı. Alfa hissəciyi nüvə reaksiyaların həyata keçirilməsinə səbəb olur. Alfa hissəciyi axımına Alfa şüalanması deyilir.
Omeqa 3
Doymamış yağ olan Omeqa 3 (linolenik) qoz, balıq, bütün yaşıl yarpaqlı bitkilərin tərkibində mövcuddur və insan üçün əsas yağlardan biridir. Orqanizm bu yağı istehsal etmədiyi üçün qidalanma yolu ilə qəbul edilməsi lazımdır. Normal qidalanmada ən idealı həftədə 2 və ya 3 dəfə balıq, zeytun yağı, bol-bol qoz və əncir yeməkdir. Tədqiqatçılar Omeqa 3 yağ asidinin hüceyrə pərdəsinə keçərək metabolizmaya təsir etdiyini müəyyənləşdirmişlər. Orqanizm üçün vacib olan Omeqa 6 və Omeqa 3 yağları müvazinətli şəkildə qəbul edilməsinin faydaları aşağıdakı kimi göstərilir: ‘’Yaşlanmağı gecıkdirir, dərini gözəlləşdirir. Şaça parlaqlıq verir və qırışıqlıqları azaldır. Həmçinin əgər ana hamiləlikdə və əmizdirmə müddətində kifayət miqdarda Omeqa 3 alırsa, körpənin beyni və görmə bacarığı inkişaf edir. Həftədə ən az 3 dəfə balıq yediymiz vaxt ağıl və zehin sağlamlığı daha yaxşı olur. Şizofreniya, depressiya kimi xəstəliklər az müşahidə edilir.
Omeqa çimərliyi
Omeqa çimərliyi — Ukraynanın Krım yarımadası, Sevastopol şəhəri sahilində yerləşən çimərlik. Çimərlik Sevastopolun ən böyük çimərliklərindən biridir. Çimərliyin uzunluğu 700 metrdir. Çimərlik Kruqlaya buxtasında yerləşir. Sahil və dib qumdan təşkil olunmuşdur. Mərkəzi hissədə isə gilli və kiçik daşlı sahə vardır. Buxtanın dərinmliyi 5—8 metrdir. Bu səbəbdən dibi yosunla örtülüdür. Bu səbəbdən zəif bir dalğada belə yosunları sahilə çıxarır.