Orlean gölü

coğ. Orléans (le lac)

orqanizm
ornament
OBASTAN VİKİ
Orlean
Orlean — Fransada şəhər, Luar departamentinin inzibati mərkəzi. Əhalisi (1999): 113,126. Mühüm nəqliyyat qovşağı, iri sənaye mərkəzidir. Orlean qədimdə Senabum adlanmışdır. E.ə. I əsrdə Yuli Sezar dağıtdırmışdı. III əsrdə Roma imperatoru Avrelianın hakimiyyəti dövründə bərpa edilmiş və V əsrdən onun şərəfinə Avrelianum adlanmağa başlamışdır. 6 əsr-7 əsrin əvvəlində Orlean krallığının mərkəzi olmuş, X əsrdən mühüm qalaya çevrilmiş, XII əsrdə iri ticarət mərkəzi kimi formalaşmışdı. 1309-cu ildə universitetin əsası qoyuldu. Yüzillik müharibə dövründə 7 ay ingilislər tərəfindən mühasirədə olmuş, 1429-cu ilin mayında Janna d'Arkın başçılığı ilə fransız qoşunları azad etmişdi.
Nyu-Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans) — Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Nyu Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans) — Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Orlean (rayon)
Orlean (fr. Orléans) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luare. Suprefektura — Orlean. Rayon əhalisi 2006-cı ildə 419 1166 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 142 nəf / km². Rayon ərazisi — 2946 km².
Orlean Universiteti
Orlean Universiteti (fr. Université d'Orléans) — Fransa Respublikasının Orlean şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == 1306-cı ildə yaradılmış Orlean Universiteti Fransanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir.
Yeni Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans) — Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Nyu-Orlean Pelikans
Nyu-Orlean Pelikans — Luiziana ştatının Nyu-Orlean şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Blanş (Orlean hersoqinası)
Orleanlı Blanş (fr. Blanche d'Orléans; 1 aprel 1328 – 8 fevral 1393, Vensen) — Fransa kralı IV Çarlzın qızı, ilk Orlean hersoqinası. Eyni zamanda o, Kapetinqlər sülaləsinin son nümayəndəsidir. Blanş, Fransa kralı IV Çarlzın yetkinlik yaşına çatan yeganə qızı və varisi olaraq 1328-ci ildə dünyaya gəldi. Ancaq dünyaya gələndə artıq atası vəfat etmiş, səltənət parçalanmışdı. Belə ki, Navarra taxt-tacına əmisi X Lüdovikin qızı Janna, Fransa taxt-tacına isə atasının əmisi oğlu Valualı Filipp sahiblənmişdi. Beləcə, Kapetinqlər sülaləsinin kişi şəcərəsi sonlanmış, Fransa taxt-tacı onun alt-qolu olan Valua sülaləsinin əlinə keçmişdi. Ancaq Valua sülaləsinin hakimiyyətə gəlməsi bəzi yerli əsilzadələri narazı salmışdı. Bu səbəblə, mərhum kralın yeganə varisi olan qızı Blanşın evliliyi mühüm məsələ idi. Yeni kral VI Filipp 8 yanvar 1345-ci ildə onu öz kiçik oğlu Orlean hersoqu Filipplə evləndirdi.
Filipp (Orlean hersoqu)
Orleanlı Filipp (fr. Philippe d'Orléans; 1 iyul 1336, Vensen, Fransa krallığı – 1 sentyabr 1375, Orlean, Fransa krallığı) — Fransa kralı VI Filippin oğlu, ilk Orlean hersoqu. 8 yanvar 1345-ci ildə Filipp keçmiş Fransa kralı IV Çarlzın qızı Blanşla evləndirildi. Bu evlilik olduqca mühüm idi. Belə ki, Blanş Kapetinqlər sülaləsinin son nümayəndəsi idi. Hersoqun evlilikdən kənar övladları olsa da, bu evlilikdən cütlüyün övladı olmadı. Buna görə də 1376-cı ildə vəfat edən Orleanlı Filippin bütün mülk və ünvanları səltənətə tərəfindən müsadirə edildi. == Mənbə == Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20 d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600.
Nyu-Orlean baltalı qatili
Nyu-Orlean baltalı qatili (ing. Axeman of New Orleans) - Amerika Birləşmiş Ştatlarının Luiziana ştatının Nyu-Orlean şəhərində 1918-1919-cu il tarixlərində balta ilə silsilə cinayətlər törətmiş naməlum şəxs. Dövrün mətbuat oraqanlarında və başda qəzetlərdə baş vermiş cinayətlər haqqında ardıcıl yazılar çıxmışdır və Nyu-Orlean baltalı qatili başda Luiziana ştatı olmaqla, ətraf ərazilərdə yaşayan əhalinin ciddi narahatçılığına səbəb olmuşdur. Aparılan bütün araşdırmalara baxmayaraq, cinayətləri törədən şəxs heç bir zaman həbs oluna bilməmişdir.
Yeni Orlean uğrunda döyüş
Yeni Orlean uğrunda döyüş (ing. Battle of New Orleans) — 1814-cü il dekabrın 24-də (köhnə təqvimlə) və ya 1815-ci il yanvarın 8-də Luiziana ştatı, Yeni Orlean yaxınlığında baş verən döyüş. Bu 1812-ci il İngilis-Amerika müharibəsinin son böyük döyüşü idi. Endrü Ceksonun komandanlığı altında olan ABŞ qoşunları İngiltərə ordusunu məğlub etdi. Müharibəyə son qoyan Gent müqaviləsi 24 dekabr 1814-cü ildə imzalanmışdı, ancaq sülh xəbərləri Yeni Orlean döyüşünün iştirakçılarına yalnız 1815-ci ilin fevralında çatdı. Yeni Orlean uğrunda döyüş amerikalıların bu müharibədə quruda qazandığı ən böyük qələbə sayılır. == Borqn gölü üzərində döyüş == 1814-cü il dekabrın 12-də admiral ser Aleksandr Kokranın komandanlığı ilə 14.450 dənizçi və əsgərdən ibarət altmış İngilis gəmisi Ponçartreyn və Borqn göllərindən şərqdə Meksika körfəzində lövbər saldılar. Göllərə giriş leytenant Tomas ap Ketsbi Consun rəhbərliyi altında beş silah gəmisi ilə Amerika donanması tərəfindən qorunurdu. Dekabrın 14-də kapitan Nikolas Lokerin komandanlığı altında təxminən karronada ilə silahlanmış 1200 ingilis dənizçisi və dəniz piyadası 42 uzun qayıqla amerikalıların üzərinə istiqamət aldılar. Qısa müddətli bir döyüşdən sonra amerikalıların gəmiləri ələ keçirildi.
Abant gölü
Abant gölü — Türkiyədə, Qara dəniz regionunun qərb hissəsində şirinsulu göl. Boludan 34 kilometr (21 mil) cənub-qərbdə yerləşən gölün hündürlüyü 1,298 metr (4,259 ft) metr, səthi 1223 hektar, maksimum dərinliyi isə 15 metr (49 ft) qədərdir. 1,700 metr (5,600 ft) hündürlüyə qədər çatan dağlarla əhatə olunmuşdur. Göl artıq suyu şimal-qərb istiqamətində eyniadlı dərə vasitəsilə Bolu çayına axıdır. Abant gölünün gil-əhəngli yumşaq şistlər və serpantinlər arasında əmələ gəldiyinə inanılır, burada geniş çuxurlu dərə zirvəsi, ifrat yer yamacı ilə sürüşmə nəticəsində yaranan təbii bənd əsas dərəyə daxil olur. Ətrafdakı şam meşələri, təmiz suyu və içində yaşayan alabalıq ilə Abant gölü Türkiyənin ən məşhur turizm mərkəzlərindən biri hesab edilir.
Abrau gölü
Abrau — Krasnodar diyrarının ən böyük şirinsulu gölü. Abrau həm də Qafqazın ən böyük göllərindən biridir. Göl diyarın cənub-qərbində, Abrau yarımadasının alçaq dağlıq ərazisində yerləşir. Gölü Novorossiysk şəhərindən 14 km ayırır. Göl sahilində Abrau kəndi var. Təxmini ölçmələrə görə gölün dərinliyi 10-15 metr arasında dəyişir. Abrau gölünün sahəsi təxminən 0,6 - 2,0 km², sutoplayıcı sahə isə — 20,3 km²-dir == Coğrafiyası == Abrau Böyük Qafqazda sahəsinə görə ikinci şirinsulu göldür (ölçüsünə görə ən böyüyü Kezenoyam gölüdür). Gölün uzunluğu —3100 metr, eni 630 metr, dərinliyi — 10,5 metr, sahəsi isə— 1,6—1,8 km²-dir. Sutoplayıcı sahəsi — 20,3 km². Maksimal dərinlik son yüz ildə 30 emtrdən 10,5 metrə düşüb.
Acıbulaq gölü
Acıbulaq gölü — Abşeron yarımadasında göl. Hidronim acı və bulaq sözlərindən düzəlib, göl suyunun dadına görə bu adı almışdır. Belə hidronimlərdən biri də Kürdəmir rayonu ərazisindəki Acı arxdır. Şamaxı və Qazax rayonları ərazisində və Şəki rayonunu Təpəcənnət kəndində də Acıbulaq adlı su obyektləri qeydə alınmışdır.
Acınohur gölü
Acınohur gölü — Azərbaycanın Şəki rayonu ərazisində tektonik mənşəli, şorsulu (axarsız) göllər qrupuna aid göl. Mingəçevir su anbarının şimalında, Acınohur çölünün mərkəzində, dəniz səviyyəsindən 107 metr yüksəklikdə yerləşir. Su aynasının sahəsi 7,8 km²-dir. Dəhnə çayı nadir hallarda Acınohur gölünə tökülür.
Adilağa gölü
Adilağa gölü — Azərbaycanın Beyləqan rayonu ərazisində göl.
Akkol gölü
Akkol gölü (qaz. Ақкөл; rus. Акколь) ― Qazaxıstanın cənubunda, Cambul vilayətinin Talas rayonunda yerləşən dağ gölü. Gölün sahəsi 36 km²-dir. Orta dərinliyi 3 m, maksimum dərinlik isə 5 m-dir. Yüksək dağ gölü olan Akkol, 3 111,7 m yüksəklikdəki İssık dərəsinin yuxarı axınında yerləşir. Göl Akkol şəhərindən 3 km cənub-qərbdədir. Akkol gölü təxminən 10 x 7 km ölçülərindədir və dəniz səviyyəsindən 397 metr yüksəklikdə yerləşir. Gölün dərinliyi 3–5 metr arasındadır. Gölün cənub-şərq hissəsində yerləşən Buqulkol gölündən başlayan Assa çayı buraya tökülür.
Akkoş gölü
Akkoş gölü, Lebyaji (tatar. Аккош) — Kazan şəhərinin Kirov rayonu ərazisində yerləşən göllər sistemi. Dörd müstəqil su hövzəsinə bölünür — Kiçik, Böyük, İşıqlı, Quru Akkoş. Göllər öz aralarında kiçik axınlarla əlaqəlidir. Göllər dayaz suludur. Orta dərinlik — 1,1 m, maksimum dərinlik — 3,9 metrdir. Göllər sisteminin özünə məxsusluğu odur ki, onlar yer altı suların səviyyəsindən yüksəkdə yerləşir və yeraltı sularla qidalana bilmir. Göllər sistemi Kazan şəhərinin 12 km-də yerləşir və şəhər əhalisinin sevimli istirahət məkanı hesab olunur. == Ümumi məlumat == Göl səthinin sahəsi — 2,6 km²-dir. Göl səthi dəniz səviyyəsindən 69,3 metr yüksəklikdə yerləşir.
Aktaş gölü
Xozapini gölü (gürc. ხოზაფინის ტბა) və ya Aktaş gölü (türk. Aktaş Gölü) — Kiçik Qafqazdakı Cavaxet yaylasında yerləşən tektonik mənşəli sərhəd gölüdür. Gürcüstan — Türkiyə sərhədində yerləşən göl təxminən ölkələri iki bərabər hissəyə bölərək şimal-qərbdən cənub-şərqə keçir. Şimal-şərq hissəsi Gürcüstanın, cənub-qərb hissəsi isə Türkiyənin payına düşür. Gölün 53%-i Gürcüstanın payına düşür. == Adı == Gölün rast gəlinən digər adları bunlardır: Xozapini (gürc. ხოზაფინის ტბა), Karçaxistba, Karçaxi (gürc. კარწახის ტბა), Karçask, Аktaş (türk. Aktaş Gölü), Xozapin (türk.
Alagöl gölü
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Albert gölü
Albert gölü (ing. Lake Albert) — Şərqi Afrika ərazisində, Uqanda ilə Konqo Demokratik Respublikası arasında sərhəddə yerləşən göl. Uqanda ərazisində gölü Nyanza (ing. Nyanza), Konqoda isə 1973–1997 illər arası diktator Mobutu Sese Seko şərəfinə adlandırırdılar. Göl 615 metr yüksəklikdə yerləşir. Sahəsi 5,3 min km²-dir. Maksimal dərinliyi 56 netrdir. Mərkəsi Afrika qırılma xətti üzərində yerləşir. Sahillərinin böyük qismi sıldırımlıdır. Gölə Semliki və Viktoriya-Nil çayı tökülür.
Amara gölü
Amara ( rum. Lacul Amara) — Rumıniyada duzlu liman-göl. Göl Slobozia-Buzeu yolu yaxınlığında, Yalominsk dairəsindədir. Amara şəhəri gölün sahilində yerləşir. == Ümumi məlumat == Amara gölünün sahəsi 132 hektardır. Su kütləsinin həcmi təxminən 2600000 m³-dir. Göl S formalı olub uzunluğu 4 km, eni isə 200 - 800 metr arasında dəyişir. Maksimal dərinlik 3 metrdir. Göl çuxuru Yalominya çayı ilə əlaqəsi olmayan depresiyaya uyğun gəlir. İl boyu daima şirin su azlığından, güclü buxarlanmadan və quraq iqlim səbəbi ilə göl suyu yetərincə duzludur.
Amtkel gölü
Amtkel gölü və ya Amtkeli gölü (gürc. ამტყელის ტბა; abx. Амтҟьал; rus. Амткел) — de fakto tanınan Abxaziyanın Gulripşi rayonunda yerləşən göl. Göl 3 oktyabr 1891-ci ildə Şxapaş dağının cənub-qərb yamacının zəlzələ nəticəsində uçaraq Amtkel çayının qabağını kəsərək yaranmışdır. == Coğrafiya == Amtkeli gölü eyniadlı çay ilə qidalanır. Göldən çıxan tək çay Campaladır. Gölün su tutumu məhdud olsa da, may aylarında qar əriməsi nəticəsində gölün orta dərinliyi 40 metrə çata bilir. Göl dəniz səviyyəsindən 512 m yuxarıda yerləşir, maksimum dərinliyi 65 metr, uzunluğu isə 0,4–2,4 km arasında dəyişir. Gölün sahəsi 0,58 km2-dır.
Anabar gölü
Anabar — Nauru adasının şimalında yerləşən göllər qrupu. Anabar və İyuv dairələrinə daxildir. Onlar arasında ən irisinin su səthinin sahəsi 10 min m² təşkil edir. Burada süni şəkildə balıq yetişdirilir. == Mənbə == Nauru döllərində balıqçılıq haqqında qanun.
Arin gölü
Arin gölü — Bitlis ilinin Adilcevaz ilçəsinin sərhədləri daxilində, Van gölünün şimal sahilində yerləşən göl. Göl Van gölünün 5 metr daha yüksək olduğu dövrdən qalmadır (qalıq göldür). Van gölündən dalğa və axıntıların əmələ gətirdiyi 1000 metr genişlik və 4 metr yüksəklikdə sahil kolidoru ilə ayrılır. 1657 hektar sahəyə sahib göl dəniz səviyyəsindən 1650 metr yüksəklikdədir. Dünya miqyasında təhlükə altında olan dikquyruqların çoxalma sahəsi olan göl köçəri quşların önəmli köç yolları üzərindədir. Boz ördək və macar ördəyi də bu sahədə nəsil artırır. Sübhan dağında yerləşən sodium resursları dərələrlə gölə daşındığından dolayı göl suları sodalıdır. Göl sahillərində Əsənqaya, Qarşıyaxa, Göldüzü kəndləri yerləşir. Çaylarla bəslənən gölün çıxışı yoxdur, yəni qapalı hövzədir. Dayaz olan göl yayda yarıya qədər quruyur.