Azərbaycan memarlığında ornamentlər
Azərbaycan memarlığında ornamentlər — Azərbaycan memarlıq abidələrində ornament sənətinin geniş yayılması və onların səthlərinin xalçaya oxşaması bu iki sənəti estetik və funksional cəhətdən bir-birinə yaxınlaşdırdı. Memarlıq elementləri xalçalar, xalça ornament- ləri isə memarlıqda öz əksini tapırdı.İki sənət arasında əlaqələrin yaranması incəsənətin bir növünün digəri üçün materiala çevrilməsinə səbəb olurdu. Memarlıq abidələri üzərində bəzək xarakterli bir çox ornament motivi vardır ki, bunlar da uzaq keçmişdə rəmzi (simvolik) məna kəsb etmiş,xalqın həyatında xüsusi rol oynamış, dır. Memarlıq abidələrimiz üzərində rast gəlinən həndəsi ornamentlər quru, statik üsulda, özü də əksər hallarda o biri bəzək növləri ilə az əlaqədə işlənsə də, orijinallığı və bədii obrazlığı ilə həmişə incəsənətimizin və o cümlədən də dekorativ sənə- tin ayrılmaz tərkib hissəsi olmuşdur. İslamiyyətdən öncə sadə həndəsi çox işlənirdisə, islamiyyət dövrü memarlıq abidələrinin bədii tər- tibatında mürəkkəb həndəsi ornamentlər geniş yayılmışdır. Bunların bir neçə nümunəsi Naxçı -van MR-in ərazisində bu günümüzə qədər qal -maqdadır.Yusif Küseyir oğlu türbəsi (1162), Möminə Xatun türbəsi (1186), Gülüstan türbəsi (XIIIəsr) buna misaldır. Azərbaycan memarlıq abidələri üzərində həndəsi ornamentlərlə yanaşı nəbati ornamentlər də geniş yayılmışdır.Bitki ornamentlərinin memarlıq abidələrində tətbiq olunması və inkişafı Atropatenlərin, Arar-Albanların, qədim türkdilli xalqların kökündə iştirak edən qəbilə birləşmələrinin mifik dünya görünüşü ilə bağlıdır.
== İslimi ==
Bitki ornamentlərindən ən çox işlənəni Qədim Avropa və rus ədəbiyyatında "islimi", "arabeska" kimi tanınmışdır."İslimi" memarlıq abidələrimizdən - məscidlərin günbəzlərində,minarələrin səthlərində,giriş baştağlarında, mehrablarda,abidələrin daxili və xarici səthlərində, yaşayış evlərinin eyvanlarında,çox işlənən naxış növüdür.
== Su elementi ==
Orta Asiyada,Yaxın Şərqdə,eləcə də Azərbaycanda suyu həyatın ən lazımlı şərtlərindən qəbul edir,axar suyu düz və ya dalğalı xətlərlə göstərirdilər. Bu naxış zolağı "S" şəkilli elementlərdən yığılmış və elmi ədəbiyyatda "miandra" adlandırılır.