Orta İstehlak Meyli

ümumi istehlakın ümumi gəlirə nisbəti.
Orta Əmək Haqqı
Orta Məsrəflər
OBASTAN VİKİ
İstehlak (iqtisadiyyat)
İstehlak (ing. Consumption) — Tələbatı yaxud ehtiyacı təmin etmək üçün iqtisadi mənbə sərf etməyi nəzərdə tutan termin. == Növləri == Müxtəlif iqtisadi məktəblərə mənsub olan iqtisadçılar "istehlak" anlayışını geniş şərh etmişlər. Bunların sırasında ən populyar yanaşmaya görə yalnız hazır məhsul və ya xidmətin satın alınması və istifadəsi istehlak adlanan prossesə rəvac verir. Bununla yanaşı, digər növ xərcləmələr; sabit investisiya, dövlət xərcləri və s. tamamilə ayrı kateqoriyalarda qiymətləndirilir. İstehlakın tədqiqi baxımından müasir iqtisadi sistemə təsirləri olduğu düşünülən iqtisadçı alimlər, Con Meynard Keyns, Milton Fridmen və Franko Modilyanidir. == İstehlakçının Davranış Nəzəriyyəsi == İstehlakın mahiyyəti sözügedən nəzəriyyədə tələb əyrisi vasitsi ilə geniş tədqiq olunur. O cümlədən, fərdi qərarların tələb əyrisi üzərindəki təsirləri, İstehlakçının Davranış Nəzəriyyəsi altında Büdcə Məhdudiyyətləri əyrisində və Fərqsizlik Əyrisində təhlil edilir.
İstehlak kapitalizmi
İstehlak kapitalizmi (ing. Consumer capitalism) — kapitalist iqtisadiyyatların bir formasıdır və əsasən geniş miqyaslı istehlaka və istehlakçı mərkəzli iqtisadiyyata əsaslanır. Bu sistemdə iqtisadi inkişaf və artımın əsasını kütləvi istehsal və istehlak təşkil edir, yəni məhsulların və xidmətlərin davamlı şəkildə alınması və satılması iqtisadi fəaliyyətin mərkəzi elementidir. İstehlak kapitalizmi XX əsrdə sənaye inqilabından sonra və xüsusilə II Dünya Müharibəsindən sonra daha da güclənmiş və bugünkü qlobal iqtisadi sistemin əsas dayağına çevrilmişdir. == İstehlak kapitalizminin əsas xüsusiyyətləri == === Kütləvi istehlakın təşviqi === İstehlak kapitalizmində insanların daha çox mal və xidmət əldə etməsi iqtisadiyyatın davamlı böyüməsi üçün vacib hesab edilir. Bu, reklam, marketinq və müxtəlif brend strategiyaları vasitəsilə təşviq olunur. İnsanlar davamlı şəkildə yeni məhsullar almağa, köhnə məhsulları yeniləməyə və trendlərə uyğun hərəkət etməyə təşviq edilir. === İqtisadi artımın əsas elementi kimi istehlak === Kapitalist sistemlərdə iqtisadi artımın və rifahın artırılması üçün istehlak çox vacib rol oynayır. İstehlakçıların məhsul və xidmətlərə davamlı tələbatı, müəssisələrin daha çox istehsal etməsinə və nəticədə iqtisadiyyatın genişlənməsinə şərait yaradır. === Brend və simvolik istehlak === Brendləşmə istehlak kapitalizminin əhəmiyyətli elementidir.
İstehlak (İqtisadiyyat)
İstehlak (ing. Consumption) — Tələbatı yaxud ehtiyacı təmin etmək üçün iqtisadi mənbə sərf etməyi nəzərdə tutan termin. == Növləri == Müxtəlif iqtisadi məktəblərə mənsub olan iqtisadçılar "istehlak" anlayışını geniş şərh etmişlər. Bunların sırasında ən populyar yanaşmaya görə yalnız hazır məhsul və ya xidmətin satın alınması və istifadəsi istehlak adlanan prossesə rəvac verir. Bununla yanaşı, digər növ xərcləmələr; sabit investisiya, dövlət xərcləri və s. tamamilə ayrı kateqoriyalarda qiymətləndirilir. İstehlakın tədqiqi baxımından müasir iqtisadi sistemə təsirləri olduğu düşünülən iqtisadçı alimlər, Con Meynard Keyns, Milton Fridmen və Franko Modilyanidir. == İstehlakçının Davranış Nəzəriyyəsi == İstehlakın mahiyyəti sözügedən nəzəriyyədə tələb əyrisi vasitsi ilə geniş tədqiq olunur. O cümlədən, fərdi qərarların tələb əyrisi üzərindəki təsirləri, İstehlakçının Davranış Nəzəriyyəsi altında Büdcə Məhdudiyyətləri əyrisində və Fərqsizlik Əyrisində təhlil edilir.
İstehlak borcu
İqtisadiyyat nəzəriyyəsində istehlak borcu — fərdlərin və ya ev təsərrüfatlarının gündəlik tələbatlarını ödəmək və istehlak xərclərini qarşılamaq məqsədilə maliyyə müəssisələrindən götürdükləri borc formasıdır. İstehlak borcu adətən uzunmüddətli sərmayələrdən fərqli olaraq, qısamüddətli ehtiyacları ödəmək üçün istifadə olunur və adətən yüksək faizlə geri ödənir. Bu borc növü həm fərdi, həm də makroiqtisadi səviyyədə təsirlərə malikdir. İstehlak borcu iqtisadiyyatda mühüm rol oynayır, lakin onun tənzimlənməsi və davamlı idarə olunması vacibdir. Çünki borcun sürətlə artması və tənəzzül dövrlərində ödəmə çətinlikləri iqtisadi risklərə səbəb ola bilər. == İqtisadi rolu == İstehlak borcu, fərdlərin dərhal istehlak etməsinə imkan yaradır və bu, iqtisadi artıma müsbət təsir edir. İstehlak artımı iqtisadiyyatda məhsul və xidmətlərə olan tələbi artırır, istehsalı və məşğulluğu təşviq edir. İstehlak borcunun artması iqtisadiyyatda pul dövriyyəsini sürətləndirir və tələb tərəfini gücləndirir. Bu da iqtisadiyyatda artımı stimullaşdırır, xüsusilə də istehlakın iqtisadiyyata təsirinin yüksək olduğu dövrlərdə. İstehlak borcunun həcmi, faiz dərəcələri ilə sıx bağlıdır.
Si Meyli-yi Gerdbişə
Si Meyli-yi Gerdbişə (fars. سي ميلي گردبيشه‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 33 ailədə 54 nəfəri kişilər və 49 nəfəri qadınlar olmaqla cəmi 103 nəfərdir.
Minimum istehlak səbəti
Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyən edilməsi üçün, ilk növbədə, minimum istehlak səbətinin tərkibinin formalaşdırılmasına ehtiyac vardır. Yaşayış minimumu və minimum istehlak səbətinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləmək üçün hazırda 2004-cü il 5 oktyabr tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir. Adıçəkilən qanuna əsasən, minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri – ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır. Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır: 1) ərzaq mallarının minimum toplusu; 2) fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.); 3) xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.). Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə Nazirlər Kabineti tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir. == Minimum istehlak səbətinin tərkibi == "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinin tərkibi formalaşdırılmış, həmin orqanın 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə də bu tərkib yeni redaksiyada əlavələrlə təsdiq edilmişdir. Qərara əsasən, yeni redaksiyada Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi aşağıdakı kimidir: Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi 1. Ərzaq məhsulları (kq-la illik) 2. Qeyri-ərzaq malları 3.
İstehlak qiymətləri indeksi
Gəlir-istehlak əyrisi
Gəlir-istehlak əyrisi — bir əmtəənin ucuzlaşması nəticəsində, real pul artır və bunun nəticəsində qalan pulun başqa bir əmtəəyə yönəldilməsidir. İqtisadiyyatda gəlir effekti real gəlirin dəyişməsi nəticəsində istehlakın dəyişməsi kimi müəyyən edilə bilər. Bu gəlir dəyişikliyi iki mənbədən birindən yarana bilər: xarici mənbələrdən və ya pulun xərcləndiyi malın qiymətində azalma (və ya artım) ilə sərbəst buraxılan (və ya hopdurulmuş) gəlirdən. Mövcud gəlirdə əvvəlki dəyişikliyin təsiri bu məqalənin qalan hissəsində müzakirə olunan gəlir-istehlak əyrisi ilə təsvir edilir, qiymətin aşağı düşməsi ilə mövcud gəlirin azad edilməsinin təsiri isə onun müşayiətedici təsiri ilə birlikdə müzakirə edilir. Məsələn, əgər istehlakçı öz gəlirinin yarısını təkcə çörəyə xərcləyirsə, çörəyin qiymətinin əlli faiz ucuzlaşması onun istifadəsində olan pulu həmin məbləğdə xərcləyə biləcəyi qədər artıracaq, yəni eyni məbləğə daha çox çörək və ya başqa bir şey ala biləcək. İstehlakçının üstünlükləri, pul gəlirləri və qiymətləri istehlakçının optimallaşdırılması probleminin həllində mühüm rol oynayır (büdcə məhdudiyyəti şəraitində onların faydalılığını maksimuma çatdırmaq üçün müxtəlif malların nə qədər istehlak ediləcəyini seçmək). İstehlakçı davranışının müqayisəli statikası ekzogen və ya müstəqil dəyişənlərdəki dəyişikliklərin (xüsusilə istehlakçıların qiymətləri və pul gəlirləri) endogen və ya asılı dəyişənlərin (istehlakçının mallara tələbləri) seçilmiş qiymətlərinə təsirini araşdırır. İstehlakçının gəliri sabit saxlanılan qiymətlərlə artdıqda, istehlakçının seçdiyi optimal paket, onlar üçün mövcud olan mümkün dəst dəyişdikcə dəyişir. Gəlir-istehlak əyrisi gəlir artdıqca büdcə məhdudiyyətini kənara çıxararaq qiymətlər sabit saxlanılmaqla, müxtəlif büdcə məhdudiyyətləri xətləri ilə laqeydlik əyrilərinin toxunma nöqtələrinin məcmusudur. == İstehlakçı nəzəriyyəsi == Gəlir effekti alıcılıq qabiliyyətinin dəyişməsi ilə müşahidə olunan bir hadisədir.
İstehlak krediti riski
İstehlak krediti riski — maliyyə qurumlarının fərdi müştərilərə verdiyi kreditlərdən irəli gələn potensial öhdəliklərin yerinə yetirilməməsi ehtimalıdır. Bu risk fərdi şəxslərin (istehlakçıların) öz maliyyə vəziyyəti və ödəmə qabiliyyətindən asılıdır və əsasən banklar və kredit təşkilatları üçün aktualdır. Maliyyə qurumları istehlak krediti risklərini effektiv idarə etmək üçün öz iş proseslərini avtomatlaşdırır və müasir süni intellekt sistemlərindən istifadə edir. Bu, borcalanların maliyyə davranışlarını daha dəqiq təhlil etməyə və potensial riskləri qabaqcadan müəyyən etməyə kömək edir. İstehlak krediti riski yalnız fərdi müştərilərin deyil, həm də maliyyə qurumlarının sağlamlığı və etibarlılığı üçün kritik əhəmiyyət daşıyır. Risklərin effektiv idarə edilməsi həm müştərilər, həm də banklar üçün daha davamlı maliyyə münasibətlərini təmin edir. == İstehlak krediti riskinin yaranma səbəbləri == Borcalanın maliyyə vəziyyətinin pisləşməsi İşini itirməsi Gəlirlərinin azalması Gözlənilməz xəstəlik və ya şəxsi fəlakətlər Borcalanın qeyri-məsuliyyətli davranışı Kredit ödənişlərinə məsuliyyətsiz yanaşma Kredit tarixçəsinə diqqət yetirməmək Makroiqtisadi faktorlar İqtisadi böhran İnflyasiya və ya valyuta dəyərinin aşağı düşməsi Faiz dərəcələrinin artması Kredit təşkilatının düzgün qiymətləndirmə etməməsi Borcalanın ödəmə qabiliyyətinin düzgün təhlil edilməməsi Səhvən yüksək məbləğdə kreditin təsdiqlənməsi == İstehlak krediti riskinin nəticələri == Bank üçün maliyyə itkisi səbəbi ilə borcun ödənilməməsi nəticəsində yaranır. Borcalan üçün hüquqi və maliyyə problemləri nəticəsində ödənilməmiş borcların məhkəmə yolu ilə tələb olunması və borcalanın kredit tarixçəsinin pisləşməsi kimi hallar yaşanır. İqtisadi sistemə təsir fəsadları böyük həcmdə istehlak kreditlərinin geri qaytarılmaması maliyyə sektorunda qeyri-sabitlik yarada bilər. == İstehlak krediti riskinin idarə olunması yolları == Kredit büroları vasitəsilə borcalanın əvvəlki ödəniş davranışının yoxlanılması.
Harmonik orta
n {\displaystyle n} sayda a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədin harmonik ortası n 1 a 1 + 1 a 2 + … + 1 a n {\displaystyle {\frac {n}{{\frac {1}{a_{1}}}+{\frac {1}{a_{2}}}+\ldots +{\frac {1}{a_{n}}}}}} ədədinə deyilir. Verilmiş a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədlərinin harmonik ortası həmin ədədlərin tərs qiymətlərinin ədədi ortasının tərs qiymətinə bərabərdir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Həndəsi orta
n {\displaystyle n} müsbət a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\dots ,a_{n}} ədədinin həndəsi ortası onların hasilinin n {\displaystyle n} dərəcəli hesabi kökünə deyilir: G = a 1 ⋅ a 2 ⋯ a n n {\displaystyle G={\sqrt[{n}]{a_{1}\cdot a_{2}\cdots a_{n}}}} və ya G = ∏ i = 1 n a i n {\displaystyle G={\sqrt[{n}]{\prod \limits _{i=1}^{n}a_{i}}}} . İki ədədin həndəsi ortası onlarla orta mütənasib də deyilir. Bir neçə ədədin həndəsi ortası digər ortalar kimi onların ən kiçiyi ilə ən böyüyü arasında olur. Bir neçə ədədin həndəsi ortası onların qüvvət ortasının xüsusi halıdır. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Orta Amerika
Mərkəzi Amerika — Şimali Amerikada, Meksikadan Panama kanalına qədər olan ərazidə yerləşən bölgə.
Orta Andaman
Orta Andaman adası (ing. Middle Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük ada. Arxipelaqın mərkəzində yerləşir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1535,5 km². Adada 2001-cin il məlumatına görə 54 385 nəfər yaşayır. Əhalisi əsasən Tamilnada, Kerala və Benqaliya ərazisindən gəlmişlərdən təşkil olunmuşdur. Ada əhalisi əsasən kənd təsərrüfatı ilə məşqul olur. Əsas şəhərləri— Ranqat, Billiqraund, Kadamtala, Bakultata və Bedapur. Adada yerləşən ən şimal şəhəri olan Mayabunder inzibati baxımından Şimali Andamana daxildir.
Orta Asiya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. == Coğrafiyası == Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Orta Asya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. == Coğrafiyası == Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Orta Azərbaycanca
Orta Azərbaycanca (az.-əski. اورته آزربایجانجە‎), Əcəm türkcəsi (az.-əski. عجم تُرکجەسی‎) və ya öz adıyla Türki (az.-əski. تُرکی‎) — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. == Tarixi == "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar.
Orta Açaluk
Orta Açaluk (inquş Юкъера-Ачалкхе, Боьтамарзи-Юрт, çeç. Юккъера Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. == Coğrafiyası == Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə - Malqobek şəhərindən və Maqas şəhərindən 30 km şimal-qərbdə (yol boyu məsafədə), Açaluk çayının dağlıq vadisində yerləşir. Çay kəndin qərbindən başlayır, Yuxarı Açaluk kəndindən keçir, sonra şimal-şərqə, Orta Açaluk kəndinə, oradan isə Aşağı Açaluk kəndinə istiqamətlənir, Sunja silsiləsindən keçərək Alxançurt vadisinə tökülür. Orta Açaluk kəndindən bir az şimalda, bu çayın sağ qolu olan Mavi Daş adlı kiçik bir çay axır. Kəndin şərqində, Sunjenski silsiləsinin yamacında Alxançurt kanalı çəkilmişdir. Orta Açaluk kəndinin yerləşdiyi Sunja silsiləsinin qərbdən şərqə doğru hündürlüyü azalır. Kəndin şimal-qərbində Babalo zirvəsi (818.1 m), şərqdə - Albaskina dağı (777.9 m) yerləşir. Kənd regional R-296 Mozdok - Çermen - Vladiqafqaz magistral yolu boyunca yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə - Yuxarı Açaluk kəndi, şimal-qərbdə - Qeyrbek-Yurt, şimal-şərqdə - Aşağı Açaluk və cənub-şərqdə - Pliyevo və Qarabulaq şəhəri.
Orta Cami
Orta-Cami (krımtat. Orta Cami) — Ukraynanın Krım yarımadası, Baxçasaray şəhərinin tarixi hissəsində, Krım xan sarayı yaxınlığında yerləşən məscid. Orta Cami haqqında ilkin mənbələr 1674-ci ilə aiddir (1085 hicri). Krım xanlığının əsas cümə məscidlərindən biri hesab edilir. Məscidin tam inşa edilib təhvil verilməsi, 1737 və 1743 illərdə iki qardaş II Məngli Gəray və II Səlamət Gərayın dəstəyi ilə baş tutmuşdur. Onlar Krım xanı Hacı Səlim Gərayın oğulları olmuşlar. Məscidin dəqiq inşa tarixi bilinmir. Amma 1674, 1701 və ya 1710-cu illərdə inşa olunması fərz edilir. 1881-ci ildə məscid təmir olunmuşdur. 1927-cu ildə isə o ziyarətə bağlanmışdır.
Orta Ceyrançöl
Orta Ceyrançöl — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi vahidinin tərkibindəki Orta Ceyrançöl kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Orta Dünya
Orta Dünya (ing. Middle-earth; Éndor (kv. Endor); Ennorat (sind. Ennorath)) — Con Tolkinin legendariumunda, icad etdiyi kainatda bir qitə, hadisələrin baş verdiyi əsas məkan. "Hobbit" və "Üzüklərin hökmdarında" hadisələr tam olaraq, "Silmarillion" və "Bitməmiş əfsanələr" əsərlərində isə qismən Orta Dünyada baş verir. Tolkin, Orta Dünyanın və onun ayrı-ayrı ərazilərində baş verən hadisələrin bir neçə xəritəsini hazırlamışdı. O, sağ olanda, onların heç də hamısı dərc olunmamışdır. Əsas xəritələr “Hobbit”, “Üzüklərin hökmdarı”, “Silmarillion” və “Bitməmiş əfsanələrdə” nəşr olunan xəritələr idi. Birinci Dövrün hadisələrinin əksəriyyəti həmin dövrün sonunda Orta Dünyanın batmış Beleriand adlı hissəsində baş verirdi. Beleriand xəritəsinin sağ kənarındakı Göy dağlar Orta Dünyanın İkinci və Üçüncü Dövrlərə aid xəritəsində yuxarı solundakı dağ silsiləsi həmin Göy dağlardı.
Orta Güneypəyə
Orta Güneypəyə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Orta Güneypəyə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Orta Güneypəyə kənd Soveti yaradılmış və Orta Güneypəyə kəndi Baş Güneypəyə kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Orta Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Orta Güneypəyə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarix == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Orta Ləki
Orta Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Orta Ləki kənd inzibati ərazi dairəsində kənd. Ləki kəndi inzibati cəhətdən Orta Ləki, Yuxarı Ləki, Aşağı Ləki kəndi və Ləki Qəsəbəsi olaraq 4 ərazi vahidinə bölünür. Ləki kəndin ərazisində 4 məktəb, 1 xəstəxana, dəmiryolu stansiyası, bağça, tibb məntəqələri, kitabxana, musiqi məktəbi, yem zavodu, pambıq emalı zavodu, və onlarla böyük və orta iaşə obyektləri mövcuddur.
Orta Mahur
Orta Mahur – Azərbaycanda Rast ailəsinə daxil olan dəstgahlardan biridir. Bu dəstgah tar musiqi alətinin və xanəndə tessiturasının orta registrində ifa olunduğundan ona Orta Mahur deyilir. Hazırda "Əşiran" Orta Mahurda son şöbədir.
Orta Makedoniya
Orta Makedoniya — Yunanıstanda bölgə.
Orta Muğan
Orta Muğan (əvvəlki adı: Qarayevkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Saatlı rayonunun Qarayevkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qarayevkənd kəndi Orta Muğan kəndi adlandırılmış, Qarayevkənd kənd inzibati ərazi dairəsi Orta Muğan kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi 2800 nəfərdir == Əhalisinin sayı 2775 nəfərdir. == Toponimikası == Kənd Muğan düzündədir. 1930-cu illərdə salınmış kənd sovet dövlət xadimi Əliheydər Qarayevin (1896-1938) adı ilə adlandırılmış­dır. Memorial toponimdir. == Din == Kənddə Qarayevkənd kənd məscidi və "Mirismayıl ağa" məscidi dini icmaları fəaliyyət göstərir.