OYMA¹
OYMAÇI
OBASTAN VİKİ
Abramtsevo-Kudrino oyma sənəti
Abramtsevo-Kudrino oyma sənəti — XIX əsrin sonlarında Moskva yaxınlığındakı Abramtsevo mülkünün yaxınlığında formalaşmış ağac üzərində oyma sənəti. Sənətkarlığın yaranması Abramtsevo mülkünün rəssamları və ilk növbədə 1882-ci ildə Savva Mamontovun mülkündə olan Xotkovo, Axtırka, Kudrino, Mutovki kəndlərindən olan oyma ustalarının oxuduğu və işlədiyi dülgərlik və oyma emalatxanası təşkil edən Yelena Polenova ilə sıx bağlıdır. Seminar təşkil edilərkən maarifləndirici fəaliyyətə, tələbələrdə yaradıcı əhval-ruhiyyənin yaradılmasına və saxlanmasına xüsusi diqqət yetirilmişdir. Seminarda oyma vərdişlərini öyrənməklə yanaşı, rəsm və rəngkarlığın əsasları öyrədilmişdir. Abramtsevo Muzey-Qoruğunda dərslər keçirilmiş, əmlakda böyük bir xalq sənəti kolleksiyası toplanmışdır. Seminarın məzunları hədiyyə olaraq öz işlərini təşkil etmək üçün alətlər almışdılar. 1890-cı ildə tələbələrdən biri V. P. Vornoskov doğulduğu Kudrino kəndində öz istehsalatını qurmuş, Abramtsevo emalatxanasının sifarişi ilə işləməyə başlamışdır. Əvvəlcə kiçik olan bu emalatxana gələcək sənətkarlığın əsasını təşkil etmişdir. Kudrino emalatxanasında ornamental oymağın xüsusi üslubu formalaşmış, yastı relyefli oymağın həndəsi oyma ilə uğurlu birləşmələri tapılmış, utilitar əşyalarda oyma dekorasiyanın üzvi istifadəsi prinsipləri müəyyən edilmişdir. İşin ilk illərində peşəkar rəssamlar Vasili Sokolov, Sergey Malyutin və Əl Sənəti Muzeyinin işçiləri xüsusi "Vornoskov" üslubunun hazırlanmasında böyük köməklik göstərmişdilər.
Çində daş oyma sənəti
Çində daş oyma sənəti müxtəlif mənşəli və rəngli bəzək daşlarının işlənməsi ilə əlaqəli zərgərlik növüdür. == Tarixi == Sənətkarlar, işlənməsi asan olan taxta və gil üzərində uzun müddət işlədikdən sonra bəzək daşlarına diqqət yetirdilər. Daşdan və vulkanik şüşədən hazırlanan məhsullar işlənməsi çətin və uzun müddət tələb edirdi. Çində daş oyma sənətinin inkişafının başlanğıcı olaraq Eramızdan əvvəl 5-ci minillik qeyd edilir. Bu zaman, ritual baltalar və bıçaqlar yuvarlaq hissələrlə yəşimnən hazırlanmışdı və kənarlarına diqqətlə cilalanmış və itilənmiş bıçaqlar tutacaqa bərkidilməsi üçün dəliklər qazılmışdı. Çində Arxeoloji tapıntılar arasında eramızdan əvvəl IV–I minilliklərə aid yəşim məhsullarının nümunələri aşkar edilmişdir. Süd ağından parlaq yaşıl rəngə qədər fərqli bir rəngə sahib olan mineralın işlənməsi çətin idi və cilalanma qabiliyyəti ilə diqqəti cəlb edirdi. Həm düz yəşim lövhələr, həm də kiçik parçalar işlənirdi. Sərt (polad kimi), ağır xammalın işlənməsində xüsusi emal vasitələri istifadə edilirdi. Ancaq psixoloji cəhətdən hazır olan və bir parça üzərində aylarla işləyə bilən Çinin sənətkarları qiymətli daşlarla necə ustalıqla davranmağı öyrəndilər.
Hacılar oymağı
Hacılar oymağı — Zülqədər elinin böyük qollarından biri. Öncə Qeysəri ətrafında yaşayırdılar. Sonra Azərbaycana gələrək Qarabağ əyalətində məskunlaşdılar. Bu oymaq tarixi ədəbiyyatda bəzən Hacılı kimi də yazilir. == Oymağın yaranması, yayılması == Orta çağda Türkiyənin Qeysəri vilayətində olduqca geniş bir meydana yayılan bir çox Hacılar oymağı var. Bunlardan biri 1411-1500-cü illər arasında Adana üzərindən Qeysəriyə gələn Qayı boyuna mənsubiyətini bildiyimiz, Qeysərinin Hacılar ilçəsinə adını verən oymaqdır. Həmin dövrdə Ərciyəs dağına uzun zaman yaylağa gedən bu türkman topluluğunun içərisində Qızılqoyunlu, Ağbaş və Lək kimi oymaqlara da rast gəlinir. 1691-1696-cı illər arasında Ərciyəs dağının ətəklərinə yerləşdikləri görünür. Diğər bir Hacılar isə Ərciyəs dağının başqa istiqamətinə keçərək Dəvəlidə Xırmancıq mövqeyinə yerləşmişdir. Səfəvilər dönəmində Zülqədər elində yer alan Hacılar, qeydlərdə Bayat boyunun obası olaraq qeyd olunub.
Hacıxanlı oymağı
Hacıxanlı oymağı — Şahsevən elinin qolu. == Hacıxanlı oymağının tarixi == Bu oymağın ilk patronu Hacı xan Səlim xan oğlu Şəkilidir. Əvvəlcə Şəki hakimi Səlim xan haqqında bilgi verək. Səlim xan Məhəmmədhüseyn xan oğlu Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. 1795-ci ildə Səlim xan hakimiyyəti ələ keçirdi. Səlim xan Ibrahimxəlil xanın qızı Tuti bəyimlə evləndiyindən Qarabağ xanlığı ilə dostluq münasibəti qurmuşdu. Bu dostluq "kəbin diplomatiyası"na əsaslanırdı. 1797-ci ildə Məhəmmədhəsən xan Şirvanlı Mustafa xanla birləşib Səlim xanın üzərinə hücum edir. Səlim xan duruş gətirə bilməyib Qarabağa qaçdı.
Kərəmpa oymağı
Kərəmpa oymağı — Azərbaycan tarixində rol oynamış oymaqlardan biri. Bu oymaq öncə müstəqil halda Sivas və Amasiya ətrafında yaşam sürürdü. Sonra Ustaclı elinə qoşulub yaylaq-qışlaq güzəranı keçirmişdi. O zaman Kərəmpa oymağının başçısı Əhməd ağa idi. I Şah İsmayıl Səfəvinin bu bölgələrə gəlişi zamanı Ustaclı eli ilə birlikdə Qızılbaş tayfa ittifaqına qatılmışdı. Əli bəy Əhməd ağa oğlu I Şah Təhmasib Səfəvinin yaxınları cərgəsində idi. Bu oymaqdan çıxan Çıraq bəy şahdan aldığı sultan ünvanı ilə Dərbənd hakim təyin edilmişdi. Əhməd bəy Kərəmpa-Ustaclı isə Sultan Şah Məhəmməd Xudabəndə Səfəvi inin və I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində Qızılbaş ordusunun görkəmli sərkərdələrindən olmuşdu. Kərəmpa oymağı Ustaclı tayfasının tərkibindən çıxıb Kəngərli elinə qatıldı. Naxçıvan xanları bu oymağı Dərəlyəz nahiyyəsində yerləşdirdilər.
Mosullu oymağı
Mosullu oymağı — Ağqoyunlu və Səfəvi imperiyalarında fəaliyyət göstərmiş ən aktiv türk tayfalarından biri. Səfəvi imperiyası zamanı Qızılbaş tayfalarını təşkil edən tayfalardan biri olmuşdur. Səfəvi imperiyasında daha çox Türkman adı ilə anılan Mosullu tayfa bir neçə şahın anasının çıxdığı tayfa olmuşdur. Adın kökəni Mosul bölgəsindən gəlməkdədir. == Tarix == Türk tarixçisi Tufan Gündüz və Con E. Vudsun bildirdiyinə görə, Mosullu tayfası Ağqoyunlu imperiyasına hakimlik edən 3 əsas tayfadan biri olmuşdur. Digər iki tayfa isə Pörnək və Bayandurlu tayfası idi. Onların əsas nəzarət etdikləri ərazilər Diyarbəkir ilə İrəvan ətraflarında olmuşdur. Onlar ilk əvvəllərdə, yəni 1451-ci ildə Ağqoyunlu bəyliyində varislik üstündə münaqişə meydana çıxdığı zaman Qara Yuluq Osman bəyin oğlu Həmzə bəy ilə Şeyx Həsəni dəstəkləmiş, lakin daha sonralar öz dəstəklərini Uzun Həsənə yönəltmişdirlər. 1475-ci ildə Uzun Həsənin qardaşı Üveysin məğlub edilməsindən sonra Urfa şəhəri Mosullu tayfasına verilmişdir. Səfəvi imperiyasının formalaşmasında da Mosullu tayfası mühüm rol oynamışdır.
Orlat oymağı
Orlat oymağı — Cəlayır elinin böyük qollarından biri. == Tarixi == Orlat oymağının bir qismi Şəki ətrafında məskunlaşmışdı. Bu oymağın sayılan əmirlərindən Seyid Əli Orlat Şəki hakimi olmuşdu. O Əlincə qalası ətrafında Əmir Teymurun ordusuna qarşı vuruşmuşdur. 1387-ci ildə Seyid Əli Orlat öldürüldü. Onun yerinə oğlu Seyid Əhməd Orlat Şəki hakimi oldu. Orlat oymağı hələ Monqolustanda olarkən Çingiz xanı dəstəkləyirdi. Şirə Domoqun oğlu Bala noyon Çingiz xanın sol qol minbaşısı idi. Onun oğlu Zəngi ağa Azərbaycana gəlmişdi. O, Əhməd Təkudar xanin əmiri idi.
Oymaq iyesi
Pörnək oymağı
Pörnək oymağı — Türkman elinin böyük qollarından biri. == Tarixi == Pörnək oymağı Ağqoyunlu tayfa birliyinə qatılırdı. Bu dövlətin süqutundan sonra Pörnək oymağı Mosullu oymağı ilə birləşib Türkman elini yaratdılar. Türkman eli Qızılbaşlar tayfa birliyinə qatılırdılar. Cənubi Azərbaycanda, Təbriz civarında məskunlaşmışdılar. Bu oymağın bir qolu Xorasana köçüb, Məşhəd ətrafında yerləşdi. Pörnək oymağı uzun illər Təbriz bəylərbəyiliyini idarə etmişdilər. Bu oymaqdan xeyli tanınmış şəxsiyyət çıxıb. == Mənbə == Ənvər Çingizoğlu. Türkman eli.
Qaragözlü oymağı
Qaragözlü oymağı — Bəydili boyunun Şamlı elinin oymağı. Əsasən Həmədan əyalətinin ətrafında yaşayırlar. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında mühüm rol oynayıblar. Bu oymağının nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmmədhüseyn xan Qaragözlünün, Əbülqasım xan Qaragözlünün, Hacı Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur. Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda toponimlərə rast gəlinir. Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" elmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Qaramanlı oymağı
Qaramanlı eli — Azərbaycanda yaşayan türklərin tarixində iştirak etmiş Qızılbaş ellərindən biri. Müasir Türkiyə ərazisindən ticari mənfəətlər və Azərbaycan ərazisində yeni türk imperiyası qurmaq məqsədi ilə köç etmiş nəsil. Mənşə olaraq Anadolu türkmanlarıdır. == Tarixi == XII əsrdə Anadoludan Qafqaza gələn Qarabəyli ailəsinin üzvləri Azərbaycanın bir sıra bölgələrində qərar tutduqdan sonra tabe edilmiş camaatları Qaramanlı eli altında birləşdirdilər. Bəzi alimlər Qaramanlı soyunun Osmanlıdakı Qaraman bəyliyindən gəldiyini güman edirlər. Qan bağları mövcuddur, amma hər ikisi ayrı müstəqil xanədanlar olmuşlar. XIV yüzilliyin sonlarında Bərdə, Gəncə və şimal bölgələrini idarə edən ağalardan birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya sadiq biri olmuşdur. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı.
Qovanlı oymağı
Qovanlı oymağı — Qacar elinin Aşağıbaşlı qrupuna daxildir. == Tarixi == Qovanlı oymağının tarixindən və nümayəndələrindən danışmazdan öncə adaçımına diqqətimizi yönəldək. Qacarlar haqqında rəvayətlərə əsasən, bu tayfa öz köklərini Çingiz xanın oğlu Kaan Lunun nəslindən götürmüşdür. Qacarların əcdadlarından biri öz oğluna Kaan Lunun qızını almış və bundan sonra həmin nəsli Kavan Lu Qacar adlanmağa başlamışlar. Bu versiya kökündən yanlışdır. Çingiz xanın Kaan Lu adlı oğlu olmayıb. Cuçi, Cığatay, Ügədey, Tulu (anaları Burqu ucin) və Külkan (anası Qulan xatun) adlı oğulları vardı. Qacarların başçılarının öz nəsillərinin monqollara çatmasını sübut etməyə çalışması iki ictimai-psixoloji prinsiplə bağlıdır. Bu iki prinsipdən biri "Türklərin qanunu"dur ki, qədim zamanlardan cah-cəlallı, cəsur tayfa kimi ad qazandıqları üçün insanlardan çoxu özünü o tayfaya mənsub etməklə onların hesabına məşhurlaşdılar. Ikinci prinsip isə bəzi İran sülalərinin qohumluq əlaqələri yaratma prinsipidir ki, bunun da tarixdə uzun bir keçmişi var.
Qörxlü oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. == Tarixi == Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.
Qırxlı oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. == Tarixi == Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.
Qızıllı oymağı
Qızıllı oymağı — Kəngərli elinin tərkibində olan oymaq. Qızıllı oymağı öncə Ustaclı elinin tərkibində qərar tuturdu. Sonralar Kəngərli oymağı ilə birləşib el yaratdı. Naxçıvan yörəsində yerləşdi. Naxçıvan xanlığının siyasi yaşamında önəmli rol oynamışdı. Qızıllı oymağından xeyli tanınmış şəxslər çıxıb. 1751-ci ildə Qızıllı oymağının bir qolunu Pənahəli xan Sarıcalı-Cavanşir köçürüb Qarabağda yerləşdirdi. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
Sabir oymağı
Sabir- Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. == Tarixi == Bu oymaq Qarabağın Vərəndə nahiyəsində Qaraçuq adlı yerdə qışlayır, İrəəvan əyalətində «Zilxaç» adlı yerdə yaylayırmış. Bayat torpağında «Həsənəkən» adlı çayın kənarında əkinçiliklə məşğul olurdu.
Saraçlı oymağı
Saraçlı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. == Adın mənşəyi == Saraclı adı etno-toponimdir. Saraclı (müxtəlif şəkillərdə - Sırac/Sıraç, Sarac, Saraclu/Saraçlu/Sarraçlu/Saraçlı, Saraclar, Salac) 24 oğuz boyundan Bəydili (müxtəlif şəkillərdə - Beğdili, Beydili, Beqdeli) boyunun oymaqlarından birinin adıdır.
Sarıcalı oymağı
Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. == Tarixi == Tarixi ədəbiyyatda bu qurumun Bəhmənli oymağından ayrılması məlumdur. XVIII yüzilin önlərində, 1727-ci ildə 9 ailədən ibarət idi. Yüzbaşının ailəsini də əlavə etsək, təxminən 10 ailə alınır. Osmanlı qaynağına görə, Sarıcalı oymağı Xaçın nahiyəsində Tərnəgird (Tərnəüd) torpağında qışlayır, başqa adı Torpaqbulaq olan Güştaş adlı yerlərində yaylayır. Bayad torpağında, Doğalan və Zəliyan adlı arxların kənarında əkinçiliklə məşğul olurdu. Qarabağda xanlıq qurmuş Pənahəli xan Sarıcalı-Cavanşir əslən Arazbarlıdır. Arazbar xanlıq dönəmində Cavanşir-Dizaq mahalı adlandı. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği "Qarabağnamə" adlı əsərində Pənahəli xanın atası Ibrahimxəlil ağadan danışarkən yazır: "Bu dövlət və nüfuz İbrahimxəlil ağanın əlinə keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi olduğundan adı dillərə düşüb məşhur oldu.
Sepanlı oymağı
Sepanlı və ya Sepanlu- Qacar elinin oymaqlarındandır ki, Astrabada köçürülüblər.
Sutaylı oymağı
Sutaylı oymağı — Azərbaycan xalqının etnogenezisində iştirak etmiş tayfa. Elxan Qazan xanın komandiri Əmir Sutaydan gələn bir Türk_Monqol sülaləsidir. Cəlayirilər və Çobanilər kimi digər Elxanlılardan sonrakı Monqol imperiyası sülalələrindəndir, Börçigin sülaləsi ilə də evlilik yolu ilə qohumuydular. Emir Sutay Hülakü xanın oğlu Məngu Teymurun kürəkəni idi. Onların əsas hökmdarlıq sahəsi cənubda Cizirədən şimalda Ərzuruma qədər dəyişirdi. == Tayfanın tarixi == Sutaylı oymağı öz adını Əmir Sutay noyondan alıb. O, Elxanlı dövlətinin hakimi Sultan Əbu Səid Bahadur xanın əmiri idi. Qaratatar (Koin tatar) ulusuna mənsub idi. Sutaylı oymağı Barambaylı və Tuğaylı tayfalarına bölünürdü. Sutaylı oymağının nümayəndələri paytaxtı Diyarbəkir olmaqla bir bəylik yaratmışdılar.
Sırxavənd oymağı
Sırxavənd oymağı—Kolanı elinin qollarından biri. == Tarixi == Sırxavənd adını Surxay və vənd pəsvəndindən (şəkilçisindən) alıb. Kolanı elinin qollarından biridir. Qarabağ xanlığında Kolanı mahalında yaşam sürürdü. İbrahim xanın dövründə oymağın başçısı Bayraməli bəy Sırxavənd idi. 1823-cü ildə obanın yüzbaşısı Mərdan bəy Sırxavənd olmuşdu. Kirmanşahda yaşayan Səncabi elinin də Sırxavənd adlı tayfası var. == Ən yeni dövr == Qarabağ müharibəsinin iştirakçısı, yazıçı–jurnalist Vüqar Əsgərovun "Sinəmdə yurd dağı var" adlı kitabı Sırxavənddə doğulan "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmiş Məmmədov Bilal Əhliman oğlunun həyat və qəhrəmanlıqlarla dolu döyüş yollarından bəhs edir. Kitabda həmçinin Aran Qarabağla Dağ Qarabağın "sərhəddi" olan qədim Sırxavənd kəndinin düşmənə sinə gərən şəhid övladlarının qəhrəmanlıqlarından da söhbət açılır. == Həmçinin bax == Sırxavənd == Mənbə == Ənvər Çingizoğlu, Kolanı eli, Bakı: Mütərcim, 2015, 320 səh.
Toxmaqlı oymağı
Toxmaqlı oymağı — Cənubi Azərbaycanın Qaradağ vilayətində yerləşən Ustaclı elinin oymaqlarından biri və Qaradağ xanlarının mənsub olduğu oymaq. == Tarixi == Toxmaqlılar əsas Qızılba tayfalarından biri olan Ustaclıların bir oymağıdırlar. Ustaclılar Bingöl yaylaqlarında İsmayıl Mirzənin ordusuna qatılmış, Cabanı zəfərindən sonra köçərək Diyabəkir və Qaradağda yerləşmişdirlər. Diyarbəkir Osmanlı imperiyası tərəfindən ələ keçirildikdən sonra oradakı Ustaclıların bir hissəsi Qaradağa və Xorasana yerləşdirilmişdir. Qaradağda yerləşən Ustaclılar tayfanın toxmaqlı oymağına mənsub olduqları üçün zamanla toxmaqlı deyə adlandırılmışlar. Nadir şahın ölümündən sonra yaradılan Qaradağ xanlığının xanları bu oymaqdan olmuş, sadəcə Qaradağlı nisbəsindən istifadə etmişdirlər. Toxmaqlı oymağının əsas qolu Qaradağda, Dizmar mahalında məskunlaşmışdı. Toxmaqlı oymağının başçıları sonralar Toxmaqlı soyadını tərk edib Qaradağlı kimi tanınmağa başladılar. Bu soya tarixi ədəbiyyatda bəzən Xəlifəli də deyilir. Toxmaqlı-Qaradağlı (Xəlifəli) oymağının məşhur simalarından I İlyas xəlifə, I Şəmsəddin xəlifə, II İlyas xəlifə, Bürhanəddin xəlifə, II Şəmsəddin xəlifə, Əhməd xəlifə, Mahmud sultan, Bayandur sultan, Məhəmmədqasım xan, Əbdürrəzzaq xan, Kazım xan (Məhəmmədkazım xan), Mustafaqulu xan, Nəcəfqulu xan, İsmayıl xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Hacı Sara xanım, Həsənəliağa Xanqaradağski (ata), Həsənəli xan Qaradaği, Aydın Qaradağlının adlarını çəkmək olar.
Usalı oymağı
Usalı oymağı — Avşar elinin qollarından biri. == Tarixi == Bəzi tarixi ədəbiyatda usanlı, osallı, asıllı, havsallı kimi də yazılır. Bir qismi İsfahan, bir qismi Urmiya, bir qismi isə Zəncan ətrafında yerləşmişdi. Osanlı oymağının Tehran ətrafındakı Eyvanikeyf dərəsinin əkinəcəkləri vardı. Tədqiqatçı Adnan Menderes Kaya yazır: "Usalı avşarı: Bu obanın adı qaynaqlarda Usallu və Usanlu şəklində də keçir. İran avşarlarıdır. Səfəvi hökmdarı Şah Abbas zamanında (1587–1628) İsfahanda yaşayıblar. Sonra Kürdüstandakı Kavəruda köçüblər. Kavərud hakimi İmam Qulu Sultan bu obadan idi. Usalıların İrandakı digər afşar obaları kimi çoxsaylı ve güclü olmadığı anlaşılır.
Xocavənd oymağı
Xocavənd oymağı—Avşar elinin qollarından biri. == Tarixi == Tarixçi Əminə Pakrəvan yazır: "Üçkilsənin önündə qızğın savaş başladı. Sisyanov topxanasına atəş əmri verdi. Ancaq Abbas Mirzənin cəbhənin ön sıralarında savaşması Azərbaycan ordusuna böyük ruh yüksəkliyi vermişdi. Baş komutanın bu şəkildə savaşması Azərbaycan Ordusunda ölümdən qorxma hissini yox etmişdi. Şahsevən və Xocavənd süvarilər bu savaşda elə bir cəsarət göstərdilər ki, bütün ölkədə dildən-dilə düşdü. Abbas Mirzə ordusunun ölümdən qorxmamasını görən rus ordusu qorxmağa başlamış, ruh düşgünlüyünə uğramışdı. Sisyanov ordusunu üç qismə ayırmışdı. Şahsevənlər üçüncü gün rus ordusunun topxanasını susdurmağı başardı. Üçüncü gün üç qismə ayrılmış rus ordusunun bir-biri ilə olan irtibatları kəsildi".
Yağləvənd oymağı
Yağləvənd və ya Yağlıvənd oymağı — Cavanşir elinin oymaqlarından biri. == Mənşə == Oymağın mənşəyi ilə bağlı dəqiq məlumat yoxdur. Ənvər Çingizoğlu yazır ki, bu oymağın nümayəndələri Anadoludan qaçıb gəlmişdirlər. Yağlavəndilərin tatar və ya qıpçaq mənşəli olması ilə bağlı versiyalar da var.[mənbə göstərin] == Etimologiyası == Yağləvənd toponiminin etimalogiyası ilə bağlı bir neçə rəvayət mövcuddur. Rəvayətlərdən birində deyilir ki, Əmir Teymur qışlamaq üçün həmişə Qarabağa gələrmiş və o, bu səfərlərdən birində düşərgəsini Cavanşir elinin bir obası ilə qonşu salır. Obanın ağsaqqalları onun görüşünüə gəlirlər və Əmir Teymur onlardan hal-əhval tutur. Ağsaqqallardan birinin "xan kefində yaşayırıq" cavabı Əmiri qəzəbləndirir və onlara sabah üçün bütün ordusunu doyurmağı əmr edir və əks halda obanı dağıdacağını bildirir. Obanın ağsaqqalları ordunu doyura bilməyəcəklərinin anlayıb toplanır və sabah üçün plov bişirməyə qərara verirlər. Sabahkı günü ordudan hər kim plovdan bir qədər alsa, "doydum" deyir. Bunu eşidən Teymur əmr edir ki, plovdan ona da gətirsinlər.
Ziyadlı oymağı
Ziyadlı oymağı — Qacar elinin oymaqlarından biri. == Tarixi == Ziyadlı oymağının bir qolu Qarabağda, bir qolu İrəvanda, bir qolu isə Astrabadda məskunlaşmışdı. Tarixçi Məhəmməd Məsum ibn Xocəki-İsfahani "Xülasət əs-səyyar" adlı əsərinin "Ziyadoğlu nəsli və Gəncənin xüsusiyyətləri haqqında qısa məlumat" başlığında yazır: "Mən - Allahın yazıq bəndəsi uğurlu tale sahibi olan bu alicənab şəxsin süfrəsinin kənarında oturanlardan biri kimi zati-alilərinin əmri ilə bu kitabı yazmağa məşğul olarkən özümə vacib bildim ki, qüdrətli və əzəmətli xanın nəsli, əcdadı haqqında da qısaca məlumat verim. Bu qısa məlumatı sidq-ürəklə hazırladım ki, zəmanə adamları xanın nəsil şəcərəsini bilsinlər. Düzdür, bu nəslin şəxsiyyətlərinin layiqli xidmətləri gün kimi aydındır və heç bir tərifə ehtiyacı yoxdur. Lakin bununla belə, mənim rəyimdən belə bir fikir keçdi ki, arif adamların bu nəslin işləri haqqında məlumatları olsun deyə onları bu kitaba daxil edim. Bu mübarək insanın babalarının məskəni Rum vilayəti olmuşdur. Qəriməş Xızr adı ilə tanınan Xızr bəy o diyarda mötəbər bir şəxs olmuşdur. O, Səfəviyyə təriqətinə sidq-ürəklə etiqad etdiyi və o müqəddəslərin işığına ürəkdən bağlandığı üçün eli, qohum-əqrabası ilə birgə vətənini tərk edib Azərbaycana və İraqa köçmüşdür. Xızr bəy bir müddətdən sonra dünyasını dəyişmiş və onun böyük oğlu Ümmət bəy Lahican vilayətində şahənşaha səcdə etmək şərəfinə nail olmuşdur o, zəmanəsinin yeganəsi olan bu şəxslə şahənşahla yaxınlıq mərtəbəsinə yüksəlmişdir.
Ziyadoğlu oymağı
Ziyadoğlular sülaləsi, Ziyadoğlu Qacar və ya Ziyadlı — Qacar tayfasının bir qolu olan Ziyadlılar XVI əsrin ortalarından 1743-cü ilə qədər Səfəvi Qarabağını idarə etmişdirlər. Onların idarə etdikləri ərazilərə bəzən Səfəvi Gürcüstanının bir hissəsi olan Kaxeti, Səfəvi Astrabadı da daxil edilmişdir. Gəncə xanlığı 1747-ci ildən 1805-ci ilə qədər, İrəvan xanlığı 1755-ci ildən 1828-ci ilə qədər Ziyadlıların nümayəndələri tərəfindən idarə edilmişdir. Bəzi müəlliflər iddia edir ki, Qacar imperiyasını uzun müddət idarə etmiş Qovanlı Qacarlar Ziyadlı və ya Ziyadoğlu Qacarların bir tirəsidirlər. == Tarixi == == Sülalənin tarixi == Ziyadoğluları haqqında Tarixçi Məhəmməd Məsum ibn Xocəki-Isfahani "Xülasət əs-siyyar" adlı əsərinin "Ziyadoğlu nəsli və Gəncənin xüsusiyyətləri haqqında qısa məlumat" başlığında yazır: "Mən-Allahın yazıq bəndəsi uğurlu tale sahibi olan bu alicənab şəxsin süfrəsinin kənarında oturanlardan biri kimi zati-alilərinin əmri ilə bu kitabı yazmağa məşğul olarkən özümə vacib bildim ki, qüdrətli və əzəmətli xanın nəsli, əcdadı haqqında da qısaca məlumat verim. Bu qısa məlumatı sidq-ürəklə hazırladım ki, zəmanə adamları xanın nəsil şəcərəsini bilsinlər. Düzdür, bu nəslin şəxsiyyətlərinin layiqli xidmətləri gün kimi aydındır və heç bir tərifə ehtiyacı yoxdur, lakin bununla belə, mənim rəyimdən belə bir fikir keçdi ki, arif adamların bu nəslin işləri haqqında məlumatları olsun deyə onları bu kitaba daxil edim. Bu mübarək insanın babalarının məskəni Rum vilayəti olmuşdur. Qəriməş Xızr adı ilə tanınan Xızr bəy o diyarda mötəbər bir şəxs olmuşdur. O, Səfəviyyə təriqətinə sidq-ürəklə etiqad etdiyi və o müqəddəslərin işığına ürəkdən bağlandığı üçün eli, qohum-əqrabası ilə birgə vətənini tərk edib Azərbaycana və İraqa köçmüşdür.

Digər lüğətlərdə